![]() |
|
Son günlər baş verən günəş alovları mütəxəssisləri narahat edir.
Xarici KİV xəbər verir ki, Milli Okean və Atmosfer İdarəsi (NOAA) yeni günəş qasırğasının baş verəcəyini açıqlayıb.
NOAA-nın proqnozuna görə, bu gün planetimizə G1 sinifli kiçik bir geomaqnit qasırğası baş verə bilər.
Qeyd edilib ki, G1 sinifli elektrik fırtınası elektrik şəbəkəsindəki dalğalanmaları zəiflədə, peyklərə təsir göstərə və şimal qütbünə yaxın bölgələrdə bəzi potensial qaralmaya səbəb ola bilər.
Elektrik dalğalanmaları səbəbindən səmada əmələ gələcək rənglər Kanada və Alyaskadan görünəcək.
“Space Air Operations”da çalışan Mayk Kuk, çuxurun günəş küləklərini bir axın içində çəkərək sürətini artırdığını söyləyib. O bildirib ki, dünyada ümumi elektrik kəsilməsi ola bilər.
Mütəxəssislər həmçinin cümə axşamı günü Günəşdən heyrətamiz sürətlə fırtına buludunun atıldığını və Yerin maqnit sahəsi ilə toqquşacağını bildiriblər.
Hindistan Kosmik Elmlər üzrə Mükəmməllik Mərkəzi, günəş küləyi və Yerin maqnitosferi ilə qarşılıqlı təsir nəticəsində ekvatorial tac dəliyinin yarana biləcəyini bildirib.
Bu, həm də elektrik şəbəkələrinə ziyan vura və ya kosmik gəmilərin işini və peyk rabitəsini poza bilər.
Mütəxəssislər bu pozulma nəticəsində dünyanın qaranlığa qərq ola biləcəyinə diqqət çəkiblər. Həmçinin, bu maqnit pozuntuları çox qeyri-sabit vəziyyətdədir, buna görə də problemlər günlərlə, hətta həftələrlə davam edə bilər.
Çin və ABŞ arasında mübahisəyə səbəb olan kiçik Tayvanın böyük iqtisadiyyatı haqqında beş faktı təqdim edir:
Tayvan hazırda dünyanın diqqətindədir. Bu kiçik, lakin qüdrətli Asiya pələnginə görə iki fövqəldövlət - ABŞ və Çin mübarizəyə qoşulub. Sonuncu Tayvanı öz ərazisi hesab edir, regionda "hərbi təlimlər” keçirir, həmçinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda ABŞ-ı açıq şəkildə hədələyir.
Çərşənbə axşamı günü Flightradar24 xidməti ziyarətçi axınına belə dözə bilməyib - onun köməyi ilə yüz minlərlə istifadəçi Asiya turu zamanı adaya uçan Pelosinin təyyarəsini izləyib.
Tayvan niyə belə vacibdir? Planetin texnoloji tərəqqisi Tayvana bağlıdır. Bir neçə onilliklər əvvəl Tayvan elektronikanın inkişafına "stavka” etdi və uduzmadı.
Burada adanın dünyadakı müasir rolu haqqında beş qısa faktı sadalayırıq:
1. Məhz Tayvanda dünyanın ən böyük mikroçip istehsalçısı - kapitallaşması 446 milyard dollara çatan TSMC (Taiwan Semiconductor Manufacturing Co) yerləşir. Bu şirkət dünyanın ən bahalı şirkətlərinin reytinqində 11-ci yerdədir.
"Reuters” çərşənbə axşamı bildirib ki, Nensi Pelosinin Tayvana səfər etmək niyyəti fonunda TSMC səhmləri təxminən 3% ucuzlaşıb.
2. TSMC-dən digər texnologiya nəhənglərinin bir sıra məhsullarının yaradılması asılıdır. TSMC-nin ən böyük müştəriləri arasında ABŞ-ın Apple şirkəti ilə yanaşı, AMD, ARM, Broadcom, MediaTek, Nvidia kimi şirkətlər də var.
3. Nikkei Asia platformasının aprel hesabatına əsasən, dünya mikroprosessorların tədarükünə görə bu adadan 66% asılıdır - bu, məhz Tayvanın bu super mühüm elementlər üzrə qlobal bazarda payıdır.
4. Tayvanın digər ən böyük şirkətləri arasında elektron rabitə bazarının liderləri D-Link, Zyxel Communications, Billion Electric və Comtrend, kompüter avadanlığı və elektronika istehsalçıları ASUS, Acer, MSI, Foxconn, HTC, Gigabyte Technology, Quanta Computer, Yageo və bir çox başqa şirkətlər var.
