![]() |
|
Azərbaycan torpaqlarında 32-ci ildir fəaliyyət göstərən separatçı-terrorçu rejimin keçmiş qanunsuz "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan keçmiş həmkarı, sabiq səhiyyə naziri Mikayel Hayriyanın postlarına qoşularaq öz "Facebook" səhifəsində hazırkı qondarma "dövlət naziri" Ruben Vardanyanın hərəkətləri və fəaliyyətini kəskin tənqid edib.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan baş naziri N.Paşinyanın burbaşa kurasiyasında olan "Aykakan Jamanak" nəşri məlumat yayıb.
Sabiq "nazir" Vardanyanı "idarəçiliyə" xələl gətirməkdə və özünü tərifləməkdə ittiham edib.
"Əgər məmur problemləri həll etmək əvəzinə şou göstərir, mübarizə vəd edir, birliyə çağırırsa, deməli, o, islah olunmaz axmaqdır...
Əgər o, efirdə dövlət sirrini və ya dövlətin təhlükəsizliyini təhdid edən digər məlumatları dərc edirsə, o, cinayətkardır...
Cəmiyyət Artsaxı yalnız bir layihə kimi görən özünəvurğunların, şöhrətə meyilli adamların girovluğuna düşməməlidir”, - deyə H.Xanumyan çağırış edib.
Ukraynada vuruşan 50 minlik ordusu ilə döyüşən “Vaqner” döyüşçülərinin tərkibi ilə bağlı ilginc məlumat yayılıb.
Rusiyalı iş adamı Yevgeni Priqojinin 50 minə yaxın döyüşçüsü olan “Vaqner PMC”nin cəmi 10 mini muzdlu döyüşçüdür. Yerdə qalan 40 minə yaxını isə Rusiyadakı həbsxanalardan Ukraynadakı döyüşə cəlb edilən məhbuslardır.
Bəzi xarici media orqanlarının yazdığına görə, “Vaqner” qrupuna cəlb olunan həmin məhbuslar ən müxtəlif vasitələrdən istifadə edərək yenidən geri həbsxanalara dönüb cəzalarını çəkmək istəyirlər, bu da nəticə vermədiyindən qaçmağa cəhd edirlər. Bu da “vaqner”çilər arasında ciddi problem yaradıb. Ona görə də sözügedən silahlı dəstədə döyüşdən yayınıb qaçmağa cəhd edənləri cəzalandırmaq üçün arxa cəbhə yaradılıb. Döyüşdən yayınanlar öldürülür.
Priqojinin bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyini Ukraynadakı uğursuz hərbi əməliyyatlara görə ittiham etsə də, son vaxtlarda özü belə bir problemlə üzləşib. Rusiya hərbi elitasını uğursuzluqda ittiham edərək, Putin qarşısında iddialı şəkildə uğurlu hərbi əməliyyatlar həyata keçirəcəyini bəyan edərək, ona söz verib. Lakin Priqojin Putin qarşısında verdiyi sözü yerinə yetirə bilmədiyindən nüfuzunu itirib, onun gözündən düşməkdədir.
ISW-nin yazdığına görə, uğursuz Baxmut əməliyyatından sonra Priqojinin ulduzu batmağa başlayıb. Priqojin Baxmutu ələ keçirəcəyini söz versə də, bu vədinə əməl edə bilməyib. Bu da onu Putinin gözündən salmağa başlayıb.
“Bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin görüşündə Ermənistana yeni müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Aİ-nin yüksəkvəzifəli nümayəndəsinə istinadən Rusiya mediası yayıb.
Xatırladaq ki, “Azadlıq radiosu”nun erməni xidmətinin yaydığı məlumata görə, Aİ Ermənistana 2 il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir.
Böyük Britaniyanın elektrik şəbəkəsi operatoru olan Milli Şəbəkə yanvarın 23-də ilk dəfə olaraq müştərilərin ən gərgin saatlarında elektrik enerjisi istehlakını azaltdıqlarına görə mükafatlandırmağa başlayacaq.
Bu barədə Demand Flexibility Service öz tviter səhifəsində yazıb.
Qeyd olunur ki, belə bir tədbir elektrik enerjisinin verilişinin təhlükə altında olması demək deyil.
