![]() |
|
Fransada meymunçiçəyi xəstəliyinə 2 600-dən çox yoluxma qeydə alınıb.
Bu barədə yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, qərbi Avropa ölkəsində təkcə son bir həftədə infeksiyaya 362 yoluxma halı aşkarlanıb.
Təsdiqlənmiş yoluxma hallarının 99 %-i kişilərdə qeydə alınıb.
Bu arada, Fransada COVID-19 da sürətlə yayılmaqda davam edir. Təkcə son 24 saat ərzində 812 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 87 nəfər vəfat edib. Bir gün əvvəl 66 nəfər virusdan ölüb.
Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır.
Türkiyə və İsrail iqtisadiyyat və ticarət əlaqələri üzrə konfrans keçirməyi planlaşdırır.
Bu barədə İsrailin adı açıqlanmayan yüksək çinli məmuru deyib.
Onun sözlərinə görə, iki ölkə münasibətləri yoluna qoymaq üçün payızda belə bir konfrans keçirməyi düşünür.
Bildirilib ki, İsrailin iqtisadiyyat naziri Orna Barbivai Matan Şafranı Türkiyəyə yeni iqtisadiyyat üzrə attaşe təyin edib.
Barbivai İsrailin iyul ayında İstanbulda iqtisadi və ticarət əlaqələri ofisini yenidən açmasını Təl-Əvivin münasibətləri dərinləşdirməyə sadiqliyini əks etdirdiyini söyləyib.
Plana əsasən Rusiya ələ keçirdiyi Zaporojye AES-də təxribat təşkil edə bilər.
Qərbdən gələn təhdidlərə görə Rusiya nüvə silahından istifadəsinin mümkünsüzlüyünü dərk edən Rusiya diktatoru Putin, yəqin ki , işğalçılar tərəfindən ələ keçirilən Zaporojye AES-də təxribat təşkil etməyi planlaşdırır .
Bu fikirləri “Kanal24” müsahibəsində rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib.
Ekspertin fikrincə, Putin AES-dəki nüvə təxribatının günahını Ukraynanın üzərinə atmaq istəyir - belə şeylər artıq Rusiya üçün ənənəvi hal alıb.
“Putin Zaporojye AES-i partlatmaqla Ukraynanı ittiham edib, desin ki, bunu ukraynalılar edib” – o qeyd edib.
O, xüsusilə xatırladıb ki, Putin hakimiyyətinin ilk illərində yaşayış binalarının bombalanmasını təşkil etməklə çeçenləri günahlandırıb və müharibəyə başladı.
Kremlin Zaporojye AES-də təxribatlar törədəcəyini istisna etməyən Piontkovski diplomatları daha fəal olmağa və MAQATE nümayəndələrinin AES-ə girişini təmin etmək istiqamətində fəaliyyət göstərməlidirlər.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Meğri-Agarak yolu məsələsində narkotiklərə istinad etməsi daha çox bəhanəyə bənzəyir.
Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan “News.am”a müsahibəsində deyib.
O hesab edir ki, Rus sülhməramlılarının Meğri- Ağarak yolunda nəzarəti gücləndirməsini Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılna addımdır. “Mənə elə gəlir ki, bütün bunlar məhz 10 noyabr 2020-ci il razılşamasının həyata keçirilməsində yeni mərhələdir”, - Beqlaryan qeyd edib.
Beqlaryan əlavə edib ki, Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm.
İran parametinin erməniəsilli deputatı baş verənlərin İranın Kafanda konsulluq açması planları ilə bağlı olduğunu da istisna etməyib. “Demək olmaz ki, bu, təzyiqdir… Amma məsələnin narkotik və ya qaçaqmalçılıq olduğunu desək... Mən buna bir az geniş baxıram”, - deyə Beqlaryan vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Ermənistan ərazisində, Meqri və Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlayır.
Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamenti Meğri-Agarak yolu hissəsində nəzarətin gücləndirilməsini ağır narkotik vasitələrin və psixotrop maddələrin (metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz idxalına cəhdlərin artması ilə izah edib.
