ABŞ Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etməyə hazırdır.

Bu sözləri Pentaqonun rəhbəri Lloyd Ostin Seulda mətbuat konfransı zamanı deyib.

“Birləşmiş Ştatlar bütün müdafiə imkanlarına, o cümlədən bizim adi və nüvə imkanlarımıza, eləcə də raketdən müdafiəni özündə əks etdirən qarşını alma öhdəliyinə (KXDR) qətiyyətlə sadiqdir”, - deyə o bildirib.

Pentaqonun rəhbəri qeyd edib ki, son bir ildə Şimali Koreya görünməmiş sayda təxribatlar həyata keçirib.(axar.az)

İrana zərbə endirən dronlar Ermənistandan ötürülüb - İLGİNC İDDİA

İrana zərbə endirən dronların “mini” olması ciddi müzakirələrə yol açıb. Bu mini-dronların İsraildən uçub gəlməsinin mümkünsüzlüyü hansısa yaxın ərazilərdən qalxması versiyasını ortaya çıxarıb.

Axar.az xəbər verir ki, İran rəsmiləri, xüsusilə SEPAH artıq dronların İran ərazisindən qalxdığı haqda məlumat yayıblar. Bunun səbəbi sərhəddən hər hansı təhlükəli obyektin keçməsi barədə radarların heç nə qeydə almamasıdır. İran ya İsrail texnikasının ən müasir olduğunu, özünün müdafiə sistemlərinin və peyklərinin bu PUA-ları “görmədiyini” elan etməli, ya da digər versiyaya – dronların məhz İran ərazisindən qalxmasına üstünlük verməlidir.

Hazırda ikinci versiya aktivdir. Bu isə növbəti sualı ortaya çıxarır: Bu dronlar İran ərazisinə əvvəlcədən yerləşdirilib. Bəs, nə vaxt və hansı marşrutla?

SEPAH komandirləri hələ ki, bu mövzuya toxunmurlar. Ancaq istər-istəməz, gec və ya tez nəzərlər Ermənistanın üzərinə dikiləcək.

Erməni mediasının dronların Azərbaycandan qalxması barədə böhtanlarını İran özü belə təkzib edir – qeyd etdiyimiz ki, dronların İran ərazisindən qaldırıldığını bildirir. İranla Azərbaycan arasında quru sərhədi açıq deyil, yalnız yük maşınları keçir, həmçinin hava nəqliyyatı var. Yük maşınları isə “sona qədər” yoxlanılır, hava nəqliyyatı ilə də hərbi təyinatlı nələrsə daşımaq mümkünsüzdür.

İranın İraqla sərhədi də kifayət qədər gücləndirilmiş vəziyyətdədir: İraqda SEPAH-ın qərargahları yerləşir və İran agentura şəbəkəsi bu ölkədə çox güclüdür.

İrana Körfəzdən, yaxud şərq qonşularından – Əfqanıstan, Türkmənistan, Pakistandan – hər hansı hərbi təyinatlı daşınma həyata keçirilməsi real deyil. Əvvəla, həmin ölkələrin ABŞ və İsraillə əlaqələri zəifdir, digər tərəfdən isə İran şərq sərhədində və şərq qonşularında, o cümlədən Körfəzdə kifayət qədər aktivdir.

İranın ən “zəif yeri” hazırda məhz Ermənistandır. Ermənistanın maraqlarını qorumaqla, Azərbaycanla münasibətlərini düşmənçilik səviyyəsinə çatdıran İran Ermənistandan təhlükə gələcəyini gözləmir.

Xatırlayaq ki, Krım körpüsünün partladılması əməliyyatı da Ermənistan üzərindən həyata keçirilmişdi. Rusiya arxayın olduğu müttəfiqinin mallarını yoxlamamış, əvəzində isə Ermənistan Avropadan gələn malların sənədlərini Aİİ standartlarına çevirərək, yük maşınının yoxlanılmadan Rusiya ərazisinə keçidinə şərait yaratmışdı.

