Ərdoğan göz yaşına hakim ola bilmədi - FOTO

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Kartalkayadakı qış turizm mərkəzində baş verən yanğında həyatını itirənlərin dəfn mərasimində iştirak etmək üçün Boluya gedib.

O, hoteldəki yanğında 14 ailə üzvünü itirən Gültəkin ailəsinin evinə gedərək başsağlığı verib.

Ərdoğan daha sonra ailənin 8 nəfərin cənazə namazına qatılıb. 

Dəfn mərasimində iştirak edən prezident göz yaşına hakim ola bilməyib.


Zelenski: 200 min avropalı əsgərə ehtiyac var

Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ən azı 200 min avropalı əsgər lazımdır.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forum çərçivəsində "reuters"ə müsahibəsi zamanı deyib.

Zelenski hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra təhlükəsizliyi təmin etmək üçün ən azı 200 min avropalı sülhməramlıya ehtiyac var. "Əks halda təhlükəsizliyi təmin etmək mümkün olmayacaq", - o vurğulayıb.

Zelenskinin fikrincə, bu, Rusiya qoşunlarının yeni işğalının qarşısını alacaq xarici hərbçilərin sayıdır.

O əlavə edib ki, Rusiya silahlı qüvvələrinin sayı 1,5 milyon nəfərdir, Ukrayna ordusunun sayı isə bunun yalnız yarısıdır.

Ermənistan bu əraziləri də Azərbaycana verəcək - Abramyan 

Ermənistan və Azərbaycan arasında Tavuş bölgəsi ilə sərhədin delimitasiyası üzrə işlərin başlanması və ya bərpa edilməsi haqqında razılaşma bütün aspektlər baxımından Azərbaycanın maraqlarına uyğundur.

Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, bu, bir daha onu sübut edir ki, diktə edən tərəf Azərbaycan oldu və Ermənistan güzəştə getdi.

Deputat hesab edir ki, burada əsas problem anklavlarla bağlı olan məsələdir və beynəlxalq hüquq anklavların Azərbaycana qaytarılmasına yaşıl işıq yandırır ki, bu da Ermənistanın maraqlarına uyğun deyil.

"Bütün bunlar Ermənistan hakimiyyətinin demarkasiya adı altında təqdim etdikləri Azərbaycanın tətbiq etdiyi güzəştdən və Azərbaycan ideyaları ilə həyata keçirilən kapitulyasiya prosesindən başqa bir şey deyil.

Onu da xatırlatmaq istərdim ki, Ermənistanla Azərbaycan arasında imzalanmış əsasnamənin problemli müddəalarından birində qeyd olunur ki, sərhədin hər hansı hissəsi razılaşdırılarsa, sərhədin bu hissəsi demarkasiya olunmuş sayılır və dəyişdirilə bilməz.

Azərbaycanın demarkasiya adı altında onun üçün vacib sayılan sərhəd hissələrini tələb etməsi və qəbul etməsi böyük narahatlıq doğurur. Nəticədə Azərbaycan istədiyini alacaq, Ermənistan isə əlavə ərazilər itirmiş olacaq", - erməni deputat deyib.

Qeyd edək ki, hazırda Azərbaycanın 4 anklav kəndi - Qazaxın üç (Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) və Sədərəyin Kərki kəndi Ermənistanın işğalı altındadır.

Türkiyədəki dəhşətli yanğında bir ailənin 14 üzvü ölüb - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə qış turizm bölgəsi olan Bolu Kartalkaya Xizək Mərkəzindəki otellərdən birində baş verən yanğında 76 nəfər həlak olub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Grand Kartal" otelində yaşanan faciədən sonra bu ölkədə 1 günlük matəm elan edilib.

Hadisə nəticəsində ölənlərdən 14-nün eyni ailənin üzvləri olduğu məlum olub.

Belə ki, yanğın günü oteldə qonaq olan 238 nəfər arasında Türkiyə Hava Yollarının əmədaşı Zehra Sena Gültekin və ailəsi də olub.
Sena Gültekin məktəblər tətilə buraxıldığı üçün həyat yoldaşı, 3 uşağı və digər 9 ailə üzvü ilə birlikdə Kartalkayaya yollanıb.

Türkiyə mətbuatının yazdığına görə, yanğın nəticəsində sözügedən 14 nəfərin hamısı ölüb.

S.Gültekinin ysnğın bşladıqdan sonra anasına zəng edərək halallıq istədiyi üzə çıxıb.

 

Trampdan Putinə ilk hədə: Sülhə razılaşmasa...

