Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqoryovodakı iqamətgahının ətrafına "Pantsir" zenit-raket kompleksləri yerləşdirilib.

Bu haqda Teleqram kanallarında görüntü yayılıb.

20 Yanvar faciəsini ABŞ və Rusiya birgə törədib.

Bu fikirləri tarixçi alim Zaur Əliyev deyib. O bildirib ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir qrup üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib. Müraciətdə yazılır:

“Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də Sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60 faizini təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”.

Alim qeyd edib ki, müraciəti Con Kerri ilə yanaşı, senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslər imzalayıblar:

“Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında K.Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana “erməni Qarabağı” üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: “Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”.

Bu məktubun yazılma tarixi və müraciət bir fikrə gəlməyə əsas verir: Moskva Amerikanın təkidi ilə Bakıya qoşun yeridərək ermənilərin qisasını alıb! Faciənin əsas günahkarları tək Moskva deyil. Vaşinqton da eyni dərəcədə günahkardır”.

Z.Əliyevin sözlərinə görə, bu işin icra olunması Amerikada erməni lobbisi və Moskvada oturan ermənipərəst vəzifələrin sayəsində olub; Rusiya qoşunlarının Bakıya yeridilməsinə ABŞ-a öz töhfəsini verib:

“Bu, qisas əməliyyatı olub və Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də Sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib.

“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında yazılır: “Hücumdan öncə əsgərlərə deyilib: “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmasının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.

Bu isə tərpənən hədəfi vurmaq anlamına gəlir. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Bu günə qədər də Amerika və Rusiya siyasi dairələri 20 Yanvar faciəsi ilə bağlı rəsmi mövqe ortaya qoymayıblar. Çünki ikisinin də əli xalqımızın qanına batıb!”

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir.

Bu istiqamətdə ilk qərarı Texas qubernatoru Qreq Abbottun verib.

O, sosial platformanın məhdudlaşdırılması ilə bağlı dekabr ayında qərar qəbul edib.

Bu qərardan sonra isə Texas Universiteti təhsil müəssisəsi daxilində TikTok sosial platformasına daxil olmağı əngəlləyib.

Belə ki, hazırda ABŞ-nin bir çox ştatlarında TikTokun qadağan edilməsi istiqamətində qərarlar verilir.

Buna səbəb isə Çin tərəfindən yaradılan TikTok sosial platformasının ABŞ-dəki məlumatları Çin hökumətinə ötürməsi qorxusudur.

Rusiya Prezidenti Vladimir Putin xəyanətə uğrayıb.

Bu barədə Almaniyanın “WELT” qəzeti yazıb.

Belə ki, keçən ilin yazında ruslarla döyüşmək üçün yanacaq və sovet kalibrli sursatları tükən Ukrayna ordusuna Bolqarıstanın kömək etdiyi bildirilib.

Nəşrin yazdığına görə, Bolqarıstanın keçmiş hökuməti Rusiyanın Ukraynaya hücumunun ilkin mərhələsində Kiyevə gizli şəkildə kömək təklif edib.

Avropa Birliyi və NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə tarixən yaxın münasibətdə olan Bolqarıstanın bu addımı Ukrayna üçün həyati əhəmiyyət kəsb edirdi. Çünki bu dövrdə Kiyevin ehtiyac duyduğu yanacağın 40 faizi Bolqarıstan tərəfindən qarşılanıb.

Keçmiş baş nazir Kiril Petkov müharibənin ilkin mərhələsində Ukrayna ordusuna lazım olan sursatın təxminən üçdə biri Bolqarıstandan gəldiyini söyləyib.
İddianı Kiyev də təsdiqləyib.

“Newsweek” qəzeti sözügedən hadisəni “Putin yaxın müttəfiqi tərəfindən xəyanətə uğradı” başlığı ilə oxucularına təqdim edib.
“Politico” nəşri isə başlıqda “AB-nin ən kasıb ölkəsi Ukraynanı gizlicə necə xilas etdi?” sözlərindən istifadə edib.
“The Guardian” qəzeti də xəbərin sərlövhəsində Bolqarıstanın müharibənin ilk aylarında Ukraynaya gizli şəkildə yanacaq və sursat verdiyini yazıb.

Ermənistan hakimiyyətinə yaxın mənbələr Baş nazir Nikol Paşinyanın yanvarın 10-da keçirilən mətbuat konfransından sonra kifayət qədər əsəbi vəziyyətdə olduğunu bildiriblər.

Bu barədə “Haqqın.az” erməni mediasına istinadən məlumat yayıb.

“2020-ci il noyabrın 10-dan sonrakı günlərdə olduğu kimi, o, hamıdan, hətta ən sadiq adamlarından belə şübhələnməyə başlayıb”, - məlumatda deyilir.