Şirkətin saytında yer alan məlumata görə, “Demand Flexibility Service” pik saatlarda enerji istehlakının azaldılması üçün həvəsləndirici ödənişlər təqdim edən xidmətdir. Şirkət qənaət edilən hər kilovat-saat üçün altı funt-sterlinqə qədər ödəniş etməyi planlaşdırır.
İranın Kərəc şəhərində hökumət qüvvələri iki qadını həbs edərkən onlara qarşı zorakılıq ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayır.
Kərəcin Qohərdəşt bölgəsində repressiv qüvvələr hicabsız gəzən iki xanımı küçədə yerə yıxaraq qollarına qandal vurub, onları zorla hicab örtməyə məcbur ediblər.
Qadınlardan biri boğulduğunu desə də, qəddar hakimiyyət muzdluları buna məhəl qoymayaraq günahsız xanımları həbs ediblər.
Ermənilərin özlərini dünyaya “ən əzabkeş” xalqı kimi təqdim etməkdə məşhur olmaqla yanaşı, həm də bu sahədə mahir oyunbazdırlar. Xankəndi-Laçın yolunda ekoaktivistlərin keçirdiyi dinc etiraz aksiyası bunu bir daha sübut etdi. Dünyaya haray-həşir salıb blokada da olduqlarını, humanitar fəlakətə məruz qaldıqlarını bəyan edirlər. O zaman sual olunur, necə blokadada və humanitar fəlakətlə üz-üzəsən ki, belə bir şəraitdə toy mərasimi keçirirsən? Bu onların necə oyunbaz yalançı haray-həşirlərinin ifşasıdır.
Yanvarın 22-də Xankəndidə erməni gənclərin toy mərasimi keçirilib.
Bu barədə fotoqraf David Kaqramanyan öz Facebook səhifəsində toy mərasimindən foto yayımlayıb və yazıb:
“Xankəndidə müqəddəs Hakob kilsəsində Geqamla Arevin toyu. Xankəndinin blokadaya alınmasının 42-ci günü”.
Bu, bir daha ermənilərin necə də riyakar olduğunun bariz göstəricisidir.
"Ukrayna müharibəsinin birbaşa və dolayısı nəticələri Avropanın iqtisadi modelini dərindən sarsıdıb".
Xarici KİV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makrov “El Pais” qəzetinə açıqlamasında deyib. O, dünya iqtisadiyyatının ABŞ və Çin arasında qütbləşdiyini bildirib:
“Azadlıq və azad bazara əsaslanan izləyəcəyiniz yol varmı? Yoxsa bu ikisindən (ÇİN və ABŞ) asılı olmaq istəyənlərdənsiniz?
Biz hər zaman Avropanın yenidən qurucuları olmağa məhkumuq. Çünki öz başına buraxsaq, bölünər”,- deyə o əlavə edib.
Makron Avropa Birliyinin genişləndirildiyini, lakin bunun kifayət etmədiyini söyləyib.
“Avropanın yaşadığı böhranın, bölünmüşlüklərin Soyuq müharibə və Berlin divarnın yıxılmasından sonrakı dövrdə tam olaraq həzm edə bilməməyimizdən qaynaqlandığına inanıram.
Onillərlə Sovet boyunduruğu altında yaşamış ölkələrin təcrübələrini dinləməyi öyrənmək lazımdır” – Makron bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin vaxtını açıqlayıb.
Dövlət başçısı seçkilərin mayın 14-də keçiriləcəyini bildirib.
Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.
Türkiyədən İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsini istəmək yaxın vaxtlarda mümkün olmayacaq, indi rəsmi Ankaranın bu iki ölkəni gələcək hərbi müttəfiq kimi deyil, məhz rəqib-düşmən dövlətlər olaraq, görməsi üçün ciddi arqumentləri var... Kreml isə bütün bu baş verənlərin Rusiyanın maraqları ilə tamamilə uzlaşmasından çox məmnundur, çünki Türkiyənin qəzəblənməsi və NATO-nun genişlənmə prosesini durdurması onu narahat edən ciddi bir problemin müvəqqəti də olsa, həlli anlamına gəlir...
