![]() |
|
İstanbul administrasiyasının rəhbəri iki həftə ərzində mümkün zəlzələyə hazırlıqla bağlı şəhər rəhbərliyinin gördüyü tədbirlər barədə məlumat verəcəyini vəd edib.
Bizimyol.info xəbər verir ki, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu bildirib ki, İstanbulda ən azı 90 min bina güclü zəlzələ zamanı yüksək risk altındadır.
"Biz binaları qiymətləndirdik və orta risk zonasında təxminən 170 000 bina, yüksək risk zonasında isə 90 000 binanın əhəmiyyətli dərəcədə xarab vəziyyətdə olduğunu müəyyən etdik",- deyə mer televiziya kanalına müsahibəsində qeyd edib.
İmamoğlu iki həftə ərzində mümkün zəlzələyə hazırlıqla bağlı meriya tərəfindən görülən tədbirlər barədə məlumat verəcəyinə də söz verib.
Onun sözlərinə görə, artıq hakimiyyət orqanları 70 min bina ilə bağlı tədbir görüb və podratçı şirkətlərlə danışıqlar aparılır.
"Vətəndaşlara deyirik ki, ya yeni bina tikəcəyik, ya da mövcud binanı gücləndirəcəyik. Yaşananlardan sonra onlara bunu demək vacibdir: Evinizin məzarınıza çevrilməməsinə əmin olacağıq", - deyə mer vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da səhər tezdən Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Bunun ardınca onlarla afterşok, günün ortasında isə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Bu zəlzələlərdən sonra dağıntılar Suriyanın bir sıra bölgələrində də qeydə alınıb.
Türkiyədə zəlzələ nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir.
Bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, vətəndaşlar həmçinin “e-devlet” və “hasartesbit.csb.gov.tr” saytları vasitəsilə zəlzələ nəticəsində zərər görən evlərin vəziyyətinə dair məlumat ala biləcəklər.
Türkiyənin Qaziantep şəhərində 17 yaşlı gənc oğlan zəlzələ baş verəndən 94 saat sonra dağıntılar altından yeriyərək çıxıb.
Türkiyə mətbuatı xəbər verir ki, Adnan Korkut adlı gənc oğlan susuzluqdan ölməmək üçün öz idrarını içdiyini bilirib:
“Yaxşıyam, öz idrarımı içərək həyatda qaldım. Yaradan sayəsində sağ qaldım. Sadəcə tək başıma sizin gəlməyinizi gözlədim. Çox şükür ki, gəldiniz. Aşağıda itim də var idi, səsi gəlirdi”,-deyə o söyləyib.
Ailə üzvləri xilas edilən gənci böyük sevinclə qarşılayıblar.
Güclü zəlzələnin baş verdiyi Türkiyədə axtarış-xilasetmə işləri davam edir.
Dağıntılar altından çıxarılan Cəmilə adlı azyaşlının xilas edilmə anı izləyənləri sarsıdıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.//Modern.az
Fevralın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra bu günə qədər ölkədə ümumilikdə 1509 zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Xatırladaq ki, Türkiyədə dağıdıcı zəlzələdən sonra artıq 5 gündür ki, axtarış-xilasetmə işləri davam etdirilir.//Qafqazinfo
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən dağıdıcı zəlzələlərdə təkanların necə güclü olduğunu açıq-aydın göstərən video yayımlanıb.
Türkiyə mətbuatı xəbər verir ki, zəlzələ anında torpaq qatının dəniz dalğaları kimi qalxıb enməsi öz əksini tapıb.
AFAD-ın Zəlzələ və Riskin Azaldılması üzrə Baş direktoru Orxan Tatar qırılma xəttində yer qabığının 400 km xətt boyunca və müxtəlif qırılma seqmentlərində təxminən 8-10 km dərinlikdə 3-4 metrlik deformasiyaya məruz qaldığını söyləyib.
Təhlüksəzilik kameralarına düşən həmin görüntüləri təqdim edirik:
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən 100 saat sonra təbii fəlakətin episentri olan Kahramanmaraşda dağılmış binadan möcüzəli xəbər gəlib. Xilasedicilərin gərgin səyi nəticəsində bir qadın dağıntılar altından çıxarılıb.
“Haber Global” bununla bağlı kadrları təqdim edir.
Türkiyənin Diyarbakır şəhərində 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ xilas edilib.
“Məlumatı “TRThaber” yayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.Təbii fəlakət zamanı 72 879 nəfərə çatıb.//Report
Zəlzələnin Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcəyi gözlənilir. İlkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələrini aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2% bəndi azalda bilər.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bidlirib ki, 13,4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir:
"Ötən il Türkiyə lirəsi dollar qarşısında 30%-ə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85% yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-cü ilə kifayət qədər nikbin gözləntilər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha da canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı".
Millət vəkilinin sözlərinə görə, Türkiyə zəlzənin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya getməli ola bilər: "Hazırda xarici borcun ÜDM-ə nisbəti 34%-dir. Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43%-dək yüksələcəyi gözlənilir".
"Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin əraziləri yenidən qurub və bərpa etmək gücünə malikdir", - deyə V. Bayramov əlavə edib.
Türkiyədə 10 günlük uşaq 90 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Türkiyə mətbuatı xəbər verir ki, Hatayın Samandağ rayonunda baş verən zəlzələdən 90 saat sonra 10 günlük Yağız Ulaş dağıntılar altından xilas edilib.