“Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə adam mənəm”.

Xarici KİV xəbər verir ki, bunu sabiq ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Mühafizəkarlar Birliyinin konfransında çıxış edən Tramp həmçinin Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini iddia edib.
Hazırda ABŞ-ın müstəqil bir ölkə olmadığını deyən Tramp sözlərinə belə davam edib:

“Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülmə məruz qalan və xəyanətə uğrayanlar, sizin intiqamınızam”.

Sabiq prezident xələfi Co Baydeni də tənqid edərək “Onu Ağ Evdən çıxaracağıq” söyləyib.

D.Tramp ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxdığını deyərək, ölkəsinin orada qoyduğu silahları Talibanın başqa ölkələrə satdığını iddia edib.

Qeyd edək ki, D.Tramp ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı.

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 5-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Milli Təhlükəsizlik Komitəsinin 5-ci idarəsi ilə birgə cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması üçün xüsusi əməliyyat keçirib.

İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər. Qeyd olunub ki, qrupun keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla 50-yə yaxın fəal üzvü olub.

Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən rayonun iri sənaye obyektlərində, o cümlədən “Arcellor Mittal Temirtau” ASC-də inventarların oğurlanmasının çoxpilləli sistemi aşkar edilib.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qrup üzvlərinin bir neçə üstü açılmamış ağır və xüsusilə ağır cinayətlərdə (hədə-qorxu ilə tələb etmə, sağlamlığa ağır zərər vurma, adam öldürməyə cəhd) iştirakını müəyyən ediblər.

“Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul, daşınar və daşınmaz əmlak, habelə uzaqdan girişi dinləmək üçün xüsusi texniki avadanlıq müsadirə olunub, habelə 40 nəfər təqsirləndirilən şəxs polisə təhvil verilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.//report

İranda zəhərlənən şagirdlərin sayı durmadan artır

İranın müxtəlif əyalətlərində zəhərlənən məktəblilərin sayı artıb.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, yeni zəhərlənmə halları ölkənin Şimali Xorasan, Fars, Rəzəvi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində qeydə alınıb.

Məlumata görə, Şimali Xorasanda 46, Fars əyalətində 24, digər əyalətlərdə isə onlarla şagird zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, 2022-ci ilin noyabrından İranın müxtəlif əyalətlərində şagirdlər arasında zəhərlənmə halları qeydə alınıb. Belə ki, təqribən 100 gün ərzində 2000-dən çox şagird zəhərlənib. Şagirdlərdə ürəkbulanma, halsızlıq, nəfəs darlığı, baş ağrısı və baş gicəllənməsi kimi əlamətlər olub.

Zəhərlənən şagirdlərin əksəriyyətinin əsas olaraq qız olması diqqət çəkib. Onların məhz nədən zəhərlənməsi barədə hələ ki dəqiq məlumat olmasa da, hadisə ilə bağlı araşdırma aparılır.

Ölkənin təhsil nazirinin müavini Yunus Penahi açıqlamasında şagirdlərin qəsdən zəhərləndirildiyini bildirib.

“Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən".

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İYİ Partiya sədri Meral Akşener “altılı masa”nı tərk etməsinin səbəbindən bəhs edərkən deyib.

"Masadakı üzvlərin hamısı görüşüb razılaşdılar. Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən", - deyə Akşener vurğulayıb.

Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

“Bizim siyasi komandamız, parlamentdə çoxluq sülh gündəmini öz məsuliyyəti altına götürüb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq. Bu yaxınlarda mən parlamentimizdə və hökumətimizdə bildirdim ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam.

Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, - deyə o bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.

O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətni müəyyənləşdiriblər. Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.

“Rusiya Prezidenti Vladimir Putin hələ Ukrayna ilə ədalətli sülh danışıqlarına hazır deyil”.

Bunu Almaniya Kansleri Olaf Şolz deyib.

“Putin ədalətli sülhlə bağlı danışıqlara hazırdırmı? Hazırda bunu göstərən heç nə yoxdur”, - kansler bildirib.

Şolzun sözlərinə görə, hazırda Kreml beynəlxalq ictimaiyyətə hədələyici mesajlar ötürməyə üstünlük verir. Almaniya kansleri bunlardan biri kimi Putinin ABŞ-la nüvə anlaşmasını dayandırmaq qərarını göstərib.

Şolz əmindir ki, hazırda Rusiya ilə qarşılıqlı balans prinsipləri əsasında dialoq aparmaq mümkün deyil, Putinin Ukraynanı və Avropanın nizamını məhv etmək istəyi buna mane olur.

Bunun əksinə olaraq, kansler Ukrayna Prezident Vladimir Zelenskinin noyabrda keçirilən G20 sammiti zamanı beynəlxalq ictimaiyyətə təqdim etdiyi sülh planını xatırladıb.

Türkiyənin Kahramanmaraş şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Onikişubat rayonunda yerli vaxtla saat 05:53-də baş verən zəlzələnin dərinliyi 6,95 kilometr olub. Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

AFAD-dan verilən açıqlamada deyilir: “Kahramanmaraşın Onikişubat rayonunda meydana gələn 5 bal gücündə zəlzələdən sonra indiyə qədər heç bir neqativ vəziyyətə rast gəlinməyib. Araşdırmalar davam edir. Zərərçəkmiş vətəndaşlarımıza şəfa diləyirik”.

Mənbə: Haber Global

Martın 1-i Yunanıstanda baş verən ölkə tarixinin ən böyük qatar qəzası kimi qeydə alınan hadisənin görüntüləri ortaya çıxıb. 

İki qatarın qarşı-qarşıya toqquşduğu anlar təhlükəsizlik kameralarına əks olunub.

Bundan əlavə, qəza nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanda paytaxt Afinadan Səlanik şəhərinə gedən sərnişin qatarı ilə Səlanikidən Larisaya gedən yük qatarı toqquşub.

Həmin görüntüləri təqdim edirik:

 

Türkiyədə prezident seçkilərinin vaxtı dəyişməyəcək.

Bu barədə Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxışında deyib.

“Bu millət mayın 14-də nə lazımdırsa, edəcək”,- deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlərdən sonra seçki tarixinin dəyişdiriləcəyi ilə bağlı fikirlər səsləndirilirdi.

Xəbər lenti