![]() |
|
Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir.
Bu barədə Moskva şəhər meri Sergey Sobyanin məlumat yayıb.
"Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər. Xahiş edirəm qəbul edilmiş tədbirlərə anlayışla yanaşın"- mer bildirib.//Axar.az
“Rostov şəhərinə giriş-çıxışı bağlayırıq və Moskvaya doğru irəliləyirik”.
Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
***
“Vaqner” rəhbəri Yevgeni Priqojin bildirib ki, “könüllülər” tərəfindən Cənub Hərbi Dairəsi Qərargahı ələ keçirilib. Həmçinin döyüş aviasiyasının uçuşunun qarşısını almaq üçün aerodrom da ələ keçirilib.
Onun sözlərinə görə, “Vaqner” logistika və sanitar bortlara əngəl yaratmayacaq.
Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.
“Report” xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin özü də Rostov şəhərindədir.
Artıq Rostov şəhəri “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.
Ermənistanın Arazdəyəndə inşa etdiyi ekoloji cəhətdən zərərli metallurgiya zavodunda ABŞ və Ermənistan bayraqlarını birgə qaldırılması bəzi iddialara səbəb olub.
“Yeni Müsavat” bildirir ki, İrəvan bununla Rusiyadan incikliyini bir daha bəyan edərək, özünə daha etibarlı müttəfiq tapmasının mesajını vermiş olur. Ermənilər düşünürlər ki, Kərki də daxil, Azərbaycan kəndlərinin təhvil verilməsi ilə bağlı öhdəlikdən ABŞ bayrağı ilə yayına bilərlər.
Özünü ədalət çarçısı kimi təqdim edən ABŞ-ın hələ sərhədlər müəyyənləşməmiş gəlib Naxçıvanda şübhəli zavod tikintisinə başlaması özü də ciddi suallar doğurur. Belə qənaətə gəlmək olar ki, Ermənistanın Zəngəzur dəhlizindən keçəcək dəmir yolu xəttinin bir hissəsinin məhz düşdüyü Arazdəyəndə belə bir zavodu inşa etməsi Azərbaycanla gərginliyə başqa dövlətləri də qatmaq məqsədi daşıyır.
Zavodun tikintisində hindlilərin çalışdırılmasından tutmuş, bu zavodun investorlarının ABŞ-dan olması və həmin ərazidə Amerika bayrağının qaldırılmasına kimi bütün bu detallar ondan xəbər verir. Ekspertlərə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindəki detallar razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyaları da artmaqdadır. Nəzərə alsaq ki, rəsmi İrəvan son açıqlamalarında açıq şəkildə Overçukun Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında əldə edilən müsbət irəliləyişləri təkzib etməklə məşğuldur. O deməkdir ki, Arazdəyəndə ABŞ bayrağı qaldıran Ermənistan bu məsələdə Kremlə də növbəti mesajını göndərmiş olur. Moskva İrəvanın bu “acıqvermə” hərəkətlərini izləyir və hələ ki sərt reaksiya vermir. Amerika ilə Rusiya arasında yaxın illərdə heç bir mülayimləşmə gözlənilmir, əksinə, gərginlik pik həddə arta bilər. İrəvan yaxşı bilir ki, indiki məqamda Ermənistan sərhədində Amerika bayrağı qaldırmasını Rusiya, sadəcə, bir zavod tikintisi kimi qəbullanmayacaq.
Rusiya dəhliz üzrə nəzarət mexanizmi yaratmaqda, nəqliyyat-kommunikasiya yolu boyunca öz qoşun birləşmələrini yerləşdirməkdə maraqlı tərəf kimi görünsə də Ermənistan ABŞ-ın maraqları çərçivəsində hərəkət etməyi daha məqsədəuyğun hesab edir. Təsadüfi deyil ki, ötən həftə Rusiyanın dövlət agentliyi Birləşmiş Ştatların Qarabağın erməni nümayəndələrini Azərbaycanla görüşməyə məcbur etdiyini, imtina etdikdə antiterror əməliyyatı ilə hədələdiyini yazmışdı. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, ABŞ-ın Bakı və Xankəndi arasındakı dialoqda “hədə-qorxu” tonunda vasitəçilik xidmətləri ilə bağlı məlumatlardan narahatdır, bu, amerikalı vasitəçilərin “adekvatlığına dair suallar yaradır”.
