Tailandın paytaxtı Banqkokda tikintisi davam edən 500 metr uzunluğundakı yuxarı magistral çöküb.

 “İHA” xəbər verir ki, qəza zamanı aşağı yolla keçən avtomobillərin bir hissəsi beton blokun altında qalıb. 

Hadisə nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Ölənlərdən birinin qəzanın baş verdiyi tikintidən məsul mühəndis olduğu öyrənilib.

Çökmənin baş verdiyi yol yoxlama üçün nəqliyyatın hərəkətinə tamamilə bağlanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu parlamentə ötürmək öhdəliyini alqışlayıb.

“Onun sözlərinə görə, Avro-Atlantik bölgədə müdafiə və çəkindirmə qabiliyyətini yaxşılaşdırmaq üçün prezident Ərdoğan və Türkiyə ilə işləməyə hazırdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vilnüsdəki tarixi sammitdə əldə olunan razılaşmadan sonra F-16 təyyarələrinin Türkiyəyə satışını açıq şəkildə dəstəklədiklərini açıqlayıb.

Miller eyni zamanda ABŞ-nin Türkiyənin Avropa Birliyi (AB) hədəflərini dəstəkləməyə davam edəcəklərini bəyan edib. “ABŞ Türkiyənin AB-yə üzv olmaq istəyini hər zaman dəstəkləyib və dəstəkləməyə davam edir”, - o qeyd edib.

Ankaranın bu qərarından dərhal sonra Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər ilə ABŞ Müdafiə Naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub. Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, İsveçin NATO üzvlüyü və F-16-ların tədarükü, həmçinin modernləşdirilməsi müzakirə edilib.

Ukraynanın əks-hücum əməliyyatlarından danışan Amerikalı milyarder və ixtiraçı, SpaceX və Tesla şirkətlərinin banisi İlon Mask hesab edir ki, Kiyev düzgün taktika yürütməzsə, o zaman daha çox ərazi itirə bilər və uğursuzluğa düçar olar.

Mask bu barədə öz tviter səhifəsində yazıb.

O yazıb ki, Ukraynanın əks-hücumunun “uğursuzluğu” halında Rusiya daha da çox əraziləri işğal edə biləcək.

“Hansı tərəf güclü möhkəmləndirilmiş mövqelərə hücum etsə, o, daha çox əsgər itirəcək. Bundan əlavə, Rusiya Ukraynanı 4:1 üstələyir”, -Mask hesab edir.

O həmçinin hesab edir ki, Ukraynanın hücumu uğursuz olarsa, Rusiya əks-hücum zamanı daha çox ərazini ələ keçirəcək. Milyarderin fikrincə, Ukrayna silahlı qüvvələrini genişmiqyaslı əks-hücumdan qoruyan məhz bu amildir.

Türkiyə hökuməti Avropa İttifaqına üzvlük yolu, Türkiyə iqtisadiyyatına qarşı sanksiyaların ləğvi və Türkiyə vətəndaşları üçün vizaların liberallaşdırılması üçün tam dəstək alıb.

“Bloomberg” Türkiyə hökumət rəsmisinə istinadən məlumat yayıb.

"Avropa İttifaqı rəsmiləri Türkiyə hökuməti ilə üzvlük danışıqlarını sürətləndirməyə razılaşıblar", - nəşr yazır.

Bundan əlavə, Türkiyə prezidenti Ərdoğan və İsveçin baş naziri Kristerssonla görüşdən sonra Vilnüsdə çıxış edən NATO-nun baş katibi Stoltenberq Ərdoğanın İsveçin qəbulu ilə bağlı protokolu ən qısa zamanda Türkiyə parlamentinə təqdim etmək və ratifikasiyanı təmin etmək üçün onunla sıx əməkdaşlıq etmək barədə razılığını alqışlayıb.

O deyib: “İsveçin Türkiyə ilə terrorla mübarizə sahəsində əməkdaşlığı NATO-ya üzv olduqdan sonra da davam edəcək. Mən ilk dəfədir ki, NATO-da Terrorla Mübarizə üzrə Xüsusi Koordinator vəzifəsini təsis edirəm”.

İsveç Türkiyənin Aİ-yə daxil olmasını, o cümlədən Aİ-Türkiyə Gömrük İttifaqının modernləşdirilməsini və viza rejiminin liberallaşdırılmasını dəstəkləyəcək.

Makronun Fransanın Ermənistandakı səfirini niyə vaxtından dəyişməsinin səbəbi və məkrli planlar nəyə xidmət edir

Hamıya bəlli olduğu kimi prezident Emmanuel Makronun 6 iyulda imzaladığı sərəncamla Fransanın Ermənistandakı Ann Luyonu vaxtından əvvəl geri çağırıb və onu bu vəzifədə əvvəllər İran və İraq Kürdüstanında diplomatik missiyalarda çalışmış, həmçinin Qafqaz və Liviya məsələləri ilə məşğul olan Olivye Dekotini təmsil edəcək.

