Ukrayna bir həftədir ki, bir metr torpaq belə itirməyib. "Ölkə.az" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bəyan edib.

Eyni zamanda, işğalçılar Ukraynaya raket zərbələri endirməkdə davam edirlər.

Həftə ərzində ölümcül mərmilərin demək olar ki, 30%-i mülki infrastruktura dəyib.

Ukraynada müharibə başa çatdıqdan dərhal sonra Rusiya Polşa ordusuna zərbə endirəcək.

Belə bir iddianı tanınmış hərbi ekspert və bloger Yuri Podolyaka səsləndirib.

“Ukraynada müharibə başa çatandan sonra Rusiya SQ Polşa ordusunu sındıracaq. Eyni zamanda, Rusiyada qismən səfərbərlik elan olunacaq. Əgər Polşa daha çoxunu istəsə, onda Rusiya və Polşa arasında tammiqyaslı müharibə baş verəcək”, - o vurğulayıb.

Ermənistanın Türkiyə ilə barışmasına mane olan 10 ERMƏNİ kimdir? - SİYAHI

Xəbər verdiyimiz kimi, erməni mətbuatı Ermənistan-Türkiyə normallaşmasına mane olan əsas faktorlardan biri kimi diasporun təzyiqlərini ön plana çıxarıb.

Ümumilikdə isə erməni diasporunun İrəvan üzərində təsir gücü heç kimə sirr deyil. Bu zaman-zaman özünü daha aydın şəkildə hiss etdirib. Hal-hazırda olduğu kimi regional sülh və sabitliyə nail olmaq üçün ciddi addımların atıldığı vaxtlarda isə erməni lobbisinin fəaliyyəti özünün pozucu xislətini daha çox büruzə verir.

Bəs, ümumiyyətlə, erməni diasporunun rəhbərləri kimlərdir?

Uzun illərdir erməni diasporasından danışarkən ümumi təşkilatlardan bəhs edilsə də, konkret şəxs adlarına rast gəlmək müşkül məsələdir. Buna mane olan məqamlardan biri də diasporun rəsmi saytının Azərbaycandan olan istifadəçilər üçün bloklanması ilə bağlıdır. Digər açıq mənbələrdə isə məlumatlar olduqca kasaddır. Elə gizli və qanunsuz fəaliyyətlə məşğul olan təşkilatlarda olduğu kimi...

Bizim.Media-nın araşdırmasına görə bütün dünya ölkələrindəki erməni diasporlarına bir şəxs rəhbərlik edir:

II Qaregin

Ermənistan hökuməti və lobbisi üzərindəki əsas güc məhz kilsənin əlində cəmləşib. Və təsadüfi deyil ki, bütün ermənilərin katolikosu II Qareginin titulları içərisində erməni diasporunun sədri titulu da var.

Erməni diasporunun əsas 10 lideri isə bunlardır:

Perç Sedrakyan

Ümumerməni Xeyriyyə İttifaqının sədridir. Erməni lobbisinin əsas rəhbərlərindən hesab olunan Sedrakyan müxtəlif dövrlərdə Ermənistana səfər edərək ölkə prezidentləri ilə görüşlər də keçirib. Rəhbərlik etdiyi təşkilata 30-dan çox ölkədə 500 mindən çox erməni üzvdür. İttifaqın Ermənistana və Qarabağ ermənilərinə ayırdığı vəsaitin miqdarı isə orta hesabla illik 30-50 milyon dollar arasında dəyişir.

Ara Abramyan

Rusiya Erməni İttifaqının sədri, milyarder biznesmendir. Kremlə yaxınlığı ilə seçilən Abramyan İkinci Qarabağ müharibəsində öz vəsaiti hesabına erməni silahlı birləşmələrinə böyük həcmdə maddi və silah yardımları edib. Abramyan siyasətdən uzaq olduğunu bildirsə də, ötən il Ermənistanda keçirilən seçkilərdə Paşinyana rəqib olacağını elan etmişdi. Lakin sonradan bu niyyətindən daşındı.

Daniel Fındikyan

Ermənilərə Yardım Fondunun Prezidentidir. ABŞ-da yaşayan erməni diasporunun rəhbərinin təkcə bu ölkədə yox, eləcə də Avropada ciddi əlaqələrinin olduğu bildirilir. Rəhbərlik etdiyi fondun 1997-ci ildə Xankəndində nümayəndəliyi yaradılıb. Fond fəaliyyəti müddəti ərzində Ermənistana 200 milyondan çox yardım ayırıb.

Raffi Hamparyan

Amerika Erməniləri Milli Komitəsinin (Hay DAT) sədridir. Rəhbərlik etdiyi təşkilat 3 əsas məqsədə xidmət edir: Ermənistan və Qarabağ ermənilərinə maddi yardım, qondarma erməni soyqırımının tanıdılması, “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanıdılması.

