Baydenin işçiləri Ağ Evdən maşın-maşın məxfi sənəd çıxarırlar

Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk etməyi planlaşdırır.

oxu.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat verib.

"Köçmək üçün yük maşınları artıq Ağ Evdədir və Baydenin işçiləri sənədləri yükləyirlər, çünki o, gələn həftə oradan köçməyə hazırlaşır", - deyə nəşr bildirib.

Agentlik qeyd edir ki, vəzifədən gedən administrasiya Ağ Evdən hansı sənədlərin çıxarılacağını yoxlamaq üçün yeni və təhlükəsiz protokol vəd edib.

Həmçinin vurğulanıb ki, Bayden sonuncu dəfə postunu tərk edərkən özü ilə "minlərlə sənəd" götürüb, hansı ki, o sənədlər saxlanması üçün ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinə göndərilməli idi.

21 ildən sonra Türkiyəyə ilk tarixi səfər Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Türkiyəyə rəsmi səfərə gedir.

Monqolustan prezidenti Xurelsuxun Türkiyəyə səfəri prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında reallaşacaq.

Ankarada Ərdoğanla baş tutacaq görüşlərdə Türkiyə və Monqolustan münasibətlərinin bütün aspektlərinin nəzərdən keçiriləcəyi, əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə ediləcəyi və aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun səfəri şərh edərkən deyib ki, 21 ildən sonra Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində ediləcək səfər köklü tarixi keçmişə malik türk və monqol xalqları arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə təkan verəcək.
“İsrail qoşunları çıxarılacaq” - Bayden atəşkəsdən danışdı

ABŞ Prezidenti Co Bayden Qəzzada atəşkəsin əldə olunması haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bayden razılaşmanın mərhələlərini açıqlayıb.

Onun sözlərinə görə, Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək. Atəşkəs İsrail qoşunlarının çıxarılması və girovların azad edilməsini əhatə edəcək.

İkinci mərhələ girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur, atəşkəs daimi xarakter alacaq.

Müqavilənin üçüncü mərhələsi öldürülən girovların qalıqlarının qohumlarına qaytarılmasını və anklavın bərpasına başlanılmasını nəzərdə tutur.

qezzada-ateskes

Qəzzada atəşkəs razılaşması əldə olunub.

“Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilir ki, HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.

Bu yaxınlarda birgə bəyanat dərc olunacağı qeyd edilir.

***

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsraillə HƏMAS arasında atəşkəs imzalandığını açıqlayıb.

Tramp sosial media hesabındakı paylaşımında, “Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar tezliklə azad olunacaqlar. Təşəkkürlər”, - qeyd edib.

Trampın dövründə sazişi həyata keçirmək çətin olacaq - Sarkisyan

"Əvvəla, onu anlamaq lazımdır ki, ABŞ-Ermənistan arasındakı strateji tərəfdaşlığı ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik münasibətləri demək deyil.
ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti, hərbi yardım verməyəcək, yardım kimi silah və ya sursat satmayacaq və ya tədarük etməyəcək".

Bunu politoloq Suren Sarkisyan Ermənistanla Amerika arasında imzalanan strateji tərəfdaşlıq sazişini şərh edərkən deyib.

O bildirib ki, Gürcüstan anaoloji sənədi hələ 2009-cu ildə imzalayıb. "Bu statusun nəticəsini hamımız görürük", - o vurğulayıb.

O əlavə edib ki, bu format Ermənistanda Amerika hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur: "Təhlükəsizlik sahəsində o, məsləhət proqramlarına dəstək, hərbi-hərbi əlaqələr, peşəkar hərbi təhsil imkanları və ştatın Kanzas Milli Qvardiyası ilə uzunmüddətli tərəfdaşlığının davam etdirilməsini əhatə edir.
İqtisadiyyat, islahatlar, insan hüquqları ilə bağlı proqramlar çərçivəsində əlavə maliyyə və texniki dəstək göstəriləcək. Nüvə energetikası sahəsində, hesab edirəm ki, Amerikanın kiçik atom elektrik stansiyalarını Ermənistanda yerləşdirmək istəyi var.
İndi əsas sual budur: Bayden administrasiyası ilə bağlanmış bu sənədi yeni Tramp administrasiyası dövründə həyata keçirmək mümkün olacaqmı? Bunu etmək çətin olacaq”.

Baykardan daha bir ilk: peyk kosmosa buraxıldı - Video

Türkiyənin "Fergani Space" şirkətinə məxsus ilk peyki "FGN-100-d1" SpaceX-in raketi ilə ABŞ-dəki Vandenberq bazasından kosmosa göndərilib.

Bununla bağlı Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar paylaşım edib.

Türkiyə Kosmik Agentliyinin (TUA) bununla bağlı etdiyi paylaşımda Türkiyənin kosmos ekosistemində ciddi yer aldığı və kosmik sahədə yeni bir dövrün başlandığı qeyd olunub:

"Fergani Space" SpaceX-in Falcon 9 raketi ilə FGN-100-d1 adlı ilk peykini kosmosa göndərərək Small-GEO kateqoriyasında yeni bir dövrə başladı. Rabitə və geolokasiya sahəsində qlobal əhatəni təmin edəcək peyk Plan-S yenidir. Türkiyənin kosmos sahəsindəki bu addımları Milli Texnologiya Hərəkatının gücünü bir daha sübut edir".

Ermənistan Rusiyaya nota verib

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə məlumatı Ermənistan XİN-yayıb.

Bildirilib ki, səfir “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı XİN-ə dəvət olunub.

Rusiya səfirinə müvafiq nota təqdim edilib.