“Vaşinqtonda Qərbi Zəngəzur bölgəsində Amerika bayrağının dalğalanmasına iki yanaşma ola bilər. Birinci yanaşma Amerika bayrağının Rusiyanın Ermənistandakı hərbi bazasına və İranla sərhədə yaxın ərazidə dalğalanmasına müsbətdir, düşünürlər ki, bununla həm Ermənistanı Rusiya və İranın təsirindən uzaqlaşdırırlar, həm də Moskva və Tehrana Amerikanın bölgədə varlığını nümayiş etdirirlər”, - deyə politoloq Elxan Şahinoğlu bildirib. İkinci yanaşma isə Amerika bayrağının təhlükəli zonada dalğalanmasının ümumi işə faydası olmadığı və Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edə biləcəyindən ibarətdir: “ABŞ bayrağının Qərbi Zəngəzurda dalğalanması Rusiyanın və İranın maraqlarına zidd olmalıdır, hər ikisi həssas ərazidə bayraq vasitəsilə Amerikanın varlığına mənfi yanaşmalıdırlar, ancaq nə hikmətdirsə hələ ki Moskva və Tehrandan reaksiya yoxdur. O ki qaldı Azərbaycana, Ermənistan BMT-yə üzv olan bütün ölkələrin bayraqlarını Qərbi Zəngəzurda dağlandırsa belə, bu onun problemlərini həll etməyəcək. Bunu elə Amerika bayrağını həmin ərazidə qaldıran şirkətin erməni təmsilçisi də bu sözlərlə etiraf edib: "İnanmıram ki, Amerika bayrağı Azərbaycanı dayandırsın".
Mütəxəssislər necə qiymətləndirirlər, Qərbi Zəngəzurda Amerika bayrağı Rusiyaya gözdağı, Bakıya isə Kərki və 7 kəndi geri almaq üçün əngəl olmaq məqsədi daşıyırmı? Bu sualı cavablandıran politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında Amerika bayrağını hara baxsaq görmək mümkün olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu detal Ermənistanın ABŞ-a yaxşı münasibəti olduğunu göstərmək üçündür. T.Abbasov hesab edir ki, bizim üçün bu məsələdə əsas narahatedici faktor zavodun ekoloji baxımdan təhlükə saçmasıdır: “Bir tərəfdən Arazın suyunu zəhərləyəcəklər, bir yandan suyun azalmasına səbəb olacaqlar. ABŞ bu proseslərdən xəbərdardır. Bilirlər ki, ekoloji cəhətdən bu layihə təhlükəlidir. Amma əsas odur ki, ABŞ-ın öz hüdudlarından uzaqdadır. Onlar həmişə üçüncü qüvvələri özündən kənarda vuruşdurur və sonda bayrağını ucaldır. Vaşinqton baxmayaraq ki, Bakı ilə iqtisadi əlaqələri genişləndirir, amma bu gün ikili yanaşma ortaya qoyur. Ermənistanla bu əlaqələri ola bilər, amma bizi maraqlandıran ekoloji zərəri olmasıdır”.
Ekspert razılaşır ki, burada digər niyyət Rusiya və İrana gözdağı verilməsidir: “Lavrov dedi ki, Avropa Birliyi və ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün birləşiblər. Sadəcə, əgər Rusiya narahatdırsa, niyə ikibaşlı oynayır? Bir tərəfdən Azərbaycanla müttəfiqlikdən danışır, gah Qarabağ erməniləri üçün statusu gələcək nəsillərə saxlayır, gah da Vardanyan kimi Xankəndinə aidiyyəti olmayan birini göndərib. Hazırda bu adam qondarma qurumun sabiq "dövlət naziri" kimi açıqlamalar verir. Yəni Amerika, İran, Rusiya və Avropa Birliyi ikibaşlı oyun oynayırlar. Biz bu detalları diqqətlə izləyirik, Azərbaycan dövləti prinsipial mövqeyini bildirməlidir. Necə ki Vaşinqton görüşündən imtina edildi. Çünki Avropa Birliyinin ATƏT-dəki nümayəndəsi ağzına gələni danışmışdı. Biz də imtina etdik ki, sizin saxta moderatorluğunuz lazım deyil. Amma gərək Rusiya da vasitəçilik fəaliyyətini durultsun, şəffaflaşdırsın, olduqca bulanıq siyasət aparır. Kəsəsi, bəzi məqamlarda daha sərt olmalıyıq. Elə bilməsinlər ki, bu güclərin ikibaşlı oyunlarını görmürük".