NATO Rusiyanın qərb sərhədlərinin tamamilə qapadılması planını davam etdirməyə çalışır. Bu plan üzrə kifayət qədər ciddi uğurlar qazanılıb. İndi Kreml Rusiyanın qərb sərhədlərində NATO dövlətləri və bazaları ilə qarşı-qarşıya durmaq məcburiyyətində qalıb. Və bu, Rusiya üçün ən ciddi hərbi-siyasi diskomfort durumu yaradır.
Ukrayna savaşı isə NATO-nun Rusiya tərəfindən nəzarət olunan MDB məkanının dərinliklərinə doğru irəliləmək strategiyasının tərkib hissəsidir. Bu strategiyanın uğur qazanması Rusiyanın tamamilə öz sərhədləri içərisinə qapadılması ilə nəticələnə bilər. NATO Ukraynanı rəsmən öz sıralarına daxil etməyə bir neçə dəfə cəhd göstərsə də, buna hələlik nail olmayıb. Kreml Ukraynaya qarşı işğalçılıq savaşına başlamaqla, NATO və Rusiya arasındakı əsas tampon bölgəni qoruyub, saxlamağa çalışır. Və bu savaşda məğlubiyyət Rusiyanı ümumiyyətlə, bütün MBB məkanında hegemonluq imkanlarından məhrum buraxa bilər.
Belə anlaşılır ki, NATO qarşıya qoyulan əsas hədəfinə addım-addım da olsa, yaxınlaşma şansına malikdir. Ancaq bu hərbi-siyasi alyansın hədəfləri qarşısında müəyyən əngəllər də olmamış deyil. Xüsusilə də, NATO-nun Rusiya sərhədlərinin şimal-qərb hissəsini qapatmaq cəhdləri hələlik reallıqdan uzaqdır. Çünki bu prosesdə sonuncu həlqə rolunu oynayan İsveç və Finlandiya NATO üzvlüyünə qətiyyən hazır deyil.
Məsələ ondadır ki, bu iki ölkənin əraziləri hazırda beynəlxalq terrorizmin yuvasına çevrilib. İndi İsveç və Finlandiyada müxtəlif terror təşkilatları özlərini çox rahat hiss edirlər və istədikləri kimi də fəaliyyət göstərirlər. Üstəlik, bu iki ölkənin qucaq açıb, bəslədiyi terror təşkilatları isə məhz Türkiyəni hədəf alıblar. Və NATO-nun strateji planları qarşısında yaranmış əsas problemlər də məhz bu önəmli məqamdan qaynaqlanır.
Səbəb isə çox sadədir. Çünki İsveç və Finlandiyada fəaliyyət göstərən terror təşkilatlarının hədəf aldığı Türkiyə NATO-nun avanqard ölkələrindən biridir. Ona görə də, rəsmi Ankara beynəlxalq terrorizmin siyasi sığınacaq məkanına çevrilmiş İsveç və Finlandiyanı NATO sıralarına buraxmaqdan imtina edir. Üstəlik, veto hüququndan istifadə edən Türkiyə öz haqlı mövqeyini olduqca ciddi arqumentlərlə möhkəmləndirir.
Birinci arqument ondan ibarətdir ki, NATO hazırda beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Belə olan halda, beynəlxalq terrorizmə geniş fəaliyyət məkanı açmış İsveç və Finlandiyanın NATO üzvlüyü mümkün deyil. Digər tərəfdən, İsveç və Finlandiyada sərbəst fəaliyyət göstərən terror təşkilatları NATO üzvü olan Türkiyəni hədəf alıblar. Yəni, İsveç və Finlandiyada NATO üzvü Türkiyəyə qarşı real təhlükə mövcuddur. Deməli, İsveç və Finlandiyanın NATO tərkibində Türkiyə ilə hərbi müttəfiq olması da mümkün deyil.
Rəsmi Ankara veto hüququndan geri çəkilib, İsveç və Finlandiya üçün NATO-nun qapılarını açmağın qarşısında bu iki ölkədən beynəlxalq terror təşkilatlarının zərərsizləşdirilməsini tələb edir. Bu barədə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli anlaşma da imzalanıb. Yəni, hər iki ölkə rəsmi Ankara qarşısında hüquqi öhdəliklər götürüblər. Həmin öhdəliklərin icra ediləcəyi təqdirdə, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq vermək niyyətindədir.
