![]() |
|
“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.
“Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.
“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb olacaq”, - o söyləyib.
Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: "Nə Rusiya, nə Ukrayna masaya zəif formada oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta "Taxıl sazişinə"də mane olmaq istəyirdilər".
Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.
Türkiyə mətbuatı xəbər verir ki, Suriyanın Azez Cibrin bölgəsində terror təşkilatı PKK/YPG tərəfindən hücum təşkil edilib.
Fərat Qalxanı əməliyyatı zamanı hücumun qarşısını alarkən Türkiyə ordusunun hərbçiləri Mövlud Yoğrutçu və Mert Otal şəhid olub.
İlin əvvəlində Rusiya Qazaxıstandakı etirazları yatırmaq üçün öz qoşunlarını göndərmişdi. Altı həftə sonra rus qoşunları Ukraynaya daxil olanda qonşu işğala dəstək verməklə borcunu geri qaytardı.
Axar.az xəbər verir ki, daha sonra Mərkəzi Asiyada Rusiya ilə həmsərhəd olan yeganə dövlət müharibədə neytrallığını elan edib, müdafiə büdcəsini artırdı və bununla ABŞ, Türkiyə və Çində müttəfiqlər axtarmağa başladı:
“İyun ayında Tokayevin Putinin yanında Ukraynanın bütövlüyünü dəstəklədiyi və “lxr” və “dxr”in müstəqilliyini tanımaqdan imtina etdiyi əlamətdar məqam oldu. Qazaxıstan prezidenti onları “kvazidövlət əraziləri” adlandırıb. O, həmçinin Qazaxıstanın Rusiyaya sanksiyalardan yayınmasında kömək etməyəcəyinə əmin edib”.
Nəşr qeyd edir ki, Qazaxıstan Ukraynanın şiddətli müqavimətindən dərs alıb və müdafiə büdcəsini 441 milyard təngə (təxminən 918 milyon dollar) artırmaq qərarına gəlib.
Adı açıqlanmayan yüksək vəzifəli məmur jurnala bildirib ki, vəsaitin bir hissəsi ölkənin hərbi ehtiyatlarını artırmaq üçün istifadə olunacaq.
Məqalədə həmçinin deyilir ki, Qərbdə bəziləri Rusiya ordusunun zərərsiz düşmənə çevrildiyinə əmin olsa da, Mərkəzi Asiyada Rusiya ambisiyalarından qorxu getdikcə artır.
“Təsəvvür edin, əgər Ukrayna olmasaydı, növbəti biz olacaqdıq?" - Qazaxıstanlı rəsmi qeyd edib.
Rusiya və İran Suriya məsələsində mövqelərini müəyyən etməlidir.
Belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Suriya prosesi ilə bağlı Astana formatı üzrə Türkiyə, Rusiya və İran liderlərinin Tehran Zirvə görüşündə Putinlə görüş keçirdiyini xatırladıb.
“Mən əminliklə deyə bilərəm ki, çox pozitiv bir görüş oldu. Sözsüz ki, aramızada müharibənin yaratdığı bəzi neqativ məqamlar və bəzi fikir ayrılıqları var. Lakin buna baxmayaraq biz Rusiya ilə ikitərəfli münasibətlərimizi qarşılıqlı maraqlara əsaslanaraq inkişaf etdirməliyik. Ona görə də Astana formatı sammitində biz Suriya münaqişəsini geniş formada Putin və Rəisi ilə müzakirə etdik”, - Ərdoğan qeyd edib.
O əlavə edib ki, Suriya probleminin siyasi tənzimlənməsi üçün ölkələrimiz arasında koordinasiya vacibdir: “Suriya terror təşkilatlarının yuvasına çevrilib. Ona görə də Rusiya və İran Suriya məsələsində mütləq şəkildə mövqelərini müəyyən etməlidirlər”.
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampı tənqid edib.
Bayden Kapitoliyə basqın günü Konqres polisi, Vaşinqton polisi və digər təhlükəsizlik qüvvələrinin etirazçıları bütün gücü ilə geri itələdiyini vurğulayıb:
“Məğlub olmuş keçmiş ABŞ prezidenti (Tramp) Oval kabinetin yanında yeməkxanada rahat oturdu və 3 saat ərzində bütün hadisələri izlədi. Cəsur təhlükəsizlik qüvvələri 3 saat orta əsr cəhənnəmi ilə mübarizə apardılar.
