Ötən həftə Rusiyanın bütün istiqamətlərdə itkiləri 4600-dən çox ölü və yaralı olub.

İki həftə ərzində ukraynalı müdafiəçilər Berdyansk və Melitopol istiqamətlərində səkkiz yaşayış məntəqəsini azad ediblər.

Bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz teleqram səhifəsində məlumat verib.

Malyarın verdiyi məlumata görə, son bir həftə ərzində Cənub ərazidə də bir neçə istiqamətdə hücumlar aparılıb.

Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik hücum əməliyyatları zamanı Tavriyada Novodarovka, Levadnoye, Storozhevoye, Makarovka, Blagodatnoye, Lobkovoye, Neskuchnoye, Pyatikhatki yaşayış məntəqləri azad edilib.

O əlavə edib ki, son bir həftə ərzində düşmənin bütün istiqamətlərdə 4600-dən çox ölü və yaralı olub, bundan əlavə 80-dən çox rus döyüşçü əsir götürülüb. 400-dən çox texnika və silahını, o cümlədən helikopterləri, tankları, haubitsalarını, tank əleyhinə raket kompleksi və sair məhv edilib.

Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan iranlı politoloq Ehsan Movakhedian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın Zəngəzur dəhlizinin açılmasına mane olması ilə bağlı sözlərinə reaksiya verib.

Onun sözlərinə görə, İranın Qafqazla bağlı strategiyasının olmaması və rejimin qətiyyətsizliyi Türkiyə və Azərbaycana sərbəst hərəkət etməyə imkan verir.


Movaxedyan əlavə edib ki, Zəngəzur dəhlizinin açılmasında məqsəd Çini Avropa ilə birləşdirməkdir, lakin onun fikrincə, bunun üçün artıq Bakı-Tbilisi-Qars dəmir yolu mövcuddur.

Politoloqun fikrincə, Ərdoğanın real məqsədləri bunlardır:

- Türk ölkələri arasında davamlı dəhliz yaradılması və “sionist”lərin və ekstremistlərin İran, Rusiya və Çin sərhədlərinə çəkilməsi;

- İranın beynəlxalq nəqliyyat layihələrində iştirakdan kənarlaşdırılması;

- İranın iqtisadi zəifləməsi;

- İranın dünyada təcrid vəziyyətinin kəskinləşməsi.

Zəngəzur dəhlizi uzunluğu təxminən 40 km olan nəqliyyat layihədir. Bu marşrutun Azərbaycanın qərb rayonları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması məqsədilə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Türkiyədən Azərbaycana birbaşa quru marşrutu formalaşır və oradan artıq Xəzər dənizi vasitəsilə Orta Asiya və Çinə çıxış yaranır.

“Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji sahəsindəki əməkdaşlıq Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyətini artıracaq.

Uraloğlu Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini bildirib. O, həmçinin əlavə edib ki, dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq.

“Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla da Bakı-Tbilis-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış əldə etmək olacaq”, - deyə nazir vurğulayıb.

NATO-nun müdafiə nazirləri Rusiyanın mümkün hücumuna cavab vermək üçün yeni planla bağlı konsensusa gələ bilməyiblər.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiyaya qarşı plana Türkiyə razılıq verməyib.

Buna baxmayaraq, NATO Baş katibi Yens Stoltenberq bildirib ki, nazirlər Rusiya Federasiyasının mümkün təcavüzünə cavab planını nəzərdən keçirirlər və onun təsdiqinə yaxınlaşırlar.

Mənbə agentliyə bildirib ki, Türkiyə coğrafi vəziyyətə, o cümlədən Kiprlə bağlı qərara görə mane olub:

"Mümkündür ki, plan NATO-nun iyul sammitindən əvvəl qəbul edilsin".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun heykəlini ucaltmaq istəyən Bolu Bələdiyyə sədri Tanju Özcana rədd cavabı verib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən günlərdə bələdiyyə sədri dövlət başçısına məktub ünvanlayaraq Boluda onun heykəlini ucaltmaq istədiyini və bunun üçün razılığını istəmişdi.

Lakin Türkiyə Prezident Administrasiyasının İnzibati İşlər üzrə İdarəsindən T.Özcana göndərilən cavab məktubunda R.T.Ərdoğanın bu məsələyə razı olmadığı və heykəl üçün nəzərdə tutulan vəsaitin ehtiyacı olan şəxslərə paylanmasının məqsədəuyğun görüldüyü bildirilib.

Bələdiyyə sədri də ictimaiyyətə açıqlamasında sözügedən vəsaitin ədaləti formada Boludakı ehtiyac sahiblərinə çatdırılacağını söyləyib.

Taliban İranın standartlarını qəbul etmir.

 Əfqanıstan mətbuatında dərc olunan xəbərə görə, İrandan ixrac edilən daha 7 tanker benzin yanacağı geri qaytarılıb.

Məlumata görə, yanacaq Əfqanıstan Milli Standartlar Agentliyinin tələblərinə uyğun olmayıb.

Bildirilir ki, həm də keyfiyyətsiz olması aşkar edilib.

Makron İranın təzyiqinə baş əyə və İran müxalifətinin Fransadakı fəaliyyətini məhdudlaşdıra bilər.