5. Tayvan ÜDM-I ümumi qlobal ÜDM-in 0,8%-ni təşkil edir. Statista xidmətinin məlumatına görə, Tayvanın ötən il cari qiymətlərlə təxminən 790 milyard dollar təşkil edən ÜDM-i 2026-cı ildə 1 trilyon dollar həddini keçəcək.
Rusiya Ali Məhkəməsi Ukrayna ordusunun tərkibində fəaliyyət göstərən “Azov” batalyonunu “terrorçu” elan edib.
Təxminən 2500 Ukrayna əsgəri arasında “Azovstal” fabrikində qapalı qalaraq təslim olan “Azov” batalyonunun əsgərlərinin bu qərardan sonra daha uzun müddət həbsxanada qalacağı gözlənilir.
Rusiya cinayət məcəlləsinə görə, terror qruplaşmalarının üzvlərini 10 ilədək, onların liderləri və təşkilatçılarını isə 20 ilə qədər həbs gözləyir. Ukraynanın Azov batalyonu 2014-cü ildə separatçılara qarşı mübarizədə mühüm uğur qazandıqdan sonra Ukrayna ordusuna cəlb olunub.
Monteneqronun paytaxtı Podqoritsa yaxınlığındakı Niaqara şəlaləsi quruyub.
Lent.az bildirir ki, milli mətbuatda yer alan xəbərlərə görə, iyul ayında ölkəyə təsir edən həddindən artıq istilər Podqoritsadan 4 kilometr aralıda, ölkənin ən məşhur gəzinti zonasında yerləşən Niaqara şəlaləsini buxarlandırıb. Suyunu Sievna (Cijevna) çayından alan şəlalə çay suyunun azalması səbəbindən quruyub.
ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını müxtəlif strateji obyektlərə bomba qoyulması xəbərləri fonunda Yerevanda bir sıra yerlərə getməməyə çağırıb.
Bu barədə ABŞ-ın İrəvandakı səfirliiynin yaydığı məlumatda deyilir.
“Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fövqəladə hallar xidmətləri Zvartnots hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Assambleyada bomba təhlükəsi ilə bağlı araşdırma aparır. Zəhmət olmasa, bu yerlərdən qaçın və gələcək hadisələr üçün bizi izləməyə davam edin”, - səfirliyin saytında yerləşdirilən mesajda deyilir.
Son günlərdə tez-tez metro stansiyalarına, Zvartnots hava limanına, o cümlədən ən mühüm hərbi və mülki obyektlərin minalanması və partlayıcı qurğu yerləşdirilməsi barədə FHN-ə və aidiyyatı qurumlara məlumatlar daxil olur.
Dünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən danışır.
“Report” xəbər verir ki, regionda səfəröncəsi artan hərbi fəaliyyət, eləcə də hədələr dünyanı narahat edərkən, gözlər Asiyaya və Pelosiyə çevrilib. Dünya ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə başlayıb.
“Amerika nümayəndə heyəti adanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləmək üçün Tayvana gəldi”, - ABŞ Nümayəndələr Palatasının spikeri Tayvan lideri Say İnvenlə görüşdə deyib.
“Amerikanın Tayvanla həmrəyliyi indi həmişəkindən daha vacibdir” - deyə Pelosi, "Birləşmiş Ştatların Tayvanda və dünyanın qalan hissəsində demokratiyanı qorumaq əzmi sarsılmaz olaraq qaldığını" iddia edib.
"Liderliyinizə görə sizə təşəkkür edirik. Biz istəyirik ki, dünya bunu tanısın", - o həmçinin vurğulayıb.
Pelosi hətta parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə çağırıb.
"Müharibə olacaqmı?" sualları hər kəsi düşündürərkən, Pelosi dünyanın ən çox danışılan siyasətçisidir.
Xatırladaq ki, birdən-birə dünya gündəminin bir nömrəli adına çevrilən Pelosi daha əvvəl də hadisələrlə gündəmə gəlib. Pelosi ABŞ-da tez-tez müxtəlif qalmaqallarla gündəmə gələn siyasi fiqurdur. Xüsusən ABŞ Prezidenti Cozef Bayden və sabiq dövlət başçısı Donald Trampla bağlı baş verənlər son zamanlar sosial mediada ən uzun müzakirə mövzularından birinə çevrilib.
Çin Xalq Respublikası (ÇXR) Tayvanla sülh yolu ilə birləşmək üçün hər şeyi edəcək, lakin hərbi tədbirlərin tətbiqini istisna etmir.
“Bu barədə TASS-a Çin Xarici İşlər Nazirliyinin (XİN) Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun bildirib.
