Avropa İttifaqı Ermənistana göndərəcəyi yeni missiyasının mandatını təsdiqləyib. Bu dəfə heyət çox da mülki səciyyəli deyil, əsasən hərbi xarakterlidir.

Bu, o deməkdir ki, Avropanın hərbi missiyası gəlib Zəngəzura, İranla sərhədə yerləşəcək. Bunun dövlət olaraq bizə o qədər də isti-soyuğu yoxdur, çünki avropalı hərbi missionerlər Zəngəzur bölgəsində Ermənistan-Azərbaycan sərhədində monitorinq aparacaq, hərbi vəziyyətə nəzarət edəcək və biz öz işimizi bilirik, buna hazırıq.

Bu missiya daha çox bölgənin jandarmı rolunu oynayan, Ermənistanda özünə cənub bastionu quraraq hərbi baza saxlayan Rusiyanı, bir də düşmən saydığı ölkələrinin hərbi-kəşfiyyat birliklərinin onun sərhədlərinə yaxınlaşmasına patoloji xofla yanaşan İranı narahat etməlidir.

Avropanın Ermənistana göndərdiyi yeni missiyaya Rusiyanın qıcıqla yanaşması az-çox müşahidə edilsə də, İrandan səs çıxmır. Prinsipcə, bu saat rəsmi Tehran bəyanatı bəyanata calamalıydı, Ermənistanla sərhəddə hərbi təlim keçirməliydi, rəsmi İrəvanı bölgəyə İrana düşmən dövlətlərin kəşfiyyat qruplarını gətirməkdə suçlamalıydı və son olaraq onu bu addımdan çəkindirmək üçün hərbi müdaxilə barədə eyham etməliydi.

iran.jpg (209 KB)

İran belə addımlar atdımı? Atmadı. Atacaqmı? Çətin. Tehran fakt qarşısında qalmış, dilindən bəlaya, tələyə düşmüş kimi görünür. Çünki bu dövlətin Ermənistanla qardaşlıq büsatı qurmasının, əhd-peyman bağlamasının həftəsi tamam olmayıb. O isti mehrləşmənin ardından birdən-birə münasibətlərin soyuması çox pis görünərdi.

Bəs İran Ermənistanın Avropa ilə daha doğma qardaşlar olduğunu əvvəldən bilmirdimi? Belə görünür ki, Tehranda bu qədərini bilmirmişlər.

Ancaq bu, çoxdan bəllidir ki, özünü xristian dünyasının əzabkeş və ərköyün vələdi kimi aparan ermənilər öz gələcəklərini bölgədəki heç bir dövlətə - nə Türkiyəyə, nə Rusiyaya, nə də İrana bağlamaq fikrində deyillər. Onlar hələ azı 4 il öncədən könüllərini Avropaya veriblər və var qüvvələri ilə özlərini “qoca qitə”yə calamaq istəyirlər. “Erməni mədəniyyəti Avropa mədəniyyətinin tərkib hissəsidr” kimi fikirlər boş yerdən çıxmayıb.

41687cca-42c7-4334-815e-ba1017482cbc.jpg (8 KB)

Belə anlaşılır ki, rəsmi İrəvanın İranla yaxınlaşması lap əvvəldən Qərb ölkələrinin planına daxil olub. Əgər onlar Ermənistanın qarşısında “İrandan uzaq olmaq” öhdəliyi qoysaydılar, Paşinyan və komandası İranla bu qədər yaxınlaşmazdı.

Ancaq dövşanı arabayla tutan avropalılar indi bir gülləylə iki dovşan vurdular, həm şiə məzhəbinə etiqad edən İranla eyni dini-məzhəbi bölüşən Azərbaycanın münasibətlərini son dərəcə korladılar, Azərbaycanı İranın dəstəyindən məhrum etdilər (prinsipcə, İran işğaldan azad edilmiş Qarabağın bərpasında aktiv iştirak edən iki dövlətdən biri olmalıydı), həm İranı regionda bir az da təklədilər (bu prosesdə Tehran Azərbaycanla yanaşı Türkiyənin də “dislayk”ını qazandı), həm də özləri ermənilərin əliylə İranın qulağının dibinə gəldilər. Avropanın İranla sərhədə göndərəcəyi yarımhərbi missiyanın işinin təkcə Azərbaycanla məhuhlaşacağını düşünmək sadəlövhlük olarıd.

Məsələnin kökü budur: ABŞ-ın liderliyi ilə İrana düşmən kəsilmiş Avropa ölkələrinin 44 ildir sürdürdüyü bu düşmənçilik heç zaman arxa plana keçirilməyib. ABŞ və Avropa bu ölkədəki bizneslərinin, investisiyalarının milliləşdirilməsini, İran dövlətinin sərəncamına keçməsini, bu ölkədən qovulmalarını heç cür bağışlaya bilmirlər. 1979-cu ilə qədər İran Avropa və ABŞ üçün qızıl yumurtlayan toyuq, bal süzülən pətək, yağ-qaymaq verən kombinat idi. İslam inqilabı buna son qoydu, onlar da İrana barmaq tuşlayıb düşmən elan etdilər.