Murad Topalyan

Amerika Erməniləri Milli Komitəsinin sabiq sədridir. 1999-cu ildə qanunsuz silah daşıma maddəsi ilə həbs olunub. Amerikada erməni mafiya klanının xaç atası, eləcə də ASALA-nn okeanın o tayındakı liderlərindən biri hesab olunur.

Vazgen Sisilyan

Livan ermənisi olan Vazgen Sisilyan hal-hazırda Fransada yaşayır və ASALA-nın Avropa üzrə lideri hesab edilir. 1992-ci ildə Xocalı soyqırımında iştirakına görə “Artsax müharibəsi qəhrəmanı” adına layiq görülüb. Sisilyan aprel döyüşləri, eləcə də 44 günlük müharibədə də öz terror dəstəsi ilə birlikdə iştirak edib.

Vova Vartanov

Erməni diasporunun maliyyəsilə silahlı birləşmələr təşkil edən VOMA təşkilatının sədridir. 44 günlük müharibədə fəal iştirakı ilə tanınıb. Ermənistanda yaşasa də bir çox Avropa ölkələri, eləcə də terror qruplaşmaları ilə yaxın əlaqələrə malikdir.

Aşot Avanesyan

Qarabağda doğulan Avanesyan 500 minə yaxın soydaşının yaşadığı Ukraynada erməni diasporunun rəhbəri kimi tanınır. 2017-ci ildə erməni soyqırımının Ukrayna Ali Radasında tanıdılması üçün göstərdiyi səyləri ilə gündəmə gəlib. “Qarabağın müstəqilliyi” ideyasının əsas təbliğatçılarındandır.

Vardine Ohanyan

Livan erməni icmasının əsas rəhbəri hesab olunur. Hal-hazırda bu ölkənin gənclər və turizm naziri kimi çalışır. Ohanyan həmçinin erməni təbliğatının əsas mərkəzlərindən olan Zvarnotsun Livan şöbəsinə rəhbərlik edir.

Levon Zekiyan

İstanbul erməni katolikosluğunun arxiyepiskopudur. O bu vəzifəyə 2014-cü ildə Papa Fransisk tərəfindən təyin olunub. Bir çox mənbələrdə Türkiyədə yaşayan ermənilərin faktiki lideri olduğu deyilir.

İyulun 15-də Rusiya Federasiyası Dövlət Dumasının və Federasiya Şurasının birgə iclasının keçirilməsi planlaşdırılır. Rusiya Prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko və Ukraynanın qaçaq prezidenti satqın Viktor Yanukoviç üç ölkənin “birləşmə paktı”nı imzalaya bilərlər.

Axar.az xəbər verir ki, bunu TSN-ə müsahibəsində rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.
“Axmaq ssenaridir, lakin bu qondarma ümumi dövlətin elan edilməsi reallığa çevrilə bilər. Yanukoviçin “cənazəsi” haradansa gətiriləcək. Sonra da üç böyük slavyan prezidenti - Putin, Lukaşenko və Yanukoviç - bu barədə pakt imzalayacaqlar. Bu cür planlar Kremldə də gəzir. Amma hesab edirəm ki, 15 iyulda keçiriləcək bu görüş tarixi heç nə ilə bitməyəcək”, - Piontkovski bildirib.

Üçtərəfli bəyannamə ictimaiyyətə açıqdır. Orada əsas mesaj üç ölkənin (İsveç, Finlandiya və Türkiyə) terrorizmə qarşı daha çox birgə mübarizə aparacağı ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq NATO-ya üzvlüklə bağlı İsveç, Finlandiya və Türkiyə arasında imzalanan bəyanat barədə çıxışında deyib.
“PKK Avropa Birliyi (AB) tərəfindən terror qruplaşması kimi qəbul edilir. Kəşfiyyat mübadiləsi, birgə fəaliyyət və ekstradisiya tələblərini yerinə yetirmək məqbul və önəmlidir”, - deyə baş katib bildirib.

Alimlər rütubətlə birləşmədə həddindən artıq yüksək temperaturların kəskin artımından narahatdırlar. Onlar insanların bunlara necə reaksiya verdiyini və fiziki vəziyyətlərinin necə dəyişdiyini araşdırıblar.

İsti rütubətli havanı Wet Bulb Temperature (nəm termometrin temperaturu) vasitəsilə ölçmək olar - yəni, obyektin temperaturu bədəni nəm tənziflə sarılmış termometr ilə ölçülür.

Adiabatik buxarlanma sayəsində nəm termometrin temperaturu havanın rütubətinin 100 faiz olduğu hallar istisna olmaqla, hər zaman quru termometrin temperaturundan aşağı olur.

