Baş nazir Mark Rüttenin hökuməti istefa verib.

Bu barədə baş nazir özü mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hakim koalisiyanın dağılmasına əsas səbəb miqrasiya siyasətindəki fikir ayrılığı olub.

Rütte bildirib ki, ölkədə yeni parlament seçkisi keçiriləcək və nəticədə yeni hakim koalisiya qurulacaq. Bu hadisə baş tutanadək isə hazırkı hökumət müvəqqəti olaraq vəzifəsinin icrasına davam edəcək. //oxu.az

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə iki ölkə arasında strateji sənayelər sahəsində anlaşma memorandumu imzalanıb”.

Bu barədə Ukrayna Prezidentinin Aparatının Mətbuat Xidməti xəbər yayıb.

Bildirilir ki, sənəd Ukrayna və Türkiyə Respublikası şirkətləri arasında strateji sənaye və texnologiyalar sahəsində əməkdaşlığın təşviqinə, habelə bu sahələrdə mövcud layihələrin həyata keçirilməsinə və yeni layihələrin başlanmasına dəstək olmaq məqsədi daşıyır.

Əməkdaşlıq sahələrinə arasında avtonom nəqliyyat vasitələrinin, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorlar sahəsində tədqiqat və inkişaf; strateji sənaye sahələrinin inkişafı üçün zəruri olan digər texniki əməkdaşlıqlar daxildir.

Memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin və Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçir imzalayıblar.

Xatırladaq ki, Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib.//oxu.az

Ukrayna Prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün İstanbula səfərə gedir.

“Ölkə başçıları Vahdettin Köşkündə görüşəcək. Təkbətək və nümayəndə heyətləri arasında görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Görüşlərin yekunu olaraq Ərdoğan və Zelenski birgə mətbuat konfransı keçirəcək.

Müsəlmanlara qarşı təxribatlar axmaqlıqdır.

Bu sözləri Belarus lideri Aleksandr Lukaşenko İsveçdə Quranın yandırılması ilə bağlı açıqlamasında deyib.

“Bunun səlahiyyətli şəxslərin himayəsi altında edilməsinə nə gərək var? İsveç orqanları bunu dayandıra bilməzdimi? Dayandıra bilərdi. Ancaq onlar bunun qanuni olduğunu söylədilər. Vətəndaş müharibəsinə gətirəcək problemlər yaratmağa ehtiyac yoxdur”, - deyə prezident bildirib.

Rusiya Prezidenti Vladimir Putin ona qarşı qiyam qaldıran “Vaqner”in təsisçisi Yevgeni Priqojinin ölüm əmrini imzalayıb.

Xarici KİV xəbər verir ki, bu barədə Ukrayna Məxfi Xidməti məlumat verib.
Ukrayna kəşfiyyatından verilən məlumata görə, Putin Belarusa sığındığı deyilən, lakin sərhəddəki hərbi əməliyyatdan sonra yoxa çıxan Priqojini öldürmək üçün Rusiyanın kəşfiyyat qurumu FSB-yə göstəriş verib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Priqojinin üsyan planlarından çoxdan xəbərdar olduğunu deyib.

“Putinin Ukraynaya genişmiqyaslı işğalında artıq "Vaqner" bizim üçün təhlükə olmayacaq. Biz bilirik ki, FSB ona sui-qəsd etmək tapşırığı alıb”.

"Onlar bunu edə biləcəklərmi" sualına Budanov “zamanla görəcəyik” cavabını verib.

Mənə çatan xəbərə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-yə tələsik səfəri Türkiyə-Azərbaycan tandeminin tələbi ilə Qarabağ “müdafiə ordusunun” (Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni silahlı dəstə nəzərdə tutulur – red.) təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Tovmasyan qeyd edib.

O bildirib ki, Qərbin təzyiqi altında İrəvan Araik Arutyunyanı silahlı dəstələri ləğv etməyə inandırmağa çalışacaq. Ancaq xalqın narazılığından qorxan Araik üsyandan ehtiyat edir.