Bundan başqa, İranın nüvə silahı əldə etməyə can atması, bu yolla müsəlman dünyasının liderinə çevrilmək, yaxın ölkələrə islam inqilabı ixrac edərək, yeni-yeni şiə dövlətləri yaratmaq istəməsi planları da həm ABŞ-ı, həm də Avropanın aparıcı ölkələrini əndişələndirir. Ona görə də onlar hansı yolla olursa-olsun, bu dövləti zəiflətmək, cilovda saxlamaq istəyirlər. Müşahidələr göstərir ki, ABŞ-ın və Avropanın İranla bağlı əsas məqsədi onu parçalamaq, ərazisində bir neçə müstəqil dövlət yaratmaq deyil, onlar İranı 1979-cu ildən əvvəlki kimi görmək istəyirlər – dünyəvi, sözəbaxan, Avropanın iradəsi ilə hesablaşan, sərvətini onlarla bölüşən, eyni zamanda monolit və təhlükəsiz (nüvə silahı olmayan).

63d052b818def63d052b818df0167459704863d052b818deb63d052b818ded.jpg (207 KB)

ABŞ və Avropanın İrana münasibətindən danışarkən bir detalı da xatırlamaq lazım gəlir. 10-15 il öncə istər ABŞ Dövlət Departamentinin və Pentaqonun, istərsə də Avropanın hərbi-siyasi dairələrinin missionerləri az qala hər həftə Bakıya gəlir, Azərbaycanda İrana qarşı iş görmək üçün dayaq, zəmin əldə etməyə çalışır, ölkəmizdən plasdarm kimi istifadə etmək üçün dövlət rəhbərlərini dilə tuturdular. Ancaq onların bütün səfərləri, tovlamaları nəticəsiz qaldı, Azərbaycan anti-İran avantürasına qoşulmadı. Buna cavab olaraq Qərb dairələri Azərbaycana qarşı kompromat müharibəsinə başladılar, amma o da gözlənilən effekti vermədi.

Görünür, belə incə detalları İranda bilmirdilər və çox vaxt olduğu kimi Ermənistanla münasibət məsələsində də emosional siyasətə üstünlük verdilər, dolğun və hərtərəfli informasiyalarla işləmədilər. Nəticə ortadadır. İrana düşmən olan Avropa dövlətlərinin bölgədəki 1 nömrəli müttəfiqi sayılan Ermənistan Tehranın ocağının başındadır və öz sərhədləri daxilində avropalılara müşahidə məntəqələri qurmaq rüsxəti verib.

İndi görək, Azərbaycanın ərazisində, Zəngilan rayonunda yaradılması nəzərdə tutulan camış fermasını “sionistlərin oylağı” kimi qələmə verib hay-küy salan mollalar Qafanda, Mehridə dolaşan avropalıları necə qarşılayacaq? Gözləyək.

musavat.com

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.

Bu bardə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, ABŞ tank heyətləri yaxın vaxtlarda ukraynalı hərbçilərə təlim keçəcək.

“Mənə elə gəlir ki, bu müşahidəçilərin mandatı kifayət qədər məhduddur. Bu müşahidəçilərin Ermənistanın təşəbbüsü ilə meydana çıxması, prinsipcə, Azərbaycanın təzyiqlərinə müqavimət göstərmək və bu təzyiqə qarşı mübarizədə öz müttəfiqlərini tapmaq istəyi ilə bağlıdır”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki müşahidə missiyasını göndərmək barədə qərarını şərh edərkən deyib.

“Bu, Ermənistandakı qərbyönlü qüvvələrin vektoru dəyişmək, oynamaq istədiyini, Ermənistanın özünə, erməni xalqına bununla bağlı problemlər yaratdığının dəqiq sübutudur”, - o qeyd edib.

O əlavə edib ki, erməni probleminin yüz ildən artıq mövcud olduğu bütün müddət ərzində bəyannamələr istisna olmaqla, Qərb dövlətləri nə birincidə, nə ikincidə, nə də başqa müharibədə ermənilərə köməklik göstəriblər: “Bəyanatlar, vədlər çox olsa da, amma hərəkətlər çox az olub və bunun nəticəsi də məlumdur”.

Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Vaşinqton davamlı sülhə nail olunması üçün həm üçtərəfli, həm də çoxtərəfli formatlarda iştirakını davam etdirir: “Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Biz bunu ikitərəfli edirik, biz bunu öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bunu bir neçə dəfə üçtərəfli qaydada etdik. Biz bu çox problemli məsələlərin həll üçün ən effektiv olan nədirsə, onu edəcəyik. Biz davamlı sülhə dəstəyimizdə sadiq olaraq qalırıq”.

Ned Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir.

O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir.

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Almaniyanı Ukraynadakı müharibə zamanı “inanılmaz məyusedici” performansına görə tənqid edib.

Bolton CNN-in “This Morning” proqramında çıxışı zamanı Almaniyanın mövqeyini kəskin tənqid edib.

