Tanınmış erməni blogger Roman Baqdasaryan yayımladığı video müraciətdə Köçəryan tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.

"Yol-xeber.az" xəbər verir ki, Baqdasaryan yayımladığı videoda şok açıqlamalar verib.

Baqdasaryan Köçəryan tərəfdarlarını yalançı revanşist bəyanatlar verərək Paşinyana təzyiq göstərməkdə ittiham edib: "44 günlük müharibədə həlak olmuş erməni əsgərlərinin ölüm əmrini "Qarabağ klanı" verib. Demək olar ki, bütün xarici səfirliklərdə çalışanlar Köçəryan tərəfdarlarıdır. Onlar Paşinyanın əleyhinə çalışırlar. Köçəryan tərəfdarları planlaşdırmışdılar ki, Ermənistana nə qədər çox tabut gedərsə, Paşinyanı daha rahat hakimiyyətdən devirəcəklər, Cəbrayıl ətrafında yolları minalayıb sonra qəsdən əmr veriblər ki, erməni əsgərlər həmin yolla getsinlər. Təkcə Madagizdə (oxu.Suqovuşan) 250 erməni əsgərini öldürüblər. Əvvəl əmr veriblər ki geri çəkilin. Digər tərəfdən də başqa komandaya kordinatları verərək onların hamısını bombardıman etdiriblər. Kəlbəcərdə yaralı 26 erməni əsgərini xilas etmək mümkün idi, amma Qarabağ klanı onlara yardımdan imtina edib. Azərbaycan ordusu Hadruta hücum edəndə Qarabağ klanının silahlı birləşmələri evləri kütləvi talan ediblər. Ümumilikdə 1600 erməni hərbçisi Qarabağ klanı tərəfindən bu şəkildə öldürülüb".

Baqdasaryan revanşist ermənilərə müraciət edərək deyib ki, siz fərarilərsiniz: "Hər il Rusiyada yaşayan ermənilərin 40 faizi Türkiyə kurortlarında kef edir. Moskvada azərbaycanlıların restoranlarında yeyib-içirlər, amma sonra gəlib müharibə istəyirlər. Şəxsən mən Azərbaycanla müharibə istəmirəm".

ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasının artıq təhlükəli istiqamətlər almaq üzrə olduğu qətiyyən şübhə doğurmur; Qərb siyasi dairələri Türkiyə-Rusiya münasibətlərini korlamağa, rəsmi Ankaranı Kremlə qarşı hərbi-siyasi toqquşmalara bulaşdırmağa cəhd edirlər...

"Musavat.com bildirir ki, Rusiyanın ABŞ və NATO ilə qarşıdurması yenidən böhranlı həddə çatıb. Belə ki, son günlər hər iki qarşıduran tərəfin canlı qüvvə və hərbi texnika topladığı müşahidə olunur. Həm Rusiya, həm də ABŞ və NATO öz hərbi potensiallarını rəqibə problem yarada biləcək coğrafi-strateji ərazilərə cəmləşdirməyə üstünlük verir.

 Hazırda Rusiya öz qoşunlarını əsasən, ölkənin Qərb sərhədlərinə doğru çəkməyə çalışır. Bəzi məlumatlara görə, Rusiya daha çox Ukraynanın Donbas bölgəsi, Qara dəniz hövzəsi və Belarus sərhədlərinin ətrafındakı çoğrafiyada hərbi üstünlük qazanmağa çalışır. Üstəlik, Kremlin bu addımların atılmasında xüsusi tələskənliyi də diqqətdən yayınmır.

ABŞ və NATO isə yenidən gərginliyin əsas mərkəzinə Ukraynanı yerləşdirməyə can atır. Son məlumatlara görə, ABŞ və NATO hərbi qüvvələri Polşada, Rusiyanın ilhaq etdyi Ukraynanın Krım yarımadası ətrafında cəmləşdirilir. Və bu, gərginliyin hansısa mərhələsində qarşıduran tərəflər arasında silahlı toqquşma təhlükəsinin aktual qalmasını təmin edir.