Trampın hərəkətə keçmək üçün cəsarəti çatmadı. Siz həm polis, həm də iğtişaş tərəfdarı ola bilməzsiniz. Həm iğtişaş, həm də demokratiya tərəfdarı ola bilməzsiniz. Həm iğtişaş, həm də Amerika tərəfdarı ola bilməzsiniz”- o deyib.
Qeyd edək ki, ABŞ-da Konqresin Nümayəndələr Palatasında 2021-ci il yanvarın 6-da keçirilən reydlə bağlı yaradılmış Komissiya Kapitoliyə hücumu araşdırmışdı. Hücum zamanı keçmiş ABŞ prezidenti Donald Trampın baş verən hücumu Ağ Evin şəxsi yeməkxanasında "Fox" kanalında 2,5 saat izlədiyi bildirilmişdi.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Birləşmiş Ştatların həmin vaxtdakı prezidenti Donald Trampın tərəfdarları Kapitolidə dağıntılar törədib və prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olub. Rəsmi məlumata görə, qarışıqlıqlar zamanı 5 nəfər həlak olub.
"Rusiya və Çin özlərini İranın müttəfiqi kimi aparsalar da, Qərblə İslam Respublikasının qarşıdurmasında heç vaxt rəsmi Tehranın tərəfində olmayıblar".
Bunu İranın ali rəhbəri ayətullah seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti "Keyhan" qəzetinə müsahibəsində bildirib.
"Doğrudanda da nə Rusiya, nə də Çinlə dostluq və qardaşlıq haqqında müqavilə imzalamamışıq. Onlar öz maraqlarından çıxış ediblər. Onların siyasəti Qərbin reallaşdırdığından daha müdrikdir" , - o vurğulayıb.
Müşavirin sözlərinə görə, hazırda Asiyada Qərbin və ABŞ-ın birqütblü düyasına qarşı İran, Çin və Rusiya kimi 3 mərkəz yaranıb.
Qeyd edək ki, Ə.Ə.Vilayəti 1945-ci ildə İranın Rüstəmabada şəhərinin Şemran rayonunda anadan olub. 1981-ci il dekabrın 15-dən 1997-ci il avqustun 20-dək xarici işlər naziri işləyib.
Qərb ölkələri Moskva ilə maliyyə və enerji qarşıdurmasına girməklə Rusiyanın Ukraynadakı “strateji tələsinə” düşüblər.
Axar.az xəbər verir ki, bu sözləri London Siyasi Araşdırmalar Mərkəzinin baş elmi işçisi Aleksandr Markovski deyib.
“Rusiyanın məntiqi stratejidir. Sanksiyalar enerji və digər xammalın qiymətlərini artırıb və indi ölkənin böyük büdcə profisiti var. Vaxt Moskvanın tərəfindədir. Avropada “papaqatma əhval-ruhiyyəsi” tezliklə sərt reallıqla üzləşəcək, bundan sonra qitə əhalisi soyuq, qaranlıq və ac qışa qərq olacaq”, - alim qeyd edib.
ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə ABŞ dövlət katibi "Twitter"də bildirib.2
Blinken bildirib ki, Ermınistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub: "Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır", ABŞ dövlət katibi vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanlarla yaxın təmasda olanlara bir müddət özlərini təcrid etməyi və səyahətə çıxmamağı tövsiyə edib.
BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-ün meymunçiçəyi üzrə mütəxəssisi Rosamund Levis iyulun 23-də yeni virus epidemiyasının qlobal fövqəladə vəziyyət elan edilməsi qərarını qiymətləndirib.
O, qərarın epidemiyayaa qarşı daha mütəşəkkil beynəlxalq mübarizə aparmaq üçün alındığını vurğulayıb.
Levis, həmçinin virusa yoluxmuş insanların bir müddət özlərini təcrid etməli və bu səbəbdən səyahətdən çəkinmələrini məsləhət görüb. Onun sözlərinə görə, xəstələrlə yaxın təmasda olanlar 9 gün ərzində hərarətlərini nəzarətdə saxlamalıdırlar.
Qeyd edək ki, təşkilatın son məlumatlarına görə, hazırda dünyanın 75 ölkəsində 16 mindən çox meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış müğənni Ebru Gündeşə zəng edib.
“Anadolu” agentliyi xəbər verir ki, söhbət zamanı Ərdoğan Ebru Gündeşə anasının vəfat etməsi ilə əlaqədar olaraq başsağlığı verib.
Xatırladaq ki, sənətçinin anası Müjgan Bilgin 73 yaşında koronavirusdan dünyasını dəyişib.