Eyni ssenari ilə Ermənistandan İrana qarşı istifadə edilməsi ehtimalı həddən artıq yüksəkdir.

Bu məqama əlavələr də edilə bilər: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Qafqaz ölkələri içərisində yalnız Ermənistana, həm də məxfi şəkildə səfər etmişdi. 15 iyul 2022-ci ildə, Rusiyanın Ermənistandakı mediası “özəl mənbələrə istinadla” məlumat yaydıqdan - yəni Rusiya xüsusi xidməti bu səfəri ifşa etdikdən - sonra Börnsün İrəvana səfəri və Paşinyanla qapalı görüş keçirdiyi rəsmi şəkildə bircə cümlə ilə təsdiqlənmişdi.

İsrailin həyata keçirdiyi ehtimal edilən hücumda əsas dəstəkçinin ABŞ olduğu şübhəsizdir. MKİ geyimli MOSSAD-çıların Ermənistandan İrana nələrsə daşıya biləcəyi ehtimalı bu baxımdan diqqətçəkicidir.

MKİ şefinin ardınca İrəvana Mi-6 rəhbəri Riçard Murun gəlişi də indiki məqamda nəzərdə qaçırılmamalıdır. Bu səfər də məxfi keçirilmişdi. MKİ və Mi-6-nın yüksək səviyyədə əməkdaşlığı da müzkirə mövzusu deyil. Hətta bu səfərin ardınca – 2022-ci ilin noyabr-dekabr aylarında rusiyalı tanınmış politoloqlar MKİ və Mi-6-nın Ermənistanı ələ keçirdiyini elan etdilər.

ABŞ-ın dünyadakı ən böyük səfirliyinin – yəni kəşfiyyatçılarının – kiçik Ermənistanda olduğunu da nəzərə almalıyıq.

Bu məlumatların təhlili İrana yerləşdirilən İsrail və yaxud ABŞ dronları üçün ən ideal marşrutun Ermənistan olduğu ehtimalını gücləndirir.

Nəzərə alaq ki, Ermənistan hakimiyyəti qərbyönlüdür və tapşırıq və göstərişləri də Qərbdən alırlar. Hətta Ermənistan dövlətinin yaranmasına görə borclu olduqları Rusiyadan hazırda imtina yolunu tutublar və Moskvanı rahat şəkildə satdıqlarını elan etməkdən çəkinmirlər.

Ənənəvi erməni təfəkkürüdür. Bu baxımdan Ermənistanın "müttəfiq saydığı" İrana qarşı MKİ və ya MOSSAD-ın fəaliyyətinə yaşıl işıq yandırmasına nə mane ola bilər?

İsrail İranın mümkün hücumundan ehtiyat edir

İsrailin təhlükəsizlik xidməti İranın hərbi obyektlərinə edilən hücumlarla bağlı Tehranın mümkün cavab tədbirlərini müzakirə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Times of Israel” qəzeti yayıb.

Qəzet yazır ki, İran xarici ölkələrdə olan israilli turist, rəsmi şəxs və səfirlikləri hədəf ala bilər.

Xatırladaq ki, yanvarın 28-i İran Müdafiə Nazirliyinin hərbi-sənaye obyektlərinə dronlarla zərbələr endirilib. Xarici mediada hücumların İsrail tərəfindən endirildiyini iddia edən məlumatlar dərc olunsa da, İsrail bu məsələ ilə bağlı açıqlama verməyib. İran isə öz növbəsində İsrailə xəbərdarlıq edərək “alovla oynamaq lazım deyil” təhdidləri səsləndirib.

Dünyanın ən zəngin iş adamlarından biri, “Microsoft”-un qurucusu Bill Qeyts son zamanlarda Türkiyənin Trakya bölgəsində torpaq sahələri alması ilə gündəmə gəlib.

Bill Qeyts Türkiyənin Trakya bölgəsindən torpaq almasının səbəbini açıqlayıb.

