NATO liderləri bu həftə Vilnüsə gələndə nə etməli idilər? Onlar güclü olmalı idi. NATO-nun bütün məqsədi budur.

Axar.az xəbər verir ki, bu sözləri Britaniyanın sabiq baş naziri Boris Conson “Deyli Meyil” üçün qələmə aldığı yazısında Vilnüsdə keçirilən sammitdə NATO liderlərinin Ukraynanı Alyansa dəvət etməmək qərarını tənqid edərkən bildirib.

O, Qərbi güclü olmağa, boş söhbətlərə son qoymağa və Ukraynanı tez bir zamanda NATO-ya qəbul etməyə çağırıb.

O qeyd edib ki, Alyans üzvləri Ukraynanın qəhrəmancasına müqavimətinə görə kollektiv hörmət və minnətdarlıqlarını bildirməli idilər:

“Bu döyüşdə heç bir NATO əsgəri yaralanmadı və ölmədi, çünki biz NATO ölkələrində bilirik və daim deyirik ki, ukraynalılar hamımız üçün vuruşurlar”.

Consonun sözlərinə görə, Putini Ukraynanı işğal etməyə sövq edən Qərbin qətiyyətsizliyi olub:

“Heç bir ölkə NATO üzvlüyünə hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir silahlı qüvvə NATO silahlarından istifadə etməkdə Ukrayna ordusundan daha güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə Ukraynadan daha çox ehtiyacı yoxdur".

Consonun fikrincə, Alyansdan Ukraynaya yalnız dəqiq cədvəl vermək tələb olunurdu ki, ukraynalılar müharibədən dərhal sonra - hətta gələn il başa çatsa belə, Alyansda gözlənildiklərini bilsinlər:

“Bu həftə ukraynalıların aldığı yeganə şey budur: “müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə” NATO-ya üzv olmaq üçün “dəvət”. Təəccüblü deyil ki, Prezident Zelenski əvvəlcə məyusluğunu gizlətməkdə çətinlik çəkdi. Müttəfiqlər nə vaxt razılaşır? Nə vaxt şərtlər yerinə yetirilir? Müttəfiqlər bütün bunları 15 il əvvəl Buxrestdə razılaşdırıblar!”

Consonun sözlərinə görə, nə qədər ki, Ukrayna NATO-nun 5-ci maddəsinə uyğun olaraq rəsmi təhlükəsizlik təminatlarından məhrumdur, Putin terroru davam etdirəcək:

“Putinə yanaşmada son 20 ilin dərsindən nə vaxt nəticə çıxaracağıq? Hələ də o düşünür ki, Ukraynanı Moskvanın orbitinə qaytarmaq üçün şans var; hələ də o düşünür ki, Sovet İttifaqını bərpa edə bilər – o buna çalışacaq”.

Conson qeyd edib ki, əsas problem bəzi tərəfdaşların hələ də müharibənin yalnız danışıqlar yolu ilə bitəcəyinə inanmasıdır:

"Onlar düşünürlər ki, biz indi “qeyri-müəyyən” olmaq məcburiyyətindəyik, çünki Ukraynanın NATO-ya üzvlüyü hələ də razılaşmanın bir hissəsi ola bilər. Onlar düşünür ki, Putinlə razılığa gəlmək olar – Rusiya qoşunlarını çıxarır və biz Ukraynanın NATO-ya üzv olmasına icazə vermirik. Bu ağılsızlıqdır. Bu müharibə boyu Qərb eyni səhvi təkrarlamağa meyilli olub: Putini həddən artıq qiymətləndirmək və Ukraynanı qiymətləndirməmək”.

Vaqner” xüsusi hərbi şirkəti Belarus hərbçilərinə təlim keçir.

“Report” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, təlimlər Osipoviç yaxınlığındakı poliqonlarda keçirilir.

Məlumata görə, “Vaqner”çilər Belarus hərbçilərini müxtəlif istiqamətlər üzrə hazırllayırlar.

Xatırladaq ki, daha əvvəl “Vaqner”çilərin Belarusa yerləşməsi barədə məlumat yayılmışdı.

İyunun 12-dən iyulun 9-na qədər olan dövrdə dünyada koronavirus infeksiyasına təxminən 800 min nəfər yoluxub, 4,8 mindən çox insan vəfat edib. Əvvəlki 28 gün ilə müqayisədə ölüm hallarının sayı 47 faiz azalıb, yoluxmaların sayında isə 45 faiz azalma müşahidə olunub.

