“Ukraynanın sərhəd xidmətinin hərbçiləri Rusiya bölmələrinə heç bir müqavimət göstərmirlər”.

 “TACC” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. 

“Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxıb” – məlumatda qeyd edilib.

“Kim bizə müdaxilə etməyə, daha çox ölkəmizə, xalqımıza təhlükə yaratmağa çalışırsa, bilməlidir ki, Rusiyanın cavabı dərhal olacaq və sizi tarixinizdə heç vaxt yaşamadığınız nəticələrə gətirib çıxaracaq”.

“TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatın başlanmasına həsr olunmuş televiziya müraciətində deyib. O bildirib ki, hadisələrin hər hansı inkişafı üçün bütün lazımi qərarlar qəbul edilib:

“Ümid edirəm ki, məni dinləyəcəklər”, - Putin bildirib.

Ukraynanın Ankaradakı səfirliyi Rusiyanın Ukraynaya  müharibəyə başlaması ilə bağlı Türkiyəyə çağırış edib.

Ukraynanın Ankaradakı səfirliyininin yaydığı açıqlamada deyilir:

“Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Biz strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin zamanda bizə dəstək olmağa çağırırıq”.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib.

Onun sözlərinə görə, mövcud şərait Rusiyadan bu addımı atmağı tələb edir.

O qeyd edib ki, Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil:

“Ukrayna hərbçilərinə müraciət etməliyəm, siz xalqa and içdiniz, sizi dərhal silahlarınızı yerə qoymağa çağırıram”.

Mənbə: RİA Novosti

Türkiyə Ukraynaya uçuşları dayandırıb.

Bu barədə Türk Hava Yollarının baş direktoru Bilal Ekşi tvitter hesabında məlumat paylaşıb.

"Ukrayna hava məkanının bağlanması ilə əlaqədar bu gün Ukraynaya həyata keçirəcəyimiz bütün uçuşlar ləğv olundu",- deyə o qeyd edib.

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsinin rəisi dünyasını dəyişib.

Prezidentliyin Mühafizə Departamentinin Xüsusi Əməliyyatlar Şöbəsinin müdiri Hayrettin Eren Seneqalda vəzifəsini icra edərkən ürək tutmasından dünyasını dəyişib.

“Anadolu” xəbər verir ki, hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfəri zamanı vəzifəsini yerinə yetirərkən baş verib. Eren Ərdoğanın Seneqal stadionunun açılış mərasimi zamanı infarkt keçirib.

Bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Eren dünyasını dəyişib. Erenin cənazəsi Seneqaldakı təmaslarını başa vuran prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.

Bütün dünyanın diqqəti Rusiya-Ukrayna böhranına yönəlib. Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında separatçı Luqansk və Donetsk respublikalarının müstəqilliyini tanıyıb.

Teleqraf.com bildirir ki, Rusiyanın bu qərarı kəskin reaksiya doğurub və sanksiyaların önünü açmağa başlayıb.

ABŞ Prezidenti Co Bayden Rusiyanın müstəqilliyini tanıdığı Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətləri ilə ticarəti qadağan edən fərman imzalayıb. Almaniya "Şimal axını 2" təbii qaz kəməri layihəsini dayandırıb. Son sanksiya qərarı İngiltərədən gəlib. İngiltərə Baş naziri Boris Conson 5 Rusiya bankını sanksiya siyahısına saldıqlarını açıqlayıb.

Conson Putinə hər cür diplomatik şans verdiklərini deyib:

"Rossiya", "IS Bank", "General Bank", "Promsvyazbank" və "Blacks Sea Bank"ına sanksiya tətbiq etmək qərarına gəldik. Bundan başqa, sərvəti çox olan 3 nəfərə də sanksiya qərarı verdik. Bu insanların İngiltərədəki bütün aktivlərini dondururuq. Bu insanlar İngiltərəyə girə bilməyəcəklər".

Adı çəkilən şəxslər arasında Gennadi Timçenko da var. Putinə yaxınlığı ilə tanınan Timçenko enerji, infrastruktur və tikinti sektorlarında çox fəaldır. Rəsmi məlumata görə, Rusiyanın 6-cı ən varlı adamı olan Timçenkonun sərvətinin təxminən 19 milyard dollar olduğu təxmin edilir.

Conson işğal davam etdikcə sanksiyaların da artacağını bildirib:

"Bu, hazırladığımız ilk maneə olacaq. İşğal vəziyyətində daha çox sanksiyalar olacaq. ABŞ və Avropa ilə birlikdə vəziyyət böyüdükcə sanksiyaları da gücləndirəcəyik".

Baş nazir Krım ilhaq edilərkən Rusiyaya qarşı kifayət qədər sərt olmadıqlarını da etiraf edib:

"Rus qazından asılılığı aradan qaldırmalıyıq. Bütün NATO müttəfiqlərini qorumalıyıq. Putinin uğursuz olduğunu görməliyik. Bütün Avropa və NATO bunun üçün bir araya gəlməlidir. İngiltərə bunun üçün əlindən gələni edəcək. Biz güc tətbiq etməkdən qaçmalıyıq, bunun bədəli ağır olacaq".

ABŞ lideri Co Bayden Rusiyanın addımlarını “işğalın başlanğıcı” kimi xarakterizə edib.

Xarici KİV xəbər verir ki, Bayden Rusiyanın Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətlərinə “Sülh Qüvvələri” göndərməsindən danışıb:

“Putinin qərarları Rusiyanın Ukrayna işğalının ilk addımıdır. Rusiya təcavüzünü davam etdirərsə, sanksiyalarımıza davam edəcəyik” – Bayden söyləyib.

ABŞ Prezidenti Moskvanın Ukraynaya qarşı böyük hərbi hücuma hazır olduğuna inandıqlarını ifadə edib:

“Rusiya Ukrayna sərhədlərinə qan və tibbi avadanlıq daşımağa davam edir. Müharibəyə başlamaq istəmirsinizsə, sizə qan lazım deyil. ABŞ NATO müttəfiqlərini qorumaqda qərarlıdır. Amma bizim bütün hərəkətlərimiz müdafiə xarakteri daşıyır. Biz heç bir şəkildə Rusiyaya qarşı hücuma keçməyəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya-Ukrayna gərginliyi fonunda ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən qondarma Donetsk və Luqanskın tanınması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırdığını bildirib.

Ukrayna lideri bu barədə Twitter səhifəsində yazıb.

O, eyni zamanda Avropa İttifaqı Şurasının sədri Çarlz Mişellə görüşməyi planlaşdırdığını qeyd edib.

Xəbər lenti