Torpaq sahələri almasının arxasına hər hansı başqa bir məqsədin dayanmadığını deyən Bill Qeyts bildirib ki, heç bir böyük plan yoxdur: “Əslində bütün bu qərarlar peşəkar investisiya komandası tərəfindən qəbul edilib. Kənd təsərrüfatı sektoru önəmlidir. Məhsuldar toxumlarla biz meşələrin qırılmasının qarşısını ala və hazırda üzləşdikləri iqlim böhranında Afrikaya da kömək edə bilərik”.

“Bir dəqiqə vaxt aparacaq və hər şey həll olunacaq”

Rusiya prezidenti Putin Ukraynaya hərbi təcavüzdən əvvəl telefon danışığı zamanı məni raket hücumu ilə hədələdi.

BBC xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib.

Telefon danışığı zamanı Conson Putinə müharibənin tamamilə fəlakətlə nəticələnəcəyi, Qərbin sanksiyalarına və Rusiya sərhədlərində NATO qoşunlarının mövcudluğunun artmasına səbəb olacağı barədə xəbərdarlıq edib. O, həmçinin Putinə Ukraynanın yaxın gələcəkdə Alyansa qoşulmayacağını bildirib.

“Bir anda o, məni hədələdi və dedi: “Boris, mən səni incitmək istəmirəm, ancaq bir raketlə cəmi bir dəqiqə vaxt aparacaq. Hər şey həll olunacaq” və ya buna bənzər bir şey”- Conson qeyd edib.

Navalnı tanınmaz halda

Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı tanınmaz hala düşüb.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı Navalnının fotosunu rusiyalı müxalif jurnalist Kirill Martınov öz tviter hesabında paylaşıb.

“2023-cü ildə Rusiyada azad insanın portreti”, - deyə Martınov qeyd edib.

Fotodan onun həbsxanada olduğu 2 il ərzində əhəmiyyətli dərəcədə çəki itirdiyini görmək mümkündür.

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

 

 
 

Yanvarın 31-də Fransada pensiya islahatlarına qarşı 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır.

Bu barədə “BFM” telekanalı məlumat yayıb.

Həmkarlar ittifaqları ölkə sakinlərini islahatlara etiraz olaraq nümayişlərə çıxmağa və tətillər təşkil etməyə çağırmaqda davam edirlər.

Öz növbəsində Fransanın baş naziri Elizabet Born deyib ki, 2030-cu ilə qədər pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı güzəştə getmək niyyətində deyil.

Bornun təqdim etdiyi islahatlara əsasən minimum əmək haqqı ilə ən azı 43 il işləmiş insanlar üçün tam pensiyanın 1,2 min avroya qədər artırılması da nəzərdə tutulur.

Türkiyənin Stokholmdakı səfirliyində Quranı yandıran Rasmus Paludan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsveçin NATO-ya qəbuluna qədər aksiyalarını davam etdirməklə “hədələyib”.

"Unikal" xəbər verir ki, Peludan İsveçin NATO-ya qəbuluna qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandıracağını bildirib.

ABŞ Maliyyə Nazirliyi "Vaqner"i transmilli cinayət təşkilatı kimi təsnif edib.

Təşkilatla əlaqəsi olan gəmiqayırma müəssisələri, fiziki və hüquqi şəxslər, o cümlədən təşkilatın rəhbəri Yevgeni Priqojinə qarşı sanksiya tətbiq olunub.

Priqojinin ABŞ-dakı bütün aktivləri dondurulacaq.

Maliyyə Nazirliyi "Vaqner"in təkcə Ukraynadakı müharibədə deyil, dünyanın digər ölkələrində də cinayətlərdə iştirak etdiyini vurğulayıb.

İranın Kərəc şəhərində məktbədə atışma olub.

Yerli media xəbər verir ki, məktəbli sinif yoldaşlarına atəş açıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Atışma nəticəsində bir şagird yaralanıb.

Xəsarət alan məktəblinin vəziyyəti kafi qiymətləndirilir.

Xəbər lenti