![]() |
|
Rusiya Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasını tədarük etmək niyyətindədir.
Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını tədarük edib-etməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: "Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik ki, bəli".
Kanalın müxbiri Peskovdan soruşub ki, ABŞ sanksiyalarına baxmayaraq, Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə xüsusi marağı nədir?
"Biz hamımız bilirik ki, ABŞ bu sanksiya oyununu oynamağı xoşlayır, baxmayaraq ki, biz başa düşürük ki, onlar heç vaxt öz məqsədlərinə çatmırlar. Onlar heç vaxt heç bir ölkənin fikirlərini dəyişməyə nail ola bilməyiblər. Rusiya və Türkiyə arasındakı bu cür əməkdaşlıq heç bir ölkə üçün, xüsusən də Yunanıstan üçün təhlükə olmamalıdır, çünki bu sistem hücum deyil, müdafiə xarakteri daşıyır, 100% müdafiə xarakteri daşıyır", - Peskov cavab verib.
Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 8-da Ermənistan parlamentində çıxşı zamanı deputatların Qarabağın status ilə bağlı suallarını cavablandırarkən diplomatiyanın ona verdiyi imkanlardan istifadə etməklə Qarabağı artıq unudun mesajını verib. O, parlament üvzünün sualına cavablanda “Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil. Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, “Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur. “Bunu kim dedi? Yekun status müəyyən yekun status deməkdir”, - deməklə, artıq Qarabağ keçmişdə qalmış bir məsələ olduğuna işarı edib.
Paşinyan bu istiqamətdə fikrini daha da inkişaf etdirərək deyib ki, danışıqlar prosesində Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu və burada bir çox qeyri-müəyyənliklər var idi.
“Mən onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb. Referendumun keçiriləcəyi ərazi müəyyən edilməmişdi. Burada çox incəliklər var”, - deyə Paşinyan qeyd edib.
O bildirib, Ermənistanın üzləşdiyi böhranlı vəziyyətdən çıxış yolu sərhədin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsidir.
Paşinyan onu da deputatların diqqətinə çatdırıb ki, onun hakimiyyətindən öncə belə danışıqlar prosesi Ermənistanına olub. O, deputatlara Qarabağla bağlı keçmiş danışıqların sənədlərini göstərməyə hazır olduğunu söyləyib.
“Qarabağ üçün heç bir şans buraxmadınız. Siz indiyə qədər müharibənin qarşısını necə alacağınız barədə bir kəlmə də danışmamısınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə etdiniz ki, müharibə olmasın. Niyə etmirsiniz? Mən deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu sərhədlərin müəyyən edilməsidir. Bunu bütün məsuliyyətimlə bəyan edirəm. Əvvəlki hakimiyyət Qarabağın Azərbaycanın tərkibindən kənarda qalmasına nəzəri imkan belə qoymadı”, - deyə Paşinyan bildirib.
Paşinyan parlamentdə radikal müxalifət fraksiyasının rəhbəri, sabiq müdafiə nazirini də bu məsələdəki fəaliyyətini tənqid və məzəmmət etməyi də unutmayıb: “Sizin müdafiə naziriniz Seyran Ohanyan deyib ki, cəbhə xəttində boş konserv qutuları asmaq lazımdır ki, Azərbaycan əsgərləri yaxınlaşanda eşidə bilək”.
Paşinyan parlamentdəki çıxışı ilə erməni cəmiyyətinə ünvanladığı mesajın əsas hədəfi bundan ibarət idi ki, üzləşdiyiniz böhranın əsas səbəkarları Qarabağ kartından siyasi spekulyasiya edib hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdir. Nə qədər ki, bu kartdan istifadə olunacaq nə Ermənistanın, nə də ki, erməni cəmiyyətinin üzləşdiyi böhrandan xilas yolu yoxdur. Ən yaxşı variant isə Qarabağı unudub, qonşularlarla əlaqələri qurub, bütün kommunikasiyaları açmaqdan keçir.
Paşinyan dolayısı ilə erməni cəmiyyətinə bu mesajı verdi ki, Ermənistanın nicatı Azərbaycanın şərtlərini qəbul etməkdədir.
“Omicron” ştamının indiyədək 57 ölkədə aşkar edilib və bu sayın artacağını gözləyirik.
“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus ÜST-nin Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “omicron”un dünyada yayılması və çoxsaylı mutasiyaları da daxil olmaqla müəyyən xüsusiyyətləri epidemiyanın gedişatına böyük təsir göstərir: "Bu təsirin nə olacağını hələ dəqiq təxmin etmək mümkün deyil".
"Ölkələr xəstəxanaların dolmasını gözləsələr, çox gec olacaq. Gözləməyin. İndi hərəkətə keçin. Hər hökumət və hər bir fərd əlimizdə olan bütün vasitələri tez istifadə etməlidir.
