![]() |
|
Çin Rusiya ilə müttəfiq olarsa, yeni dünya müharibəsi baş verəcək.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.
O, hazırda bunun mümkün olduğunu düşünmədiyini vurğulayıb.
“Çin Rusiya ilə müttəfiq olduğu təqdirdə, dünya müharibəsi baş verəcək və mən hesab edirəm ki, Çin hökuməti bundan xəbərdardır”, - Ukrayna lideri qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan Hatayın Defne və Samandağ rayonlarında baş verən zəlzələlərlə bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Ağrılarımız təzə ikən Hatayda baş verən və ətraf şəhərlərimizdə hiss olunan zəlzələ xəbərinə dərindən kədərləndim. Zərərçəkmiş bütün vətəndaşlarımıza keçmiş olsun. Can itkisinin olmamasına ümid edir, yaralı vətəndaşlarımıza tezliklə şəfa arzulayıram”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Blinken Türkiyədə səfərdədir. O, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb.
“Biz ABŞ Prezidenti ilə təkbətək, sonra isə geniş formatda danışıqlar apardıq. Bu bizi həqiqətən birlikdə bu müharibədə qalib gəlməyə yaxınlaşdıran söhbət idi. Biz bu il 2023-cü ili qələbə ili edə bilərik və etməliyik”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak isə Teleqram kanalında deyib ki, Baydenin Ukraynaya səfəri strateji əhəmiyyət kəsb edir və gözləntiləri sürətləndiriləcək.
“İnanın mənə, Co Baydenin səfəri strateji xarakter daşıyır. Bir çox məsələlər öz həllini tapır və gözlənilənləri tezləşdiriləcək. Bizim ümumi məqsədimiz Ukraynanın Rusiya üzərində qələbəsi və Ukrayna əsgərlərinin və Qərb silahlarının qələbəsidir”, - Yermak qeyd edib.
Şimali Koreya yerli vaxtla saat 06:59 və 07:10-da Yapon dənizi istiqamətində iki ballistik raket atıb.
Bu barədə Yaponiya Müdafiə Nazirliyinin məlumat yayıb.
Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket sınaqları keçirdiyini bildiriblər.
Yaponiyanın xüsusi iqtisadi zonası xaricinə düşən qısa mənzilli ballistik raketlər (SRBM) bölgədə ciddi xəsarətə yol açmayıb.
Baş nazir Kişida Fumio BMT Təhlükəsizlik Şurasını Şimali Koreyanın raket sınaqları ilə bağlı iclasın keçirilməsini təklif edib.
Cənubi Koreya Baş Qərargahı da raketlərin Sukçon bölgəsindən buraxıldığını, birincinin 390 kilometr, ikincisinin isə 340 kilometr havada getdiyini açıqlayıb.
Bildirilir ki, Şimali Koreya 2022-ci ildə 37 sınaqda 90-a yaxın müxtəlif növ raketlər atıb. 2023-cü ilin əvvəlindən indiyədək isə bu, 3-cü sınağıdır.
Yaranmış durum Xankəndidəki separatçı qruplaşmalar arasında şiddətli savaşa səbəb olub. Şiddətli savaş daha çox Vardanyanla Araik Arutyunyan arasında gedir. Digər qruplar da bu iki qüvvə arasında mövqelərini müəyyənləşdirməkdədir. Xankəndidəki bu savaşın bir ucu İrəvandan qaynaqlanır və oradan dəstəklənir.
Xankəndidəki separatçı qruplar öz mövqelərini möhkəmləndirib, daha geniş təsir dairəsini genişləndirmək üçün İrəvandakı və xarici qüvvələrdəndən dəstək almağa çalışır. Amma bütün bunlara baxmayaraq Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe nəticəsində Xankəndidə separatçıların, onların havadarlarının mövqeləri hər ötən gün zəifləməkdə və niyyətlərə iflasa uğramaqdadır. Bunu İrəvandakı siyasi qüvvələrə də etiraf etməkdədir.
Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində Xankəndidəki separatçılar arasında gedən amansız savaş haqda bildirib.
“Qarabağda daxili siyasi müzakirələr əsasən “konstitusiya”nın dəyişdirilməsi, mövqelər və təsir dairəsi uğrunda şiddətli döyüşlər gedir. Bununla da onilliklər boyu aparılan mübarizə prioritetləri itirilir.
Qarabağın daxili siyasi gündəmi zibildən təmizlənməlidir. Əks halda məğlubiyyət qaçılmazdır”, - o qeyd edib.
Əli Xameneinin nümayəndəsinin baş redaktoru olduğu "Keyhan" qəzeti uyğur türklərini terrorçu adlandırıb.
Axar.az xəbər verir ki, İbrahim Rəisinin Çinə səfəri zamanı uyğur müsəlmanlarına qarşı repressiyalara toxunmaması barədə tənqidlərə cavab olaraq “Keyhan” belə yazıb:
“Onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər”.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Türkiyənin Elazığ vilayətində zəlzələ hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.
Vilayətin Palu rayonunda qeydə alınan yer silkələnməsi Rixter şkalası ilə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Yeraltı təkanın ocağı yerin 7 kilometr dərinliyində yerləşib.
İtkilər və ya dağıntılar haqqında məlumat verilməyib.
Məlum olduğu kimi, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Yunanıstan Türkiyə ilə həmrəylik nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasında münasibətlərin normallaşması üçün Ankaranın Afinaya 6 bəndlik təklif paketi təqdim etdiyini və cavab gözlədiklərini bildirib.
Çavuşoğlu qeyd edib ki, keçən ilin dekabr ayında Berlində Türkiyə Prezidentinin sözçüsü səfir İbrahim Kalın Almaniya Federal Kanslerinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Yens Plötnerin də qatıldığı toplantıda Yunanıstan Baş nazirinin Diplomatik Ofisinin direktoru Anna-Maria Bura ilə danışıb və əlaqələrin normallaşdırılması üçün altı maddəlik təklif paketi təqdim edib.
“Tövsiyələrə məsləhətləşmələrin davam etdirilməsi, etimad tədbirlərinə dair müzakirələr və NATO ilə danışıqlar daxildir. Yunanıstandan cavab gözləyirik. Hataya gələn dostum, Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendiasa münasibətlərimizi yaxşılaşdırmaq üçün bir fəlakət gözləməməli olduğumuzu söylədim. Biz təkcə normallaşmaq yox, həm də aramızdakı məsələləri həll etməliyik”, - deyə, Çavuşoğlu bildirib.
Seçkilərdən əvvəl Türkiyə - Yunanıstan münasibətlərinin yaxşılaşdırılması üçün addımların atılıb-atılmayacağı barədə suala Türkiyə XİN başçısı belə cavab verib:
"Bu, Yunanıstan üçün çətindir. Xalqın təzyiqinə görə yunan siyasətçiləri üçün asan deyil. Bu məsələ ilə bağlı bizim xalqımız tərəfindən heç bir təzyiq yoxdur”.