Çin lideri Si Cinpin ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi barədə göstəriş verib.

Çin Xalq Respublikasının sədri “yeni dövrün” tələblərinə cavab verən kadrların hazırlanmasının zəruriliyinə diqqət çəkib.

Dövlət başçısı keyfiyyətcə yeni kadrların hazırlanmasını qoşunların gücləndirilməsi üçün əsas amil adlandırıb və qeyd edib ki, milli təhlükəsizlik modelinin formalaşmasında Pekin dünya səhnəsində vəziyyətin qeyri-sabitliyini nəzərə almalıdır.

"Strateji baxımdan Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. Biz isə elə davam gətirməliyik ki, terrorçu dövlət taktiki səviyyədə itkisini hiss etsin".

“Bunları Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Biz cənubda, şərqdə və hər yerdə davam gətirməliyik. Müdafiədə, diplomatiyada, siyasətdə davam gətirməliyik. Birliyimizi qorumalıyıq, təkcə qələbəyə qədər deyil, həm də işğalçılar tərəfindən məhv edilmiş hər şeyi keyfiyyətcə bərpa etmək üçün”, - Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Rusiya ordusu müvafiq ərazilərdə fəallığı artıraraq, Ukraynanın cənubunun işğal olunmuş ərazilərində mövqelərini möhkəmləndirməyə çalışır. Rusiya hərbi qüvvələrinin şərqdəki mövqelərindən bir hissəsini cənuba - Xerson və Zaporojye vilayətlərinə köçürülür.

"Lakin bu, onlara orada kömək etməyəcək. Rusiyanın bircə zərbəsi belə, hərbçilərimiz və kəşfiyyatçılarımız tərəfindən cavabsız qalmayacaq. Ukrayna Silahlı Qüvvələri işğalçıların istənilən yeni fəaliyyətinə cavab verməyə hazırdır", - Prezident vurğulayıb.

Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib.

Bu məlumat Norveç hökumətinin saytında açıqlanıb.

Krallığın müdafiə naziri Born Arilda Qrammın sözlərinə görə, Norveç Ukraynanın müdafiəsi üçün ona yardım göstərməyə davam edəcək. Bu məqsədlə Krallıqda Ukraynaya əlavə dəstək göstərilməsi imkanları daim təhlil edilir.

Qeyd edək ki, daha əvvəl Norveç hökumətinin qərarı ilə bir neçə dəfə Ukraynaya müxtəlif nomenklaturlu hərbi texnika verilib. Ukraynaya verilmiş silahlar arasında - artilleriya topları, tırtıllı reaktiv qurğular, hava hücumundan müdafiə təyinatlı daşınabilən vasitələr və zirehli avtomobillər, həmçinin verilmiş silah sistemləri üçün raketlər və mərmilər var.

ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı apardığını bildirib.

Amerikalı siyasətçinin sözlərinə görə, nazirlə söhbət açıq və birbaşa olub.

“Rusiya xarici işlər naziri Lavrovla danışdım. Səmimi və birbaşa söhbətimiz oldu”, - deyə ABŞ diplomatiyasının rəhbəri bildirib.

Tərəflər xüsusilə əsirlərin mübadiləsi məsələlərini müzakirə ediblər. Blinkenin sözlərinə görə, o, Vaşinqtonun amerikalılar Pol Uilan və Britni Qrineri azad etmək təklifini Moskvanın qəbul etməsində israr edib. Bundan əlavə, dövlət katibi Lavrova Ukraynanın bir sıra regionlarının ölkənin tərkibinə daxil olacağı təqdirdə ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə də xəbərdarlıq edib.

Rusiya prezidenti Vladimir Putinin əlində dəfələrlə görünən "İmperator Peterhof" fabrikinin saatları xüsusi sifarişlə hazırlanıb,

Bu barədə "RİA Novosti"nin Kreml daxilində olan müxbirləri sosial mediada məlumat sızdırıblar.

“Raketa” saat fabrikinin reklam və marketinq şöbəsinin rəhbəri Antonina Skurydina jurnalistlərə bildirib ki, hər bir məhsul sifarişlə hazırlanır:

"Müştəri daşın növünü, korpusun hazırlandığı qızılın rəngini seçir: ağ, sarı, çəhrayı, kəmərin rəngi. İkibaşlı qartal şəklini, rotorda gələcək sahibinin istəyi ilə adının baş hərflərini, gerb şəklini qoya bilərsiniz".