Onu da qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko son açıqlamalarında Rusiyanı tam dəstəklədiyini qətiyyən gizlətməyib. O, hətta ABŞ və NATO-nu Rusiya ilə Belarusun “ortaq düşməni” adlandırmaqdan belə, çəkinməyib. “Batka” vurğulayıb ki, Belarus-Polşa sərhədlərində miqrant böhranı da məqsədyönlü şəkildə yaradılıb: “ABŞ və NATO istəyir ki, silahlı toqquşma baş verərsə, Belarus ordusunun başı Polşa ilə sərhəddəki miqrant probleminə qarışmış olsun, Rusiyaya birbaşa dəstək verə bilməsin”.

353c217f167a125df78f28c7f99ed.jpeg (28 KB)Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son günlər ABŞ və NATO ilə hərbi-siyasi gərginliyin ən təhlükəli həddə çatdığını etiraf edib. O, ABŞ və NATO-nun Ukrayna ətrafında hərbi qüvvə toplamasının artıq Rusiyanı savaşa çağırmaq anlamı daşımağa başladığını vurğulayıb. Bu isə onu göstərir ki, Kremldə Rusiya ətrafında beynəlxalq rəqiblərin hərbi fəallığına ciddi yanaşırlar və narahatdırlar.

Rusiya prezidenti Vladimir Putin isə yaranmış situasiyaya daha sərt reaksiya verib. Onun fikrincə, ABŞ və Qərbin Rusiyanı Ukraynaya hərbi müdaxiləyə hazırlaşmaqda ittiham etməsi sadəcə, bəhanədən başqa bir şey deyil: “Bu ilin əvvəllərindən Rusiyanın Ukraynaya qoşun yeridəcəyi barədə iddialar irəli sürürlər. Ancaq hər kəs görür ki, bu, baş verməyib”.

Kreml sahibi ABŞ və Qərbin Ukraynanı ən müasir silahlarla təchiz etmək cəhdlərini hərbi-siyasi təxribat hesab edir: “Əgər, Ukraynaya Mockvanı bir neçə dəqiqə ərzində vura biləcək zərbə kompleksləri verilərsə, Rusiya qarşı tərəfə oxşar təhlükənin yaradılması məcburiyyətində qalacaq. Əslində, biz artıq indidən buna tam hazırıq. Çünki biz Rusiya sərhədləri yaxınlığında plandan kənar hərbi təlimlərin keçirilməsindən də narahatıq”.

Göründüyü kimi, Kreml sahibi əslində, yalnız Rusiya üçün hərbi təhlükə gözlədiyini vurğulamaqla kifayətlənmir, həm də dolayısı ilə Ukraynaya zərbə endirə biləcəklərinə eyham vurur. Buna qədərsə, Kremldən Ukrayna NATO-ya üzv qəbul ediləcəyi təqdirdə, Rusiyanın savaşa başlayacağı barədə açıq xəbərdarlıq da edilmişdi. Bu isə müəyyən mənada, Kremldə yaxınlaşan savaş ehtimalının əsas müzakirə mövzusuna çevrildiyini göstərir.

667.jpg (79 KB)Ancaq Rusiya prezidentinin dediklərindən belə anlaşılır ki, Kreml qlobal savaşa yol aça biləcək hər hansı hərbi əməliyyatlara o qədər də həvəsli deyil. Əksinə, mövcud situasiyadan mümkün çıxış variantlarını axtarmaqda davam edir. Üstəlik, Kreml sahibi belə variantlardan birini ümumiləşdirilmiş şəkildə gündəmə də gətirib. Onun fikrincə, Ukrayna hazırda Rusiyanın hərbi müdaxiləsi barədə düşünməyə vaxt sərf etməməlidir: “Münasibətlərin normal məcraya yönəldilməsinə çalışmaq lazımdır. Əgər, bu, mümkün olarsa, deməli, hər şey yaxşı olacaq”.   

