Vatsapın android üçün yeni beta versiyasında eyni vaxtda bir neçə çatda mesajların avtomatik silinməsini aktivləşdirməyə imkan verən funksiya istifadəyə veriləcək.

Bu barədə məlumat "WABetaInfo" resursunun saytında yer alıb.

Bildirilir ki, yeni funksiya menyunun “Yox olan mesajlar” hissəsində yerləşir. O, yazıların silindiyi taymeri (24 saat, 7 gün və ya 90 gün), həmçinin yazışmaları seçməyə imkan verir.

İndi müzakirə olunan menyuda yalnız müəyyən söhbət üçün taymer təyin etmək, həmçinin seçilmiş qaydanı bütün yeni söhbətlərə tətbiq etmək olar. Beta versiyanın funksiyası artıq yaradılmış dialoqların parametrlərini dəyişməyə imkan verir.

Vatsapın buraxılış versiyasında yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmır.

Şoyqu Ukrayna ilə bağlı Rüstəm Muradova göstərişlər verdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibəyə cəlb olunan “Vostok” əməliyyat-taktiki qruplaşmasına baxış keçirib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, baxış zamanı Sergey Şoyqu “Vostok” qruplaşmasına yüksək dəqiqlikli silahlarla Ukrayna Silahlı Qüvvələrinin uzaq mənzilli silahlarının vurulması barədə göstəriş verib. 

Bildirilir ki, “Vostok” qruplaşmasının komandiri general-leytenant Rüstəm Muradov cari vəziyyət və hərbi tapşırıqların icrası ilə bağlı Şoyquya məruzə edib.

Ukrayna Xersonda silah anbarını vurdu

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Novaya Kaxovka şəhərində Rusiya ordusuna məxsus silah-sursat anbarını vurub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, səhər saatlarından şəhərdə partlayış səsləri eşidilir.

Ukraynanın yerli teleqram kanallarında silah-sursat anbarının partladığını əks etdirən videogörüntülər paylaşılıb. Anbarın “HIMARS” sistemi ilə vurulduğu iddia olunur. 

Xatırladaq ki, Ukrayna ordusu ötən həftə də Novaya Kaxovkada Rusiyanın silah anbarını vurmuşdu

Qeyd edək ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.

ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində Greenwood Park Mall ticarət mərkəzində atışma olub.

Xarici media xəbər verir ki, ilkin məlumatlara görə, 22 yaşlı bir gəncin təşkil etdiyi hücumda 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Yaralananlar arasında 12 yaşlı qızın da olduğu qeyd edilir.

Hücumun səbəbi bəlli deyil.

Araşdırma zamanı ticarət mərkəzinin tualetində şübhəli çanta ələ keçirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski Baş prokuror İrina Venediktovanı və Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanovu vəzifəsindən azad edib.

O bununla bağlı müvafiq sərəncam imzalayıb.
Baş prokurorun vəzifəsindən azad olunması ilə bağlı sərəncamda qeyd olunub ki, “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” Ukrayna qanununun 11-ci maddəsinin ikinci hissəsinə əsasən tutduğu vəzifədən kənarlaşdırılıb.

Təhlükəsizlik xidmətinin rəhbərinin vəzifəsindən azad olunması ilə bağlı sərəncamda isə Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsi əsa götürülüb.

“İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”.

Bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib.

“Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”, - Xərrazi bildirib.

Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.

Rusiya Odessaya hücum etməyi planlaşdırır. Amma bu gün onların belə imkanı yoxdur.

Bu barədə ISW-nin analitiki Natalya Buqayeva “Ukrainskaya Pravda”ya müsahibəsində deyib.

“Odessaya gəlincə, bəli, bu onların amalıdır. Lakin onlar özləri üçün nəyin müqəddəs, nəyin olmadığını çox yaxşı bilirlər. Hərbi nöqteyi-nəzərdən mənə elə gəlir ki, onların indi Odessanı ələ keçirməyə imkanları yoxdur”, - o qeyd edib.