Mümkünsə, zəhmət olmasa, peyvənd olun. Biz “delta”dan insanların həyatını xilas edə bilərik. “Omicron”un qlobal böhrana çevrilməsinin qarşısını indi ala bilərik. Digər ştamların da ortaya çıxmasının qarşısını ala bilərik. Bu virus dəyişir, lakin bizim ortaq qətiyyətimiz dəyişməməlidir”, - Baş direktor əavə edib.
İsveçrədə intihar etmək istəyənlər üçün satışa çıxarılan 3D çaplı intihar kapsulu müzakirələrə səbəb olub.
National post” xəbər verir ki, kapsula daxil olanlar oksigensiz qaldıqdan sonra 30 saniyə ərzində ölürlər.
Çoxlu sayda sosial şəbəkə istifadəçisi cihazın insanları intihara sövq edəcəyini və buna görə də satışının çox yanlış olduğunu bildirib.
Sarko adlandırılan maşın evtanaziyaya meylli №Exit International№ təşkilatının qurucusu Filip Nirtçe tərəfindən hazırlanıb. Onun sözlərinə görə, cihazın hazırlanmasında məqsəd insanların həm boğulma hissi olmadan, həm də panik olmadan ölümünü təmin etməkdir.
F.Nirtçe kapsulun yüngül olduğunu və intihar etmək istəyən şəxsin kapsulu istədiyi yerə çəkərək intihar edə biləcəyini bildirib. Nəqliyyat vasitəsinin ölmək istəyən şəxsə müxtəlif suallar verdiyi və bu suallardan sonra ölüm prosesi üçün düyməni basmasına icazə verildiyi bildirilib.
“Sarco” adlı avtomobilin insanları necə öldürməsinin təfərrüatları da paylaşılıb. Müvafiq olaraq, sözügedən kapsul oksigen səviyyəsini 30 saniyə ərzində 21%-dən 1%-ə endirərək, içərisində olan insanın ölümünə səbəb olur.
Kapsulun qiyməti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Ağ Ev ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan videokonfransla bağlı məlumat yayıb.
"Bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
"Prezident Cozef R. Bayden bu gün Rusiya prezidenti Vladimir Putinlə ABŞ-Rusiya gündəliyindəki bir sıra məsələləri müzakirə etmək üçün təhlükəsiz videokonfrans keçirib. Prezident Bayden ABŞ-ın və avropalı müttəfiqlərimizin Rusiyanın Ukrayna sərhədlərində qüvvələri artırmasından dərin narahatlığını ifadə edib və açıq şəkildə bildirib ki, ABŞ və müttəfiqlərimiz hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək. Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.
İki prezident öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. ABŞ bu istiqamətdə addımlarını müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya edəcək. Prezidentlər həmçinin Strateji Sabitliklə bağlı ABŞ-Rusiya dialoqunu, eləcə də regional məsələlərdə əməkdaşlığı müzakirə ediblər", - deyə Ağ Evin yaydığı məlumatda bildirilib.
İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 27-yə çatıb.
“TASS” xəbər verir ki, dekabrın 5-i baş verən püskürmə nəticəsində daha 20 nəfər itkin düşüb.
Ölkənin rəsmi qurumlarının verdiyi məlumata görə, təbii fəlakət səbəbindən 69 nəfər ciddi yaralar, təqribən 100 nəfər isə yüngül travmalar alıb.
Bununla yanaşı, təbii fəlakət ərazisindən 900-dən çox insan təxliyyə olunub. Vulkan püskürməsi iki bölgəni birləşdirən vacib strateji əhəmiyyətə malik körpünün zədələnməsinə gətirib çıxarıb. Həmçinin bir neçə bina da dağılıb.
Qeyd edək ki, Semeru vulkanı Yava adasında ən yüksək zirvədir və İndoneziya ərazisində 130-a yaxın aktiv olan vulkanın sırasına daxildir.
İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.
“Kommersant” xəbər verir ki, daşınmaz əmlakın qiyməti 3 milyon dollar olaraq qiymətləndirilir.
Təl-Əviv məhkəməsi BM-Bankın iddiası üzrə məsələ ilə bağlı qərar verib.
Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında gedib-gələrkən Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.
Lakin BM-Bank məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində BM-Bank Tel-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.
Xatırladaq ki, T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.
Türkiyənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkə parlamentində çıxışı zamanı əl hərəkətlərinə görə kəskin tənqid olunub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələrində çıxış edib.
CHP lideri çıxışı zamanı qeyri-etik əl hərəkətləri edib. Sözügedən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.
Həmçinin onun bu davranışı ölkənin Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin və digər rəsmi şəxslərin kəskin etirazını doğurub.
