“Rusiya Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş rayonlarının “müstəqilliyini” tanımaq qərarları ilə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur və 2014-cü ildən Donbasda olan qoşunlarını leqallaşdırır”.

Ukinform.net” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra çıxışı zamanı deyib.

"Ukrayna birmənalı olaraq Rusiya Federasiyasının son hərəkətlərini dövlətimizin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Bu qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın siyasi rəhbərliyinin üzərinə düşür", - Zelenski bildirib.

Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş rayonlarının “müstəqilliyinin” tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması və “Normand dördlüyü” çərçivəsində qərarlara məhəl qoymaması anlamına gələ bilər:

"Bu, dinc səylərə zərbə vurur və mövcud danışıqlar formatlarını məhv edir. Bu gün və sabah mümkün qərarlarla Rusiya faktiki olaraq 2014-cü ildən Donbasın işğal olunmuş ərazilərində olan qoşunlarını leqallaşdırır. Səkkiz ildir müharibəni dəstəkləyən ölkə iddia etdiyi kimi sülhü dəstəkləyə bilməz” – Zelenski söyləyib.

Rusiyanın Yekaterinburq şəhərində ana və qızını döyən ikinci azərbaycanlı da saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu 16 yaşlı, Namiq adlı texnikum tələbəsidir.

Qeyd edək ki, bundan əvvəl isə Dəmiryol Texnikumun tələbəsi, Masallıdan olan 17 yaşlı Ural Qasımov saxlanmışdı.

Rusiyanın Yekaterinburq şəhərində polis və OMON kütləvi reydlərə başlayıb. 

Belə reydlərdən biri Ural regionunun ən böyük ticarət obyekti 4 nömrəli meyvə-tərəvəz bazasında olub.  Belə ki, həm bu bazada, həm də şəhərin digər bazarlarında işləyən miqrantlar təkidlə yoxlanılır, onların iş icazəsi sənədləri araşdırılır. 

Bu ticarət obyektlərinin qarşısına onlarla polis maşını və xüsusi avtobuslar gətirilib. Sənədlərində xırda qüsur olan miqrantlar həmin maşınlara doldurularaq aparılır.

Saxlanılanlar arasında xeyli azərbaycanlı da var. 

Xatırladaq ki, bir qədər əvvəl iki şəhər sakini ana və qızı miqrantlar tərəfindən döyülüb. Bu isə vilayətdə qəzəbə səbəb olub. Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məsələni öz diqqətinə götürüb. 

İnsidentdə iştirak edənlər arasında bir azərbaycanlı da olub. Ural Dəmiryolları texnikumunun 17 yaşlı tələbəsi Röyal Qasımov həbs edilib.

“Biz bundan sonra nə olacağını bilirik. Yenə də sanksiyalar, təhdidlər, müxtəlif tərəflərdən siyasi təzyiqlər. Dəli qışqırıqlar və dezinformasiya axını. Biz artıq bütün bunları keçmişik və qorxu mərhələsi çoxdan keçib”.

“Ria.ru” xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, DXR və LPR-nin tanınması ilə bağlı bir gün əvvəl qəbul edilmiş qərarları şərh edərkən deyib.

“Əsəblərimiz güclüdür. Üstəlik, təcrübə göstərir ki, gec-tez indiki rəqiblərimiz bizə bütün məsələlər üzrə danışıqlar masasına qayıtmaq xahişi ilə gələcəklər. Bu, Rusiyanın beynəlxalq münasibətlərdəki rolunu nəzərə alsaq, qaçılmazdır. Və bizim doğruluğumuzu tarix təsdiq edəcək", - Medvedev bildirib.

ABŞ prezidenti Co Bayden ABŞ-ın ayrı-ayrı şəxsləri və qurumlarının qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə bütün ticarət və maliyyə əlaqələrini qadağan edən fərman verib.

Xarici mətbuat xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden “Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa yönəlmiş fəaliyyətlərinə cavab olaraq müəyyən şəxslərin aktivlərinin dondurulması və bəzi bizneslərin qadağan edilməsi” başlıqlı fərman imzalayıb.