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, İrəvanda hesab edirlər ki, zavodda ABŞ bayrağı asılarsa, “Azərbaycan atəş açmaqdan çəkinəcək”. Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirələr aparılıb, razılıq əldə olunub: “Əvvəl də qeyd etmişdik - Ermənistan ABŞ-dan olan investisiya ilə metallurgiya zavodunu Arazdəyəndə inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivi önündə ”qalxan" qazanmağı planlaşdırır. ABŞ bayrağını zavoda gətirmək istəkləri bu niyyətlərinin isbatı hesab edilə bilər. Lakin Bakıda bu ərazilərin azad olunması qərarı veriləcəksə, bunu ABŞ bayrağı, yaxud investisiyası dayandıra bilməz".
Siyasi təhlilçi Yeganə Hacıyevanın sözlərinə görə, bu, Ermənistanın ABŞ-ı regionda müharibəyə cəlb etmək cəhdidir: “Digər bir məqam həmin şirkətlərin həqiqətən ABŞ şirkətləri olub-olmadığını dəqiqləşdirməkdir. Çünki həmin şirkətlər ABŞ vətəndaşı olan etnik ermənilərin də ola bilər və ya hər hansı ofşor şirkət ola bilər. Bu, ümumilikdə heç nəyi dəyişmir, amma bu çox ermənicə, hiyləgər cəhddir. Məsələnin bir tərəfi də Ermənistanın məhz münaqişəni genişləndirmək və yeni tərəfdaşlar axtarmaq istiqamətində primitiv səylərindən biridir”.
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Titanik” gəmisinin qalıqlarına səyahət edən və yoxa çıxan “Titan” sualtı qayığının qalıqları aşkarlanıb.
“Gloob” xəbər verir ki, sözügedən sualtı qayığın partlama anını əks etdirən simulasiya yayımlanıb.
Hazılanan videoda “Titan”ın katastrofik şəkildə hissələrə ayrıldığı görünür.
Qeyd edək ki, 3 gün əvvəl itən sualtı qayıqda 5 milyarder - 58 yaşlı britaniyalı milyarder və səyyah Hamiş Hardinq, 77 yaşlı fransız dalğıc Pol-Anri Narqole, “OceanGate Expeditions” şirkətinin qurucusu Stokton Ruş, 48 yaşlı Pakistan əsilli ingilis iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman olub.
Məhəmməd Allahyarlı (təcrübəçi)
ABŞ Prezidenti Co Bayden Hindistana səfəri zamanı növbəti dəfə gülünc vəziyyətə düşüb.
O əvvəlcə Hindistanın himnini ABŞ himnindən ayırd edə bilməyib və əlini ürəyinə qoyub, sonradan isə səhvini başa düşərək əlini endirib.
Çin Rusiyanı “Boeing” və “Airbus” təyyarələrinə rəqib kimi 2017-ci ildən hazırlanmaqda olan CR929 sərnişin təyyarəsi layihəsindən kənarlaşdırıb.
"Bu barədə “The Air Current” nəşri yazır.
Fransanın Le Burje şəhərində keçirilən beynəlxalq aviaşousunda Çin 280 sərnişini qəbul edə biləcək gələcək uzaqməsafəli təyyarəyə ayrıca stend ayırıb. Eyni zamanda, Çin projeni özününkü kimi təqdim edib - Rusiyanın adını çəkmədən.
Keçən il “South China Morning Post” layihə ilə bağlı Çin və Rusiya arasında fikir ayrılıqlarının getdikcə artdığını yazmışdı. Çinlilər rusların layihənin onlara aid hissəsinin - füzelajın reallaşdırılmasında ləngliyindən narazı olublar. Çinlilərin laynerlə bağlı işlərə Qərb şirkətlərini cəlb etmək istəməsi isə rusların xoşuna gəlməyib.