Belə ki, sənaye və texnologiyalar naziri Mustafa Varank öz tviter hesabında Kılıçdaroğluna müraciət edərək “85 milyon insanın qarşısında bir təhqiramiz əl hərəkəti etmədiyiniz qalmışdı. Ayıbdır!” deyib.
Bununla yanaşı, AKP-nin İzmirdən olan millət vəkili Alpay Özalan sosial media hesabında paylaşım edərək “Kamal Kılıçdaroğlu TBMM-də qadın millət vəkillərimizin qarşısında biabırçı hərəkət etdi. Onun hərəkəti də, özü də tarixin zibilliyində qalacaq”, - deyə bildirib.
Moskvada 2-ci Qərb Dairə Hərbi Məhkəməsində Qarabağda erməni tərəfində döyüşən “Yenot” komnadirlərinin işi üzrə məhkəmə prosesi başlayıb.
Müttəhimlər kürsüsündə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) mayor rütbəli iki keçmiş zabiti və 2011-ci ildə yaradılmış adı çəkilən özəl hərbi qruplaşmanın rəhbəri var.
“Yenot”un muzdlu döyüşçüləri Qarabağda ermənilər tərəfində, həmçinin Suriya və Donbassda da döyüşüblər.
“Lenta” xəbər verir ki, “Yenot”un yaradısıcı “İşıqlı Rusiya” millətçi hərəkatının lideri İqor Manquşev hesab edilir. Muzdlu döyüşçülərdən ibarət “Yenot”u keçmiş FSB mayorları tərəfindən idarə edilib.
Onlar “Yenot” fəaliyyəti müddətində Donbassda, Suriyada və Qarabağda ermənilər tərəfdən hərbi əməliyyatlarda iştirak etdiklərini qeyd etməkdən çəkinməyiblər.
“Yenot” fəaliyyətini təkcə münaqişə bölgələri ilə bitirməyib, eyni zamanda rusiya daxilində cinayət əməlləri ilə məşğul olub.
Nəticədə “Yenot” barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci (Oğurluq), 162-ci (Soyğunçuluq), 209-cu (Banditizm) və 210-cu (Cinayətkar birliyin təşkili) maddələri cinayət işi başlanıb. Mühakimə olunanları 8 -11 il müddətində məhbəs həyatı gözləyir.
“Hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərinin keçirilməsi təbiidir. Belə görüşlər keçirilməlidir. Münaqişənin həllində üç tərəf var. Qalib tərəf kimi Azərbaycanın mövqeyi aydın və qətidir.
Məsələnin həllində ikinci tərəf kimi Rusiya çıxış edir və problemin həlli üçün böyük can fəşanlıq göstərir. Rusiya hər vəchlə məsələnin həllinə çalışır”.
Bunu açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yaranmış son durumu və 15 dekabrda Brüsseldə keçiriləcək danışıqlar prosesini şərh edərkən deyib.
O, Rusiyanın münaqişənin həllində maraqlı olmasının səbəbi barədə fikirlərini bildirib:
“Rusiya problemin həllində Azərbaycan qədər maraqlıdır. Ona görə yox ki, Azərbaycanın haqq-ədalət mövqeyini dəstəkləyir. Rusiya istəyir ki, başlatdığı prosesi uğurla başa çatdırsın və Qafqaz bölgəsində öz nüfuzunu qoruyub-saxlasın, nüfuzuna xələl gəlməsin. O baxımdan Rusiya bu məsələdə sonadək tutduğu bu mövqedə qalacaq və mən buna əminəm”, - o qeyd edib.
Vitse-spiker əlavə edib ki, Rusiya həm bölgədə, həm də beynəlxalq arenada mövqeyinin zəifləməməsi üçün əlindən gələni edəcək: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilməzsə, nüfuzunə xələl gələcək. Mövqeyi zəifləyəcək. Görünən odur ki Rusiyanın forpostu olan Ermənistan indi Moskvanın tələblərini yerinə yetirməyib, ondan üz döndərməyə başlayıb. Bu isə Moskvanın heç də xoşuna gəlmir”.
15 dekbarda Brüsseldə keçiriləcək görüşlərə gəldikdə millət vəkili deyib ki, hər bir görüşün məsələnin həlli istiqamətdə müəyyən əhəmiyyəti var və bu görüşlər olmalıdır: “Əminəm ki, bu cür görüşlər məsələnin həllinə rəvac verəcək və Ermənistan da nəhayətində başa düşəcək ki, onun Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur. Bir misal da var deyərlər: qananı sözlə, qanmayanı güclə. Əgər Ermənistan sözlə başa düşməyəcəksə, məsələ güclə həllini tapacaq. Çünki istənilən halda Azərbaycanın irəli sürdüyü şərtlər həllini tapmalıdır”.