Xatırladaq ki, Ann Luyo 2021-ci ilin yayın sonundan Ermənistana səfir postuna təyin olunub və bir qayda olaraq, Fransa səfirləri diplomatik missiyalara 3 il rəhbərlik edirlər. Qaydaya uyğun olaraq, Ann Luyonun Ermənistanda səfiri kimi fəaliyyəti 2024-cü ilin avqustunda başa çatır. Amma gözlənilmədən və təcili Ann Luyonun səlahiyyət müddətinin bitməsinə bir il qalmış geri çağrılır və yeni səfir təyin olunur.

Fransanın Ermənistandakı səfirliyi diplomatın geri çağırılmasını şəxsi səbəblərə izah edilir.

Bəs əsl səbəb?

İlk olaraq onu qeyd etmək lazımdır ki, Oliviye Dekotini karyera diplomatıdır və Sorbonna məzunudur. 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyinin ikinci müşaviri olub, İranın nüvə proqramı və regional siyasəti ilə bağlı analitik məqalə yazıb və bu məqalə də Vaşinqton İnstitutunda dərc olunub.

Məqsəd Fransanın Cənubi Qafqazda sülhü və sabitliyi pozmaq

Məqsəd bölgədə və dünyada yaranmış proseslərdən istifadə edib Cənubi Qafqazda digər güclərlə yanaşı, geosiyasi rəqabətə girib, öz xarici hərbi mövcudluğunu təmin etməyə çalışır. Bu yolla “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiqinə cəhd edilir. O baxımdanda bölgədəki proseslərdən xəbərdar olan bir şəxsi təyin etməklə bu məkrli planını qarşıya hədəf qoyub.

Makron bunun ardınca İrəvandakı səfirinə hərbi attaşe də təyin etməyi nəzərdə tutub. Düzdür, Moskva İrəvana təzyiq edərək onun bu niyyətini reallaşdırmağa imkan vermir. Hərbi attaşeni təyin etməkdə gecikən Makron birinci mərhələdə Oliviye Dekotini, sonrakı münasib bir məqamda isə hərbi attaşeni təyin etməyi düşünür. Paris bununla da Cənubi Qafqazda neokolonializm siyasətini realladırmaq istəyir.

Yeni səfirin hədəfləri

- Ermənistandan istifadə etməklə ermənidən daha çox “erməniçilik” etməklə Cənubi Qafqaz uğrunda gedən savaşda Parisin geosiyasi maraqlarının təmin olunması;

- Ermənistanın silahlanmasına yardım etmək. İndiyədək Ermənistanın əsas silah təminatçısı Rusiya olub. Rusiya üzləşdiyi indiki şəraitdə Ermənistana silah ötürmür. Ermənistan alternativ variant kimi İran, Hindistan və bəzi Avropa ölkələrindən, xüsusən də Fransadan silah almaq istəyir. Amma Kreml İrəvana təzyiq edərək həmin ölkələrdən ciddi silah partiyası almağa imkan vermir. Səfirin əsas vəzifəsindən biri bu məsələdə İrəvana yardımçı olmaq və Parisin bölgədə daha ciddi şəkildə maraqları ilə hərbi mövcudluğunun təmin olunmasına nail olmaqdır.

Proseslər bölgəyə nə vəd edir və hansı proseslər ola bilər

Təbii ki, Parisin bölgədə aktivliyi sülhə xidmət etmədiyindən ilk növbədə Bakı və Ankaranın maraqlarına uyğun deyil.

İkincisi, Parisin Cənubi Qafqazda “Oreantalizm” siyasətini yürütməyə cəhdi ilk növbədə Avropa İttifaqının maraqlarına ziddir. Parisin bu siyasəti Rusiya-Ukrayna müharibəsi fonunda və Avrasiya coğrafiyasında baş verən yeni düzəndə dayanıqlı sülhə, sabitliyə xidmət etmədiyindən Avropanın enerji və logistik təhlükəsizliyini ciddi şəkildə təhlükə altında qoyur. Parisin bu siyasəti bütövlükdə Qərbin özünə digər ciddi problemlər yaradır.

Üçüncüsü, bölgədə bəzi məsələlərdə Moskvanın Paris və Tehranla maraqları üst-üstə düşdüyündən birgə fəaliyyət göstərsələr də, amma bəzi məsələlərdə isə tam fərqli yanaşmalara malikdirlər. Rusiyanın bölgədə mövqeyi nə qədər zəifləsə də, digər güclərin bölgədə təsir imkanını artırmasına qarşı çıxıb, ciddi dirəniş göstərir.

Dördüncüsü, Tehran Qərbin, İsrailin, Türkiyənin bölgədə aktivləşməsinə qarşı Parislə müəyyən məqamlarda əməkdaşlıq etsə də, amma Fransanın da bölgədə oturuşmasında maraqlı deyil. Tehran yaxşı anlayır ki, Fransanın bölgədə oturuşması dolayısı ilə və birbaşa Qərbin bölgədə oturuşması deməkdir.

- Beşincisi, Orta dəhlizin daha effektiv fəliyyətini istəyən Çin Cənubi Qafqazda sülh və sabitliyin tez bir zamanda təmin olunmasında maraqlıdır. O baxımdan fransanın bölgədə neokonolizm siyasətində maraqlı deyil. Pekin yaxşı anlayır ki, Parisin bölgə uğrunda mübarizəsi sülhə və sabitliyə deyil, gərginliyə xidmət edəcək.