Sözügedən fərmanla Rusiyanın müstəqilliyini tanıdığı qondarma Donesk və Luqansk Xalq Cümhuriyyətlərinə investisiya qoymaq, bu bölgələrdən birbaşa və ya dolayı yolla ABŞ-a idxal və ya ixrac qadağan edilib.

Bundan başqa, fərman çərçivəsində sözügedən bölgələrdə fəaliyyət göstərməkdə qərarlı olanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub.

“Aİ bu qeyri-qanuni aktda iştirak edənlərə sanksiyalarla cavab verəcək”

Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell eyni zamanda sosial media hesablarında Rusiyanın qondarma "LXR" və "DXR"nin müstəqilliklərini tanınmasına sərt reaksiya veriblər.

“Liderlərin birgə mesajlarında aşağıdakı bəyanatlar yer alıb:

"Ukraynada iki separatçı bölgənin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır. Aİ və tərəfdaşları Ukrayna ilə həmrəylik və birliklə reaksiya verəcəklər".

Ursula fon der Leyen və Şarl Mişel daha sonra birgə yazılı bəyanat yayaraq, Putinin qərarını mümkün olan ən sərt şəkildə qınadıqlarını bildiriblər.

Bəyanatda qeyd edilib ki, Aİ bu qeyri-qanuni aktda iştirak edənlərə sanksiyalarla cavab verəcək.

Rusiya “DRX” və “LXR”ə sülhməramlılar göndərir

Rusiya Silahlı Qüvvələri qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın ərazilərində sülhyaratma funksiyalarını yerinə yetirəcək.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin “DXR” və “LXR”-nin tanınması haqqında fərmanlarının mətnində deyilir.

“Donetsk Xalq Respublikasının başçısının Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanana qədər Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyalarını yerinə yetirməsi təmin edilsin”, - deyə sənəddə qeyd edilir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin “LXR”in müstəqilliyinin tanınması haqqında fərmandakı əmri də oxşar şəkildə tərtib edilib.

İran Hərbi-Hava Qüvvələrinə məxsus F-5 döyüş təyyarəsi qəzaya uğrayıb.

“Yol-xeber.az” İRİB-ə istinadən xəbər verir ki, təyyarə Təbrizin Münəccim prospektindəki Şəhid Əlipur adına idman stadionuna düşüb.

İranlı general Rza Yusefinin dediyinə görə, böyük insan təlafatı olmaması üçün 2 pilot təyyarəni yaşayış yerindən uzaqlaşdıraraq stadiona düşüblər. Pilotlar özlərini katapult edə bilmədiyindən hər ikisi də dünyasını dəyişib.

ABŞ-ın “Washington Post” və CNN telekanalı eyni vaxtda nəşr etdiyi iki xəbərə görə, ABŞ kəşfiyyatında Rusiya prezidenti Vladimir Putinin rus hərbi komandirlərinə Ukraynaya hücum əmri verdiyi barədə məlumatlar var.

“Yol-xeber.az”ın xəbərinə görə, Bayden cümə günü deyib ki, o, Putinin Ukraynanı işğal etmək qərarına gəldiyinə və Rusiya ordusunun Kiyevi işğal edə biləcəyinə əmindir.

Blinken isə bazar günü CNN-ə açıqlamasında Rusiyanın bölgədəki fəaliyyətini əsl işğal prosesinin başlanğıcı kimi şərh edib.

Polşaya gələn amerikalı əsgərlər Ukrayna ilə sərhəd yaxınlığında təlimlərə başlayıblar.

"Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak Tvitter səhifəsində yazıb.

"18-ci Mexanikləşdirilmiş Diviziyanın əsgərləri Polşanın cənub-şərqində 82-ci Hava Desant Diviziyasının amerikalı əsgərləri ilə birgə təlimlərə başlayıblar", - o qeyd edib.

Putin ehtiyatda olan vətəndaşları hərbi toplanışa çağırdı

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir:

“2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Xəbər lenti