İsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi

Xəbər verdiyimiz kimi, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib. Belə ki, Corc Dik öz sosial şəbəkə hesablarında sözügedən kitabın müxtəlif vaxtlarda hədiyyə edildiyi xarici Prezident və digər rəsmi şəxslərin fotolarını yaymağa başlayıb.

Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora, 2014-cü ildə Sülh üzrə Nobel mükafatını qazanan Kailash Satyarthi də var. Bununla yanaşı, rəsmi şəxslərin fotolarını paylaşan hər kəs səfir Corc Diki öz paylaşımlarında işarələyib.

Ardınca isə “MysteriousTalesofTabriz” həştəqi sosial şəbəkələrdə trendə çevrilib. Belə ki, ölkədə sadə vətəndaşlardan tutmuş rəsmi qurumların nümayəndələrinə qədər bir qrup şəxs də bu trendə qoşulub və həmin kitabı oxuyarkən fotolarını paylaşıblar.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Görüş zamanı bir sıra məsələlərlə yanaşı, İsrail səfiri ilə hazırda yaşanan gərginliyin də müzakirə edildiyi istisna edilmir. 

 

 









 

Ukrayna qüvvələri yeni silahların təsiri ilə Xerson vilayətində Rusiya qüvvələrinə qarşı üstünlük əldə etməyə başlayıb.

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna televiziyasına danışan rəsmi Rusiya qüvvələrinin nəzarətinə keçən Xerson şəhərinin sentyabr ayına qədər Kiyev qüvvələri tərəfindən geri alınacağını bildirib.

Xerson vilayəti qubernatorunun müavini Sergiy Xlan deyib:
“Əminliklə deyə bilərik ki, Xerson vilayəti sentyabr ayına qədər azad ediləcək. İşğalçıların bütün planları iflasa uğrayacaq” - o bildirib. dedi.

Sergiy Xlan Qərbdən gələn uzaqmənzilli artilleriya ilə hücum gücünü artıran Ukrayna ordusunun ötən həftələrdə Xersonda əhəmiyyətli uğurlar əldə etdiyini bildirib.

Postsovet məkanının iki ən yaxın müttəfiq dövləti - Rusiya və Qazaxıstan arasında münasibətlər çətin günlərini yaşayır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səsləndirdiyi bəyanatlar Rusiya siyasi dairələrində və mediasında qeyri-müttəfiq mövqe kimi səciyyələndirilib. Bəyanatlar Rusiya cəmiyyətində narazılıq dalğası yaradıb, ittihamlar yenidən artmağa başlayıb. Rəsmi Nur-Sultan ikitərəfli münasibətlərə xələl gətirməklə yanaşı, “yaxşılığa yamanlıq” etməkdə günahlandırılıb.

Bu məsələ barədə “Kaspi” qəzeti məqalə hazırlayıb.

Tokayevin rusları qıcıqlandıran addımları

Enerji böhranının həlli təşəbbüsü ilə çıxış edən Qazaxıstan prezidenti Avropaya ixrac olunan Rusiya neftinin Qazaxıstan nefti ilə əvəzlənməsi ideyasını irəli sürüb. Neft və qazın Rusiyadan yan keçməklə, Transxəzər marşrutu ilə dünya bazarına çıxarılması barədə tapşırıq verən Tokayev həmçinin bildirib ki, Qazaxıstan Şərqlə Qərb arasında bufer ola bilər. Əslində, Qazaxıstan artıq BTC vasitəsilə öz neftinin müəyyən qismini Azərbaycan üzərindən dünya bazarına çıxardır. Baxmayaraq ki, bu funksiya bir əsrdən artıqdır ki, Rusiya tərəfindən həyata keçirilir. Qazaxıstan hazırkı şəraitdə, şübhəsiz ki, Aİ-dəki mövcud qeyri-sabitlik və enerji qeyri-müəyyənliyindən faydalanmağa çalışır. Bu da Rusiyanı narazı salır. Kremli narazı salan həm də odur ki, Qazaxıstan prezidenti Rusiya bazarını tərk etmiş və ya çıxmaq niyyətində olan xarici şirkətlər üçün ölkədə əlverişli şərait yaradılması barədə göstəriş verib. 1,4 min iri xarici şirkətdən hər ikincisi öz fəaliyyətini dayandırıb və ya Rusiya bazarını tamamilə tərk edib. Tokayev də bununla bağlı baş verənləri “investisiya kapitalı uğrunda qlobal mübarizə” adlandırıb və respublika üçün “yaxşı imkanlar” görüb:

“Aydındır ki, kimsə bunu Rusiyaya qarşı qeyri-dost mövqe kimi görmək istəyər, amma niyə? Bu, öz ölkəsi və onun iqtisadiyyatı üçün təbii, ağlabatan qayğının təzahürüdür”.