Tovmasyan bildirib ki, buna görə Araik və ətrafına “həyat və təhlükəsizlik zəmanətləri” təklif olunur.

priqojinin-harada-oldugu-aciqlandi

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin harada olduğunu açıqlayıb.

“Qafqazinfo” “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, dövlət başçısı onun Rusiya ərazisində olduğunu deyib.

“Priqojin Sankt-Peterburqdadır. O, Belarus ərazisində yoxdur”, - Lukaşenko deyib.

Prezident əlavə edib ki, ölkədə “Vaqner” döyüşçülərinin müəyyən bir qisminin yerləşdirilməsindən qətiyyən narahat deyil. Lukaşenko qeyd edib ki, onları dərhal öz ehtiyacları üçün istifadə etmək mümkün olacaq.

Xatırladaq ki, iyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

“Xarici təhlükəsizlik sahəsində problemlərimiz hamınıza məlumdur və burada bizim qarşımızda ciddi problemlər var. Eyni zamanda, mən əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Konstitusiya Günü ilə bağlı xalqa müraciətində deyilir.

“Sülh gündəminin həyata keçirilməsi, sadə bir səbəbdən təmin edilmir, bu, təkcə bizdən asılı deyil, sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməliyik, bu da açıq və birmənalıdır. Bu mənada Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün müvafiq mexanizmlərin yaradılması və Ermənistanın 29800 kvadrat kilometr ərazi bütövlüyünün tanınması əsas məsələdir”, - Paşinyan qeyd edib.

“Cənubi Qafqazda, xüsusən də Qarabağda rusiyayönümlü separatizmi açıq şəkildə dəstəkləyən Fransa prezidenti Emmanuel Makron Kremlin Qərbdəki son müttəfiqlərindən biri olaraq qalır”.

Gürcüstanın aparıcı onlayn medialarından biri olan “Prime Time” qeyd edir.

“Fransa və Rusiya liderləri Qafqazda münaqişənin genişlənməsinə töhfə verir və öz hərəkətlərini vasitəçi ritorika ilə ört-basdır edirlər... Fransanın xarici siyasətini Kreml diktə edir”, - nəşr qeyd edir.

Məqalədə qeyd olunur ki, fransızların Rusiyadan enerji və iqtisadi asılılığı onları Ukraynaya qarşı təcavüzü dəstəkləməyə və eyni zamanda Putini razı salmaq üçün Azərbaycanı zəhərləməyə məcbur edir.

Çərşənbə axşamı Yeni Moskva və Moskva vilayətində Ukrayna pilotsuz təyyarələri hücum cəhdi edib, hücumlar hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib.

“Bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib.

“Bu gecə Yeni Moskva və Moskva vilayətində Ukrayna pilotsuz təyyarələri növbəti hücum cəhdi edib. Hazırda hava hücumundan müdafiə qüvvələri tərəfindən hücumlar dəf edilib, aşkar edilmiş bütün PUA-lar məhv edilib”, - Sobyanin bildirib.

“İtki və ya xəsarət alan yoxdur, hadisə yerində fövqəladə xidmətlər işləyir”, - Sobyanin yazıb.

Moskva meri əlavə edib ki, təhlükəsizlik məqsədilə bəzi reyslər müvəqqəti olaraq Vnukovo hava limanından yönləndirilib. Səhər saat 8.00-dən etibarən isə Vnukovo hava limanı ərazisində uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

TASS-ın verdiyi xəbərə görə, Moskva vilayətinin Kubinka yaxınlığında təyyarə tipli dron qəzaya uğrayıb. “Dron Kubinkadakı hərbi obyektlərdən birinin ərazisinə düşüb. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur”, - nəşr yazır.

Nəşr onu da yazıb ki, fövqəladə hallar xidməti üç pilotsuz təyyarənin müxtəlif vaxtlarda Moskvaya doğru hərəkət etdiyini bildirib. Onlardan ikisi Yeni Moskvada Valuevo kəndi ərazisində, biri Kaluqa vilayətində zərəsizləşdirilib. Tələfat və dağıntı olmayıb.

Xəbər lenti