![]() |
|
Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı günü-gündən artır.
AFAD, "Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ ellərində ümumilikdə 38 min 44 vətəndaş həyatını itirdi" – deyə bəyanat verib.
Türkiyədə 2 gənc oğlan 261 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Türkiyə mətbuatı xəbər verir ki, növbəti möcüzə Hatay şəhərinin Antakya rayonunda yaşanıb.
Belə ki, 26 yaşlı Mehmet Əli Şakiroğlu və 33 yaşı Mustafa Avcı zəlzələdən 261 saat sonra xilas edilib.
M.A.Şakiroğlu isə zəlzələ baş verən gün oğlunu xəstəxanaya aparıbmış. Təbii fəlakətdən sonra onun həyat yoldaşı, oğlu və atası sağ çıxarılsa da, onun yerinini müəyyənləşdirə bilməmişdilər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Biz Ankarada ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və konkret razılaşmalar əldə etdik.
Bunu fevralın 16-da hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərinin yekunu barədə məlumat verərkən bəyan edib.
O qeyd edib ki, sərhədin açılması istiqamətində dialoq olub və gedən prosesləri sürətləndirmək qərarı var.
“Tarixi Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi. Həmçinin turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur”, - deyə Mirzoyan bildirib.
Türkiyənin Kahramanmaraş şəhərində 9 aylıq hamilə qadın həyat yoldaşının onu balkondan atması sayəsində sağ qalıb.
“Milliyət” qəzeti xəbər verir ki, Tuba Aktaş adlı qadın yaşadıqlarını belə xatırlayır:
“Gecə silkələnməyə başladıq. Evimiz birinci mərtəbədə olduğu üçün dərhal balkona qaçdıq və həyat yoldaşım məni balkondan atdı. Torpağa düşəndə elə bildim ki, körpəmi itirmişəm. Bindan bir az uzaqlaşdıqdan sonra yıxıldı və qonşularımız dağıntılar altında qaldı. Sonra sancılarım tutdu. Xəstəxanaya gedərək övladımızın vəziyyətinin yaxşı olduğunu öyrəndik. Böyük bacım İstanbulda olduğu üçün bura gəldik”.
Gecə növbəsində işləyən Murat Aktaş isə zəlzələ zamanı evə yeni gəldiyini söyləyib:
“Hamama doğru gedəndə zəlzələni his elədim və dərhal həyat yoldaşımı balkondan atıb mən də qapıdan çıxdım. Birinci mərtəbədə yaşadıımız üçün o binadan yalnız biz qaça bildik. Həyat yoldaşımı evimizin yaxınındakı uşaq bağçasına apardım və iki gün orada qaldıq”.
Zəlzələdən sağ-salamat xilas olan cütlüyün övladı 2 gün sonra İstanbuldakı xəstəxanalardan birində dünyaya gəlib.
Türkiyə və dünyadan 213 televiziya və 562 radionun həyata keçirdiyi "Türkiyə - tək ürək" (#TürkiyeTekYürek) kampaniyası başa çatıb.
Kampaniya çərçivəsində toplanan vəsait 115 milyard lirəni keçib.
***
“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib.
Bu saata olan rəqəm 101 milyard 101 milyon lirə təşkil edir.
***
Azərbaycan televiziyaları Türkiyə ilə vahid yayıma qoşulub.
Türkiyədən yayımlanan yayım zəlzələyə həsr olunub və yardım kampaniyası xarakteri daşıyır.
Türkiyənin paytaxtı Ankarada Türkiyə və Ermənistan xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Ararat Mirzoyan arasında təkbətək görüş başlayıb.
XİN başçılarının təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə səfər edib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Bu barədə "ArmenPress" məlumat verib.
Zəlzələnin 10-cu günündə Türkiyədə daha bir nəfər dağıntılar altından sağ tapılıb.
Türkiyə mətbuatı xəbər verir ki, zəlzələnin 222-ci saatında 42 yaşlı Məlikə İmamoğlu Kahramanmaraşda dağıntılar altından xilas edilib.
Onun şəhər mərkəzində 7 mərtəbəli binada yaşadığı bildirilib.
Xarici İşlər Nazirliyi Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər ala bilmədiyi Azərbaycan vətəndaşları barədə açıqlama verib.
Oxu.az-a açıqlamasında XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hələ ki doqquz vətəndaşımızdan məlumat almaq mümkün olmayıb:
“Amma bu say hər an dəyişə bilər”.
***
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800 nəfəri ötüb.
Bu barədə Suriya mətbuatı məlumat yayıb.