2022-ci ilin may və iyun aylarında Cənubi Asiyanı bürüyən istilər zamanı Pakistanın Cakobabad şəhərində insanın adaptasiyasının nəzəri cəhətdən yuxarı həddinə yaxın olan maksimal rütubətli havanın temperaturu 33,6°C qeydə alınıb.

2010-cu ildə aparılan tədqiqat zamanı hesablayıblar ki, 35°C və 100 faiz rütubət və ya 46°C və 50 faiz rütubət yüksək təhlükəsizlik həddidir. Bu yaxınlarda bu məlumatlar laboratoriya şəraitində insanlar üzərində sınaqdan keçirilib.

Hər bir iştirakçı bədən istiliyini izləyən kiçik bir qadjeti udub. Daha sonra könüllülər xüsusi kameraya yerləşdirilib və orada yemək bişirmək və qida qəbulu kimi tanış hərəkətləri təqlid ediblər. Tədqiqatçılar ya kameradakı temperaturu ya da rütubəti asta-asta yüksəldiblər və eksperiment iştirakçısının bədən temperaturunun nə vaxt yüksəlməyə başladığını izləyiblər.

Gənc sağlam kişilər və qadınlar üzərində aparılan araşdırma nəticəsində ətraf mühitin yuxarı həddinin nəzəri 35°C-dən də aşağı olduğu aşkar edilib.

Təsdiq edilmiş hədd: 100 faiz rütubətdə 31°C və ya 60 faizdə 38°C.

Ermənilər indi də Ukrayna taxılını oğurlayır - “Obozrevatel”
Rusiyanın Ukraynadan oğurladığı taxılın daşımasını ermənilər həyata keçirir.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” nəşri yazır.

Nəşr qeyd edir ki, işğal olunmuş ərazilərdən Ukrayna taxılının oğurlanması və Rusiyaya aparılması işini bir qrup həyata keçirir:

“Onlar “Rostov erməniləri”dir. Yük maşınları Ukrayna mallarını birbaşa Rusiyanın Rostov və Krasnodar vilayətlərinə aparır”.

Ukraynalı jurnalistlər taxılın oğurlanması işini araşdıranda erməni şəbəkəsini ifşa ediblər. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış “Latifundist” nəşrinin baş redaktoru Konstantin Tkaçenko bildirir ki, onlar taxılın daşınmasında iştirak etmək adı ilə Rusiyadakı “həmkarları” ilə əlaqə saxlayıb və söhbətlər zamanı məlum olub ki, bu işin başında “Rutratranstorq” adlı şirkət dayanır.

Şirkətin koordinatoru Artur Əzizyan adlı ermənidir. Ukraynalı jurnalistlər “logistik şirkət” adı ilə daşınma işində iştirak etmək istədiklərini bildirib. Danışıq belə olub ki, yüklər Poloqi şəhərindən (Zaporojye vilayəti) Krımın girişindəki Armyanska aparılmalıdır. Əzizyanın hesablamlarına görə, daşıma üçün 5-10 yük maşını lazımdır, o, yük daşıyanlara bir ton taxıl üçün 2500 rubl təklif edib.

Sürücülərin keçid məntəqələrindən necə keçəcəkləri və hansı sənədlərin lazım olduğunu soruşduqda cavabı belə olub:

“Sürücülərin sənədlərini mənə göndərin, vəssalam. Mən keçidi təmin edəcəm”.

Əzizyan əmin edib ki, taxılın Rusiyaya aparılması üçün heç bir lisenziyaya, yaxud əlavə sənədə ehtiyac yoxdur.

“Rutratranstorq” şirkəti 2 mart 2022-ci ildə Krasnodarda qeydiyyatdan keçib, sahibi Rostov sakini Marina Trubnikovadır. Ukraynalı jurnalistlər ehtimal edir ki, bu şirkət məhz Ukrayna taxılının oğurlanması işini həyata keçirmək üçün qurulub. Trubnikovanın daşıma işi ilə məşğul olan “Miroyan” adlı şirkəti də var.

Konstantin Tkaçenko deyir ki, işğal olunmuş Xersonda hər rusiyalı ticarətlə məşğul ola bilməz.

“Yerli fermerlərin sözlərinə görə, bu ərazi “Rostov ermənilərinə” verilib. Onlara “Don erməniləri, yaxud “Azov erməniləri” də deyirlər. Onlar vaxtilə Krımdan Dona aparılan və orada yerləşdirilən ermənilərin nəslidir”, - ukraynalı jurnalist bildirir.

Ermənistan parlamentinin iyulun 14-də keçiriləcək növbədənkənar sessiyasında müxalifət fraksiyasında olan 33 deputatın mandatdan məhrum edilməsi ilə bağlı məsələni müzakirə edib, qərar verəcək.