Bundan əvvəl rəsmi tədbirlər zamanı dövlət başçısının əlində yeni saatı mətbuatın diqqətini çəkmişdi.

Müxbirlərin fotolarında məlum olub ki, bu saatlarda Putin “Yeni Zamanlar üçün Güclü İdeyalar” forumunda iştirak edib, Tehrana səfər edib, Dövlət Dumasının deputatları və fraksiya liderləri, həmçinin “Rusiya liderləri” müsabiqəsinin finalçıları ilə görüşüb.(Publika.az)

Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb.

D.Medvedevin teleqram kanalı xəbər verir ki, Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkəyə bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə "Qərb analitiklərinin gözlədiyi gələcək" qeydini yazıb.

 Bu paylaşımın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar göndərməsi ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf etməsi diqqət çəkib. O, Qərb analitiklərinin belə bir gələcək gözlədiyini vurğulayıb.

“Psixotrop maddələrin təsirinə məruz qalmış Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlandı  (birinci foto)” - Medvedev yazıb.

Medvedevin “Qərb ekspertləri əslində belə olacağını düşünürlər” şərhi ilə paylaşdığı ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür. 

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Bayden sağalıb.

Bayden karantindən çıxdıqdan sonra çıxış edərək xəstəliyi problemsiz keçirdiyini bildirib. O, test nəticəsinin mənfi olduğunu deyərək peyvəndlərin təsirini vurğulayıb.

"Hazırda yeni bir variantla qarşı-qarşıyayıq. Keçən qışda gördüyümüz variantın (Omicron) alt variantı olan bu virus çox yoluxucudur. Bu variant təkcə ABŞ-da deyil, bütün insanlarda bir çox insana təsir edib. Xahiş edirəm, virusun yayılmasını yavaşlatmaq üçün lazımi tədbirləri görün” - o çıxışında deyib.

Bayden vəzifəyə yeni gəldiyi zaman koronavirusa görə hər gün minlərlə insanın həyatını itirdiyinə diqqət çəkərək, virusa bağlı ölümlərin 90% azaldığını bildirib.

İyunun 9-da İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi erməni tərəfdaşlarının xahişi ilə Ermənistanda rus məktəblərinin sayını artırmaq qərarına gəlib. Mirzoyan Lavrovun bu bəyanatına heç bir reaksiya verməyib.

Bizim.media bildriir ki, Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini yalan danışmaqda ittiham edib.

"Birbaşa baş nazir Paşinyana sual verdim ki, belə bir şey olub, ya yox. Mən Lavrovdan sitat gətirə bilmərəm, çünki bu, rəsmi bəyanat deyildi, amma dəqiq deyə bilərəm ki, bu, yüksək rütbəli rus məmurunun ağzından çıxan bir yalandır", deyə o, qeyd edib.

Xzmalyanın sözlərinə görə, Ermənistanda "Rusiya mediasına və rus məktəblərinə yox" adlı yeni siyasi-ictimai təşəbbüs fəaliyyətə başlayır.

Bu təşəbbüs "Ermənistan dövlətinin sərhədləri erməni məktəblərindən başlayır" şüarı altında olacaq. Görüş Mesrop Maştoçun abidəsi önündə baş tutub, bundan sonra təşəbbüs iştirakçıları Maştoçun məzarını ziyarət ediblər.

Partiya sədri deyib ki, Ermənistan cəmiyyəti, ziyalıları və vətəndaş cəmiyyəti iki böyük təhlükənin reallaşmasının qəti əleyhinədir.

"Birincisi, rusdilli rəsmi məlumatların, telekanalların, eləcə də müxtəlif saytların pulsuz yayılması, ilk olaraq Ermənistan efirinə qarşı bir hücumdur. Onlar burada raşist, Putinist, eləcə də insanlara, həm də ermənilərə nifrət edən təbliğatçı kimi çıxış edirlər. Biz isə belə şəxslərin ölkəmizdə varlığını və mövcudluğunu qəbul edə bilmərik.

Rusiya rəsmilərinin dediyi kimi, biz məktəb proqramlarında rus dilinin tədrisini genişləndirməyin və rus məktəblərinin sayının artırılmağının qəti əleyhinəyik. Biz bu iki pisliyə qarşı ictimai, siyasi və sosial təşəbbüsə başlayırıq", - deyə Xzmalyan bildirib.

