![]() |
|
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub.
“Hürriyet” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Rusiyada Təhlükəsizlik qüvvələri (FSB) və Müdafiə Nazirliyi arasında mübarizə aktiv fazaya daxil olur. Ona görə də bu qarşıdurma nəticəsində fiziki məhv hallarının olması istisna edilmir.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.
“Bizim hesablamalarımıza görə, bu, artıq Kremlin “qüllələri” adlanan yerlər arasında açıq müharibədir. Nəticədə rəqabət aparan tərəflərin nümayəndələrinin fiziki məhvi baş verəcək”, - Çernyak bildirib.
O, vurğulayıb ki, Rusiyada “yuxarı”lar artıq Prezident Vladimir Putinin zəiflədiyini başa düşürlər. İndi onlar hakimiyyətə əl atmağa çalışırlar.
Qeyd edək ki, üsyan cəhdinin ardından “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin oyundan kənarlaşdırıldığından sonra Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına rəhbərlik edən general Sergey Surovikinın artıq saxlanıldığı barədə xəbərlər yayılıb. İndi növbədə kimin olacağı maraq doğurur.(oxu.az)
Planetin ən zəngin insanlarından biri olan İlon Mask narkotik vasitələrin köməyi ilə depressiyadan çıxmağa çalışıb.
Məlumata görə, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi kiçik dozalarda ketamin qəbul edib.
Bundan əlavə, şənliklər zamanı o, psixotrop və digər dərmanlardan istifadə edib. İddia olunur ki, yüksək texnologiya ilə sərvət qazanmış digər amerikalı milyarderlər də narkotikə aludə olublar. Belə ki, “Google”un yaradıcılarından biri Sergey Brin vaxtilə psilosibin qəbul edib./oxu.az
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə oxşayan şəxs iyunun 26-sı və 28-də Sankt-Peterburqda görünüb.
“Bu barədə “Fontanka” nəşri mənbələrə istinadən məlumat yayıb.
Onlardan birinin dediyinə görə, çərşənbənin birinci yarısında Priqojinlə əlaqəli olan binalardan birində eyni adam görünüb.
Bundan başqa, Priqojinə oxşar adam iyunun 26-da da Trezzini hotelinin yaxınlığında görünüb. Mənbə iddia edir ki, guya o, hoteldə tabeliyində olan işçilərlə görüş keçirib.
Qeyd edək ki, iyunun 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Priqojinin Belarusa gedəcəyini açıqlamışdı.
"Bu gün və sabah Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları planlaşdırıldığı üzrə davam edəcək, danışıqlara ev sahibliyi etməkdən çox şadıq".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərə açıqlamasında deyib.
"Birbaşa dialoq problemlərin həlli və bölgədə davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etməyə sadiqdir və dövlət katibi Antoni Blinken sülh prosesində birbaşa iştirak edir. Bildiyiniz kimi, dünən ABŞ dövlət katibi A.Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə həm ikitərəfli, həm də üçtərəfli şəkildə görüşmək imkanı olub. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz müzakirələri bu gün və sabah davam etdirəcəyik. Cədvəldə heç bir dəyişiklik olmayacaq".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Danışıqlar iyunun 29-dək davam edəcək.
Rusiya ordusunun Kramatorska raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko bildirib.
Məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.
“İyunun 28-i saat 17:00-a olan məlumata görə, dağıntılar altından 11 nəfərin (o cümlədən 3 uşağın) meyiti çıxarılıb”, - DİN-dən bildirilib.
Ölənlərdən ikisi 15 yaşına çatmayan əkiz bacılar Anna və Yuliya Aksençenkolardır.
Həmçinin, hadisə nəticəsində 61 nəfər yaralanıb.
Xatırladaq ki, Kramatorska raket hücumu iyunun 27-də həyata keçirilib. Rusiya qüvvələri çox sayda insanın olduğu kafeni atəşə tutublar. Hücum yanğına səbəb olub.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsində Qurani-Kərimin təhqir edilməsi həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayət sayılır.
Dövlət başçısı bəzi ölkələrdə Qurana hörmətsizliyin cinayət sayılmadığına diqqət çəkib.
Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə səfər edən dövlət başçısı buradakı tarixi məsciddə olub, müsəlmanlarla görüşüb.
Müsəlmanların Qurban bayramını qeyd edən Putinə Quran hədiyyə olunub.
"Quran müsəlmanlar üçün müqəddəsdir, başqaları üçün də müqəddəs olmalıdır. Bu, həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayətdir. Biz bu qaydalara hər zaman əməl edəcəyik", - Putin hədiyyəyə görə təşəkkür edərək deyib.
“Vaqner” lideri Yevgeni Priqojinin qiyamı günü ABŞ və Qərb müttəfiqləri Ukraynaya zəng edərək Rusiyanı vurmaqdan çəkinməyi xahiş ediblər.
Bu barədə CNN telekanalının mənbələri məlumat yayıb.
“Qorxu ondan ibarət idi ki, bu durumda belə bir addım Ukrayna və Qərb Priqojini dəstəkləyən və Rusiyanın suverenliyini təhdid edən tərəflər kimi qəbul edilə bilərdi”, - Qərb rəsmisi kanala deyib.
Onun sözlərinə görə, mesaj burada “ləngər vuran qayığı silkələməmək” olub.
Mesaj xarici işlər nazirləri, deputatlar səviyyəsində və səfirlər vasitəsilə çatdırılıb.
“Müttəfiqlər ukraynalılara vəziyyəti təhrik etməmək barədə xəbərdarlıq ediblər. Ukrayna ərazisində mövcud imkanlardan istifadə edin, amma daxili işlərə qarışmayın və Rusiya daxilində hərbi obyektlərə zərbə endirməyin”, - rəsmi bildirib.(Teleqraf.com)
"ABŞ Dövlət Departamentinin ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan budəfəki görüşün vacib olduğunu düşünürük və irəliləyişin əldə olunmasına inanırıq. Üçgünlük görüşlər başa çatdıqdan sonra əldə olunacaq nəticələrlə bağlı açıqlama verəcəyik".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
"Dövlət katibi bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıb. Dövlət Departamenti bir neçə dəfə görüşlərə ev sahibliyi edib. Bu səhər dövlət katibi yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə təkbətək və geniştərkibli mühüm görüşlər keçirib. Biz sülhün əlçatan olduğuna inanmağa davam edirik. Nəticələr haqqında danışmaq üçün həftənin sonuna qədər gözləyəcəyik", - Miller bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Bu gün ABŞ dövlət dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüşlər keçirilib.
Danışıqlar iyunun 29-dək davam edəcək.
***
ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib
Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.
Danışıqlar iyunun 29-dək davam edəcək.
Kreml sözçüsü Dmitri Peskov ötən gün mediaya açıqlamasında “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqları niyə Lukaşenkonun aparmasına aydınlıq gətirib.
"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu məsələdə Lukaşenkonun özünün maraqlı olduğunu bildirib:
"Lukaşenko özü təklif etdi ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparsın. Çünki o, Priqojini 20 ilə yaxındır tanıyır. Yəni bu, onun şəxsi təşəbbüsü idi. Bu danışıq təbii ki, Prezident Putinlə də razılaşdırılıb”.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.