Tramp: Putin Rusiyanı məhv edir

Rusiya Ukraynadan daha böyükdür, onların itirilə biləcək daha çox əsgəri var, amma belə bir ölkəni idarə etmək qəribədir.

Bunu prezident Donald Tramp Oval kabinetdə sərəncamlar imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Tramp əlavə edib ki, Putin Ukraynadakı müharibəyə son qoysa, özü üçün yaxşı olacaq. "Putin özünü o qədər də yaxşı getmir. Bu müharibədə Rusiya bir milyon əsgərini itirib", - Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, bunun üçün də Putinlə danışmalıyam və anlaşmalıyıq.

“İnsanların çoxu müharibənin bir həftəyə bitəcəyini düşünürdü. Düşünürəm ki, Putin bu müharibəni bitirməsi daha yaxşı olardı”, - o qeyd edib.

Tramp onu da əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski münaqişəni sona çatdırmaq üçün razılaşma əldə etmək istəyir:

“Zelenski müqavilə bağlamaq istəyir. Bilmirəm, Putin bunu istəyir, ya yox. O, müqavilə bağlamalıdır. Düşünürəm ki, o, razılaşma əldə etmədiyindən Rusiyanı məhv edir”.

İlon Maskı faşist adlandırdılar - Hərəkəti viral oldu

ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasimindən sonra çıxış edən amerikalı milyarder İlon Mask bu dəfə təbriki və salamı ilə dünyanın gündəminə gəlib.

Ölkə.Az xəbər verir ki, İlon Maskın salamlama jesti nasist salamı kimi dəyərləndirilib.

Mask çıxışında Trampın qələbə çalması və bu planlarını reallaşdırdıqlarına görə, hamıya təşəkkür edib və nasist salamına bənzəyən bir jest edib.

Bu hərəkətdən sonra sosial mediada bir çox istifadəçi Maskı nasist salamı verməkdə ittiham ediblər. 

Bu istər dünya mediasında, istərsə də sosial media şəbəkələrində geniş müzakirə predmeti olub.

Mürtəza
Ölkə.Az

Trampdan sərt addım: Bütün xarici yardım proqramlarını dayandırdı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminin ilk günündə ABŞ-nin bütün xarici yardım proqramlarını dayandırılması barədə sərəncam imzalayıb

"Associated Press" xəbər verir ki, sərəncam müvvəqqəti xarakter daşıyır və 90 gün qüvvədə olacaq. "Sərəncamın məqsədi həmin yardımların müəyyən olunmuş hədəflərə istifadə olunmasını və ünvanına çatmasını yoxlamaqdır. Yardımların ünvanlılığı yoxlanılana qədər yadımlar dayandırılacaq", - nəşr yazır.

Sərəncamda qeyd edilir ki, xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqları ilə uyğun gəlmir və bir çox hallarda Amerika dəyərlərinə ziddir.

Sənəddə o da qeyd olunub ki, bu yardımlar bir çox hallarda dünyada sülhü pozmağa xidmət edir.

Məsələ ilə bağlı mövqeyini açıqlayan Tramp deyib ki, Birləşmiş Ştatların bundan sonra heç bir xarici yardımı ABŞ prezidentinin xarici siyasətinə tam uyğun gəlməyən şəkildə bölüşdürülməyəcək.

Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib

ABŞ-nin yeni prezidenti Donald Tramp Vaşinqtondakı Capital One Stadionunda tərəfdarları qarşısında çıxış edərkən doqquz sərəncamını imzalayıb.

İmzalanan ilk fərmanlar arasında onun sələfi Co Bayden dövründə qəbul edilmiş 78 qərarın ləğvi, həmçinin ABŞ-nin Paris sazişindən çıxması var.

andicmede-en-cox-muzakire-edilen-aciqlamasi-bu-oldu

“Bundan belə, ABŞ hökuməti yalnız iki - kişi və qadın cinsinin tanındığı gender siyasəti həyata keçirəcək”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında deyib.

O vurğulayıb ki, irq və genderlə bağlı sosial mühəndisliklə məşğul olmaq cəhdlərinə son qoyacaq.

Tramp ölkədə rəsmi olaraq yalnız iki genderin olacağını hələ dekabrda bildirmişdi. Onun inauqurasiya mərasimi zamanı yenidən bu fikrini elan etməsi ölkədə gündəm olub. Belə ki, onun bu qərarı ölkədə müzakirələrə səbəb olub.

O, həmçinin transgenderlərin qadın idman yarışlarında iştirakını da qadağan etmək, eləcə də orduda xidmət edən transgender hərbçiləri istefaya göndərmək niyyətindədir.

blinkenin-postuna-onun-namizedliyi-tesdiqlendi

ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.

“CNN” telekanalı xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.

Əleyhinə çıxış edən olmayıb.

O bu vəzifədə Entoni Blinkeni əvəz edib.

Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.