Bununla belə son dövrlərdə Odessaya davamlı raket zərbələrinin endirilməsi rusların Odessanı işğal niyyətindən xəbər verir: “Düşünürəm ki, indiki məqamda Odessa haqqında danışmaq tezdir. Onlar Donbası tam ələ keçirməyənədək bu planı həyata keçirə bilməycəklər. Amma onlar niyyətlərini dəyişməyib. Əgər onlar cənubda fəallaşıblarsa, deməli, hücum olacaq. Odessa şəhəri və vilayəti onların ilk hədəflərindən biri olacaq. Odessanı işğal etmək təkcə Ukraynanın cənubuna, Qara dənizə nəzarət üçün deyil, həm də Moldova və Dnestryanı üçün vacibdir”, - o bildirib.

Çində canlı yayım tarixində görünməmiş hadisə baş verib. 

Suzhou televiziyasının aparıcısı Huanq Xinqi burnundan qan axmasına baxmayaraq yayımı kəsməyərək canlı yayımda işinə davam edib. 

Diktor efir boyu sakitliyini qoruyaraq xəbər buraxılışını bitirib. Xəbər bülleteni bitdikdən sonra açıqlamalar verən Huang Xinqi, peşəkarlığından ödün vermədiyini və o anda yeganə düşüncəsinin yayıma davam etmək olduğunu söylədi.

Aparıcımın  sözügedən anları qısa zamanda sosial şəbəkələrdə viral olub. Bəzi sosial şəbəkə istifadəçiləri Huanq Xinqinin peşəkarlığını tərifləsə də, digərləri insan həyatının xəbərdən daha vacib olduğunu deyərək aparıcını tənqid edib.

Həmin görüntüləri təqdim edirik:

Baydenin Yaxın Şərq səfəri 

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə  reallaşan səfəri bütün dünyanın diqqətini yenidən bu bölgəyə yönəldib. Çünki bu səfər proqramı zənginliyi ilə yanaşı, əhatəliliyi ilə seçilir. 

ABŞ-İsrail münasibətləri 

Yaxın Şərqdə yeni təhlükəsizlik sisteminin formalaşdırılması və ya İsrailin rəhbərliyi ilə Yaxın Şərq NATO-sunun yaradılması…

Baydenin Yaxın Şərq diplomatik turunun ilk dayanacağı İsrail olub. İsrail rəsmiləri Baydenin səfərini yüksək dəyərləndirərək, bu səfər böyük ümidlər bəslədiklərini bəyan ediblər. Verilən bəyanatlardan da görünür ki, İsraildə aparılacaq müzakirələrin ana xəttini İran məsələsi olacaq. 

Baydenin qarşılanma mərasimində çıxış edən İsrail Prezidenti Hersoq bəyan edib: "Bu səfərdə siz bilavasitə İrandan və onun uzantılarından irəli gələn, İsraili və qonşularını təhdid edən, regionumuzu riskə atan təhlükəsizlik məsələlərini müzakirə edəcəksiniz".

“…Cənab Prezident, bu səfər İsraildən Səudiyyə Ərəbistanına, müqəddəs torpaqlardan Hicaza qədər sülh səfəridir”, - İsrail Prezidenti qeyd edib.

İsrailin baş naziri Lapid isə  bunları deyib: “İbrahim razılaşmalarından və Nəcəf Sammitinin nailiyyətlərindən sonra Yaxın Şərq ölkələri ilə yeni təhlükəsizlik və iqtisadi arxitekturanın qurulmasını müzakirə edəcəyik. Biz İranın nüvə proqramını dayandıracaq güclü qlobal koalisiyanın yenilənməsi zərurətini müzakirə edəcəyik”.

321732

Hələ bir neçə gün öncə xarici mətbuata Yaxın Şərqdə İranın təhdidinə qarşı daha etibarlı bir hərbi koalisiyanın yaradılması barədə məlumatlar gedib. Hətta bu məsələ ilə bağlı İsrail, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin rəsmiləri Misirdə gizli görüşlər keçiriblər. Görüşdə birgə hərbi əməkdaşlığı nəzərdə tutan məsələ müzakirə olunub. Düzdür, dünyada yaranmış vəziyyətdə, xüsusən də Rusiya-Ukrayna müharibə fonunda Ağ Evin bu məsələdə mövqeyi İsrailin mövqeyindən fərqlənir. Sabiq Prezident Trampdan fərqli olaraq Bayden Tehranla əməkdaşlıqda maraqlı görünür. Bayden  müəyyən şərtlər daxilində Qərbin neft və qaz asılılığından azaldılmasında, eyni zamanda neftin qiymətinin enməsində Tehranla əməkdaşlıq etmək niyyətindədir. Təl-Əviv isə qətiyyətli formada Qərbin İranla əməkdaşlığına qarşı çıxır. Təl-Əvivin İrana qarşı mövqeyi Körfəz ölkələrin maraqları ilə üst-üstə düşür. Bütün bu məsələlər görüşlərdə müzakirə olunub. 

