İsrail bu ölkələrlə hava əlaqəsini kəsdi

İsrail koronavirusun mutasiyaya uğramış yeni növünün təsbit edildiyi İngiltərə, Danimarka və Cənubi Afrikadan(CAR) gələn əcnəbilərin ölkəyə girişini qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti məlumat yayıb. Qeyd olunub ki, “B.1.1.7 SARS-CoV-2” virusun yayılmasına qarşı yeni tədbirlər görülüb.

Bu tədbirlər çərçivəsində Danimarka, CAR və İngiltərədən gələn xaricilərin ölkəyə girişi qadağan edilib.Bu ölkələrdən qayıdan israillilər ölkəyə daxil olarkən karantin mərkəzləri olaraq istifadə edilən otellərdə 10-14 gün qalmaq və “COVID-19” testi etdirmək məcburiyyətindədirlər.

ABŞ-ın İraqdakı səfirliyinə 8 raket atıldı

ABŞ-ın İraqdakı Səfirliyinə raket hücumu edilib. “Qafqazinfo” xəbər verir ki, atılan raketlərin bir hissəsi əraziyə yaxın olan yaşayış məntəqələrinə düşüb.

İraq hökuməti ABŞ səfirliyinə edilən hücumda 8 raketdən istifadə olunduğunu qeyd edib. Hadisə zamanı səfirlikdə xidmət edən bir əsgər yaralanıb.

ABŞ-ın Bağdaddakı səfirliyinin məlumatına görə, raketlər səfirlikdəki hava hücumu müdafiə sistemi tərəfindən məhv edilib.

İraq şiələrinin lideri Mukteda Sadri isə ölkədə fövqəladə vəziyyətin elan olunması barədə təklif irəli sürüb. Nazirlər Kabinetinin hərbi sözçüsü Yahya Rəssul isə xarici nümayəndələrə edilən hücumun bir xəbərdarlıq olduğunu vurğulayıb.

Sakinləri Paşinyana etiraza çağıran Gorus meri saxlanıldı

Ermənistanın Sünik bölgəsinin Gorus şəhərinin meri Aruş Aruşanyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan öz feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, daha əvvəl Aruş Aruşanyan Gorus sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə mane olmağa çağırmışdı.

Etirazçılar Paşinyanın kortejini dayandırmağa çalışdılar

Ermənistanın Azərbaycanla həmsərhəd Sünik bölgəsinin bir qrup sakini Baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq etiraz mitinqi keçirirlər. 

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq üçün “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.

“Qərarımız Paşinyanın Sünikə girməsinə icazə verməmək üçün Sünik Qapısına çatmaqdır”,- deyə etirazçılardan biri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə - Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.

Bundan sonra isə Gorus şəhərinin meri Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə gəlişinə mane olmağa çağırmışdı. 

 

 

Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa Birliyinin azı 14 üzv dövləti də daxil olmaqla, dünyanın onlarla ölkəsi Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar veriblər.

 “Report” xəbər verir ki, Birləşmiş Krallıqla uçuşların dayandırılması qərarını ilk olaraq Niderland hakimiyyəti elan edib.

Niderlanddan azı 24 saat sonra Belçika Böyük Britaniya ilə sərhədini bağlayıb. Bununla əlaqədar olaraq London və Brüssel, London və Amsterdam şəhərləri arasında dəmir yol əlaqəsi kəsilib.

Latviya hökuməti də dünən Birləşmiş Krallıqla sərnişin daşınmalarının dayandırılması barədə qərar qəbul edib. Finlandiya isə Britaniya ilə hava əlaqələrini iki həftəlik dayandırıb.

İspaniya Britaniya ilə sərnişin daşınmasını hələ dayandırmasa da, bu ölkədən gələn sərnişinlərə nəzarəti gücləndirib.

Lakin İsveçrə İspaniyadan fərqli mövqe tutub. Bu ölkə Britaniya ilə hava əlaqəsini kəsib.

Birləşmiş Krallıqla hava əlaqəsini dayandıran ölkələr arasında Xorvatiya da var. Ölkənin baş naziri Andrey Plenkoviç bildirib ki, bu, koronavirusun yeni formasının yaranması ilə əlaqədardır.

Kanada hakimiyyəti dekabrın 21-dən Britaniya ilə hava əlaqəsini dayandırdığını bəyan edib. Ancaq SBS telekanalı bunun müvəqqəti olduğunu bildirib.

Eyni zamanda Kolumbiya hakimiyyəti də bu gündən Britaniya ilə hava nəqliyyatını dayandırıb. Bu barədə “El Tiempo” ölkə prezidenti İvan Dukeyə istinadən məlumat yayıb.

