![]() |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.
Prezident bu haqda tviter hesabında yazıb.
“Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm”,- deyə paylaşımda qeyd olunub.
Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib.
Rusiya ordusunun rəhbərliyi əhəmiyyətli dəyişikliklərə məruz qalmaqda davam edir ki, bu da rusların Ukraynadakı qüvvələrə komandanlıq və nəzarət etmək səylərinə təsir edə bilər.
Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Böyük Britaniya Müdafiə Departamenti ISW-nin əvvəlki rəqəmlərini təsdiqləyib ki, fevral ayında yenidən işğalın başlamasından bəri ən azı altı rus komandiri vəzifəsindən qovulub.
Onların arasında Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Çayko, Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlev də var.
Britaniya Müdafiə Nazirliyi əlavə edir ki, aprel ayından Ukraynada Rusiya ordusuna komandanlıq edən general Aleksandr Dvornikov sıradan çıxarılıb və ordu generalı Sergey Surovikin Ukraynada qoşunların “cənub qruplaşması”nı öz üzərinə götürüb.
Böyük Britaniyanın Müdafiə Nazirliyi belə qənaətə gəlib ki, Rusiya komandanlıq strukturunda ahəngdarlığın olmaması və döyüş meydanında hərbi rəhbərliyin itirilməsinin davam etməsi, komandanlıq və nəzarətə, eləcə də Ukraynadakı əməliyyatların ümumi effektivliyinə mane olur.
Rusiya “Koka-Kola” içkisini Belarus istehsalı olan “Bela-Kola” qazlı içkisi ilə əvəz etməyi planlaşdırır.
Artıq innovasiyalar sahəsində biznes əlaqələrinin genişləndirilməsinə dair memorandum imzalanıb.
İyun ayında "Koca-Kola Hellenic Bottling Company" Rusiyada eyni adlı içkilərin satışını dayandıraraq qərarını açıqlayıb.
Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb.
Yunanıstanın PASOK partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilir.
“Ekathimerini.com”un məlumatına görə, partiyanın sədri qeyd edib ki, onun telefonlarıba xüsusi cihazlar vasitəsilə qulaq asırlar. Nikos Androulakis telefonuna qeyri-qanuni “Predator” casus proqram təminatı quraşdırmaq cəhdi barədə məlumat verib.
Yunanıstan kəşfiyyatının rəhbəri də Andrulakisin telefonunun Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənildiyini açıqlayıb.
Qalmaqala Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan da münasibət bildirib. Diplomat Ermənistanın xüsusi xidmət orqanlarının PASOK sədri Nikos Androulakisin telefonlarının dinlənilməsində iştirak etmədiyini iddia edib.
İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin, bildirlib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.
Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.
“Rusiya qazının Türkiyəyə tədarükü üçün rublla hissə-hissə ödənişə başlanılması barədə razılıq əldə olunub”.
"Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Bu, pul-maliyyə münasibətlərimizin inkişafı üçün həqiqətən də yeni imkanlar açan yeni mərhələdir”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.
Ərdoğanın Soçidə Putinlə görüşünün əsas gündəmi Suriya olacaq: Türkiyə planlaşdırdığı yeni əməliyyatın siyasi şərtlərini yetişdirmək istəyir;
Və Soçi görüşünə Ərdoğan, Putin və Rəisinin Tehran zirvəsi fonunda baxa bilərik.
Ərdoğanın 19 iyulda İrana səfər edəcəyi açıqlananda görüşün üçtərəfli olacağı bəlli deyildi. Həmin ərəfədə Baydenin Yaxın Şərq turnesində idi və ABŞ prezidenti Səudiyyə Ərəbistanında elan etdi ki, “Heç bir yerə getmirik, bölgədə Rusiya, İran və Çinin dolduracağı boşluq buraxmayacağıq”.
Bu, Suriya məsələsində yeni gündəliyin formalaşması, daha doğrusu, köhnə gündəmin yenidən aktuallaşmasına zəmin yaratdı. Putinin Tehran səfəri və görüşün üçtərəfli formatda keçirilməsi də ABŞ-ın elan etdiyi perspektivə qarşı edilən gediş idi. Tehranda Putin və Rəisi elan etdi ki, “ABŞ bölgədən getməlidir”. Və buna nail olmaq üçün iki yol var:
1. “Astana formatı”nın dirildilməsi;
2. Türkiyənin mövqeyinin uzlaşdırılması;
Tehran görüşündə sərgilənən ortaq mövqe tərəflərin ən azı nəzəri baxımdan buna nail olduqlarını deməyə əsas verir: Ankara-Moskva-Tehran üçlüyü “Astana formatı”nı yenidən aktuallaşdırır və üçlünün Suriyada toqquşan maraqları ABŞ-a qarşı cəbhə almaq fonunda arxa plana keçir;
Hədəfi Suriyada PKK/PYD/YPG terrorçularına qarşı yeni əməliyyatın siyasi zəminini hazırlamaq və cari dövrdə “təhlükəsizlik bölgəni” formalaşdırmaqla suriyalıların geri qayıdışını təşkil etmək olan Türkiyə Tehran zirvəsinə qədər iki gediş etdi:
- İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə “yaşıl işıq” yandırmaqla Suriyada yeni əməliyyata ABŞ-ın mümkün neytrallığını təmin etməyə çalışdı: mümkündür ki, Vaşinqtondan ən azı seyrçi qalmaqla bağlı “vəd” alıb, lakin Ankara praktikada bunun əksi ilə üzləşə biləcəyini də unutmur;
- Ukraynada “taxıl razılaşması” üzərindən Suriya məsələsində Rusiya ilə anlaşdığı mümkündür: Moskva “taxıl məsələsi” ilə sanksiyaların yumşaldılmasını hədəfləyirdi, ABŞ və Avropa İttifaqının müəyyən qədər geri çəkilməsi nəticə əldə etdiyini göstərir;
Ərdoğan Tehrana anlaşmaq üçün getmişdi, Xamneyi də daxil olmaqla İran rəsmilərinin mövqeyi isə istəyinə tam nail olmadığını deməyə əsas verir.