Maraqlıdır ki, Rusiyanın Ukrayna ilə hərbi-siyasi qarşıdurması hər iki ölkə normal münasibətləri olan dövlətləri də narahat edir. Xüsusilə də, Türkiyə Rusiya-Ukrayna qarşıdurmasının sona çatmasında birbaşa maraqlıdır. Çünki, rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə ikitərəfli münasibətləri ən yüksək səviyyədədir.

Ona görə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna münasibətlərini normallaşdırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürə biləcəyini bəyan etməsi o qədər də gözlənilməz deyil. Rusiya prezidenti V.Putinlə yaxşı anlaşan Türkiyə liderini Ukraynanın Zelenski hakimiyyəti də eşidir. Yəni, rəsmi Ankara Rusiya-Ukrayna qarşıdurmasını nizamlamaq potensialına sahibdir.

Ancaq Kreml Türkiyə liderinin vasitəçilik təklifindən hələlik yararlanmağa o qədər də həvəsli deyil. Böyük ehtimalla əsas səbəblər daha çox hərbi deyil, məhz siyasi faktorlarla bağlıdır. Bu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Türkiyə liderinin vasitəçilik təklifinə verdiyi reaksiyadan da hiss edilir: “Rusiya Donbas münaqişəsində iştirakçı tərəf deyil. Ona görə də, Ukrayna ilə bu mövzuda müzakirələr problemin həlli yolunun tapılması ilə nəticələnməyəcək”.

Belə anlaşılır ki, Kreml Türkiyənin vasitəçiliyi ilə Donbas probleminin müzakirəsinə başlayacağı təqdirdə, münaqişədə tərəf olduğunu rəsmən etiraf etmiş duruma düşməkdən çəkinir. Çünki bu halda, Rusiyanın daha sərt beynəlxalq sanksiyalara məruz qalma ehtimalı olmamış deyil. Və ona görə də Kreml rəsmi Kiyevlə Donbas problemindən kənar ikitərəfli münasibətlərin nizamlanmasına üstünlük verir ki, bu da hələlik mümkün görünmür.

20200228105911-2727.jpg (325 KB)Digər tərəfdən, ABŞ və Qərb Ukrayna ətrafında yaranmış vəziyyətdə Türkiyəni də tərəfə çevirməyə çalışır. Ağ Ev rəsmi Ankaraya Suriyada ciddi strateji güzəştlərin qarşılığında Türkiyənin Qara dənizdə Rusiya əleyhinə hərbi kampaniyaya qatılmağı təklif edir. Yəni, NATO üzvü olan Türkiyəni Rusiya ilə strateji tərəfdaşlıqdan uzaqlaşdırmağa cəhd göstərirlər.

Üstəlik, Qərb siyasi dairələri Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün bütün variantları sınaqdan çıxarır. Belə ki, Qərb mətbuatı iddia edir ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsinə görə, Türkiyə də məsuliyyət daşıyır. Guya Rusiya məhz rəsmi Kiyevin Donbasda Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə PUA-larını tətbiq etməyə başladıqdan sonra narahat olub. Və Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb.

Təbii ki, həm Kreml, həm də rəsmi Ankara bütün bunların ABŞ və Qərbin iki ölkənin qarşılıqlı münasibətlərinə gölgə salaraq, onlar arasında ziddiyyətlər salmaq cəhdləri olduğunu anlayırlar. Bu baxımdan, Türkiyə və Rusiyanın belə təxribatçı manevrlərə əhəmiyyət verəcəyi o qədər də inandırıcı görünmür. Və böyük ehtimalla hərbi-siyasi qarşıdurmaya Türkiyənin də cəlb edilməsi mümkün olmayacaq.