Qazaxıstanlı politoloq, siyasi məsləhətçi Dimaş Aljanov da öz növbəsində qeyd edir ki, xarici şirkətlərlə bağlı vəziyyət müfəssəl araşdırma tələb edir.

“Rusiya yaxın gələcəkdə təcrid olunmuş ölkə olacaq və Qazaxıstanın bu fürsətdən istifadə etməsi olduqca normaldır. Başqa məsələ ondan ibarətdir ki, respublika bundan kifayət qədər yararlana biləcəkmi? Axı söhbət, əsasən, yerdəyişmənin özündən deyil, fəaliyyətini Aİİ çərçivəsində, Qazaxıstan vasitəsilə həyata keçirməyə hazır olan şirkətlər üçün əlverişli şəraitin yaradılmasından gedir”, - ekspert bildirib.

Xəzər dənizində yeni limanlar quraşdırılacaq

Qazaxıstan maraqlı bir addım da atmağı planlaşdırır. İxrac potensialını artırmaq üçün 10 gəmidən ibarət bərə donanması yaradır, həmçinin Xəzər dənizində yeni liman qurmağı planlaşdırır. Mövcud iqtisadi şəraitdə ölkə təcili olaraq tranzit imkanlarını artırmalı, həmçinin ticarət infrastrukturunu yaxşılaşdırmalıdır. Qeyd edilir ki, Nur-Sultanın cəmi dörd quru yük gəmisi var və Azərbaycan regionda yükdaşıma sahəsində liderdir. Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz nəqliyyatı imkanlarından tam istifadə etməyib. Beləliklə, Aktauda yeni yük terminalı da tikiləcək. Tikintidə beynəlxalq şirkətlər, xüsusilə konteyner operatorları “Maersk”, MSC və “COSCO Shipping” iştirak edəcək.

Rusiyanın atdığı yanlış addımlar

Ekspertlərin qənaətincə, Rusiya atdığı yanlış addımlarla Qazaxıstanı itirir. Bölgədə şaxələndirilmiş enerji marşrutları vacib iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Yəni enerji resurslarınız ola bilər, lakin alternativ marşrutlara sahib olmaq çox önəmlidir. Qərb mediası iddia edir ki, Rusiya hazırda Qazaxıstanla münasibətlərində ciddi səhvlərə yol verir. Moskva yalnız onun kimi düşünənləri və hərəkət edənləri müttəfiqi hesab edir, öz maraqlarını nəzərə alır. Lakin ölkələr arasında əlaqələrdə bütün tərəflərin maraqları diqqətə alınmalıdır. İndi Rusiyanın Qazaxıstan neftinin üçdə ikisindən çoxunun daşındığı Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir aylıq dayandırması rəsmi Nur-Sultanın milli təhlükəsizlik maraqlarına zərbədir. Ona görə də Tokayevin sözügedən addımı çox yerindədir və Qazaxıstan haqlıdır. Hər bir müstəqil dövlət özünün gələcəyi haqqında düşünməlidir. Rusiya istəmir deyə Qazaxıstan ticarətini dayandıra bilməz. Yəni dünyada belə qayda yoxdur. “Putin Qazaxıstan neftinin Avropaya ixracına mane olur. Görünür, Rusiya ilə Qazaxıstan arasında müharibə başlayıb - hələ ki, iqtisadi müharibə”. Jurnalist Denis Kazanskinin qənaətincə, Qasım-Jomart Tokayevin Vladimir Putinin üzünə açıq şəkildə “lxr” və “dxr”i “kvazi-dövlətlər” adlandırması ilə Rusiya-Qazaxıstan münasibətləri pisləşməyə başladı. “Hətta o zaman bu cəsarətli bəyanatın nəticələrinin olacağı göz qabağında idi”, - o, iddia edib.