Bu barədə Avropanın nüfuzlu “EU Reporter” nəşri yazır.

Nəşr diplomatik mənbələrinə istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makronla iyunun 10-da iranlı həmkarı İbrahim Rəisi arasında 90 dəqiqəlik telefon danışığı zamanı sonuncu Parisdən İranın müxalifət təşkilatlarına, xüsusən də Fransada fəaliyyət göstərən “Mücahidin-e-Xalqa” qarşı hərəkətə keçməyi tələb edib.

İyulun 1-nə İran müxalifəti Parisdə İranda nümayişçilərin kütləvi edamına qarşı etiraz aksiyaları keçirməyi planlaşdırır. Makronun Rəisinin tələblərinə konkret necə cavab verdiyi hələlik məlum deyil.

İranın dövlət mediası əminliklə yazır ki, Fransa prezidentini bu məsələdə güzəştə getməyə məcbur edə bilərlər.

Ermənistanın baş naziri Nikol Paşinyan törətdikləri təxribatları boynuna alıb üzr istəmək əvəzinə Azərbaycanı günahlandırmağı özünə rəva bilib.

O, çıxışı zamanı “Laçın” NBM-in bağlanmasından şikayətlənib, üstəlik, dərhəl bu vəziyyətdən istifadə etməyə çalışıb.

Belə ki, Paşinyanın seçdiyi ifadələrə nəzər salsaq görərik ki, təxribat nə məqsədlə törədilib.

Sitat: “Əgər ötən ay təbliğat məqsədilə Azərbaycan tərəfi insanların və malların keçidini qismən təmin edibsə, dünəndən bu da dayanıb”.

Diqqət edin, “təbliğat məqsədilə” sözləri artıq hər şeydən xəbər verir. Mümkündür ki, dünən Ermənistan tərəfinin təxribatı məhz bu sirk səhnəsi üçün hesablanıb. Aylardır “blokada” deyib hay-həşir salan haylar nəyisə sübut etməyə çalışır.

Lakin dünən təqdim etdiyimiz videogörüntülər və peyk görüntüləri bir daha sübut etdi ki, Azərbaycan hərbçiləri ölkə sərhədi daxilində bayrağımızı quraşdırırdı. Sonrada eyni yer dövlət bayrağımızın sülhməramlı müşayiəti ilə quraşdırılması göstərir ki, sərhədçilərimiz hər işi qaydasında yerinə yetirib.

Təxribatdan öncə “Laçın” postunun fasiləsiz fəaliyyəti və davamlı olaraq ərazidən videoların paylaşılaraq vəziyyətin şəffaflığının sübutu, Ermənistanın uydurma “blokada” nağıllarını fiaskoya uğradıb.

Amma erməni xisləti başqa yol tapmadıqda həmişəki kimi təxribata əl atır və nəticədə layiqli cavabını da alır.

Paşinyan həmçinin “Azərbaycan təcili tibbi yardıma ehtiyacı olan insanların keçidinə icazə vermir” deyib. Utanmazlıq bu “demokrat” adlandırılan hayın da canına hopub. Bundan öncə məlumatı olanlar yaxşı bilir ki, Azərbaycana məxsus təcili tibbi yardım maşını ilə erməni pasiyent Xankəndi xəstəxanasına aparılıb.

Bu qədər hadisədən sonra Ermənistan tərəfinin uydurmaları hələ də davam edir.

İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə keçirilən iclasın qapalı hissəsində Rusiya, İran və Ukraynadakı münaqişə ilə bağlı bir sıra açıqlamalar verib və Moskvanın Tehranla təmaslarından narahatlığını dilə gətirib.

Bu barədə “Walla” portalı mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, xüsusən də siyasətçi Tehranla hərbi əlaqədə olduğuna görə Moskvaya etiraz edib.

Netanyahu israilli deputatlara bildirib ki, Ukrayna böhranı fonunda Rusiya ilə əlaqə saxlanılır. İsrailin Baş nazirinin sözlərinə görə, söhbət bir növ “sakit dialoq”dan gedir, onun çərçivəsində mövcud vəziyyətlə bağlı kifayət qədər səmimi fikir mübadiləsi aparılır.

Bundan əlavə, portalın mənbələri iddia edir ki, İsrail-Rusiya münasibətlərindən danışan Netanyahu bir sıra mübahisəli məsələlərin mövcudluğunu qeyd edib: Rusiya tərəfi İsrailin Ukraynaya dəstəyinin artmasından narahat olduğu halda, Tel-Əviv Moskvanın Tehranla təmaslarından narahatdır.

Eyni zamanda, İsrailin baş naziri vurğulayıb ki, onun hökuməti Kiyevə hərbi yardım etmək niyyətində deyil və əvvəlki kabinetin kursunu davam etdirəcək.(Report)

Ukraynada gedən müharibə zamanı Çeçenistan rəhbəri Ramzan Kadırovun “sağ əli” öldürülüb.

Bu barədə Ukrayna mənbələri yazır.

Söhbət çeçen əsilli rusiyalı deputat Adam Delimxanov gedir. Rusiya Federasiyasının Dövlət Duması Delimxanovun xəsarət aldığını təsdiqləyib.

Onun vəziyyəti barədə məlumat verilməyib.

Xəbər lenti