![]() |
|
Ümid edirəm ki, Səudiyyə Ərəbistanı yəhudi dövləti ilə sülh sazişi imzalayan növbəti ölkə olacaq.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
“Düşünürəm ki, Səudiyyə rəhbərliyi rəsmi olaraq bunun bir hissəsi olmaq istədiyinə qərar verərsə, biz kvant sıçrayışı əldə edə bilərik. Qeyri-rəsmi olaraq onlar bunun bir hissəsidir. Mən inanıram ki, ümumi maraqlara əsaslanan sülhə nail olmaq üçün İsrailin hərbi, kəşfiyyat, texnoloji və iqtisadi gücündən istifadə edərək qonşularımızla sülh və normallaşma sazişləri ilə iki məqsədə nail ola bilərik. Birincisi, sülh dairəsini genişləndirə bilərik. İkincisi, bu birlik İrana qarşı dayaq rolunu oynaya bilər”, - Netanyahu qeyd edib.
Katoliklərin ruhani lideri Papa Fransisk dünyanı Ukraynadakı müharibəyə son qoymaq üçün konkret səylər göstərməyə çağırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Papa bunu Vatikanda keçirilən plenar iclası zamanı bildirib.
“Fevralın 24-də müharibənin 1 ili tamam olacaq. Bu qəddar və absurd müharibənin birinci ildönümüdür. Bu, kədərli bir ildönümüdür", - deyə Papa qeyd edib.
Tacikistanda 7.2 bal gücündə zələlə olub.
"Reuters" xəbər verir ki, bu barədə CCTV Çin Zəlzələ Şəbəkələri Mərkəzinə istinadən məlumat yayıb.
Yerli saatla 8:37-də baş verən zəlzələnin ocağının yerin 10 km dərinliyində yerləşdiyi bildirilir.
CCTV-nin verdiyi məlumata görə, yeraltı təkanların episentri Çinlə ən yaxın sərhəddən təxminən 82 km aralıdadır və Çinin qərbi Sincan bölgəsinin bəzi ərazilərində, o cümlədən Kaşqar və Artuşda güclü hiss olunub.
Sinxua dövlət mediası zəlzələdən sonra Kaşqarda elektrik təchizatı və rabitənin normal vəziyyətdə qaldığını açıqlayıb.
Sincan dəmir yolu idarəsi Cənubi Sincan dəmir yolunun Aksudan Kaşqar istiqamətində hərəkət edən sərnişin qatarlarını dayandırmağa çağırıb.
Zəlzələ Çinlə yanaşı, Pakistan, Özbəkistan, Əfqanıstan və Qırğızıstanda da hiss olunub.
Təbii fəlakət nəticəsində dağıntı və insan tələfatının olub-olmaması barədə hələlik məlumat yoxdur.
Paşinyanın komanda yoldaşlarına etimadsızlığı pik həddə çatıb. Baş nazir komanda yoldaşlarının, uzaq qohumlarının, dostlarının ümumi əmlakı və pullarının miqdarını öyrənmək üçün polis əməkdaşlarına tapşırıq verib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Ehtimal olunur ki, o, hər kəsi məhkəmə qorxusu altında saxlayaraq “dosye” toplamaq qərarına gəlib.//Axar.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepin İslahiye rayonunda qurulan çadır şəhərciyində zəlzələdən zərərçəkənləri ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, MHP sədri Dövlət Baxçalı ilə birgə ailələri ziyarət edən Ərdoğan doğum günü olan İpək adlı qızı təbrik edib, ona hədiyyələr təqdim edib.
rmənistan-Türkiyə sərhədindəki körpülər və yollar istifadəyə yararlıdır.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yollara və körpülərə baxışın nəticələri göstərdi ki, onlar istismara yaralıdır”, - Ermənistan XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyan ilə iki ölkə arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesini sürətləndirmək üçün razılıq əldə edildiyini bildirib.
O qeyd edib ki, hər iki tərəfdən sərhəd-keçid məntəqələrinə yaxın yollarda və körpülərdə aparılan yoxlamaların nəticələri var.
Türkiyəli professor Naci Görür ötən gün axşam saatlarında Hatay şəhərində baş verən 6,4 və 5,8 ballıq zəlzələlərdən sonra xəbərdarlıq edib.
“CNN türk” xəbər verir ki, professor bu barədə tvitterdə yazıb. O, Adana və Kiprdə də ehtiyatlı olunması gərəkdiyini vurğulayıb:
“Hatayda 6,4 və daha kiçik zəlzələlər oldu. Kahramanmaraş zəlzələlərindən sonra Hatay və Adanada bu boyda zəlzələlərin olacağını gözləyirdik. Əslində mən, Cəlal Şengör və geoloq dostlarımız xəbərdarlıq etmişdik. Adanada və Kiprdə də diqqətli olmalıyıq. Regionda stress transferinə əsaslanaraq, eyniylə Malatya, Ovacık və Nazimiye-Karakoçan fay xəttlərində də oxşar səbəblərdən diqqətli olmalıyıq”- deyə o bildirib.
Qeyd edək ki, N.Görür daha əvvəl də Hatayla bağlı xəbərdarlıq etmişdi. Belə ki, o, Kahramanmaraşdakı zəlzələdən sonra Hatay və Adana bölgələrinin daha həssas olduğunu demişdi.
İranda 5,3 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, zəlzələnin episentri Bender-Abbas şəhərindən 113 km şimal-qərbdə yerləşib.
Xəsarət alan və dağıntılarla bağlı hələ ki məlumat verilməyib.
Türkiyədə müxalifət lideri Əli Babacan Azərbaycana qarşı hörmətsizlıik edib.
Türkiyə Demokratiya və Sıçrayış Partiyasının rəhbəri bu barədə tviterdə paylaşım edib.
Partiya sədri daha sonra ingilis, fransız, alman, ispan, rus, yunan və ərəb dillərində təşəkkür edib.
Partiya tərəfindən hazırlanmış postdakı qoruyucu papağın üzərində də, ABŞ, Livan, Yaponiya, Çin, Cənubi Koreya, İordaniya, Avstriya, Moldova, İsrail, Rusiya, Gürcüstan, ABŞ, Pakistan, Hindistan, İsveçrə, Çexiya, Xorvatiya, İtaliya, İspaniya bayrağı yer alsa da, Azərbaycan qeyd olubmayıb.
Sözügedən paylaşım sosial şəbəkələrdə Azərbaycana hörmətsizlik kimi qiymətləndirilib.
Xatırladaq ki, dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə axtarış-xilasetmə tədbirləri üçün heyət göndərən ölkələr arasında Azərbaycan 725 nəfərlə ilk yerdə dayanır. İngiltərə 77, Fransa 204, İspaniya 90, Rusiya 150, Yunanıstan 46, Almaniya 115 nəfərlik heyət göndərib.
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə “Hurriyet” nəşri məlumat yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.
***
Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 yaralanıb.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.
***
Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra yaralılar var.
Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəstəxanaya yerləşdirilən 8 yaralı var.
***
Türkiyədə axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalanlar var.
Bu barədə “CNN Türk”ün müxbiri Fulya Öztürk ölkənin daxili işlər naizi Süleyman Soyluya istinadən məlumat yayıb.
İlkin məlumata görə, Hatayın Defne rayonunda 4 nəfər dağıntılar altında qalıb, onlardan biri xilas edilib. Digərlərinin xilas edilməsi üçün işlər davam etdirilir.
Samandağda isə bir qadının başına düşüb və o, hadisə yerində ölüb.