![]() |
|
ABŞ Rusiyadakı vəziyyət fonunda “Vaqner” özəl hərbi şirkətinə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir.
ABŞ administrasiyası yeni sanksiyalar tətbiq etməklə Rusiya rəhbərliyinin “tərəfini tuta biləcəyindən” ehtiyat edir. Vaşinqton belə vəziyyətdə bu və ya digər tərəfi dəstəklədiyi kimi görünmək istəmir.
Bildirilir ki, Dövlət Departamenti Afrikadakı fəaliyyətinə görə “Vaqner”ə qarşı iyunun 27-də əlavə sanksiyalar tətbiq etməyi planlaşdırıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov Rostovdakı vəziyyətlə bağlı danışıb.
“İnterfaks” agentliyi xəbər verir ki, o, Rusiya Prezidentinin hər bir sözünü tam dəstəklədiyini bildirib.
R.Kadırov Rusiya Müdafiə Nazirliyi və Çeçenistan Respublikası Milli Qvardiyasının döyüşçülərinin gərginlik zonalarına getdiyini açıqlayıb.
“Biz Rusiyanın birliyini və dövlətçiliyini qorumaq üçün hər şeyi edəcəyik!", - Kadırov teleqram kanalında bildirib.
Kadırov həmçinin döyüşçüləri təxribatlara yol verməməyə çağırıb.
“Sizə hansı məqsədlər qoyulsa da, nə vədlər verilsə də, belə bir məqamda dövlətin təhlükəsizliyi və Rusiya cəmiyyətinin birliyi hər şeydən üstündür”.
Çeçen lider üsyanı yatırmaq üçün sərt tədbirlər görməyə hazır olduğunu bəyan edib.
Rusiya ordusu ilə “Vaqner” qüvvələri arasında döyüşlər başlayıb.
Bu barədə hökumətyönümlü “Telegram” kanalları kadrlar yayıblar.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib. Rostovu ələ keçirən və sonra Voronej vilayətinə daxil olan döyüşçülər zirehli texnikayla Moskvaya doğru irəliləyirlər.
Rusiyanın Ukraynada vuruşan bir qrup hərbçisi “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə öz dəstəyini bildirib.
Bununla əlaqədar onlar sosial şəbəkədə müraciət ünvanlayıblar.
Qeyd edək ki, videomüraciət edənlər Rusiya Müdafiə Nazirliyinin hücum qrupudur.
Bundan əvvəl Voronejdə 180 nəfər rusiyalı hərbçi silahı yerə qoyub.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib.
“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Artıq ÖHŞ-nin qoşunları Rostovu ələ keçirib, sonra Voronej vilayətinə daxil olublar. Son məlumatlara görə, zirehli texnika Moskvaya doğru irəliləyir.///Oxu.az
Rusiyada baş verənlər fonunda paytaxt Moskva şəhərində hava limanlarının vəziyyəti açıqlanıb.
Aeroportlar bu barədə açıqlama yayıb.
Belə ki, "Vnukovo", "Şeremetyevo" və "Domodedovo" hava limanları ştat rejimində və qaydalara uyğun şəkildə fəaliyyətini davam etdirir.
Bildirilib ki, ölkədaxili və ölkəxarici uçuşlarda hələlik heç bir dəyişiklik yoxdur.//Modern.az
“Vaqner” üzvləri tərəfindən vurulan Rusiya ordusuna məxsus helikopterlərin pilotları açıqlama ilə çıxış ediblər.
Pilotlar bildiriblər ki, onlara Ukrayna silahlı qüvvələrinin kolonlarına hücum etmək əmri verilib və “Vaqner”ə qarşı döyüşdüklərindən xəbərsiz olublar.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya silahlı qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan ediblər.
“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.//oxu.az
Voronej vilayətinin Buqayevka sərhəd-keçid məntəqəsində 180 nəfər rusiyalı hərbçi silahı yerə qoyub və “Vaqnerçi”lərin hərəkətinə mane olmayacaqlarını bəyan ediblər.
Əlavə edək ki, hazırda “Vaqner” özəl hərbi şirkəti Rusiyanın Voronej şəhərində bütün hərbi obyektlərə nəzarəti ələ keçirib.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib.
“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Vaqner” muzdlu hərbi təşkilatının son addımları xəyanətdir.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür:
“İndi Qərbin bütün hərbi maşınları Rusiyaya qarşı yönəlib”.
Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Report xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.
“Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - komitədən bildirilib.
Qeyd edək ki, bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.
Xatırladaq ki, antiterror əməliyyatı rejimi bir sıra tədbirlərin görülməsinə və müvəqqəti məhdudiyyətlərin tətbiqinə icazə verən hüquqi rejimdir. Bura sənədlərin yoxlanılması, ictimai asayişin mühafizəsinin gücləndirilməsi, telefon danışıqlarına nəzarət, mülkiyyət formasından asılı olmayaraq təşkilatlara məxsus avtonəqliyyat vasitələrindən istifadə, təhlükəli istehsalat müəssisələrinin fəaliyyətinin dayandırılması, rabitənin məhdudlaşdırılması, vətəndaşların müvəqqəti başqa yerlərə köçürülməsi, küçələrdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması daxildir. Bu rejim çərçivəsində silah və spirtli içkilərin satışı qadağan edilə bilər.
“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.
Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.