Britaniya ilə əlaqələrini kəsən ölkələrin siyahısında Çexiya, Argentina da var.

Xatırladaq ki, dekabrın ortalarında Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb. Britaniya Səhiyyə Nazirliyində bildiriblər ki, yeni COVID-19 adi virusdan daha sürətlə yayılır və Londonda üstünlük təşkil edir.

Koronavirusun yeni mutasiyası ilk olaraq Böyük Britaniyada tapılıb.

Oxu.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, sentyabr ayında Britaniyada virusun yeni növü aşkar edilib.

Britaniya səlahiyyətliləri həftənin əvvəlində ölkədəki koronavirusun genetik variantlarından birinə yoluxma hallarının olduğunu açıqlayıblar.

Daha sonra ÜST-ə görə koronavirusun mutasiyası Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Cənubi Afrika və İtaliyanın səlahiyyətliləri də ölkədə yeni gərginliyin təsbit edildiyini bildiriblər.

Virusun yeni növünün Britaniyada yarandığı və ya buraya xaricdən gətirildiyi barədə məlumat yoxdur.

Vaksinlərin virusun yeni variantına qarşı təsirli olub-olmayacağına dair də açıqlama verilmir.

ÜST-ün xüsusi nümayəndəsi Devid Nabarro qeyd edib ki, Böyük Britaniyada aşkar olunan koronavirusun yeni mutasiyası insanlar üçün böyük təhlükə yaratmır, amma daha yoluxucu ola bilər.

ÜST daha sonra yeni mutasiya ilə əlaqədar olaraq Britaniya səlahiyyətliləri ilə sıx əlaqədə olduğunu bildirib və bu barədə daha çox məlumat əldə etdikləri zaman xüsusiyyətləri və nəticələri barədə ictimaiyyəti məlumatlandıracağına dair söz verib.

Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan bəzi Avropa ölkələrində tapılan koronavirus mutasiyasının peyvəndə qarşı daha az həssas ola biləcəyi barədə bir məlumat olmadığını deyib.

Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato yapon həkimlərin hələ Britaniyada yayılan yeni koronavirus infeksiyasını ölkədə aşkar etmədiklərini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.

Report xəbər verir ki, Ərdoğanın böyük qardaşının oğlu Əhməd Ərdoğan 73 yaşında vəfat edib.

O, Kocaeli vilayətindəki dövlət xəstəxanasında müalicə edilirdi. Əhməd Ərdoğan ürək xəstəliyindən əziyyət çəkib.

 

 

 

 
 
"Koronavirusun mutasiyaya uğrayaraq İngiltərədə yoluxma sürətinin artdığı bildirilib".

 APA xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb.

O, 4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərarın verildiyini bildirib:

"Prezidentimizin təlimatı, Nəqliyyat və İnfrastruktur Nazirliyimizin koordinasiyası ilə Britaniya, Danimarka, Hollandiya və Cənubi Afrika Respublikasından ölkəmizə olan uçuşların müvəqqəti dayandırılmasına qərar verilib".

“Bu il dünya üçün bərbad il olsa da, ən varlı insanlar 2020-ci ildə öz aktivlərini 2 trilyon dollar artırıb”.

Redaktor.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dünya milyarderlər klubunun üzvlərinin toplam varidatı 11,4 trilyon dollara çatıb, sayları isə 3000 nəfərə yaxındı:

“Yəni, dünyada 3000 nəfərin var-dövləti 11,4 trilyon dollardır. Bu vəsait hesabına dünyada aclığa, susuzluğa, kasıbçılığa qalib gəlmək, bəşəriyyəti tam yenilənəbilər enerjiyə keçirmək olar.

Yaxşı, böhranlı 2020-də bu insanların pulu niyə artdı? Çünki həm FES (ABŞ), həm AB, həm Çin və Yaponiya dünya iqtisadiyyatına göydən pul səpdilər, pul (kredit) ucuzlaşdı və ayrılan 12 trilyon vəsait real sektordan daha çox səhm bazarına getdi. Bu da dünya iqtisadiyyatında növbəti böhranların əsasını qoydu.

Yəni, dünya arxasında heç nə durmayan pul bolluğuna düşüb. Bir müddət sonra isə borcların qaytarılması, "suyun" çəkilməsi dövrü başlayacaq, o zaman dünyada insanların, şirkətlətin, hətta ölkələrin bankrotluq dövrü başlayacaq”.

Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində 8 pasiyent ölüb.

Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, SANKO Universitetinin Reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib. 

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib. /Report 

 

 

 

 
 
 

Xəbər lenti