![]() |
|
9 noyabr 2020-ci il tarixindən sonra biz tamamilə fərqli bir ölkədə yaşayırıq.
Bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Andranik Tevanyan deyib.
Onun sözlərinə görə, müharibə, eləcə də indiki Ermənistan hakimiyyətinin siyasəti və ideologiyası elə nəticələrə gətirib çıxarıb ki, Ermənistan artıq Qarabağın təhlükəsizliyinin təminatçısı deyil, üstəlik, hətta öz təhlükəsizliyinin təminatçısı da deyil.
“Ermənistan indi fiziki olaraq iki faktora - Rusiya və İrana görə mövcuddur. Bu iki amil olmasaydı, Ermənistan və Qarabağ sadəcə mövcud olmazdı. Qarabağ sözün əsl mənasında Rusiya sülhməramlıları tərəfindən qorunur. İran isə Zəngəzur (Syunik) üçün qarşıdurmaya getməyə hazırdır, Ermənistan-Türkiyə sərhədi rus qoşunları tərəfindən qorunur. Ermənistan isə müəyyən geosiyasi tarazlığın nəticəsi olaraq hələ də mövcuddur”, - Andranik Tevanyan bildirib.
Türkiyədə baş verən zəlzələnin dağıntılara səbəb olduğu vilayətlərdə yeni evlərin tikiləcəyi ərazilər müəyyən edilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təyin olunmuş ərazilərdə 199 min 739 bina və 73 min 972 həyət evi tikiləcək.
Yeni tikiləcək evlərin görüntülərini təqdim edirik:
“Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın dırnaqarası dövlət naziri vəzifəsindən azad olunması münaqişələrin yaşandığı regionda vəziyyətin yaxşılaşmasına, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının hamısının qaytarılmasına yol açacaq”.
Bunu rusiyalı politoloq Sergey Markov Vardanyanın qondarma dövlət naziri postundan göndərilməsini Baku TV-yə şərh edərkən deyib.
O, bunun əsas səbəbi kimi Azərbaycanın belə bir tələblə çıxış etməsini göstərib.
Daha ətraflı süjetdə:
Türkiyədə zəlzələdə həlak olanların sayı 44 mini ötüb.
Bu barədə AFAD məlumat yayıb.
Həyatını itirən insanların sayı 44 218 nəfərdir.
Mən əminəm ki, bu il qələbə olacaq.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında bildirib.
O ümid etdiyini bildirib ki, həqiqətən bu il qələbə olacaq.
“2023-cü ildə qələbəni şərtləndirən amil: Qərb tərəfdaşları da daxil olmaqla hamı öz “ev tapşırığını” tam yerinə yetirsin”, - deyə Zelenski bildirib.
İstanbuldakı Taksim meydanında törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib.
Report xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MKİ) bildirilib.
Qeyd olunub ki, o, PKK/YPG terror təşkilatının üzvü olub.
Xatırladaq ki,ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Ukrayna müharibəsinin biri ilinin tamamında Rusiya savaşın yeni cəbhəsini açıqlayıb.
Xarici KİV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hər hansı sübutlar təqdim etmədən Ukraynalı hərbi birləşmələrin Dnestryanı Moldav Respublikasını işğal edəcəyini iddia edib.
Moskva Ukraynalı əsgərlərin Moldovanın separatçı zonasının sərhədlərinə yığıldığını deyərək, buna “ən uyğun şəkildə cavab veriləcəyini” açıqlayıb.
Moldova hökumət rəsmiləri isə Kremlin iddialarını müharibənin bir parçası olan “psixoloji əməliyyat” adlandıraraq təkzib edir.
Moldovan NATO-ya üzv olmasa da, ötən ilin iyununda Ukrayna ilə eyni gündə Avropa Birliyinə üzvlük statusu qazanıb.
Qeyd edək ki, Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən Dnestryanı Moldav Respublikası SSRİ-nin dağılmasından sonra yaradılan de-fakto dövlətdir. 1990-cı ildən müstəqilliyini elan edən bölgədə rus qoşunları yerləşdirilib və burada danışıq dili kimi ruscadan istifadə olunur.
Türkiyədə baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı araşdırmalar davam edir.
Araşdırmalar nəticəsində 171 nəfər həbs edilib.
Onlardan 78-i podratçı, 64-ü tikinti nəzarətçisi, 11-i isə bina sahibidir.
ABŞ Prezidenti Co Bayden yenə yıxılmağı ilə gündəm olub.
Xarici KİV xəbər verir ki, Co Bayden Rusiya-Ukrayna müharibəsi səbəbindən Polşanın paytaxtı Varşavaya səfər etdikdən sonra təyyarəsinə minərkən büdrəyib.
“Vay yenə etdi. Prezidentimiz pilləkənləri qalxmaqda aciz görünür. Bizi III Dünya Müharibəsinə aparır”,- deyə o yazıb.
Ermənistanın “hraparak” mətbu orqanında Co Baydenin Kiyevə səfəri və verdiyi bəyanatlar, o cümlədən RF prezidenti Vladimir Putinin Federal Məclisdəki çıxışı ilə bağlı maraqlı bir yazı gedib.
Yazıda dünya gücləri arasında gedən savaş və geosiyasi proselərin bundan sonra daha da gərginləşəcəyi və bunun Ermənistana yaxşı heç nə vəd etmədiyi qeyd olunub.
Yazıda deyilir:
“Vladimir Putin və Co Baydenin mesajlarının məzmununu nəzərə alaraq, aşağıdakı nəticələrə gəlmək olar:
1. Qlobal miqyasda geosiyasi proseslər daha da gərginləşmə istiqamətində inkişaf edəcək.
2. Şərq-Qərb hərbi qarşıdurmasının genişlənməsi riskləri təkcə Ukrayna istiqamətində deyil, həm də dünyanın digər problemli bölgələrində kəskin şəkildə artıb.
3. Aydın oldu ki, nə Şərq, nə də Qərb bir-biri ilə yeni dünya düzəninin “qanunlarını” və fiziki sərhədlərini müzakirə etməyə hazırdır.
4. Neytral dövlətlərin manevr imkanlarının kəskin şəkildə azalacağı da aydındır.
5. Ermənistan üçün vəziyyət daha da mürəkkəb olacaq. Çünki biz yeni yaranan geosiyasi sərhədlərin kənarında qalmağımızla yanaşı, həm də qeyri-adekvat və “aidiyyətsiz” siyasət aparmaqla, əslində, özümüzü ciddi risklərə məhkum edirik”.