- Altıncısı, Parisin bu aktivliyi Ermənistanın özünün milli maraqlarını və dövlətçilik təhlükəsizliyinə ciddi təhdid yaradır. İrəvan Parisə Ermənistanı bir plasdarm kimi təqdim etməklə, əslində, özünü geosiyasi güclərin toqquşma mərkəzinə çevirir. Bu toqquşma nəticə etibarı ilə Ermənistan dövlətçiliyi və xalqı üçün yaxşı sonluq vəd etmir. Bu, hətta Ermənistanın bir dövlət kimi siyasi xəritədən silinməsinə gətirib çıxarar.

Fransanın bu siyasəti yeganə olaraq Orta Dəhliz məsələsində Hindistan maraqlarına uyğun ola bilər.

Bütün hallarda Fransanın həyata keçirmək istədiyi “Oreantalizm” müstəmləkəçilik siyasəti təkcə Cənubi Qafqaza deyil, bütövlükdə Qafqazda, Avropada, Mərkəzi Asiyada dayanıqlı sülhün əldə olunub qarşılıqlı maraqlara xidmət edən sıx əməkdaşlıq formatına ciddi maneə yaradır.

ABŞ-ın şimal-şərq regionu dağıdıcı daşqınların təsirinə məruz qalıb.

Axar.az xəbər verir ki, Nyu York, Pensilvaniya, Nyu-Cersi ştatlarına düşən yağıntının miqdarı aylıq normaya bərabər olub. Bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.

Hudzon çayının məcrasından çıxdığı, azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Körpülər dağılıb, magistral yollar su altında qalıb, 1500-dən çox aviareys ləğv edilib. Hakimiyyət orqanları yerli sakinləri hündür yerlərə çıxmağa çağırıb.

İnfrastrukturun dağılması səbəbindən xilasedicilər hələ də bəzi yaşayış məntəqələrinə gedib çıxa bilmirlər.

“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin uğursuz qiyamdan sonra Rusiyanı tərk edildiyi deyilsə də, hələ də onun ölkədə olduğu bildirilir. Hətta onun Putinlə görüşdüyü iddia edilir.

Bu barədə fransız “liberation” qəzeti Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Priqojin iyulun 1-də Kremlə çağırılıb. Görüşdə Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak edib.

Bu görüşdə baş verənlər və onun gələcək fəaliyyəti ciddi müzakirə edilib.

Onu da qeyd edək ki, Priqojinə yaxınlığı ilə seçilən “fontanka.ru” portalı da yazır ki, iyulun 3-ü və 4-də “Vaqner” rəhbərindən götürülən 16 mlrd rubl, yüz minlərlə dollar, qızıl külçələr, silahlar geri qaytarılıb.

“Fontanka”nın yazdığına görə, silahların təvhil alınmasında Priqojin şəxsən özü iştirak edib.

Bu onu deməyə əsas verir ki, məhz Putinlə görüşdə bir sıra məsələlərdə razılıq əldə edilib və buna görə də ona ölkə ərazisində qalmağa icazə verilib və ondan müsadirə edilərək götürülən nə varsa hamısı geri qaytarılıb.

 

Fransada 6 minə yaxın insan polis zorakılığına etiraz etmək üçün küçələrə çıxıb.

İyulun 8-də ölkə boyu 30-a yaxın nümayiş təşkil olunub. Ən böyük aksiya polis prefekturasının qadağasına baxmayaraq Parisdə keçirilib. 2 minə yaxın insanın nümayişdə iştirak edib.

İyunun 27-də Paris ətrafında 17 yaşlı müsəlman əlcəzairlinin polis əməkdaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi məlum olub. Hadisədən sonra bütün Fransada iğtişaşlar başlayıb. 3000-dən çox nümayişçi saxlanılıb.

İyulun 9-da Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkinnəticələrinə görə, 87,05 faiz səs toplayan Şevkət Mirziyoyev yenidən prezident seçilib.

Suriya və Türkiyə liderləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi üzərində işləri başa çatdırdıqdan sonra Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşə bilərlər. Bu barədə bazar günü Rusiya Federasiyası prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

O qeyd edib ki, Suriya ilə Türkiyə arasında normallaşma prosesi səngiməyib, əksinə, “hər ay irəliləyir”.

Rusiya prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, əvvəlcə ekspertlər səviyyəsində görüş olub, daha sonra müdafiə nazirləri, daha sonra isə xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqlar baş tutub. Onlar öz müavinlərinə yol xəritəsi üzərində işləməyi tapşırıblar. Hazırda yol xəritəsinin aktivləşdirilməsi istiqamətində fəal və intensiv iş aparılır.
“Tərəflər bu işi başa çatdırdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Suriya və Türkiyə liderləri Ərdoğan və Əsəd arasında görüş təşkil etmək üçün onun nəticələri barədə prezidentlərə məlumat veriləcək”, - Lavrentyev bildirib.

Xəbər lenti