“Ukrayna ordusu Rusiya hərbi qüvvələrini Xersonda məhv edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail ordusunun zabiti Viktor Vertsner deyib.
İsrailli zabit Ukrayna Silahlı Qüvvələrinin təşəbbüsü ələ aldığını bildirib:
“İndi cəbhədə baş verənlər daha çox təşəbbüs uğrunda mübarizəyə bənzəyir. Fikrimcə, müharibənin indiki mərhələsində Ukrayna hərbi əməliyyatlarda təşəbbüsü ələ keçirmək istiqamətində müəyyən uğur qazanıb. Ukrayna rusları Xerson və Zaporojeyə əlavə qüvvələr və resurslar göndərməyə məcbur edib. Məncə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının planı da budur”.
Vertsner Rusiya qoşunlarının Ukraynanın cənubunda məğlub olacağını iddia edib:
“Ruslar Ukrayna Silahlı Qüvvələrinin hərəkətinə ölkənin cənubuna əlavə qüvvələr yeritməklə reaksiya verir. Daha doğrusu, reaksiya vermək məcburiyyətindədir. Məncə, rusların Xerson və Krivı Roq istiqamətlərində irəliləməyə çalışacağı ehtimalı yüksəkdir. Amma belə bir hücum Ukrayna Silahlı Qüvvələrinə çox böyük manevr imkanı verəcək. Əvvəlcədən hazırlanmış müdafiə xətləri sayəsində Ukrayna qoşunlarının bu istiqamətdə rus qüvvələrini məhv etməsi daha asan olacaq”.
Çində daha bir təhlükəli virus yayılıb.
Bu barədə yerli və sinqapurlu həkimlər açıqlama yayıb.
"Lanye" adlanan yeni virusa Şandunq və Henan əyalətlərində 35 yoluxma qeydə alınıb.
Bu, daha çox öskürək, qızdırma, yorğunluq, əzələ ağrıları, ürəkbulanma və baş ağrısı ilə müşahidə olunur.
Virisoloqlar bu növün elmə məlum olan digər henipaviruslarla oxşarlığını qeyd edir. Bildirilib ki, "Lanye" virusu ən çox siçanlarda aşkar edilib. Bundan başqa, it və keçilərdə də rast gəlinir.
100 FTB agenti Ağ Evin sənədlərini tapmaq üçün Trampın Floridadakı evində 9 saat axtarış aparıb
“Reuters” xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FTB) 100-dək əməkdaşı avqustun 8-də ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində axtarış aparıblar və axtarış doqquz saat davam edib.
Bu barədə agentliyə məlumat verən Tramp bu axtarışı lüzumsuz və məqsədəuyğun olmayan hadisə hesab edib.
Siyasətçi axtarışları onun 2024-cü il seçkilərində mümkün iştirakı ilə əlaqələndirib.
Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, ölkə Prezidenti Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.
Bu barədə "Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
R.Lamamra və C.Bayramov görüşdən sonra birgə brifinq keçirəcək.
Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka getməyəcək və hətta videobağlantı vasitəsilə çıxış etmək niyyətində deyil.
“Tass xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr. Səfər və çıxış planlaşdırılmayıb”, - o qeyd edib.
Sentyabrın 20-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi keçiriləcək.
Ənənəvi olaraq, prezidentlər, baş nazirlər və nazirlər iştirak edirlər. Bu il Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
ABŞ Kiyevə daha 4,5 milyard dollarlıq büdcə yardımı verəcək və bununla da Vaşinqtonun büdcə dəstəyi fevral ayından 8,5 milyard dollara çatdırılacaq.
“Bu barədə Beynəlxalq İnkişaf Agentliyi məlumat yayıb.
“ABŞ Ukrayna hökumətinə daha 4,5 milyard dollar verəcək”, - agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, Dünya Bankı vasitəsilə ABŞ Xəzinədarlığı ilə razılaşdırılan yardım Kiyevə tranş şəklində veriləcək, avqustda Ukrayna 3 milyard dollar alacaq.