![]() |
|
Türkiyədə baş verən zəlzələ nəticəsində tarixi qala dağılıb.
Türkiyə mediası xəbər verir ki, mərkəz Şahinbey mahalındakı tarixi Qaziantep qalasının şərq, cənub və cənub-şərq hissəsindəki bəzi qalalar dağılıb.
Digər tərəfdən, qalanın yanında yerləşən və 17-ci əsrdə tikildiyi deyilən tarixi Şirvani məscidinin günbəzi və şərq divarı qismən zərər görüb.
Rusiya Prezidenti Vladimir Putin güclü zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Report” TASS bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Rusiya Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar iki təyyarəsini yola salır.
Tass xəbərinə görə, RF FHN-dən bildirilib ki, fevralın 6-na keçən gecə Türkiyənin Qaziantep vilayətində baş vermiş genişmiqyaslı zəlzələnin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək üçün respublikaya xilasedicilər göndərməyə hazırdır.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türiyə xalqına və həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Report”un xəbərinə görə, o, bu barədə tviterdə yazıb.
“Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”.
"SpaceX"in və Tviterin sahibi İlon Mask Türkiyədəki zəlzələdən sonra açıqlama verib.
Mask Türkiyəyə yardım təklif edib.
"Türkiyə hökuməti icazə verən kimi "SpaceX" şirkətimiz "Starlink" peyklərimizi Türkiyəyə göndərə bilər",- deyə o bildirib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 100 nəfər ölüb, 400 nəfərdən çox şəxs xəsarət alıb, yaşayış binalarına ciddi ziyan dəyib.
Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ Hatayda da hiss olunub.
İHA xəbər verir ki, Hatayda zəlzələdən sonra təbii qaz boru xəttində partlayış və yanğın baş verib.
“Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım”.
“Report” xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Koen tviterdə yazıb.
O, həmçinin zəlzələ ilə əlaqələr Türkiyə xalqına başsağlığı verib: “Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.
Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
* Malatya şəhərində 140 bina dağılıb, 420 yaralı var, 23 nəfər isə ölüb. (YENİLƏNİB)
Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
İran hakimiyyəti ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib.
İRNA agentliyinin məlumatına görə, əfv İslam İnqilabının qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib.
Bildirilib ki, əfv təklifilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib.
Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək.
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb.
Trend xəbər verir ki, Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub.
Belə ki, İranın "Tana Energy Management" şirkəti Ermənistan hökuməti tərəfindən keçirilən tenderin qalibi elan edilib. Artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə adıçəkilən İran şirkəti arasında müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Yəni Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 18,5 milyon avro vəsait birbaşa olaraq İran şirkətinə verilir.
"Ermənistan-İran qardaşlığı"nın nəticəsi olaraq ayrılan 18,5 milyon avro vəsait qərbin sanksiyalar tətbiq etdiyi İran şirkətinə verilir. Aİ İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirir.
Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə razılaşdırılıb.
İndi isə Ermənistanın İranla olan qardaşlıq münasibətlərinə görə Aİ-nin vəsaitini İrana verməklə həm də onun sanksiyalardan yayınmasına köməklik göstərir.
Aİ ayrılan vəsaitin düzgün istifadə olunmadığını görə geni araşdırma aparmalı və bu vəsaitin İran şirkətinə necə verildiyini aydınlaşdılrmalıdır.
Əks halda belə anlaşılır ki, Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların heç bir anlamı yoxdur və Aİ özü Ermənistana görə bu sanksiyalara məhəl qoymur.
Ermənistan hökumətinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr ayları arasında Ermənistanla İran arasında ticarət dövriyyəsi 44% artaraq 638,4 milyon dollara çatıb. Halbuki 2022-ci ilin yanvar-sentyabr ayları arasında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 363.2 milyon dollar olub.
Yəni regionda İranla ən çox iqtisadi əməkdaşlıq edən, ticarət dövriyyəsinə malik ölkə də Ermənistandır. İndi isə Ermənistan elə qərbin pulları ilə də İranla əməkdaşlıq edir. Aİ isə bu məsələdən ya xəbərsiz qalıb, ya da kimlərsə bunu görməzdən gəlir.