KİV: Tramp ABŞ-də ölüm cəzasını bərpa etməyi planlaşdırır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkədə federal səviyyədə ölüm cəzasını bərpa etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Cozef Bayden administrasiyası dövründə bu cəzaları müvəqqəti olaraq dayandırmaq məqsədilə moratorium elan edilmişdi.

Xatırladaq ki, ABŞ-də 2024-cü ilin noybrında keçirilən prezident seçkilərində Tramp qalib gəlib. Bu gün onun andiçmə mərasimi keçiriləcək.

ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb - CANLI

Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi ilə bağlı son hazırlıq işlər gedir.

 "Report" xəbər verir ki, yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 18:30) Nebraska və Linkoln universitetlərinin birləşmiş xor kollektivlərinin çıxışları başlayıb. Bundan sonra mərasimin rəsmi hissəsi başlayacaq və əvvəlcə Vens and içəcək.

Daha sonra Tramp inauqurasiya nitqinə başlayacaq və və administrasiyasının növbəti dörd il üçün hədəflərini açıqlayacaq.

Trampın inauqurasiya nitqindən sonra səlahiyyət müddəti başa çatan Cozef Baydenin ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edəcəyi gözlənilir.

Yeni dövlət başçısı daha sonra prezident otağında bir sıra əsas sənədləri imzalayacaq.

İnauqurasiyada Tramp və Vens ailələrinin üzvləri, həmçinin vəzifəsini tərk edən Baydenlə həyat yoldaşı, vitse-prezident Kamala Harrislə əri iştirak edəcək. Bundan başqa, inauqurasiyaya ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Bill Klinton və Corc Buş qatılıb.

Tramp üçün əsas Azərbaycandır - ABŞ diplomatı

Məncə, Cənubi Qafqaz Tramp administrasiyasının prioritetlər siyahısında ən aşağı yerlərə keçəcək, çox güman ki, diqqət ABŞ-Meksika sərhədi, Çin, Yaxın Şərqə yönələcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.

“Tramp administrasiyası dövründə əsas prioritetlər enerji təhlükəsizliyi olacaq: neft və qaz! Bu o deməkdir ki, Azərbaycan diqqət mərkəzində olacaq, Deməli, sizin regionda bu iki məsələ, enerji təhlükəsizliyi və İsrail (İsrail isə Azərbaycanla müttəfiqdir) ABŞ-ın xarici siyasətinə hakim olacaq”, - o bildirib.

Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək

Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət etmək üçün Qahirədə 5 ölkənin iştirak etdiyi birgə əməliyyat qrupu yaradılması barədə razılığa gəlinib.

Yaradılan əməliyyat qrupunda atəşkəs razılşamasının müddəalarına əməl olunmasını və effektiv koordinasiyanı təmin etmək üçün ABŞ, Qətər, Misir, İsrail və Fələstinin ölkələrin nümayəndələri yer alacaq.

Qeyd edək ki, İsraillə HƏMAS arasındakı razılaşma yanvarın 19-dan etibarən qüvvəyə minəcək.

İsrail tərəfi də atəşkəsi təsdiqləyib.

Kremldə namaz qıldı - FOTO

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasındakı yüksək səviyyəli danışıqların davam etdiyi bir vaxtda iranlı jurnalist diqqətçəkən bir addım atıb.

Axar.az xəbər verir ki, jurnalist öz dini vəzifəsini yerinə yetirmək üçün Kremldə sakit bir yer tapıb və namaz qılıb.

Həmin görüntünü təqdim edirik:

 

 

 
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general

Ölkəsinin təsir dairəsini genişləndirmək iddiası ilə çıxış edən ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir.

Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə toxunan general-leytenant Viktor Sobolev bu sənədi Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün son dərəcə təhlükəli adlandırıb.

“Əlbəttə, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təhdid edir. Axı Tramp indi ABŞ-də iqtidardadır, axsayan və yıxılan Bayden deyil. Bu, Amerikanı böyük etmək istəyən bir adamdır. Onun Ermənistana girməsi, onun bizim düşmənimiz olacağına dair ilk siqnaldır. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun anti-Rusiyaya çevrilməsi riskləri var", - rusiyalı deputat bildirib.

O əlavə edib ki, bu da nəticə etibarilə Trampa olan ümidlərimizi boşa çıxara bilər: "Tramp eyni zamanda bəyan edib ki, Kanada, Qrelandiya ABŞ-nin bir hissəsidir. Əlbəttə ki, bu çox ciddidir. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Təbii ki, Ermənistanda NATO bazaları yerləşəcək və bizim qoşunlarımız oradan atılcaq. Bizim isə hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bu, çox ciddidir”, - general Sobolev bildirib.

İmran Xan 14 il həbs cəzasına məhkum edildi

Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini müvafiq olaraq 14 və 7 il müddətinə azadlıqdan məhrum edib.

Netanyahu atəşkəs anlaşmasını pozacağını bəyan etdi

Netanyahu razılaşmanın birinci mərhələsindən sonra Qəzzada əməliyyatı bərpa edəcəyinə söz verib.

Bu barədə “The Washington Post”a (WP) etibarlı mənbələrdən məlumat verilib.
İsraillə HƏMAS arasında atəşkəs anlaşmasından sonra İsrailin həyata keçirdiyi hücumlarda 23-ü uşaq, 27-si qadın olmaqla cəmi 83 fələstinli həyatını itirib, ən azı 250 isə nəfər yaralanıb. Qeyd edək ki, atəşkəs barədə anlaşma yanvarın 19-da qüvvəyə minəcək.
"Atəşkəsin əldə olunması baş nazir Benyamin Netanyahunun koalision hökumətində ciddi fikir ayrılığına səbəb olub. Hətta Netanyahu hökumətinin bəzi üzvləri, xüsusən də ifrat sağçı olan maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir koalisiya tərəfdaşlaırnı tərk edəcəkləri ilə hədələyib.
Nütanyahu da koalisiyasını qoruyub saxlamaq və hökumətinin iflasa uğramamsı üçün ifrat sağçı tərəfdaşlarına müqavilənin birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağında hərbi əməliyyatların bərpa oluna biləcəyinə söz verib", -WP yazıb.
Onu da qeyd edək ki, atə.şkə anlaşmasının birinci mərhələsi 42 gün nəzərdə tutulur. Bu mərhələdə İsrail ordusunu Qəzzadan çıxarmalı, HƏMAS isə 33 girovu azad etməlidir.
İkinci mərhələ çərçivəsində bütün israillilərin azad edilməsi və daimi atəşkəs nəzərdə tutulur. Üçüncü mərhələdə tərəflər ölənlərin cənazələrini dəyişdirəcək, Qəzzada yenidənqurma işlərinə başlanacaq.

ŞOK: Rus qırıcıları Polşaya girdi

NATO Müttəfiq Hava Komandanlığı (AIRCOM) çoxlu sayda Rusiya döyüş təyyarəsinin Polşa hava məkanına daxil olduğunu bəyan edib.

Bu barədə məlumat NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında paylaşılıb.

“Çoxlu sayda Rusiya təyyarəsi Polşa hava məkanına daxil olub”, - məlumatda deyilir.

Məlumatda eyni zamanda qeyd olunur ki, buna cavab olaraq 2 Norveç F-35 təyyarəsi havaya qalxıb.

"Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxıb, müttəfiqlərin NATO-nun şərq cinahına sadiqliyini nümayiş etdirib", - məlumatda qeyd olunur.

Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır.

APA xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Bu gün, həmçinin, Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə başlayır.

Bu cinayət işinə də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işləri üzrə ittiham aktları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xəbər lenti