Moskvada yaşayanlara xəbərdarlıq edildi - Yanvarın 23-ü…

Yanvarın 23-dən sonra Rusiyanın mərkəzində 20 dərəcə şaxta müşahidə edilə bilər.

Baku.ws xəbər verir ki, bu proqnozu "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov paylaşıb.

Sinoptikin sözlərinə görə, Moskvada və mərkəzi zonanın digər şəhərlərində soyuqlar rəqəmsal uzunmüddətli proqnoz modellərindən biri ilə proqnozlaşdırılıb. Soyuqlar kifayət qədər uzun olacaq və 20 dərəcə şaxtalar müşahidə ediləcək.

Şuvalov qeyd edib ki, proqnoz dəyişə bilər.

Daha əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirmişdi ki, yanvarın sonuna kimi Rusiyanın əksər hissəsində çox isti hava şəraiti hökm sürəcək, ölkənin əksər hissəsində isə temperatur normadan yüksək olacaq. Meteo Proqnozlar Mərkəzinin sinoptikçisi Aleksandr İlinin sözlərinə görə, paytaxtda isti qış soyuq yazla əvəz oluna bilər.

Rusiya Şərqi Avropanı “özünə birləşdirir”

Bu ölkədəki seçkilərdə rusiyameylli qüvvələrin üstünlük əldə etməsinin səbəbi nədir? 

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkisinin ikinci turunda bülletenlərin 99,48 faizinin sayılmasından sonra səslərin 74,66 faizini toplayıb. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Onun rəqibi, hakim mühafizəkar HDZ partiyasının dəstəklədiyi keçmiş təhsil naziri Draqan Primorak isə 25.34 faiz səs toplayıb.

Daha bir Şərqi Avropa ölkəsi olan Rumıniyada isə təkrar prezident seçkisi mayın 4-nə təyin edilib. Bu barədə Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında deyilib. “Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkisinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, noyabrın sonunda Corce Simion Rumıniyada prezident seçkisinin birinci turunda qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb. İkinci yerdə NATO və ABŞ ilə tərəfdaşlığı dəstəkləyən “Rumıniyanın Qurtuluş İttifaqı” müxalifət partiyasının lideri Elena Laskoni qərarlaşıb. O, 19,18% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, Simion və Laskoninin iştirakı ilə seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulurdu.

Seçki məntəqələri dekabrın 8-də açılmalı idi. Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi təcili iclasdan sonra prezident seçkisinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib. Rumıniya prezidenti Klaus İohannis bildirib ki, Georgeskunun seçki kampaniyasına xarici dövlətdən dəstək aldığı iddia edildiyi üçün seçki ləğv edilib. Bu məlumatı sonradan Konstitusiya Məhkəməsi də təsdiqləyib.

Xorvatiyada keçirilən prezident seçkisində də Rusiyaya yaxın olduğu deyilən siyasətçinin daha çox səs toplaması Şərqi Avropanın Qərbi Avropanın təsir dairəsindən kənarlaşmaqda olduğunun təzahürləri kimi qiymətləndirilir. 

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi şərhçi Azad Məsiyev “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, haqqında söhbət gedən seçkinin nəticələri Rusiyanın Şərqi Avropaya təsirinin, nüfuzunun son vaxtlar artmasını göstərir: “Qərbdən, xüsusən də ABŞ-dan asılı olan, bu ölkəyə bağlı siyasi qüvvələrin və siyasətçilərin reytinqi eniş dövrünə qədəm qoyub. Qarşılığında isə Rusiyaya meylli və ya Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edən siyasi qüvvələrin ictimai rəydə dəstəyi artır. Şərqi Avropa ölkələri uzun illər SSRİ zamanında Rusiya ilə çox sıx bağlar qurmuşdu. SSRİ-nin süqutundan sonra ABŞ, Qərbi Avropa həmin bağları nə qədər mümkündür qırmağa çalışdılar və xeyli dərəcədə qırdılar. Ancaq son dövrlər o ölkələrdə keçirilən seçkilərin nəticələri cəmiyyətlərdə Rusiya ilə əlaqələrin tərəfdarlarının sayının artmaqda olduğunu ortaya çıxarır. Bu proses o dərəcədə irəliləyib ki, rusiyayönlü siyasi liderlər və siyasi qüvvələr seçkilərdə üstünlüyü ələ alırlar və qələbə çalırlar. Rusiya amili Şərqi Avropanın Qərbi Avropanın təsiri altından çıxarmaqdadır”.

Pezeşkian: İran Donald Trampı öldürməyi heç vaxt planlaşdırmayıb

İran heç vaxtı ABŞ-nin seçilən Prezidenti Donald Trampı öldürməyi planlaşdırmayıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində bildirib.

O, Donald Trampa qarşı sui-qəsdlə bağlı suala cavabında deyib: “Bu, İsrailin və başqa ölkələrin İranafobiyanı təşviq etmək üçün hazırladıqları sxemlərdən daha biridir. İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və planlaşdırmayıb”.

Məsud Pezeşkian ABŞ-nin seçilən prezidentinin həyatına sui-qəsdlə bağlı heç bir cəhd olmayacağına dair söz verməyə hazır olub-olmadıqları ilə bağlı suala cavabında bildirib: “Biz heç vaxt buna cəhd etməmişik və etməyəcəyik”.

Bildirilib ki, bu, ABŞ-də keçirilən prezident seçkisindən sonra Məsud Pezeşkianın xarici mətbuata verdiyi ilk müsahibə idi.

İran KİV-in məlumatına əsasən, prezident bu müsahibədə sensasiyalı açıqlama verib. Ancaq onu hələ yaymayıblar.

Xəbər lenti