Hraparak” xəbər verir ki, artıq müxalifət fraksiyasından olan deputatın mandatdan imtina etməsi ilə bağlı qərar layihəsi gündəliyə salınıb.
Parlamentin növbədənkənar sessiya axşam saatlarına təyin edilib. Parlamentin müxalifət nümayəndələrinin mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etmək üçün bir neçə saat vaxtı olacaq. İyulun 15-dən etibarən isə parlament tətilə çıxacaq.

Parlamentin deputatların mandatdan məhrumetmə ilə bağlı qərarı Ali Məhkəməyə təqdim ediləcək. Ali Məhkəmə ərizənin verildiyi gündən 30 gündən gec olmayaraq məsələyə baxıb müvafiq qərar qəbul etməlidir.

Laçın alternativ yolunun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq və tenderdə qalib gələn şirkət 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.

“Ölkə.Az” “hraparak”a istinadən xəbər verir ki, 2020-ci il üçtərəfli bəyanatına əsasən, 3 il ərzində Laçın dəhlizi ilə yeni marşrut xətti çəkilməlidir. Azərbaycan artıq yolun Laçının yaşayış məntəqələrindən yan keçən hissəsinin tikintisini başa çatdırır, Ermənistan hissəsi hələ ki başlamayıb.

Mətbu orqanı onu da qeyd edib ki, bəzi məlumatlara görə, Azərbaycan tərəfi Ermənistan hissəsini öz vəsaiti ilə tikməyi təklif etsə də, Paşinyan ictimaiyyətin münasibətindən ehtiyat edərək bu təkliflə razılaşmayıb.

Baş nazir bir neçə həftə əvvəl keçirdiyi mətbuat konfransında Laçından yan keçən yeni yolun istismarından sonra Qarabağ sərhədindən kənar ərazilərin Azərbaycana keçəcəyini bəyan edərək, Laçın, Ağavno və Susun Azərbaycanın nəzarətində olacağını təsdiqləyib.

Laçında yaşayan 50 erməni ailəsinin Köhnə Şen və Nor Şen kəndlərində məskunlaşmaq təklif etməyi planlaşdırır.

ABŞ Texas ştatında  21 nəfərin ölümü ilə nəticələnən hücumun görüntüləri üzə çıxıb.

Hadisə şahidləri məktəbə gələn polislərin müdaxilə etməyib gözlədiklərini iddia ediblər. Qısa müddətdə ölkə gündəmini zəbt edən bu iddianı dəstəkləyən yeni görüntülər mətbuata sızıb.

 Görüntülərdə tüfəngli və ballistik qalxanlı çoxlu polis məmurunun məktəb daxilində dayandığı, lakin hücum edən şəxsə müdaxilə etmədiyi öz əksini tapıb.

“New York Post” qəzetinin yazdığına görə, yayılan 77 dəqiqəlik təhlükəsizlik kamerası görüntülərində təcavüzkar hələ məktəbdə olarkən bir polisin əl təmizləyicisindən istifadə etdiyi görülüb.

Hücum davam edərkən başqa bir polis məmurunun cib telefonu ilə oynadığı üzə çıxıb.
Qısa müddətdə internetdə yayılan görüntülərə reaksiyalar da gecikməyib. ABŞ-ın minlərlə sosial media istifadəçisi polisin etinasız münasibətini tənqid edib.

Hücumda ölən 10 yaşlı qurban Ceki Kazaresin atası Xavier Kazares “ABC News”a danışarkən deyib ki, hadisə yerində ən azı 40 polis əməkdaşı olub:
“Ancaq çox gec olana qədər heç nə etmədilər” - o bildirib.

İbtidai məktəblə üzbəüz binada yaşayan şahid bildirib ki, binanın içindən atəş səsləri eşidilərkən ətrafdakı insanlar məktəb qarşısındakı məmurlara müdaxilə etmələri üçün yalvarıblar.
Digər tərəfdən, hücumçunun Feysbukda törədəcəyi əməllə bağlı paylaşımlar etdiyi üzə çıxıb. Hücumla bağlı danışan Texas qubernatoru Qreq Abbot S.Ramosun ikinci postunda nənəsini öldürdüyünü, üçüncü postda isə ibtidai məktəbə silahlı hücum edəcəyini yazdığını bildirib.

 

Qeyd edək ki, ABŞ Texas ştatının Uvalde şəhərində 18 yaşlı Salvador Ramos Robb İbtidai Məktəbinə hücum edərək qətliam törədib. Hadisə nəticəsində Ramos 19-u şagird, 2-si müəllim olmaqla 21 nəfəri öldürüb.

Billurə

 

 

 

 

Xəbər lenti