İsrail Qərbin nüvə məsələsində konkret şərtlərlə razılaşma əldə edildikdən sonra Tehranla əməkdaşlığına qarşı deyil. 

Rusiya, Çin və İranın bölgədən sıxışdırılıb çıxarılması

Baydenin müzakirə edəcəyi əsas məsələlərdən bir də Rusiya, Çin və İranın bölgədən çıxarılması məsələsi olacaq.

Rusiya, Çin və İranın Yaxın Şərqdə nüfuzunu qoruyub saxlaması, təkcə ərəb ölkələri və İsraili deyil, eyni zamanda Ağ Evi ciddi narahat edir. Çünki ABŞ-nin bölgəyə marağı azaldıqca, Çin iqtisadiyyat baxımından, Rusiya isə təhlükəsizlik baxımından Yaxın Şərqdə mövqelərini möhkəmlədib. Bayden Çin və Rusiyanı məhdudlaşdırmaq üçün Yaxın Şərq və Şimali Afrika ölkələrinin səylərini birləşdirən bir koalisiya yaratmaq istəyir. Ağ Ev bu məsələdə Türkiyənin də rolundan faydalanmağa çalışır. Elə son aylarda İsrail-Türkiyə, ərəb ölkələri ilə Ankara arasında münasibətlərin istiləşməsinin bir səbəbi də bununla bağlı hesab etmək olar. O baxımdan Baydenin Təl-Əvivdə verdiyi bu bəyanat xüsusi önəm daşıyır:

“Biz ABŞ-nin İsrailin təhlükəsizliyinə, o cümlədən dünyanın ən qabaqcıl müdafiə sistemləri üzərində İsraillə işləməsinə sarsılmaz sadiqliyini vurğulayırıq. İndi mən İsrailin raket və raketdən müdafiə imkanları, o cümlədən ABŞ-nin Dəmir Günbəz və İsrailin yeni “Dəmir Şüa” sistemləri ilə daha dərin məlumatlar əldə edəcəyəm”.

Bu onu deməyə əsas verir ki, Ağ Ev Rusiya və İranın Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün hava-hücumundan müdafiə sisteminin yaradılmasında və bölgədən sıxışdırılıb çıxarılmasında dəstək verməyə hazırdır.

Çinin Yaxın Şərqdən çıxarılması

Baydenin səfər çərçivəsində İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan və ABŞ arasında virtual ərzaq təhlükəsizliyi sammiti keçiriləcək. Vaşinqton bu yolla Çinin bölgədəki mövqeyini zəiflətmək istəyir. 

İsrail-Fələstin münasibətləri 

321733

Bayden səfər çərçivəsində Fələstin lideri Mahmud Abbasla görüşəcək. Vaşinqton İsrail-Fələstin münasibətlərində ikili dövlət prinsipinin tərəfdarıdır. Bayden bu mövqeyini bir daha keçirəcəyi görüşlərdə ortaya qoyaraq, razılaşmanın əldə olunmasında öz dəstəyini bəyan edəcək. Ağ Ev eyni zamanda İsraili İranın bölgədə mövqeyini zəiflətmək üçün Fəlsətinə qarşı mövqeyini yumşaltmaq və qarşı tərəfin müəyyən şərtlərinin qəbul edilməsi istiqamətində səylər edəcək. 

Vaşinqton bu yolla həm də ərəb dünyası ilə İsrail münasibətlərini normallaşdırma və bölgədə yeni konfiqurasiya yaratmağa çalışacaq.