“Pekin CR-929 sərnişin təyyarəsinin Qərbin uçuşa yararlılıq standartlarına cavab verəcəyinə ümid edir. Geniş gövdəli təyyarə ABŞ və Avropaya uçuşlar üçün nəzərdə tutulub, ona görə də Avropa və ABŞ istehsalçıları arasında sifarişləri bölməklə bəzi əsas komponentləri seçmək daha yaxşı olardı. Rusiya tərəfi Pekinin Qərb komponentlərindən istifadə etmək qərarını Ukraynaya müdaxiləsindən sonra qlobal sanksiyalar fonunda Qərb qarşısında ağ bayraq qaldırmaq kimi qiymətləndirir”, - qəzet bildirir.
Rusiya neft məhsulları və nefti üçün Çin bazarını sürətlə itirir. Hindistanla birlikdə Rusiya neftinin 80 faizdən çoxunu alan Çin iyunda alışlarını yarıya endirib. Çin neft emalı zavodları Rusiya əvəzinə İran neftinə üstünlük verirlər, bu baxımdan endirim daha böyükdür.(Teleqraf.com)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunu 110 ilə qədər həbs cəzası gözləyə bilər.
“Bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.
Həmin cəzanın Kılıçdaroğluna qarşı açılan müxtəlif iddialar üzrə olduğu bildirilib.
Həmçinin, CHP sədrinin siyasi fəaliyyətinə də qadağa qoyula bilər.
Qeyd edək ki, Kemal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda 47,82 faiz səslə Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğana uduzub.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Jirinovskinin ölümündən sonra Kremlin danışan dilinə çevrilib. Belarus prezidenti Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib ki, Ermənistanın təşkilatla bağlı tələbləri və iradları əsaslıdır. Yəni Lukaşenkonun məntiqinə görə, Ermənistan rəsmiləri KTMT-ni tənqidlərində haqlıdırlar. Lukaşenko bunun ardınca bildirib ki, təşkilat çərçivəsində problemləri həll etməsək, KTMT ölkələri davamlı olaraq bir-birini tənqid edəcək, təşkilatın işindən narazılıqlarını bildirəcəklər: “Ona görə də KTMT ölkələrinin problemlərini dərindən araşdırmaq və çıxış yolu axtarmaq lazımdır”.
Kreml sözçüləri Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tənqidi fikirlərinə etiraz edərkən, Moskvanın müttəfiqi Belarus prezidenti İrəvanın təşkilatla bağlı iradlarını niyə əsaslı adlandırıb? Bu Lukaşenkonun öz fikridir, yoxsa Kremlin Belarus prezidenti vasitəsilə Azərbaycana mesajıdır? Məlumdur ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir. Kreml Cənubi Qafqazı əldən vermək istəmir, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirmək istəyir. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o Ermənistan və Qarabağ separatçıları vasitəsilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan – Avropa İttifaqı və ABŞ-ı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ-la sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur. Putin özünün səsləndirə bilmədiyini Lukaşenkoya dedizdirir.dia.az
Bu günlərdə şəbəkədə aşağıdakı videolar peyda olub: forma geyinmiş məktəblilər separatçıların bayraqları ilə ora-bura qaçırlar, onlara atıcı və digər növ silahlardan istifadə etmək öyrədilir.
VoMA və digər oxşar təşkilatlar ianə toplayır və bunu olduqca ciddi bankların – “Raiffeisen”, “Citi”, “Sberbank”ın müxbir hesabları vasitəsilə edirlər həyata keçirirlər.
Bu uşaq düşərgələrinin mühüm sponsoru Ruben Vardanyandır.
Məlumata görə, o, artıq izlərini gizlətməyə və bu hekayəni yumağa çalışır.
Qarabağda ən azı onlarla belə təlim bazası var. Onlar VoMA kimi təşkilatların düşərgələri əsasında işləyirlər.
Bütün bunları “UNICEF”, “Amnesty International” və digər insan haqları təşkilatları hələ də görməməyi üstün tutur.
“VoMA” Ermənistan və Qarabağda peşəkar hərbçilər tərəfindən yaradılmış təlim düşərgələri şəbəkəsidir.
Təqdim etdiyimiz şəkildə onların düşərgələrinin xəritəsi və gəlir hesabatı yer alıb.
Təkcə 2021-ci ildə “VoMA” 200.000 dollardan çox pul xərcləyib və onlar üçün təxminən 400.000 toplanıb.