“Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım”.

“Report” xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Koen tviterdə yazıb.

O, həmçinin zəlzələ ilə əlaqələr Türkiyə xalqına başsağlığı verib: “Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.

Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

* Malatya şəhərində 140 bina dağılıb, 420 yaralı var, 23 nəfər isə ölüb. (YENİLƏNİB)

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.

Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

İran hakimiyyəti ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib.

İRNA agentliyinin məlumatına görə, əfv İslam İnqilabının qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib.

Bildirilib ki, əfv təklifilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib.

Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək.

Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb.

Trend xəbər verir ki, Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub.

Belə ki, İranın "Tana Energy Management" şirkəti Ermənistan hökuməti tərəfindən keçirilən tenderin qalibi elan edilib. Artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə adıçəkilən İran şirkəti arasında müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Yəni Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 18,5 milyon avro vəsait birbaşa olaraq İran şirkətinə verilir.

"Ermənistan-İran qardaşlığı"nın nəticəsi olaraq ayrılan 18,5 milyon avro vəsait qərbin sanksiyalar tətbiq etdiyi İran şirkətinə verilir. Aİ İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirir.

Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə razılaşdırılıb.

İndi isə Ermənistanın İranla olan qardaşlıq münasibətlərinə görə Aİ-nin vəsaitini İrana verməklə həm də onun sanksiyalardan yayınmasına köməklik göstərir.

Aİ ayrılan vəsaitin düzgün istifadə olunmadığını görə geni araşdırma aparmalı və bu vəsaitin İran şirkətinə necə verildiyini aydınlaşdılrmalıdır.

Əks halda belə anlaşılır ki, Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların heç bir anlamı yoxdur və Aİ özü Ermənistana görə bu sanksiyalara məhəl qoymur.

Ermənistan hökumətinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr ayları arasında Ermənistanla İran arasında ticarət dövriyyəsi 44% artaraq 638,4 milyon dollara çatıb. Halbuki 2022-ci ilin yanvar-sentyabr ayları arasında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 363.2 milyon dollar olub.

Yəni regionda İranla ən çox iqtisadi əməkdaşlıq edən, ticarət dövriyyəsinə malik ölkə də Ermənistandır. İndi isə Ermənistan elə qərbin pulları ilə də İranla əməkdaşlıq edir. Aİ isə bu məsələdən ya xəbərsiz qalıb, ya da kimlərsə bunu görməzdən gəlir.

İfrat sağçı Rasmus Paludanın internetdə yetkinlik yaşına çatmayan uşaqlarla cinsi xarakterli söhbətlər etməsinə dair məlumatlar üzə çıxıb.

 “TRT World” xəbər verir ki, Paludan onlayn söhbətləri zamanı yetkinlik yaşına çatmayan uşaqlarla cinsi təcavüz kimi narahatedici ssenarilərdən danışıb.

İsveçdə yetkinlik yaşı 15 olduğu halda, Paludan 13 və 14 yaşlı uşaqlarla bilərəkdən seksual xarakterli söhbətlər edib.

O, səsyazılarında uşaqlara İslamı niyə bəyənmədiyindən də söz açıb.

Onun barəsində uşaqlarla açıq-saçıq cinsi söhbətlərlə bağlı heç bir qanuni tədbir görülməyib.

Paludan əvvəllər irqçilik, böhtan və yol hərəkəti qaydalarını pozmaq kimi ümumilikdə 14 cinayətdə ittiham olunub.

Yerli mətbuatın yazdığına görə, Paludan əvvəllər 2-3 ay həbs cəzası alıb. Bir müddət sürücülük hüququndan məhrum edilib. 3 il vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmışdı.

Qeyd edək ki, beynəlxalq qınaqlara baxmayaraq, Paludan İsveç NATO ittifaqına qoşulana qədər hər cümə günü müqəddəs kitabı yandıracağını bildirib.

 

Türkiyənin ərazisinə girişinə icazə vermədiyi 32 tonluq gəmi batırılacaq.