Enerji qiymətlərinin aşağı salınması

Baydenin səfərinin ən mühüm səbəbi neft hasil edən ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının enerji qiymətlərini aşağı salmaqdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində neftin qiymətinin kəskin bahalaşması və bunun nəticəsində dünyada sürətli bahalaşmanın olması, ciddi narahatlıq yaradan məsələlərdəndir. Enerji daşıyıcılarının qiymətinin artımı fonunda bahalaşma və sürətli infilyasiya Qərb koalisiyasının Rusiyaya qarşı mübarizəsini effektini aşağı salır. ABŞ Rusiyaya effektiv mübarizəni təmin etmək və qarşısına qoyduğu hədəfə nail olmaq üçün enerji daşıyıcılarının qiymətlərinin aşağı salınmasına çalışır. Bu məqsədlə indiyədək Vaşinqton əsas neft hasilatçısı olan Səudiyyə ilə danışsa da, ciddi razılıq əldə olunmayıb. Məhz Baydenin ən mühüm neft hasil edən ölkələrin yerləşdiyi Yaxın Şərqlə əlaqələri bu mənada vacibdir.

321734

Səfəröncəsi başlayan danışıqlar və ilkin razılaşmalar nəticəsində 120 dollara çatan brent markalı neftin qiyməti 100 dollardan aşağı düşüb. Bu məsələ Səudiyyədə keçiriləcək görüşlərdə daha ciddi formada müzakirə olunacaq.

Səudiyyə Ərəbistanın şərtləri

Səudiyyə Ərəbistanı bir sıra şərtlər daxilində, xüsusən də şahzadə Məhəmməd Bin Salmanın vəliəhdliyini qəbul edəcəyi təqdirdə Vaşinqtonun təkliflərini qəbul edəcəyi mümkündür.

Bayden bir müddət əvvəl Məhəmməd Bin Salman barəsində kobud ifadələr işlədib. Səfər isə onu deməyə əsas verir ki, Bayden artıq mövqeyindən geri çəkilib və 37 yaşlı Məhəmməd Bin Salman Səudiyyənin növbəti kral olmasını qəbul edib. Dünyada yaranmış durum Baydeni belə bir addım atmağa vadar edir. Qoca Conun təbirincə desək, ABŞ-nin bu ölkə ilə münasibətləri pozmadan “yenidən nizamlaması” son dərəcə vacibdir. Bayden bu yolla məsuliyyəti üzərinə götürmədən ABŞ-nin maraqlarını region ölkələrinə yenidən mərkəzləşdirəcək siyasətlər tətbiq etməyə çalışır. Çünki Ər-Riyadda Baydenin təşkil edəcəyi sammitdə İraq nümayəndəsi də iştirak edəcək.

321735

Səudiyyə səfərinin əsas hədəflərindən biri də Baydenin Ər-Riyadla Təl-Əviv arasında münasibətlərin normallaşdırılmasına nail olmaqdır. Artıq İsrail Körfəz ölkələri olan BƏƏ, Bəhreyn, Küveyt, Qətərlə, o cümlədən Şimali Afrika ölkələrindəki ərəb ölkələri Misir, Tunis, Mərakeş, Əlcəzairlə diplomatik münasibətləri qurulub və bu əlaqələr inkişaf etməkdədir.

Odur ki bu səfərin yekunları təkcə Yaxın Şərqdə deyil, yeni dünya düzəninin formalaşması baxımından ciddi əhəmiyyət daşıya biləcək bir səfər olacaq. 

ABŞ Rusiyaya qarşı sanksiyaların bəzisini ləğv edib.

Bunu ABŞ Maliyyə Nazirliyi təsdiqləyib.

Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.

O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından çıxarıb.

Əməliyyatlar "SEFE Securing Energy for Europe GmbH" ilə dekabrın 16-dək aparıla bilər.

Əvvəllər məhdudlaşdırılmış müəssisə ilə müəyyən qarşılıqlı fəaliyyətə icazə verən oxşar lisenziya 2022-ci ilin may ayına qədər etibarlı idi.

Alfa-Bank-ın Qazaxıstandakı törəmə şirkəti – “SC Alfa Bank” da sanksiyalar siyahısından çıxarılıb.

Xəbər lenti