Moskva və Tehran anlayır ki, Vaşinqtonun Suriyada təsirini minimuma endirmək Ankara ilə əməkdaşlıqdan – “Astana formatı”nın yenidən işə düşməsindən keçir və Türkiyəni qazanmaq üçün ona istədiyini vermək lazımdır. Hərçənd, Türkiyənin yeni əməliyyatla Suriyada mövqelərini gücləndirməsi perspektivi İranı narahat edir, xüsusilə Rusiyanın Ukrayna müharibəsinə görə Suriyada bir çox mövqeyindən geri çəkilməsi və Tehranın önünün açılması fonunda Ankaranın irəliləməsində maraqlı deyil. İranın yeni əməliyyata problemlər yaratması bundan irəli gəlir.
Ərdoğanın Soçi səfəri də mümkün əməliyyatı Putinlə razılaşdırmaq və Tehranı “ofsayta” salmaq məqsədi daşıya bilər. Və Türkiyənin istədiyini verməməyin mümkün nəticələri Ankaranın əlini gücləndirən amildir:
a) “Astana formatı”nın – ABŞ-ın Suriyada sıxışdırılması istiqamətində ittifaqın işləməsi üçün Türkiyə lazımdır;
b) ABŞ “bölgədə Rusiya, İran və Çinin dolduracağı boşluq buraxmamaq üçün” Türkiyə ilə PYD məsələsində bu və ya digər formada anlaşa, “təhlükəsiz bölgənin” yaradılmasına imkan tanıya bilər;
c) Moskva üçün Ankara həm Suriya, həm Cənubi Qafqaz, həm də Ukrayna planlarında həlledici oyunçudur;
Bu baxımdan, Putin Ərdoğanla Suriya məsələsində bütün fikir ayrılıqlarına rəğmən anlaşa bilməsi mümkün görünür.
Görüşdə Cənubi Qafqaz və Ukrayna da daxil olmaqla digər məsələlər də müzakirə olunacaq. “Taxıl dəhlizi”ni razılaşdıran Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etmək məsələsinin gündəmə gətirəcəyi də gözləntilər arasındadır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.
Report xəbər verir ki, nazir məsələ ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib.
“Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, - o vurğulayıb.
S.Lavrov həmçinin söyləyib ki, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xarici İşlər Nazirliyinə çağırılıb".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb.
Qeyd olunub ki, bir gün öncə Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib:
"Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.
Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.
Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib".
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb.
Bu barədə Ukrayna prezidenti çıxışında bildirib.
“Əvvəlcə - Balkan yarımadası ölkələri, sonra - Tayvan, indi, bəlkə də, Cənubi Qafqaz... Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, heç bir münaqişə olmazdı”, - dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, hazırda informasiya məkanında dünyada münaqişəli vəziyyətlər və təhlükələrlə bağlı çoxlu mesajlar verilir.
“Dünyada, xüsusən də Balkan yarımadasında və Tayvanda münaqişəli vəziyyətlər qeyri-effektiv qlobal təhlükəsizlik arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin başqa dövlətə qarşı aqressivlik nümayiş etdirməyəcəyinə zəmanət verilsin”, - Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Ukrayna təkcə Rusiyanın tammiqyaslı təcavüzü başlayandan deyil, artıq illərdir ki, təhlükəsizlik məsələlərinə diqqət yetirir: “Rusiya beynəlxalq hüquqa, bəşəriyyətin maraqlarına tamamilə məhəl qoymayandan bu günədək”.
Prezident qeyd edib ki, Rusiya ilə mübarizədə 2014-cü il dönüş ili olub.
“O vaxt Krım, Donbas, Malayziyanın vurulan təyyarəsi ilə bağlı tamamilə aşkar vəziyyətlərdə Rusiya dərhal və nəzərəçarpacaq dərəcədə məsuliyyətdən yayındı - dünya ilə işgüzar və siyasi əlaqələri saxladı. İndi də qlobal münasibətlərdə çoxları inanırlar ki, onlar buna nail olacaqlar”, - Ukrayna lideri vurğulayıb.