ABŞ prezidenti Donald Tramp Ağ Evdə prezidentliyinin ikinci dövrünün ilk mətbuat konfransında xarici siyasətlə bağlı bir çox mövzuda qiymətləndirmələr edib.

Tramp Rusiya-Ukrayna müharibəsinin bitməsi istiqamətində də mövqeyini açıqlayıb.

O, prezident Vladimir Putinə hədələyici xəbərdarlıq edərək bildirib ki, Putin danışıqlar masasına əyləşməsə Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək.

Tramp Putinlə görüşəcəyini və ən qısa zamanda müharibənin bitməsi üçün çalışacağını bildirib.

Onu da əlavə edib ki, Zelenski də sülh istəyir: "Sülhü çox istəyirəm, amma tanqo üçün iki nəfər lazımdır. Nə olacağını görəcəyik. Nə vaxt istəsə, Putinlə görüşəcəyəm. Mən bu müharibənin bitməsini istərdim”.

Bu müharibədə iki ölkənin ümumilikdə 1 milyon 500 minə yaxın əsgər itirdiyini bildirən Tramp deyib ki, Rusiya 800 minə yaxın, Ukrayna isə 600-700 min əsgər itirib.

Ukraynaya silah tədarükünə gəlincə, Donald Trampın sözlərinə görə, bu məsələ nəzərdən keçirilir.

İsrail o silahları Ukraynaya verəcək

Təl-Əviv Rusiya istehsalı olan silahları Kiyevə ötürməyi planlaşdırır.

Bu barədə Ukraynanın İsraildəki səfirliyi “Facebook”da məlumat yayıb.

Məlumata görə, Ukraynanın səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şarren Haskel ilə görüşüb.

“Görüş zamanı səfir İsrail Müdafiə Qüvvələri tərəfindən Livanda və ya başqa yerlərdə İsrailin düşmənlərindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya verilməsi təklifinə görə nazir müavininə minnətdarlığını bildirib”, - məlumatda deyilir.

Suriyanın yeni hakimiyyətindən Rusiyaya daha bir zərbə 

Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə investisiya müqaviləsini ləğv edib.

“Bu barədə Suriyanın “Al Watan” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi məlumat verib.

Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.

Qeyd edək ki, 2019-cu ildə Rusiya Baş nazirin müavini Yuri Borisov Rusiya və Suriyanın Tartus limanını 49 il müddətinə “Stroytransgaz”a icarəyə vermək barədə razılığa gəldiyini açıqlayıb. Onun inkişafına 500 milyon dollar sərmayə qoymalı idi. Bu məbləğdən nə qədərinin xərcləndiyi məlum deyil. Suriya səlahiyyətliləri həmçinin limanın gücünün ildə 4 milyon tondan 38 milyon tona yüksələcəyini gözləyirdi.

Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir – Rus ekspert

Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir.

Bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib.

“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb:

“Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O, həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaların əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.(Axar.az)

Tramp: "İranla əməkdaşlıq edənlərin ABŞ ilə iş görmək hüququ yoxdur"

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun "Capital One" arenasındakı son çıxışında Co Bayden administrasiyasının İrana münasibətini bir daha tənqid edib.

"Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Donald Tramp prezidentliyi dövründə İranın ağır iqtisadi böhran içində olduğunu, HƏMAS və "Hizbullah"ı maliyyələşdirə bilmədiyini vurğulayıb.

Tramp bildirib ki, İran hökuməti ilə əməkdaşlıq edən hər hansı fiziki şəxs və ya qurum ABŞ ilə sövdələşməyə girmək hüququna malik deyil.

ABŞ dövlət başçısı ilk prezidentlik dövründə İrana qarşı "maksimum təzyiq" siyasəti həyata keçirib və görünür, bu siyasəti davam etdirəcək.

ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ - Tərəfləri nə gözləyir?

"Prezident Donald Tramp administrasiyası artıq ABŞ-ın Ukrayna ilə bağlı strategiyasında kursu dəyişdiyini açıq şəkildə bildirir".

Bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Donald Tramp hətta seçki kampaniyası zamanı da məqsədinin insanların ölümünü və şəhərlərin dağıdılmasını dayandırmaq olduğunu bəyan edib.

“Hesab edirəm ki, bu, ümumi maraqlara uyğundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Rubio etiraf edib ki, bu, asan olmayacaq, çünki hər bir tərəf döyüşə son qoymaq üçün “nə isə verməli olacaq”.

"Günün sonunda reallıq ondan ibarətdir ki, biz indi dalana dirənmişik. Uzun sürən münaqişə, Ukraynanın böyük ziyana uğradığı çıxılmaz vəziyyət", - o əlavə edib.(publika.az)

Xəbər lenti