İddia olunur ki, hökumətdə də kifayət qədər həyəcanlı vəziyyət hökm sürür:

“Onlar bilmirlər ki, Paşinyan birdən-birə hansı idarədə peyda olacaq və hansı fövqəladə vəziyyət yaradacaq”.

Rusiya prezidenti Vladimir Putinin bu gün, yanvarın 18- də növbəti hərbi səfərbərlik elan edəcəyi gözlənilir.

Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatında deyilir.
“ISW”-nin məlumatına görə, Putin Ukraynaya da rəsmi müharibə elan edə bilər. Bugünkü tarix onun üçün simvolikdir.

“Putin yanvarın 18-də ordusunu gücləndirmək üçün hərbi səfərbərliyin ikinci dalğasını elan edə bilər. Kremlin sözçüsü Dmitri Peskov yanvarın 17-də elan edib ki, Putin yanvarın 18-də Sankt-Peterburqda nitqlə çıxış edəcək” - məlumatda deyilir.
Leninqradın faşist blokadasından yarılmasının 80-ci ildönümündə Putin rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi xoşlayır.
Bəzi rusiyalı müharibə tərəfdarı bloggerlər Putinin bu fürsətdən istifadə edərək Ukraynaya səfərbərlik və ya müharibə elan edəcəyini qeyd ediblər.
Qərb kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası cəbhəyə 500 minə qədər adam göndərmək üçün yeni səfərbərlik elan etməyə hazırlaşır.

Almaniya tənəzzüldən gələn il qaça biləcək.

Bu barədə Almaniya kansleri Olaf Şolts İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

O, Almaniyanın 2023-cü ildə iqtisadiyyatın azalması ssenarisindən qaça bilib-bilməyəcəyi ilə bağlı sualı cavablandırarkən “Tam əminəm ki, heç bir tənəzzül olmayacaq” şəklində cavab verib.

Ermənistan prezidenti Vaaqn Xaçatryan Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunu bağlamaqla onların dediyi kimi Qarabağdakı ermənilərə qarşı humanitar problem yaratmadığını açıq etiraf edib.

Ermənistan prezidenti belə bir bəyanatla Tallində çıxış edib.
2022-ci ilin dekabrın 12-dən Laçın-Xankəndi yolunun bağlandığını deyən Xaçatrayan bildirib ki, bu yoldan hər gün 300-400 avtomobil keçirdi və onlar müxtəlif yüklər daşıyırdı. “Ancaq yol bağlandığı müddət ərzində əsasən humanitar məqsədlər üçün 400 avtomobil keçib”-Xaçatryan deyib.

Ermənistanla Rusiya arasında münasibətlər strateji səviyyədədir və Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, lakin son vaxtlar problemlər yaranıb.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada bəyan edib.
“Bundan əvvəl Azərbaycan Qarabağda hər hansı hərbi əməliyyata əl atdı, biz heç bir ölkəyə müraciət edə bilmədik. Mən nə Rusiyanı, nə də KTMT üzvlərini nəzərdə tuturam, çünki o əməliyyatlar Ermənistan ərazisində deyildi. Ancaq 13 sentyabrda həm KTMT-yə üzv ölkələrin, həm də Rusiyanın bizə hərbi yardım etməsini və siyasi bəyanatlar verməsini gözləyirdik. İndiyə qədər heç biri baş verməyib” – Xaçaturyan deyib.
Ətraflı

O əlavə edib ki, bizim nəticə verməli olan gözləntilərimiz var idi, lakin müəyyən mənada bu gözləntilər tam olaraq özünü doğrultmadı. Xaçaturyan qeyd edib ki, danışıqlar davam etdiriləcək və nəticədə Ermənistan öz mövqeyini açıq şəkildə bəyan edəcək: “Heç də hər şey dəyişməz qalmır, zaman keçdikcə bəzi dəyişikliklərə ehtiyac yaranır”.

Yanvarın 17-də Moskvaya səfəri planalaşdırılan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfərini təxirə salaraq, Anakaraya səfər edəcək.

Bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 17-də Kremldə Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdallahian arasında planlaşdırılan danışıqlar təxirə salınıb.

Görüş zamanı tərəflər arasında Cənubi Qafqaz, Suriya və İranın nüvə problemi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilirdi.

Moskvaya səfərini təxirə salan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan bu gün Türkiyəyə səfər edəcək.

İRNA-nın məlumatına görə, yanvarın 17-də İranın xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edəcək.
Səfərin əsas mövzusunun ikitərəfli münasibətlərə dair məsləhətləşmələrdən əlavə, Suriyadakı son hadisələr və Suriya, Rusiya və Türkiyə müdafiə nazirlərinin son görüşləri olacağı gözlənilir. Bundan əlavə, iki ölkənin nazirləri İran prezidentinin Türkiyəyə gözlənilən səfərini müzakirə edəcəklər.

Xəbər lenti