“Hürriyet xəbər verir ki, buna səbəb gəminin asbest daşımasıdır.
Braziliyaya məxsus "Sao Paulo" adlı təyyarədaşıyan gəminin Atlantik okeanında batırılması qərarlaşdırılıb.

1960-cı illərə aid 32 tonluq gəmi sökülmək üçün İzmirin Əliağa limanına gətirilirdi. Lakin asbest daşıdığı üzə çıxdıqdan sonra tənqid və narazılıqların çox olması səbəbindən gəmi Cəbəllütariq boğazından geri qaytarılıb.

Braziliya donanması 3 aydır sahildən uzaqlaşan və göyərtəsinə su dolan gəminin batmaq təhlükəsi ilə üzləşdiyini və bu səbəbdən Braziliya limanlarına yanaşmasına icazə verilmədiyini bildirib.

Hərbi Dəniz Qüvvələri gəmini sahildən təxminən 350 km aralıda, Braziliyanın eksklüziv iqtisadi zonasının sərhədləri daxilində batırmaqdan başqa çarəsi olmadığını bildirib.

Xatırladaq ki, 40 təyyarəni daşıya bilən gəmi 1963-2000-ci illərdə Fransa Hərbi Dəniz Qüvvələrinə xidmət edib.

Qeyd edək ki, asbest xərçəng və ağciyər xəstəliklərinə səbəb olan çox zəhərli bir maddədir.

Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Lavrov Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini vurğulayıb.

“Azərbaycan ərazilərini geri qaytardı”, - Rusiya XİN rəhbəri əlavə edib.

ABŞ-nin nüfuzlu biznes jurnalı “Forbes”da Avropanın enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində Azərbaycanın mühüm rolundan, eləcə də ölkəmizdən enerji ehtiyatlarının tədarükünə təhlükə yarada biləcək amillərdən bəhs edən məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, enerji böhranının nəticələrinin yumşaldılmasına baxmayaraq, “qoca qitə” hələ də bu sahədə müəyyən çətinliklərlə üzləşir.

“Avropa enerji böhranından tam çıxmayıb, siyasi risklər hələ də qalmaqdadır”, - müəllif qeyd edib.

“Forbes”da dərc edilən yazıda erməniəsilli rusiyalı milyarder, hazırda Azərbaycanın Qarabağ bölgəsində separatçılıqla məşğul olan Ruben Vardanyanın destruktiv fəaliyyətinə toxunulur.

“Vardanyan Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talayır. “Jamestown Foundation” fondunun baş əməkdaşı Yanuş Buqayski yanvarın 27-də “The Hill”də yazıb ki, Vardanyan saxta rəqəmlərlə sabitliyi pozmağa və vəziyyəti manipulyasiya etməyə çalışır”, - deyə müəllif qeyd edib.

Məqalədə həmçinin vurğulanıb ki, İran Azərbaycanın Avropaya enerji təchizatı üçün əsas təhlükələrdən birinə çevrilib.

“Tehranın Azərbaycanla öz problemləri var. Birincisi, İran Azərbaycanla İsrail arasında sıx diplomatik münasibətlərin olmasını qəbul edə bilmir. Bundan əlavə, “Jamestown Foundation” fondunun payızda dərc etdiyi təhlilə əsasən, Tehran İran və Ermənistanı birləşdirən Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Ötən həftə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycana “videoxəbərdarlıq” edərək İran bayraqları ilə sərhəddə dayanan hərbi geyimli uşaqların videosunu yayıb”, - deyə materialda bildirilib.

Məqalədə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktına da toxunulub:

“Azərbaycanın İrandakı səfirliyi diplomatik fəaliyyətini dayandırıb. İran həmin gün Tehranın polis rəisini vəzifəsindən uzaqlaşdırsa da, bu addım Bakı tərəfindən yetərli hesab edilməyib”.

Müəllif Avropada enerji böhranının dərinləşməsinin qarşısının alınmasında Azərbaycanın bilavasitə rolundan da yazır.

“Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks qiymətlərin düşməsinin Avropa üçün qarışıq siqnal olduğunu qeyd edir. R.Bruks öz “Twitter” səhifəsində yazıb ki, böhran olmasa da, hələ də “enerji şoku” mövcuddur. Elektrik enerjisinin qiymətləri bəzi ölkələrdə, xüsusən də Avropa iqtisadiyyatında lider ölkə olan Almaniyada daha yüksəkdir. Qazın bir hissəsi hələ də “Türk axını” boru kəməri vasitəsilə və mayeləşdirilmiş təbii qaz (LNG) kimi tədarük edilsə də, Avropa İttifaqı Rusiya neft və qazını enerji matrisindən çıxarmaqda kifayət qədər uğurlu olub. Rusiya neftinin bir hissəsi daşınma yolu ilə gəlir. Bu həcmləri əvəz etmək üçün Qətər, Misir, Azərbaycan (təbii qaz) və ABŞ ilə yeni enerji alyansları yaradılıb”, - deyə məqalədə qeyd olunub.

Müəllif qeyd edir ki, Avropa Rusiyadan tədarük etdiyi təbii qazın bir hissəsini mayeləşdirilmiş təbii qazla əvəz edib. Bunun üçün Avropanın daha çox ehtiyacı olan LNG terminalları tələb olunur, lakin ABŞ-ni əsas LNG təchizatçısına çevirmək üçün kifayətdir. Enerji İnformasiya İdarəsinin məlumatına görə, 2022-ci ilin birinci rübündə ABŞ Avropa sayəsində dünyanın ən böyük LNG ixracatçısı oldu.

Bununla belə, LNG qiymətləri boru kəməri qazından daha yüksəkdir və bu səbəbdən də, nəşrə görə, Aİ digər mənbələrdən ucuz boru kəməri qazı axtarmağa məcburdur:

“Əvvəllər Rusiya qazı Avropa ölkələrinin idxal etdiyi ümumi qazın təxminən 40%-ni, Almaniya qazının isə 60%-ni təşkil edirdi. Hesablamalara görə, son 20 ildə Aİ Rusiya qazının alışını 150% artırıb. Azərbaycan qazı ötən ilin yayında Avropanın enerji probleminin həlli oldu. Ölkə artıq neft və qazı Avstriya, Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İrlandiya, Portuqaliya, Rumıniya, Xorvatiya və Çexiyaya tədarük edir. 2022-ci ildə Azərbaycan qazının Aİ-yə tədarük həcmi 12 milyard kubmetrə çatıb və 2027-ci ilə qədər ölkə təbii qaz idxalını iki dəfə artıracaq. “DataLab” Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Matteo Vilya Trans-Adriatik boru kəmərinin əhəmiyyətini vurğulayaraq deyib ki, Azərbaycan artıq İtaliyanı “sənayesizləşmədən xilas edib”.

"Həm fələstinllər, həm də israillilər Evlərində, cəmiyyətlərində, ibadətxanalarında getdikcə artan təhlükəsizlik hiss və qorxusu içərisindədirlər”.

Xarici KİV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşündən sonrakı mətbuat konfransında deyib. O, iki dövlətli həll yolunu baltalayacaq hər cür hərəkətə qarşı xəbərdarlıq edib:

“Gərginliyi azaldacaq tədbirlər görməyin, şiddəti dayandırmağın, gərginliyi azaltmağın vacib olduğunu düşünürük”,- deyə o qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlayıb.

Türkiyə lideri bu barədə TRT-nin efirində bildirib.

Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy (Prezident İlham Əliyev-red) keçdi. Əliyev ikincini mənə verin dedi".

Qeyd edək ki, kütləvi istehsaldan sonra ilk elektromobilin sahibinin Ərdoğan olduğu vurğulanır. Dövlət başçısı qeyd edib ki, həyat yoldaşı Əminə Ərdoğanla məsləhətləşdikdən sonra öz avtomobilinin rəngi ilə bağlı seçim qərarını Türkiyənin birinci xanımının öhdəsinə buraxıb.

Xatırladaq ki, Türkiyənin yerli avtomobili “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı "Gemlik" zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.

Xəbər lenti