Ancaq istənilən halda, hazırda ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasının artıq təhlükəli istiqamətlər almaq üzrə olduğu qətiyyən şübhə doğurmur. Çünki bu qarşıdurmada indi keçmiş dövrlərdə olduğu kimi, yalnız siyasi faktorlar iştirak etmir. Hazırda hər iki tərəf hərbi faktorları qarşıdurmanın əsas alətinə çevirməyə başlayıb. Bu isə hər an silahlı toqquşma təhlükəsini gündəmdə saxlayır. Çünki ABŞ və NATO Rusiya ilə hərbi toqquşmaya səbəb verərsə, bu, qısa müddətdə hətta III dünya savaşına qədər inkişaf edə biləcək bir təhlükə deməkdir.

Ermənistanda 25 dekabr 2021-ci il tarixindən etibarən həkimlərin qış çağırışı elan edilib

Erməni mediası xəbər verir ki, 25 dekabr 2021-ci il tarixindən 25 fevral 2022-ci il tarixədək 35 yaşa qədər həkimlərin ikiillik xidmətə çağırılması nəzərdə tutulur.

Ermənistan hakimiyyəti 70 ehtiyatda olan həkimi hərbi xidmətə çağırmaq niyyətindədir. Layihə Ədliyyə Nazirliyinin qanun layihələrinin elektron layihə portalında dərc olunub.

Həmin qərar layihəsində artıq xidmətini başa vurmuş həkimlərin ordudan tərxis olunacağı bildirilir.

Saakaşvili məhkəməyə gətirildi

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü siyasətçinin məhkəmədə iştirakı gözlənilir.

“Formula” telekanalının məlumatına görə, Penitensiar Xidmətin maşını Saakaşvilinin olduğu hərbi hospitalın ərazisini tərk edib. Penitensiar Xidmət hələ ki, Saakaşvilinin məhkəməyə aparılıb-aparılmaması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə 2007-ci il noyabrın 7-si müxalifətin aksiyasının dağıdılması işi ilə bağlıdır. Bu, Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana keçirilən 3-cü məhkəmə prosesidir. Gürcü siyasətçi bu proseslərin heç birində iştirak etməyib.

***

“TV Pirveli” telekanalının məlumatına görə, Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

“Bu dəqiqələrdə Saakaşvili məhkəmə binasına aparılıb. Dəqiqliklə deyə bilərik ki, Saakaşvili bu gün xalq qarşısında çıxış edəcək”, - deyə məlumatda qeyd olunub.

***

Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin iştirakı ilə məhkəmə prosesi başlayıb. 

***

Gürcüstanın keçmiş Prezidenti proses zamanı ölkənin məhkəmə sistemini tanımadığını bəyan edib: “Mən prokurorluğun ittihamlarını və məhkəmə sistemini tanımıram. Mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmağa gəlməmişəm”.

 

 
 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oqulgerek Berdiməhəmmədovanın ilk dəfə olaraq fotosu yayılıb.

Qafqazinfo xəbər verir ki, Oqulgerek Berdiməhəmmədovanın şəklini Türkiyənin birinci xanımı Əminə Ərdoğan öz tviter hesabında paylaşıb.

 Sözügedən foto 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində çəkilib.

Bu günə qədər Türkmənistan mediasında Oqulgerek Berdiməhəmmədovanın fotosu paylaşılmayıb. Hətta ölkə və dünya mətbuatı bu hadisəni “15 ildən sonra ilk dəfə Berdiməhəmmədovanın həyat yoldaşının fotosu yayıldı” başlığı ilə dərc edib.

Qeyd edək ki, birinci xanımın tərcümeyi-halı barədə də internet resurslarında məlumat yerləşdirilməyib.

KİV-ə sadəcə bu informasiya məlumdur: Q.Berdiməhəmmədovun O.Berdiməhəmmədovadan 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.

279384
279383

B.1.1.529 koronavirusunun yeni variantının xüsusiyyətlərini öyrənmək bir neçə həftə çəkəcək.
"Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmayer bildirib.