Fu Çun deyib ki, Çinin mövqeyi ölkənin ada ilə sülh yolu ilə birləşmək üçün əlindən gələni etməsindən ibarətdir.
“Lakin biz hərbi variantdan imtina etmirik”, - XİN-in Silahlara Nəzarət Departamentinin direktoru deyib.
O, hərbi ssenarinin mümkünlüyünü onunla izah edib ki, ÇXR “potensial separatçılara qarşı kifayət qədər çəkindirici qüvvəyə malik olmalıdır”.
Bundan əvvəl Çin hərbi komandanlığı şərq zonasında, Tayvan sahillərində qeyri-nüvə başlığına malik raketləri sınaqdan keçirdiyini açıqlayıb.
Avqustun 2-də Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gəlişinə görə Birləşmiş Ştatların Pekindəki səfirini çağırıb və ona etiraz edib. Çinin xarici işlər nazirinin müavini Se Fen bildirib ki, Pelosi “vahid Çin” prinsipini pozaraq, dünyaya meydan oxuyub və qəsdən təxribat törədib.
ABŞ Rusiyanın 893 məmur və hərbçisinə viza sanksiyaları tətbiq edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.
Bəyanatda milyarderlər Dmitri Pumpyanski, Andrey Melniçenko və Aleksandr Ponomarenkonun da adı var.
Həmçinin, ABŞ Rusiyanın texnologiya sektoru və müdafiə sənayesindən olan daha 24 müəssisəni "qara siyahıya" salıb.
“Almaniyanın Berlindəki prezident sarayı artıq gecələr işıqlandırılmır, Hannover şəhəri öz hovuzlarında və idman zallarında duş üçün isti suyu bağlayır və bütün ölkədəki bələdiyyələr insanları soyuqdan qorumaq üçün istilik sığınacaqları hazırlayır. Və bu, bütün Avropanı bürüyəcək böhranın yalnız başlanğıcıdır”.
Bunu Blumberq yazır. Mətbu orqanı Almaniyanı gözləyən qaz böhranı ilə bağlı yazdığı məqalədə deyilir ki, bu qış inkişaf etmiş bir ölkə üçün görünməmiş enerji çatışmazlığının qarşısını almaq üçün çox az vaxtı var. Rusiya təbii qaz tədarükünü kəsdiyinə görə Avropanın böyük hissəsi təzyiq altındadır. Lakin heç bir ölkə evlərin təxminən yarısının isitmə üçün yanacağa etibar etdiyi regionun ən böyük iqtisadiyyatı qədər risk altında deyil.
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek deyib ki, üzləşdikləri problemlər çox böyükdür və onlar iqtisadiyyatın və cəmiyyətin mühüm sahələrinə təsir edir.
Mətbu orqanı onu da qeyd edib ki, Almaniyada qidalanma və tənəzzül yaxınlaşır və hakimiyyət enerji qıtlığının nəzarətdən çıxacağı təqdirdə sosial iğtişaşlardan ciddi narahatlıq keçirir.
Ev təsərrüfatları və xəstəxanalar kimi kritik infrastruktur kəsilmələrdən qorunsa da, otaq temperaturunun rahat olacağına zəmanət yoxdur. Almaniyanın böyük şəhərlərində, o cümlədən Berlindəki Reyxstaq da daxil olmaqla ictimai binalar termostatları söndürür.
Bu, payızda ciddi şəkildə sezilməyə başlayacaq. Xərc artımı yoxsullara təzyiqi artıracaq. Köln İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, təxminən hər dörd almandan biri artıq enerji yoxsulluğuna düşüb, bu isə o deməkdir ki, istilik və işıqlandırmaya xərclənən vəsait digər xərcləri ödəmək imkanlarına təsir edir. Hazırda hökumət aztəminatlı ailələrə yardım proqramları üzərində işləyir.
Saksoniyanın müxalif mühafizəkar Baş naziri Mixael Kretsmer bildirib ki, iqtisadi sistemləri çökmək təhlükəsi altındadır və ehtiyatlı hərəkət etməsələr Almaniya sənayesizləşə bilər.
Nüvə müharibəsində qaliblər olmur və belə bir qarşıdurma heç vaxt başlamamalıdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Yorkda işə başlayan BMT-nin 10-cu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Tərəflərinin Konfransının iştirakçılarına ünvanladığı məktubda bildiriib.
"Konfrans iştirakçısı və bu müqavilənin dəstəkçisi kimi Rusiya bütün proseslərə daim əməl edir",- deyə Putin bildirib.
Həmçinin qeyd edilir ki, Rusiya müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.