Ancaq böyük ehtimalla bu, yaxın zamanlarda, bəlkə də heç vaxt baş verməyəcək. Çünki, Finlandiya ilə bağlı problemlər o qədər də aşılmaz olmasa da, İsveç əsl terror bataqlığıdır. Üstəlik, İsveç Türkiyə qarşısında götürdüyü rəsmi öhdəlikləri yerinə yetirməyə də xüsusi həvəs göstərmir. Əksinə, İsveçdə baş verən son hadisələr Türkiyənin veto qərarını daha möhkəmləmdirir.
Məsələ ondadır ki, bir müddət öncə İsveçin paytaxtı Stokholm şəhərində PKK/PYD terror təşkilatının təmsilçiləri Türkiyəyə qarşı aksiya keçiriblər. Həmin aksiyada terror təşkilatı təmsilçiləri Türkiyəyə qarşı təhqiramiz şüarlar səsləndiriblər. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bəzədilmiş manekeni yandırıblar. Və bu, İsveçin NATO-ya üzv olmaq niyyəti ilə kəskin ziddiyyət təşkil edir.
Təbii ki, rəsmi Ankara İsveçdə baş verən bu terror aksiyasını reaksiyasız buraxmayıb. Belə ki, rəsmi Ankara sərt açıqlama verərək, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı müzakirələri dayandırdığını bəyanlayıb. Ardınca İsveç parlamenti spikerinin Türkiyəyə rəsmi səfərini ləğv edib. Yəni, belə anlaşılır ki, PKK/PYD terror təşkilatı faktiki olaraq, İsveçin NATO-ya üzvlüyünə birmənalı şəkildə əngəl törədir. Və İsveçin rəsmi dairələri buna qarşı hüquqi addımlar atmağa tələsmir.
Nə qədər qəribə də olsa, terrorçuların aksiyasının ardınca İsveçdə daha bir biabırçı və yolverilməz hadisə baş verib. Belə ki, Danimarka vətəndaşı olan bir siyasi xadim İsveçdə Türkiyə səfirliyinin qarşısında bütün dünya müsəlmanlarını təhqir edib. O, İslamın müqəddəs kitabını yandırmağa cəhd göstərib. İsveç hüquq-mühafizə orqanları isə bu barbar davranışı sadəcə, müşahidə etməklə kifayətləniblər. Nəticədə rəsmi Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini də dərhal ləğv edib. Türkiyə səfiri Ankaraya geri çağırılıb.
Göründüyü kimi, İsveç NATO-ya üzv olmağa çalışsa da, buna imkan verəcək addımların atılmasına da qətiyyən həvəs göstərmir. Əksinə, rəsmi Stokholm öz siyasəti və davranışları ilə İsveçi NATO-nun "təhlükəsizlik çətiri"ndən daha da uzaqlaşdırır. Belə davam edərsə, NATO-nun genişlənmək və Rusiya sərhədlərini öz hərbi bazaları ilə tam qapatmaq strategiyası iflasa uğraya bilər.
Təbii ki, Türkiyədən İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsini tələb etmək yaxın vaxtlarda mümkün olmayacaq. Çünki hazırda rəsmi Ankaranı belə addımın atılmasının vacibliyinə inandırmaq qətiyyən mümkün deyil. Əksinə, indi rəsmi Ankaranın İsveç və Finlandiyanı NATO üzrə müttəfiq kimi deyil, daha çox Türkiyəyə rəqib-düşmən dövlətlər olaraq, görməsi üçün ciddi arqumentləri var.
Onu da qeyd etmək lazımdır ki, bütün bu baş verənlər Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki Türkiyənin qəzəblənməsi və NATO-nun genişlənmə prosesini durdurması Kremli narahat edən problemin müvəqqəti həll edilməsi anlamına da gəlir. Hətta Kreml bu situasiyadan o qədər məmnun qalıb ki, hətta Rusiyanın müsəlman dövlətlərindən biri olduğu barədə tezislər peyda olmağa başlayıb. Kremlə yaxın siyasi dairələr hətta Rusiyanın bir müsəlman dövləti kimi həm İsveçə kəskin etiraz edilməsini, həm də Türkiyənin müdafiə olunmasını vacib hesab edirlər.(musavat.com)