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində məlumat verilib.

ÜST-ün məlumatına görə, dörd həftə ərzində dünyada 794 582 yoluxma və 4 867 ölüm halları qeydə alınıb. Bu dövr ərzində ən çox yoluxma Koreya Respublikasında (372 557 nəfər) aşkar edilib. Sonrakı yerlərdə Avstraliya (62 748), Braziliya (56 774), Yeni Zelandiya (38 949) və Sinqapur (28 333) qərarlaşıb.

İyunun 12-dən iyulun 9-na qədər olam müddətdə ən çox ölüm halları Braziliyada (868 nəfər) qeydə alınıb. Onun ardından Avstraliya (566), Rusiya (423), Peru (410) və İtaliya (251) gəlir.

Dünyanın ən isti gün rekordları bir-birinin ardınca davam edir.

Yeni isti dalğasının insanlara təsir edəcəyi ilə bağlı xəbərdarlıqlar edilir. Belə bir məqamda mütəxəssislər həddindən artıq temperaturlara qarşı nə edilə biləcəyini açıqlayıblar.

Dünya iqlim dəyişikliyi ilə birlikdə həddindən artıq istilər yaşayır. Ekstremal temperaturlar yay fəsllərinin daimi xüsusiyyətinə çevrilib. Vətəndaşları həddindən artıq istilərə qarşı xəbərdar edən qurumlardan biri də Türk Torakal Dərnəyi olub.

Dərnəkdən verilən açıqlamada professor Sebahat Genç və həkim Sabri Serhan Olcayın həddindən artıq istilərin sağlamlığa təsiri və qorunma üsulları ilə bağlı qiymətləndirmələrinə yer verilib.

Günəş vurmasının uzun müddət yüksək hərarətə məruz qalma və bədənin həddindən artıq istiləşməsi nəticəsində yaranan bir vəziyyət olduğunu qeyd edən mütəxəssislər risk altında olan qrupları belə sıralayıb:

-Yaşlılar

- Körpələr və 5 yaşa qədər uşaqlar.

- Ürək-damar xəstəlikləri, Parkinson, demans, piylənmə, diabet, astma, bronşektazi və ya KOAH, ishal, kistik fibroz, skleroderma kimi xəstəlikləri olanlar.

- Yataq xəstələri.

- Daha əvvəl istilik vurması keçirənlər.

- Hipertoniya dərmanları, diuretiklər, depressiya və psixoz dərmanları istifadə edənlər.

İstilik vurulmasının simptomları isə bunlardır:

Gənc insan bədəninin normal hərarətini tarazlıqda saxlaya bilmədikdə, bədən istiliyinin sürətlə 40 dərəcəyə və yuxarı qalxması, tərləmənin pisləşməsi, dərinin qızarması və quruması, əvvəlcə qızarması, sonra solğun və bənövşəyi rəngə çevrilməsi özünü göstərməyə başlayır.

Həddindən artıq istidən qorunmanın yolları:

Mütəxəssis həddindən artıq istilərin səpgi, istilik, həyati orqan zədələnməsi, mənfi hamiləlik prosesləri və ölüm kimi arzuolunmaz nəticələrə səbəb ola biləcəyini ifadə edib:

- İstilik dalğası olan günlərdə imkan daxilində evlərin içini sərin saxlamaq,

- Təhlükəsiz olduqda, gecə və səhər tezdən çöldəki temperatur aşağı olduqda bütün pəncərələri və jalüzləri açmaq,

- Süni işıqlandırma və elektrik cihazlarını söndürmək,

- Kölgədə qalmaq, geniş kənarlı papaq, günəş eynəyi və yüksək qoruyucu faktorlu günəş kremindən istifadə etmək,

- Bol su içmək və sağlam mayelər qəbul etmək,

- Ağır yeməklərdən, şəkər, spirt və kofein tərkibli içkilərdən uzaq durmaq,

- İctimai nəqliyyatda kondisionerdən istifadə etmək.//Manset.az

Yelisey sarayına insan barmağının olduğu məktub gəlib. Onun aid olduğu kişi tapılıb.

“Valeurs Actuelles”in mənbələrə istinadən verdiyi məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-10-da alıb.

Nəşr qeyd edir ki, bu, hadisə iyulun 14-də ölkənin milli bayramı olan Bastiliya Günü ərəfəsində baş verib.

Barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti və motivləri barədə təfərrüatlar verilmir.

Məlumata görə, tapılan barmaq "polisin yeməklərinin saxlanıldığı" soyuducuya yerləşdirilib. Nəşr barmağın məktuba necə yerləşdirildiyini dəqiqləşdirə bilməyib.

Yelisey Sarayı hadisə barədə şərh verməkdən imtina edib.

İsrail İranı onun Bakıdakı səfirliyinə hücum cəhdində ittiham edir.

İsrailin xarici işlər naziri Eli Koen ölkəsinin Bakıdakı səfirliyinə hücumun arxasında İranın olduğunu bildirib.

Koenin sözlərinə görə, “Azərbaycanda həbs edilən terror təşkilatı maliyyələşdirilib və İrandan təlimat alıb”.

O, bir daha beynəlxalq ictimaiyyəti “İrana qarşı mübarizə üçün vahid cəbhə” yaratmağa çağırıb.

“Türkiyənin bu təyyarələri alması, ABŞ və NATO-nun marağındadır. Türkiyə bu texnologiyaya sahib olmalıdır".

Bunu ABŞ dövlət katibi Entoni Blinken MSNBC telekanalına verdiyi müsahibədə Türkiyəyə F-16-ların satışı ilə bağlı cavablandırarkın deyib.

"Türkiyənin bu təyyarələri alması ABŞ-ın, NATO-nun maraqlarına uyğundur. Biz bütün alyans daxilində bunu edirik. Bütün üzvlərin alyansı mümkün qədər güclü etmək üçün lazım olan texnologiyaya malik olduğundan əmin olmaqdır”, - ABŞ dövlət katibi bildirib.

Türkiyənin NATO müttəfiqi olduğunu vurğulayan Blinken əlavə edib ki, bütün NATO-nun birlikdə işləyə bilməzi üçün Türkiyənin bu texnologiyaya sahib olması vacibdir.

NATO-nun Ukraynaya silah yardımını artırmaq qərarından sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Üçüncü Dünya Müharibəsi yaxınlaşır.

O bu fikri öz teleqram kanalında Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsininin yekunu ilə bağlı yazılı açıqlamada yazıb.

“NATO sammitinin ilkin nəticələri. Hər şey düşündüyümüz kimidir. Kiyevə hərbi yardımı artırmaq. Mümkün olan hər şeylə: raketlərlə, kaset mərmilərlər, təyyarələrlə. Tamamilə dəlicəsinə... Qərb başqa heç nə ağlına gətirə bilmədi. Ən yüksək səviyyədə axmaqlıq... Əslində, çıxılmaz bir nöqtə. Üçüncü Dünya Müharibəsi getdikcə yaxınlaşır ”, - Medvedev qeyd edib.

"Onlar məlumat verdilər ki, Tokmak kasetli sursatlarla atəşə tutulub. Beləliklə, bu qeyri-insani silahları üzə çıxarmağın vaxtı çatıb", - o bildirib.

Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.

“Report”un xəbərinə görə, o, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, M.Çavuşoğlu 1968-ci ildə Antalyada anadan olub. O, 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.

Ukrayna münaqişəsi fonunda ABŞ-ın hərbi texnikasına artan tələbat Avropa ölkələrinin ABŞ-dan asılılığını daha da gücləndirir. "Ölkə.az" xəbər verir ki, bunu "New York Times" nəşri yazır.
Nəşrin məlumatına görə, 2022-ci ilin fevralına qədər amerikalı istehsalçılar Avropanın hərbi xərclərinin təxminən yarısını təmin edirdi.
"Artan tələb bu tendensiyanı daha da gücləndirdi. Avropa bahalı çoxillik müqavilələr bağlayır. Ola bilsin ki, Avropa yenidən hərbiləşir, lakin ABŞ bundan bəhrələnir", - məqalədə deyilir.

Nəşr "Foreign Affairs"in analitik materialına istinadən vurğulayır ki, Pentaqonun büdcəsinin 6%-dən az hissəsi NATO və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinin payına düşür.
Məqalə müəlliflərinin fikrincə, "cüzi bir məbləğə" alyans ABŞ-ın Avropa ölkələrində təsirini təmin edir, Avropanı ABŞ-ın hərbi gücündən asılı vəziyyətə salmaqla yanaşı, qərarların qəbulunda onu qismən suverenlikdən məhrum edir.

Xəbər lenti