![]() |
|
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay danışıb. O bildirib ki, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.
Ölənlərin sayı 3381 nəfərə çatıb.
***
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.
Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib./oxu.az
Türkiyənin zəlzələdən zərər görən Malatya şəhərindəki Güven Qocalar Evinin xəstələri qaldıqları binadan təxliyə edilib.
Baku.ws məlumatına görə, soyuq havada çöldə xəstə və əlil vətəndaşları videoya çəkən qocalar evinin əməkdaşı aidiyyatı qurumlardan kömək istəyib.
Görüntüləri təqdim edirik:
Ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra mütəxəssislər bildiriblər ki, 10 şəhəri yerlə-yeksan edən zəlzələlərin sürətlənməsi qravitasiya sürətindən 2 dəfə çoxdur.
Baku.ws xəbər verir ki, bu dağıdıcı təsirin "anormal dərəcədə böyük" olduğunu qeyd edən mütəxəssislər, 1500-cü ildə də Pazarcıkda belə bir zəlzələ baş verdyini vurğulayıblar.
"O zaman buna "kosmik fəlakət" deyirdilər. 500 il ərzində gərginlik toplayan nazaslıq xətləri qırılıb", - deyə məlumatda qeyd olunur.
Nasazlıq xəttinin yerləşdiyi Anadolu lövhəsinin Ərəb lövhəsinə nisbətən ən azı üç metr şimal-şərq-cənub-qərb istiqamətində hərəkət etdiyini düşündüklərini ifadə edən italyan alim hərəkətin cəmi 30-40 saniyədə reallaşdığını bildirib
Türkiyənin 10 şəhərində dağıntı və tələfatlar yaradan 7,7 bal gücündə zəlzələ ilə bağlı xilasetmə işləri aparıldığı vaxtda xoş xəbər gəlib.
Hatay şəhərində 26 saat sonra iki uşaq dağıntılar altından sağ çıxarılıb.
Qeyd edək ki, Hatay şəhərinin mərkəzində demək olar ki, bütün binalar dağılıb, yüzlərlə insan dağıntılar altında qalıb./baku.ws
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar.
Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Suriyada zəlzələdən sonra baş verən dağıntılar altında körpə dünyaya gəlib.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, yeni doğulmuş körpə xilas edilsə də, anası dünyasını dəyişib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub. Təbii fəlakət nəticəsində Suriyada 1000-dən çox adam həlak olub.
Türkiyənin Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çöküb.
Baş verən zəlzələ zamanı güclü dağıntılar qeydə alınıb. Son məlumatlara görə, 1498 nəfər ölüb, xəsarət alanların sayı isə 8533-ə çatıb.
Xatırladaq ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb. Elazığda binanın çökdüyü anın görüntülərini təqdim edirik:(yenilik.az)
Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərdən sonra məktəblərdə bir həftəlik tətil elan edilib.
Hürriyet” xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmud Özər deyib.
“Bütün Türkiyədə fevralın 13-nə qədər məktəblərimizi bir həftəlik tətil edirik.
Beləliklə, xalq, dövlət olaraq həm prosesləri daha rahat həyata keçirmək, həm də digər vilayətlərdəki vətəndaşlarımızın, xüsusən də bu 10 vilayətdə qohum-əqrəbası olan vətəndaşlarımızın gediş-gəlişini asanlaşdırmaq baxımından bu qərarı vermişik. Amma bütün vilayətlərimizdə, xüsusilə 10 vilayətdəki bütün məktəblərimiz vətəndaşlarımızın xidmətinə açıq saxlanılacaq. Yaşayış və iaşə ilə bağlı bütün növ xidmətlər 7/24 fasiləsiz olaraq məktəblərimizdə və müəllim evlərində vətəndaşlarımıza çatdırılacaq",- deyə o söyləyib.
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.
Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib./oxu.az
Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan və Fransa liderləri Laçın yolundakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Paşinyan Makronla Azərbaycanla münasibətlərin normallaşmasını, eyni zamanda, Avropa İttifaqının Ermənistandakı missiyasını müzakirə edib.