Türkiyənin Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çöküb.

Baş verən zəlzələ zamanı güclü dağıntılar qeydə alınıb. Son məlumatlara görə, 1498 nəfər ölüb, xəsarət alanların sayı isə 8533-ə çatıb.

Xatırladaq ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb. Elazığda binanın çökdüyü anın görüntülərini təqdim edirik:(yenilik.az)

 

Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərdən sonra məktəblərdə bir həftəlik tətil elan edilib.

Hürriyet” xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmud Özər deyib.

“Bütün Türkiyədə fevralın 13-nə qədər məktəblərimizi bir həftəlik tətil edirik.

Beləliklə, xalq, dövlət olaraq həm prosesləri daha rahat həyata keçirmək, həm də digər vilayətlərdəki vətəndaşlarımızın, xüsusən də bu 10 vilayətdə qohum-əqrəbası olan vətəndaşlarımızın gediş-gəlişini asanlaşdırmaq baxımından bu qərarı vermişik. Amma bütün vilayətlərimizdə, xüsusilə 10 vilayətdəki bütün məktəblərimiz vətəndaşlarımızın xidmətinə açıq saxlanılacaq. Yaşayış və iaşə ilə bağlı bütün növ xidmətlər 7/24 fasiləsiz olaraq məktəblərimizdə və müəllim evlərində vətəndaşlarımıza çatdırılacaq",- deyə o söyləyib.

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.

Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Yeraltı təkanlar 6 217 binanı dağıdıb.

7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.

Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.

Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib./oxu.az

Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan və Fransa liderləri Laçın yolundakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Paşinyan Makronla Azərbaycanla münasibətlərin normallaşmasını, eyni zamanda, Avropa İttifaqının Ermənistandakı missiyasını müzakirə edib.

Türkiyədə baş verən zəlzələ nəticəsində tarixi qala dağılıb.

Türkiyə mediası xəbər verir ki, mərkəz Şahinbey mahalındakı tarixi Qaziantep qalasının şərq, cənub və cənub-şərq hissəsindəki bəzi qalalar dağılıb.

Qalanın ətrafındakı dəmir məhəccərlər səkilərə səpələnib. Qalanın yanındakı istinad divarı da uçub. 

Digər tərəfdən, qalanın yanında yerləşən və 17-ci əsrdə tikildiyi deyilən tarixi Şirvani məscidinin günbəzi və şərq divarı qismən zərər görüb.

 

 

 

 

 

Rusiya Prezidenti Vladimir Putin güclü zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Report” TASS bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Rusiya Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar iki təyyarəsini yola salır.

Tass xəbərinə görə, RF FHN-dən bildirilib ki, fevralın 6-na keçən gecə Türkiyənin Qaziantep vilayətində baş vermiş genişmiqyaslı zəlzələnin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək üçün respublikaya xilasedicilər göndərməyə hazırdır.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türiyə xalqına və həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Report”un xəbərinə görə, o, bu barədə tviterdə yazıb.

“Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”.

"SpaceX"in və Tviterin sahibi İlon Mask Türkiyədəki zəlzələdən sonra açıqlama verib.

Mask Türkiyəyə yardım təklif edib.

"Türkiyə hökuməti icazə verən kimi "SpaceX" şirkətimiz "Starlink" peyklərimizi Türkiyəyə göndərə bilər",- deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 100 nəfər ölüb, 400 nəfərdən çox şəxs xəsarət alıb, yaşayış binalarına ciddi ziyan dəyib.

Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ Hatayda da hiss olunub.

 İHA xəbər verir ki, Hatayda zəlzələdən sonra təbii qaz boru xəttində partlayış və yanğın baş verib.

Hazırda yanğın davam edir.

Xəbər lenti