“Düşünürəm ki, Almaniyanın bu müharibə boyu göstərdiyi performans inanılmaz dərəcədə məyusedici haldır”, - Bolton qeyd edib.

Polşa Kiyevə Almaniya istehsalı olan “Leopard” tanklarının tədarükündə israrlıdır, lakin silah istehsalçısı kimi Berlindən təkrar ixrac üçün razılıq almalıdır.

Berlinin yaşıl işıq yandırmaqda tərəddüd etməsi, Almaniyanın müdafiə siyasətində “fundamental dəyişikliklərə” ehtiyac olduğunu göstərir.

“NATO bəzi siyasi liderlərin göstərmək istədiyindən daha çox parçalanmış vəziyyətdədir”, - qeyd edən Bolton əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin çox güman Almaniyanı “müttəfiqlikdə zəif nöqtə” kimi görür.

Bolton hesab edir ki, əgər Almaniyanın Rusiyanın gözlənilən hücumu ilə bağlı uzun müddətdir davam edən şayiələrə cavab vermək imkanı yoxdursa, bu, Ukrayna və Qərb üçün çox pis hadisədir.

Dünyanın ən varlı adamlarından biri olan "Microsoft"un qurucusu Bill Qeyts yaxın illərdə baş verə biləcək pandemiya ilə bağlı açıqlama verib.

Xarici KİV xəbər verir ki, Bill Qeyts bunu Avstraliyanın paytaxtı Sidneydə keçirilən görüşdə deyib.

Görüş zamanı Bill Qeyts növbəti virusun təbii deyil, insan tərəfindən yaradılacağını qeyd edib.

Qeyts dünya liderlərinə növbəti virusa hazırlaşmalı və qabaqcadan plan qurmalı olduqlarını söyləyib.

“Dini baxışlara hörmət seçim deyil, zərurətdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova verdiyi açıqlamada İsveçdə Qurani-Kərimin yandırılmasına və etirazlara reaksiya verib:

“Beynəlxalq sənədlərdə ifadə azadlığı hüququna hər hansı bir din və ya dini ayin haqqında tənqidi və aşağılayıcı ifadələrin işlədilməsi, xüsusən də müsəlmanlar üçün Qurani-Kərimin yandırılması daxil deyil. Dini baxışlara hörmət bir seçim deyil, zərurətdir. Avropa hamını mövcud olmayan cinsləri tanımağa məcbur edirsə, gərək milyonlarla insanın müqəddəs saydığı şeylərə də hörmətlə yanaşsın”.

ABŞ İrana qarşı yeni sanksiyalar elan edib.

Xarici KİV xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ilə eyni vaxtda ABŞ-ın İranda insan haqlarının pozulması ilə əlaqəsi olduğu müəyyən edilən 10 yüksək rütbəli rəsmi və 1 təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Bildirilib ki, bu, İranda 2022-ci ildə etirazların başlanmasından bəri dinc nümayişçilərin dağıdılmasına görə məsul olan məmurları hədəf alan doqquzuncu sanksiya addımıdır.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) açıqlamasında bildirib ki, sanksiya tətbiq edilən qurum İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kooperativ Fondudur, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusu Kooperativ Fondunun idarə heyətinin 5 üzvü, kəşfiyyat və təhlükəsizlik katibinin müavini, Türkiyə və İranda İnqilab Keşikçiləri Korpusunun 4 yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq edilib.

Qeyd olunub ki, sanksiyaya məruz qalan İran rəsmiləri arasında kəşfiyyat nazirinin müavini Naser Rəşidi, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Tənavar, SEPAH-ın Kirmanşahdakı Qərb Bölgə Qərargahının komandanı Məhəmməd Nəzər Əzimi, Qərb Bölgəsi komandirinin müavini, Asiya komandirinin müavini və İsfahan vilayəti üzrə komandiri də var.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb.

Bu barədə tibb müəssisəsindən TASS-a məlumat verilib.

"O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb", - kardiocərrahiyyə mərkəzindən bildirilib.

Sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlayıb.

Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstan prezidenti olub. 2019-cu ilin martında o, öz istəyi ilə tutduğu postdan istefa verib. Beləliklə, Nazarbayevin varisi Kasım-Jomart Tokayev olub.//Modern.az

Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanı həbs olunacaq. Ermənistan Baş Prokurorluğu Ohanyanın deputat mandatı toxunulmazlığının aradan qaldırılması ilə bağlı parlamentə vəsatət təqdim edib.

Hərbi cani Ohanyan orduda baş verən qanunsuzluqlarda ittiham olunur.

Ermənistanın Baş Prokurorluğu bundan əlavə törətdiyi cinayət əməllərinə görə, müxalifətçi deputat Armen Çarçyanın barəsində cinayət işinin açılması barədə parlamentə müraciət edib.

“Hraparak”ın yazdığına görə, bunun ardınca digər müxalifətçi liderlər daşnak İşxan Saqatelyan və Qeqam Manukyanın da həbs olunacağı gözlənilir.

Xəbər lenti