Kreml müttəfiqlərinə qarşı da aqressiv siyasət yürüdür

Qazaxıstanlı politoloq Dosim Satpayev də bu qənaətdədir ki, Ukraynada müharibə başlayandan Rusiya təkcə Qərbə deyil, həm də müttəfiqlərinə qarşı aqressiv siyasət yürüdür. Onun fikrincə, Kreml qonşuları ilə münasibətlərdə daim sərhədləri aşır, onların iqtisadi maraqlarına məhəl qoymur və bununla da reaksiyalara səbəb olur:

“Məsələn, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya bizdən soruşmadan birtərəfli qaydada buğda ixracını məhdudlaşdırmaq qərarına gəldi. Rusiya ilə Qazaxıstan arasındakı münasibətləri “dost münasibət” adlandırmazdım. Onlar daha da pisləşəcək”.

Beləliklə, Qazaxıstan indi çətin vəziyyətdədir - dövlət eyni vaxtda Rusiya ilə müttəfiqliyini qoruyub saxlamağa, Qərblə münasibətləri korlamamağa çalışır. Lakin görünən odur ki, Nur-Sultan Moskvaya sanksiyalardan yan keçməyə kömək etmək niyyətində də deyil.

Rusiya İdlibi vurdu,

Rusiya Silahlı Qüvvələri İdlib vilayətinin qərbində yaşayış məntəqələrinə hava hücumu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İdlibin qərbində yerləşən Yakubiye və Cudeyde kəndlərinə zərbələr endirilib.

Zərbə nəticəsində 5-i uşaq olmaqla 7 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıb.

Belarus Donetsk və Luqansk "Xalq Respublikaları" ilə əməkdaşlıq edir və onların "statusu"nu de-fakto tanıyıb.

"Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri Krımla sıx əməkdaşlığın mövcudluğunu da qeyd edib. O bildirib ki, Minsk, Krımın Rusiyanın tərkibində olmasını faktiki olaraq tanıyır.

Lukaşenkonun sözlərinə görə, lazım gələrsə, prezidentin fərmanı ilə "DXR", "LXR" və Krımın "statusu" rəsmən tanına bilər.

İran pilotsuz uçuş aparatları və digər silahlarını ixrac etmək niyyətini açıqlayıb.

"Bunu İran Quru Qoşunlarının komandanı Kiomars Heydəri deyib.

“İran dost ölkələrə hərbi texnika və silah ixrac etməyə hazırdır”, - deyə o, bildirib.

General, həmçinin İran ordusundakı struktur dəyişikliklərindən danışıb ki, bu da yerli silahların dəqiqliyini və atış məsafəsini yaxşılaşdırmaq üçün tez bir zamanda təkmilləşdirməyə imkan verəcək.

Xatırladaq ki, son bir neçə gündə yayılan məlumatlara görə, İran Rusiyaya pilotsuz uçuş aparatları tədarük etməyi planlaşdırır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, İran Rusiya ordusuna pilotsuz uçan aparatları təhvil vermək qərarına gələrsə, ölkəyə qarşı dərhal yeni sanksiyalar tətbiq ediləcək.

Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Araqatsavan kəndinin sakinləri yenə sərhədi pozublar.

"Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, kənd sakinləri olan “çoban”lar “təsadüfən” sərhədi pozublar və Türkiyəyə keçiblər. Türkiyə sərhədçiləri dərhal onları yaxalayıb, onların heyvanları da saxlanılıb.

Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin vasitəçiliyindən sonra əvvəlcə heyvanlar, daha sonra isə çoban kimi təqdim edilən 8 şəxs buraxılıb.

İddia edilib ki, 3 türk silahlıdır, ermənicə yaxşı danışırlar və araşdırma üçün kəndə giriblər, polislər onları axtarır.

Kənd sakinlərinə evdən çıxmamaq çağırışı edilib.

Qeyd edək ki, bu, kənd sakinlərinin Türkiyə ilə sərhədi pozmasına aid ilk fakt deyil. Ancaq maraqlıdır ki, hazırda yaxalanan 8 çoban olub.

8 çobanın bir yerdə heyvan otarması mümkün deyil. Ən böyük naxır və yaxud sürüdə 2 çobanın olması belə çox nadir haldır. Ona görə də 8 erməninin sərhədi keçməsi və guya “çoban” olduqlarını bildirməsi çox şübhəlidir.

Rusiya Prezidenti Vladimir Putinin səhhətində ciddi problemlər ilması ilə bağlı iddiaların səsləndirildiyi bir vaxtda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villam Börnsün verdiyi açıqlama gündəm olub.