"Erkən təhlillər göstərir ki, bu virusda əlavə araşdırma tələb edən çoxlu sayda mutasiya var. Bu variantın təsirini öyrənmək üçün bizə bir neçə həftə lazımdır. Tədqiqatçılar mutasiyaları və onların nə dərəcədə ötürülə biləcəyini müəyyən etmək üçün çalışırlar", - Lindmayer qeyd edib.

O əlavə edib ki, yeni növ koronavirusun COVID-19-a qarşı vaksinlərin və onun diaqnostik vasitələrinin effektivliyinə potensial təsiri də öyrənilir.

Peskovdan Soçi görüşü barədə açıqlama

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 26-sı Soçi şəhərində keçirilən üçtərəfli görüşlə bağlı açıqlama verib.

Peskovun sözlərinə görə, ümumilikdə Soçi görüşü təqribən 3 saat davam edib.

“Bəli, üçtərəfli görüş başa çatıb”, - deyə Peskov bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşü zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda bir il ərzində görülən işləri qiymətləndiriblər.

V. Putin üçtərəfli görüşdən əvvəl İlham Əliyevlə ikitərəfli görüş keçirib.

Bu yaxınlarda mən yeni çəkilmiş gözəl yol ilə Şuşaya getdim, orada oldum. Şuşa səfərində mən əsl möcüzələrlə rastlaşdım. Həmin möcüzələrin yaradılmasında Azərbaycan xalqının ruhunu bir daha duydum. Azad edilmiş Azərbaycan ərazilərində həmin yaradıcılıq ruhu və ölkənin iqtisadi gücü heyrət doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi ilə görülən bu işlər xalqınız və ölkənizin perspektivlərinin göstəricisi kimi də diqqəti cəlb edir.

Musavat.com xəbər verir ki, bu sözləri məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Heydər Əliyev Mərkəzində keçirdiyi görüşdə söyləyib. Rusiyalı jurnalist Şuşa təəssüratını ifadə edərək deyib: “Azərbaycan xalqı bu ölkədə yaşayan digər millətlərlə əsl birlik nümunəsi göstərən bir xalqdır. Azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, udinlər, ruslar, yəhudilər, ukraynalılar və digər xalqların bu unikal birliyi sizin ölkənizi daha cəlbedici və qüdrətli göstərir. Son bir ildə İlham Heydər oğlu böyük alicənablıq göstərərək Azərbaycan vətəndaşı olan, başqalarının iradəsi hesabına hazırkı situasiyaya düşən ermənilərə də o birliyə qoşulmaq üçün dəfələrlə çağırışlar edib. Bu çağırış Azərbaycan xalqının ürəyinin genişliyini dünya qarşısında bir daha nümayiş etdirir. Bu, Azərbaycan xalqının intellektual və zadəgan mahiyyətinin göstəricisidir”.

Azərbaycanlıların sivilizasiyasını Bakının küçələrində əyani görmək mümkündür - deyən Şevçenko fikrini belə davam etdirib:

“Təsadüfən həmsöhbət olduğum insanların erudisiyasına heyrətlənməyə bilmirsən. Siz öz ədəbiyyatınızla yanaşı, rus ədəbiyyatına, dünya ədəbiyyatına bələdsiniz, üstəlik genetik yaddaşınız azərbaycanlı mədəniyyətini zənginləşdirir”.

Rusiyalı siyasətçi 2020-ci il sentyabrın 27-də başlayan müharibəni xatırladaraq onunla bağlı bir epizoddan danışıb:

“Bu, keçənilki hadisələrin, Ermənistanla Azərbaycan arasında 44 gün çəkən müharibənin yenicə bitdiyi vaxtlarda olub. Yanacaqdoldurma məntəqəsində idim və bu məqamda bir erməni gəncinin mənə tərəf gəldiyini gördüm. Düşündüm ki, indi o, mənə hədyanlar yağdıracaq, amma belə olmadı. O, əksinə, mənə yaxınlaşıb dedi: “Mən hazırkı mövqeyinizə görə sizə təşəkkür etmək istərdim”. Niyə? - dedim, ermənilər elə hesab edirlər ki, mən azərbaycanlıların tərəfini tuturam. O isə cavabında heç də böyük əksəriyyətin o cür fikirləşmədiyini bildirdi: “Yox, sizin mövqeyiniz düzgündür, biz, ermənilər də istəyirik ki, Avropadakı xalqlar kimi birgəyaşayış prinsipləri ilə sülh, əmin-amanlıq şəraitində yaşayaq, bir-birimizi öldürməyək”. Bu fikirlərin təsdiqi olaraq rusiyalı siyasətçi müharibədəki məğlubiyyətdən sonra Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini misal çəkdi: “Əgər Ermənistanda əksəriyyət belə fikirləşməsəydi, Nikol Paşinyanın partiyasına səs verməzdi”.

Almanlar Moskva ətrafına gəlib çıxmışdılar, lakin sovet xalqının iradəsini qıra bilmədilər, - deyən Maksim Şevçenko bunu belə izah edib:

“Ona görə ki, onlar alman xalqı ilə deyil, nasizm ilə döyüşürdülər. Bu, mənim birmənalı fikrimdir ki, Ermənistanla müharibədə də azərbaycanlıların qələbəsini şərtləndirən başlıca amil Azərbaycan xalqının ermənilərlə deyil, erməni faşizmi ilə döyüşdüyünə əminliyi idi. Yeri gəlmişkən, bu həqiqəti sizin Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə vurğulayıb”.

Rusiyalı jurnalist qeyd edib ki, işğal olunmuş ərazilərin azad edilməsindən sonra orada olan hər kəs erməni faşizminin mahiyyətini görüb. Xarabalıqlara çevrilmiş kənd və şəhərlərdə nə vaxtsa insan yaşadığını təsəvvür etmək belə çətindir: “Evlərin dağıdılması, təbiətin ağciyərləri olan yaşıllıqlara tutulan divan, hətta ağacların kökündən çıxarılması faşizmin göstəricisidir. Bunu, XX əsrdə o xalqın adından törədiblər ki, həmin xalq bu gün də genosidə məruz qaldığını iddia edir”.

Ermənilər arasında hazırkı tendensiyadan bəhs edən Maksim Şevçenko deyib: “Onlar 3 min və yaxud 5 min il əvvəl erməni çarı olmuş Tiqran barədə, erməni xalqının dövlətçiliyi barədə danışmağı sevirlər. Amma bugünkü reallıq başqa söz deyir”.

“Bu hakimiyyət “oqoniya” içərisindədir, hakimiyyətdə qala bilməzlər. Onun hakimiyyətdən gedişi vaxt məsələsidir”.

Bunu “Mənim şərəfim” fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın yaxından tanıyan adam kimi deyirəm ki, bu adam qorxur və taleyini gözləyir.
Bununla belə o əlavə edib ki, Paşinyandan hansısa sənəd tələb etməsinlər və diskussiyaya girməsinlər.

“Əgər onunla hansısa sənədlə bağlı diskussiyaya başlasanız, ölkədə bu müzakirədə onu məğlub edə biləcək adam yoxdur”, - Vanetsyan bildirib.

Polşada sığınacaq mərkəzində saxlanılan qanunsuz miqrantlar üsyana qalxıblar.

Polşa sərhəd xidmətinin məlumatında deyilir.

Bildirilib ki, ölkənin qərbində - Vendjin rayonundakı miqrasiya mərkəzində saxlanılan miqrantlar etiraza qalxıb:

“Təxminən 100- ə yaxın aqressiv miqrant binadan çıxıb və “Azadlıq”, həmçinin Almaniyaya getmək istəyi ilə bağlı şüarlar səsləndiriblər. Vəziyyət gərgindir, lakin nəzarətdədir.

Xəbər lenti