ABŞ prezidenti Co Baydenin iyulun 9-dan 13-dək Böyük Britaniya, Litva və Finlandiyaya səfəri planlaşdırılır.

“Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin bəyanatında deyilir.

“Prezident Bayden ölkələrimiz arasında sıx əlaqələri daha da gücləndirmək üçün əvvəlcə Kral III Çarlz və baş nazir Rişi Sunak ilə görüşmək üçün Böyük Britaniyanın paytaxtı Londona gedəcək. Prezident daha sonra NATO-nun 74-cü Sammitində iştirak etmək üçün iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsə gedəcək. İyulun 13-də prezident Bayden ABŞ-Nordic liderlərinin sammitində iştirak etmək üçün Finlandiyanın Helsinki şəhərinə səfər edəcək. Səfərlə bağlı ətraflı məlumat tezliklə açıqlanacaq”, - mətbuat katibinin bəyanatında deyilir.

"İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bu nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir. Bundan əlavə, İsveç Türkiyə qarşısında üzərinə götürən bütün digər öhdəlikləri də yerinə yetirməlidir.

Çanaqqalanın Ayvacık rayonu sahillərində Yunanıstan Sahil Mühafizəsi əməkdaşları tərəfindən Türkiyə ərazi sularına itələnən 84 miqrant xilas edilərək sahilə çatdırılıb.

Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin əməkdaşları Ayvacık sahillərində rezin qayıqlarda miqrantların olduğunu müəyyən edib.

Bölgəyə istiqamətlənən Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin “KB-20”, “KB-4304” və “TCSG-6” qayıqları ilə Yunan Sahil Mühafizə Komandası tərəfindən Türkiyə ərazi sularına itələnən Əfqanıstan vətəndaşlarından ibarət miqrantlar xilas edilib.

Sahilə çıxarılan 84 nəfər miqrant lazımi prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrasiya İdarəsinə aparılıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov görüntülərini paylaşaraq salamat olduğunu göstərməyə çalışıb.

O, ölümə yaxın olması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

Bununla yanaşı, Ukraynada yaralandığı iddia edilən Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov da görüntüdə yer alıb.

Lakin videoda Kadırovun təngnəfəs olması və danışmaqda çətinlik çəkməsi, səhhətində problem olması barədə xəbərlərin həqiqət olması versiyasını daha da qüvvətləndirib.

Hətta çeçen rəhbərin bir cümləsi, əslində, vəziyyətinin yaxşı olmadığını təsdiqləyir.

“Biz çox yaşamağı onsuz da istəmirik, qısa, amma şərəfli yaşayacağıq”, - o deyib.

Fransada yenidən şəhər döyüşləri gedir, ölkə tam xaosa qərq olur. Fransadakı erməni diasporunun üzvü Emmanuel Makron prezidentin vəzifəsini yerinə yetirməkdən vaz keçərək Cənubi Qafqazdakı vəziyyəti ələ salır.

Axar.az xəbər verir ki, bu barədə siyasi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Fransadakı olaylar haqda qeyd edib.

“Öz ölkənin qayğısına qal, təlxək!” – ekspert Makron haqda bildirib.

Priqojinin üsyanını, Moskvaya yürüşünü şərh etmək üçün mübarizə gedir. Bu mübarizə Rusiya daxilində və xaricdədir. Ölkə daxilində hakimiyyət sərt şəkildə bunun Rusiyaya xəyanət və üsyan olduğunu deyir. Rusiya cəmiyyətinin radikal vətənpərvər sektoru isə deyir ki, bu üsyan qəbuledilməzdir, lakin üsyana bürokratiyanın xüsusi hərbi əməliyyata qarşı olan və Qərblə barışmaq yollarını axtaran hissəsi təhrik edib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Birinci mövqe hakimiyyətdə və elitada tamamilə üstünlük təşkil edir. İkinci mövqe müdafiədən narazı olanlardır. Ancaq bu, yəni, ikinci mövqe çox yayğındır və onun gücünü gözardı etmək olmaz. Niyə hakimiyyət onları iqnor etməməlidir? Ona görə ki, kritik anda hakimiyyət yalnız onlara arxalana biləcək. Bir şey olsa, yalnız onlar hakimiyyəti qoruya biləcəklər.