Xarici KİV xəbər verir ki, Aspen Təhlükəsizlik Forumunda iştirak edən Börns Putinin səhhətinin pis olduğuna dair heç bir kəşfiyyat məlumatının olmadığını deyib.
Putini “çox sağlam” adlandıran Börns bunun öz şərhi olduğunu və rəsmi kəşfiyyat hesabatına əsaslanmadığını vurğulayıb.

Börnsün bu sözləri qısa zamanda dünya gündəminə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra görüşlərdə və çıxışları zamanı hərəkətləri ilə diqqət çəkən Vladimir Putinin səhhətində problemlər olması ilə bağlı tez-terz iddialar səsləndirilir. Dünya mətbuatında onun parkinson və xərçəng xəstəsi olması, həmçinin gözlərinin əhəmiyyətli dərəcədə zəifləməsi ilə bağlı məlumatlar yer alıb.

İngilitərənin "Mirror" qəzetinin iddiasına görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər.

Son olaraq Rusiya Prezidentinn İrana səfəri zamanı qolunu özünə tərəf sıxaraq qəribə formda yeriməsi bu iddiaları gücləndirmişdi.

ABŞ Prezidenti Co Bayden xərçəng xəstəsi olduğunu açıqlayıb. O bildirib ki, ətraf mühitin çirklənməsi səbəbindən onkoloji xəstəliyə düçar olub.

Bu barədə “New York Post” yazıb.

ABŞ Prezidenti Co Bayden bunu iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə mübarizəyə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Amerika lideri izah edib ki, o, yaxınlığında çoxlu neft emalı zavodlarının yerləşdiyi Delaver ştatının Kleymont şəhərində yaşayırdı: “Ona görə də həmin ştatda mənim kimi çoxsaylı başqa insanlar da xərçəng xəstəsidir. Delaver ştatı uzun müddət ölkədə ən yüksək xərçəngə yoluxan ştat idi”.

Baydenin xərçəng iddiasının dil sürüşməsi olub olmadığı aydın deyil.

25 noyabr 2021-ci ildə Baydenin şəxsi həkimi Kevin O`Konnor Prezidentin xərçəngdən əvvəlki şişin çıxarıldığını elan edib.

Rusiyanın Donetsk bölgəsində hazırda davam edən hücumu E40 magistralının şimal-şərqində Donbasda məhdud irəliləyiş təmin edə və Slovyansk və ya Baxmutun işğalı ilə başa çata bilər.

Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

ISW-nin məlumatına görə, rus qoşunları son bir neçə həftə ərzində Slovyansk istiqamətində ciddi irəliləyiş əldə edə bilməyiblər və bütün Donetsk vilayətində kiçik və nisbətən əhəmiyyətsiz yaşayış məntəqələri uğrunda yerli döyüşlərdə öz hücum döyüş gücünü azaltmağa davam edirlər.

Xüsusən də, rus qoşunları Lisiçanskı ələ keçirdikdən sonra Severski almağa çalışsalar da, iyulun 20-nə kimi hələ də şəhərə çatmayıblar.

Həmçinin qeyd edilir ki, rus işğalçıları Baxmuta birbaşa hücum edə bilmədilər və onun şərqində və cənubunda kiçik yaşayış məntəqələri uğrunda döyüşlərdə əsasən bataqlığa düşdülər.

Slavyansk üzərində irəliləyiş cəhdləri dayandırıldı və bir neçə həftə ərzində əhəmiyyətli irəliləyiş əldə olunmadı.

“Qısa əməliyyat fasiləsindən sonra işğalçıların aktiv hücumunun bərpası hələlik əhəmiyyətli irəliləyişlərə səbəb olmayıb. Baxmayaraq ki, qüvvələrin bərpası yaxın günlərdə məhdud uğur gətirə bilər. Rusiya qoşunları hazırda nisbətən az məskunlaşan və açıq ərazilərdə çətinliklə irəliləyir”, – ISW-nin hesabatında deyilir.

ISW-nin proqnozlaşdırdığı kimi, Rusiya qüvvələri Slovyansk və Baxmut ətrafında E40-a yaxınlaşdıqca ukraynalı müdafiəçilər üçün daha əlverişli olacaq ərazi ilə qarşılaşacaqlar.
Nəticədə Rusiyanın Donbasdakı hazırkı hücumu, ehtimal ki, yaxın həftələrdə E40 boyunca haradasa kulminasiya nöqtəsinə çatacaq.

Xəbər lenti