![]() |
|
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böyük şəhəri İstanbulda güclü zəlzələnin baş verə biləcəyini proqnozlaşdırırlar. Bu, şəhərin coğrafi mövqeyi ilə bağlıdır.
Axar.az bildirir ki, bu barədə hələ 2006-cı ildə "Quardian" qəzetinə müsahibəsində türkiyəli professor Okan Tüysüz danışıb.
Professor müsahibəsində zəlzələnin 2030-cu ilə qədər baş verə biləcəyini qeyd edib:
"Maqnitudasını bilirik. Yerini bilirik. Sadəcə, nə vaxt olacağını dəqiq bilmirik. Amma 2030-cu ilə qədər İstanbulda 7,6 bal gücündə zəlzələnin baş vermə ehtimalı 65 faizdir".
Türkiyənin 8 güləşçisi dağıntılar altından çıxarılıb.
Bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində Kahramanmaraşda çökən binadakı güləşçilərdən 8-i sağ qurtarılıb. Hazırda xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 6234 adam həlak olub, 37 011 nəfər yaralanıb.
Türkiyədə dağıdıcı zəlzələdən təsir görən 10 vilayətdə dağıntılardan sonra xilasetmə işləri davam edir.
Baku TV-nin Türkiyəyə ezam olunmuş müxbiri hazırda Qazientepdən son məlumatları çatdırır.
Ətraflı videonu təqdim edirik:
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir.
İtlər dağıntılar altında qalan insanların çıxarılmasına yardım göstərəcək.
Zəlzələlərin tez-tez baş verdiyi Meksika təcrübəli mülki və hərbi axtarış-xilasetmə qruplarına sahibdir. İtlər isə 2017-ci ildə ölkədə baş verən zəlzələdə insanların həyatının xilas edilməsində oynadıqları rola görə böyük rəğbət qazanıb.
“Frida” adlı Labrador Retriever cinsindən olan it Mexikoda qoruyucu eynək və ayaqqabıları ilə çəkilən fotolarından sonra beynəlxalq aləmdə məşhurlaşıb. Donanma rəsmilərinin məlumatına görə, “Frida” Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfərin həyatını xilas edib. Həmçinin mülki xilasetmə qrupu Los Topos de Tlatelolco (Tlatelolkolu köstəbəklər) da hərbi xilasedicilərlə birlikdə yola düşüb.
Qrupun təcrübəli könüllüləri Meksikanın xarici işlər naziri Marselo Harbarda mesaj göndərərək kömək edə biləcəklərini bildiriblər. Harbard daha sonra Türkiyənin Mexikodakı səfirliyinin köməyi ilə komandanın Türkiyəyə göndərilməsinin təşkil edildiyini deyib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə yardım üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın dövlət başçısı fəlakətli zəlzələ nəticəsində zərərçəkmiş Türkiyə Respublikasına təcili yardımın göstərilməsi üçün hökumətə 1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını tapşırıb.
Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.//oxu.az
Türkiyədə 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini kəsdiyi nöqtə tapılıb.
Bu barədə İzmir Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, geologiya mühəndisliyi üzrə professor Hasan Sözbilir məlumat verib.
“10 şəhərdə minlərlə insanın ölümünə və mal itkisinə səbəb olan qırılma xəttinin Yer səthi üzərində parçalandığı nöqtə müəyyən edilib. Bu, 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin səthi kəsdiyi ərazidir. Qırılma xəttinin parçalanması Yerin səthində orta hesabla ən azı üç metr sürüşmə yaradıb, onu asfalt yolun sol yan tərəfdən orta hesabla üç metr məsafədə yerdəyişməsindən də başa düşə bilərik. Bu qırılma xətti elmi ədəbiyyatda Gölbaşı-Türkoğlu seqmenti kimi tanınır. Beləliklə də qırılma xəttinin Gölbaşı-Türkoğlu xətti boyunca keçdiyini deyə bilərik. Bu zona boyunca və yaxınlıqdakı evlərin çox hissəsi dağılıb”, - deyə professor qeyd edib.
Qeyd edək ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dayloni da açıqlamasında bildirib ki, Türkiyənin cənubunda baş verən zəlzələ geoloji sürüşməyə səbəb olub ki, nəticədə litosfer plitələri üç metr məsafədə yerini dəyişib.
“Çinin addımları ABŞ-nin suverenliyinə təhdid yaradacağı təqdirdə rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”.
Bu açıqlama ilə ABŞ Prezidenti Co Bayden çıxış edib.
“Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi”, - deyə Co Bayden vurğulayıb.
Xatırladaq ki, fevralın 4-də ABŞ bir neçə gündür öz hava məkanında olan Çinin “casus şarını” vurub. Bu hadisə ABŞ-nin hiddətinə səbəb olub. ABŞ hakimiyyəti bunu milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib./oxu.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə saat sonra zəlzələ bölgəsinə gedəcək.
Prezident Ərdoğan bu haqda zəlzələdə həlak olan Adıyaman millət vəkili Yakup Taşın ailəsi ilə telefon danışığı zamanı məlumat verib.
Yakup Taşın ailəsinə başsağlığı verən Ərdoğan sabah səhər bölgəyə səfər edəcəyini bildirib:
“Başsağlığı diləyirəm, Allah səbr versin. İnşallah bölgəni ziyarət edəcəm. Adıyamana da baş çəkəcəm. Allah köməyimiz olsun. Səhər ziyarətə başlayacağam”.
Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dövlət başçısı axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.