Bürokratik loyalların isə hamısı qaçacaq. Hər kəs kritik günlərdə Volqa boyunca gəmi ilə Plyosa və ya təyyarə ilə Dubaya gedəcək", - o bildirib.

“Ötən gecə Fransadakı iğtişaşlar zamanı 3800-dən çox yanğın törədilib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bütövlükdə 1919 avtomobilə və 492 binaya ziyan dəyib.

Xatırladaq ki, 17 yaşlı əlcəzairəsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Fransada etirazlar başlayıb.

İsrailin xarici kəşfiyyatı “Mossad” İran ərazisində əməliyyat keçirərək İslam Respublikası Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli qruplaşmanın lideri Yusef Şahbazi Abbasəlili saxlayıb.

Bu barədə İsrailin “Ynet” saytı məlumat yayıb. 

Bildirilir ki, “Mossad”ın kəşfiyyat məlumatlarının köməyi ilə aralarında Pakistan vətəndaşlarının da olduğu şəbəkənin qalan üzvləri saxlanılıb.

Şahbazinin dindirilməsi zamanı planlaşdırılan hücumların təfərrüatları və bu şəbəkədə iştirak edən önəmli fiqurlar üzə çıxıb:

- “Terror aktları” SEPAH-ın kəşfiyyat xidmətinin xüsusi əməliyyatlarına cavabdeh olan 800-cü bölmə tərəfindən planlaşdırılıb;

- SEPAH “bir sıra terror aktları” planlaşdırıb, onların məqsədi israilli sahibkarlar, eləcə də pravoslav yəhudi hərəkatı “Chabad”ın Kiprdəki nümayəndəliyi;

Nəşr vurğulayır ki, İran Türkiyə ərazisindən öz məqsədləri üçün istifadə edir (Şahbazinin İrandan Türkiyəyə aviabiletlərinin fotoları var). Bununla bağlı İsrail hakimiyyəti Türkiyə hökumətinin gələcəkdə belə halların qarşısını almaq üçün lazımi tədbirlər görəcəyinə ümid etdiyini bildirib.

 

 

 

Təhlükəsizlik qüvvələri, FTX və Rusiya Müdafiə Nazirliyi arasında müharibə aktiv fazaya daxil olur.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) nümayəndəsi Andrey Çernyak bildirib.

Onun sözlərinə görə, Rusiyanın yuxarı dairələrində Putinin “zəiflədiyini” başa düşürlər, ona görə də hakimiyyətə yiyələnməyə çalışırlar: “Bizim hesablamalarımıza görə, bu, artıq “qüllələr” adlanan tərəflər arasında açıq müharibədir. Kreml bunun nəticəsində rəqib tərəflərin nümayəndələrinin fiziki məhvi baş verəcək”.

FTX ilə Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında münaqişə barədə məlumat daha əvvəl ortaya çıxıb, bunun sübutu Pentaqonun məxfi sənədlərinin şəbəkəyə sızması idi. Onlar qeyd ediblər ki, Rusiya Federasiyasının Ukrayna müharibəsində itkiləri ilə bağlı həqiqəti əks etdirən məlumatların gizlədilməsi səbəbindən idarələr arasında münaqişə yaranıb.

“17 iyul 2023-cü il Rusiya üçün ən təhlükəli tarixdir”.

Bizim.Media xəbər verir bu fikirləri riyaziyyat dahisi Sadiq Əfqan Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, iyul Rusiya tarixi üçün ən çətin aydır:

“Çətin vaxt gəlir: 2023-cü ilin Rusiya üçün ən təhlükəli aya qədəm qoyuruq. Bu il bəşəriyyət üçün ən çətin illərdən biri olacaq.

Təhlükəli təxribatlar və şantajlar baş verə bilər. Bu il dünyada vəziyyətin ən çətin olacağı bir tarixdir.Çox yaxında ölümcül maddələrin istifadəsi ilə təxribat olacaq. Və bu, əks tədbirləri zəruri edəcək. Bu isə çox şeyin sonu ola bilər. Bu mənada 17 iyul 2023-cü il Rusiya üçün ən təhlükəli tarixidir”.

Xəbər lenti