Təşəbbüsün üzvü, etnoqraf Hranuş Xaratyanın fikrincə, Ermənistanda rus məktəblərinin sayının artırılması ideyası "ölkəmizə, mədəniyyətimizə və xalqımıza" növbəti siyasi hücum olacaq. O, hesab edir ki, başqalarına qarşı tam dözümsüzlük ideyalarını gizli şəkildə təbliğ etmək məqsədi daşıyan müxtəlif telekanallarda davamlı olaraq yayımlanan filmlər, müzakirələr, təhlillər Ermənistanda baş verməməlidir.

"Ermənistanın siyasi təzyiq altında öz mədəni oriyentasiyasını seçməsi fikri ciddi ictimai müqavimətlə üzləşməlidir.

Xüsusilə dil məsələsindən danışmaq istərdim. Bu dünyada heç bir dil əhəmiyyətsiz sayıla bilməz. Bizim üçün rus dili vacib dillərdən biridir və cəmiyyətimiz bunu öyrənməli, bilməlidir, lakin bu, bizim cəmiyyətin seçimi olmalıdır. İstənilən dil, onun statusu, miqyası bizim gündəmimizdən gəlməlidir, bizə zorla sırınmamalıdır. İstənilən siyasi məcburiyyət əlavə problemlər gətirəcək. Cəmiyyətimiz isə siyasi təzyiq altında, siyasi motivlərlə, siyasi məcburiyyətlə üzərimizə qoyulan hər hansı qərarı qəbul etməməlidir", - Xaratyan bildirib.

Hranuş Xaratyan xatırlayır: "Rusiyanın ən mühüm universitetlərində onilliklər ərzində arzu edənlər üçün erməni dili öyrədilir. Ancaq hər gün bu tədris ixtisar olunur, hətta erməni dili kafedraları bağlanır və onları qorumaq üçün Ermənistandan əlavə maliyyə vəsaiti tələb olunur".

"Öz ölkəsinin xalqlarının mədəniyyətinə dözümsüzlüklə yanaşan Rusiya ksenofobiyanı təbliğ edir, öz varlığını hər kəsin hesabına sübut etməyə çalışır.

Belə bir ölkə dili ilə ölkəmizə müsbət dəyərlər gətirə bilməz. Bəli, Ermənistanda rus dili lazımi səviyyədə öyrənilməlidir, amma bu, tədrisin həcmindən yox, tədris metodundan asılı olmalıdır. Bu, ölkəmizə, mədəniyyətimizə, xalqımıza qarşı növbəti siyasi hücum olacaq".

Təşəbbüsün iştirakçısı, bəstəkar Ruben Haxverdyan da öz növbəsində qeyd edib ki, insan dilini itirəndə simasını itirir, ona görə də bu problem indi ermənilər üçün daha vacibdir.

Böyük Britaniyanın yüksək vəzifəliləri Boris Consonun NATO Baş katibliyinə namizəd olması təklifi ilə çıxış edib.

“The Telegraph” xəbər verir ki, britaniyalı siyasətçi NATO-nun növbəti Baş katib seçkisində Consonun həmin posta namizəd olmasını istəyir.

NATO-nun hazırkı rəhbəri Yens Stoltenberqin gələn ilin sentyabrında istefa verəcəyi gözlənildiyi üçün Conson əsas müdafiə postuna namizəd kimi nəzərdən keçirilir.

“D-8 (“İslam səkkizliyi” - red.) təşkilatı 25 il əvvəl təsis edilib. Təşkilat mərhum Nəcməddin Ərbakanın təşəbbüsü ilə qurulub. Hazırda təşkilatı daha da gücləndirməyə çalışırıq, üzvlərimizlə nələri edə biləcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il üçün hədəflərimiz var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mediaya müsahibəsində deyib.
Türkiyənin XİN başçısı bəyan edib ki, Azərbaycan “D-8”ə üzv olmaq üçün müraciət ünvanlayıb.

“Təşkilatı genişləndirməyi nəzərdə tuturuq. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı “D-20” edə bilərikmi? “D-8”ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır”, - Türkiyənin XİN başçısı bildirib.

Xəbər lenti