O, 2000-ci ildə Florida ştatının Nümayəndələr palatasının üzvü, 2005-ci ildə isə palatanın spikeri olub. 2008-ci ildə ştatın Nümayəndələr palatasını tərk edən siyasətçi bir müddət müəllim fəaliyyəti ilə məşğul olub. Rubio 2011-ci ildə isə ABŞ senatına seçilib.

turkiyede-xizekcilik-kurortunda-yangin

Türkiyədə “Kartalkaya” xizəkçilik kurortunda yerləşən hoteldə yanğın baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 31 nəfər yaralanıb.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

İlkin məlumata görə, yanğın hotelin restoranında başlayıb.

***

Yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb, 32 nəfər isə yaralanıb.

 

 



 
Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 gözlənilməz FAKT

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yoldaşıdır. 

lent.az xəbər verir ki, Amerikanın yeni birinci xanımı haqqında maraqlı faktları təqdim edir.
Çoxsaylı Qərb nəşrləri yazır ki, Melaniya ABŞ-ın heç bir birinci xanımı kimi deyil. Bunun niyə belə olduğuna daha ətraflı nəzər salaq.

Melaniya sələflərindən qat-qat özəldir və vaxtının çox hissəsini diqqət mərkəzindən kənarda keçirir, lakin o, bir sıra qalmaqallarda da iştirak edib.

1. O, Amerika tarixində ABŞ-ın hüdudlarından kənarda, Sloveniyada doğulmuş ikinci birinci xanımdır. Xaricdə doğulmuş yeganə birinci xanım İngiltərədə anadan olan ABŞ-ın altıncı prezidenti Con Kuinci Adamsın həyat yoldaşı Luiza Ketrin Conson idi.

2. Doğma sloven dilindən əlavə o, başqa beş dildə də sərbəst danışır: ingilis, alman, fransız, italyan və serb-xorvat. “Scmp.com”un məlumatına görə, Melaniya Tramp əsl poliqlotdur.

3. Onun böyüdüyü kiçik Sevnitsa şəhərində çoxlarının pulu çatmasa da, Melaniya Knavsı (qızlıq soyadı) tanıyanlar onun həmişə çox ağıllı olduğunu və heç vaxt mağazadan paltar alıb geyinmədiyini deyirlər. Bu gün Melaniya Tramp öz üslubuna çox vaxt ayırır və onun görünüşü həmişə qüsursuzdur.

4. Donald Tramp daha əvvəl 1992-ci ilə qədər İvana Trampla, 1999-cu ilə qədər isə Marle Meyplz ilə evli olub. Melaniya onun üçüncü arvadıdır və Trampın üç arvadı arasında yeganə birinci xanım olub.

5. Melaniya həm də ABŞ-ın ana dili ingilis dili olmayan yeganə birinci xanımdır.

6. O, Lyublyana Universitetində Memarlıq və Dizayn fakültəsində təhsil alıb, lakin birinci kursdan sonra təhsilini yarımçıq qoyub Milana köçüb. 16 yaşında Melaniya Knavs modellik karyerasına başlayıb. O, Milanda və Parisdə şoularda gəzir və çox uğurlu model olub. Onun fotosessiyaları Sports Illustrated, Vanity Fair, Vogue, Harper's Bazaar və GQ jurnallarında dərc olunub. O, həmçinin 2000-ci ildə British GQ üçün çəkiliş də daxil olmaqla jurnallar üçün çılpaq pozalar verən yeganə birinci xanımdır.

7. Melaniya həm də Amerikanın ən uzun boylu birinci xanımlarından biridir (boyu 180 santimetrdir). O, ən uzun boylu birinci xanım titulunu Mişel Obama və Eleanor Ruzveltlə bölüşür.

8. Melaniya Tramp katolik olan ikinci birinci xanımdır – birincisi Jaklin Kennedi idi.

9. Digər birinci xanımlardan fərqli olaraq, Melaniya Tramp Ağ evə köçməyi ərinin birinci prezidentliyində beş aya qədər gecikdirib. Buna səbəb onların oğlu Berronun Nyu-Yorkdakı məktəbdə beşinci sinfi bitirmək üzrə olması idi. Donald Tramp artıq ikinci dəfə ABŞ prezidenti olanda bu dəfə nə olacağını zaman göstərəcək.

10. Melaniya Trampın, ümumiyyətlə, Ağ evdə yaşamadığı ilə bağı çoxlu söz-söhbətlər və sui-qəsd nəzəriyyələri var. Ağ evin bəzi köməkçilərinə görə, Tramplar birlikdə çox az vaxt keçirirlər və ya heç vaxt keçirmirlər, ayrı yataq otaqlarında yatırlar və fərqli qrafiklərlə yaşayırlar. Həyat yoldaşları, əlbəttə ki, bu barədə heç bir şərh verməyiblər.

Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir:

“Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.

Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynadakı müharibənin bitməsi üçün öhdəsinə düşəni edir: “Biz müharibənin yox, sülhün tərəfdarıyıq. Nə varsa, sülhdə var. Müharibə ilə nəyəsə nail olmaq mümkün deyil”.

Ermənistanı təşvişə salan müharibə mesajı: “Vaxt gəldi”

ABŞ-nin yeni prezidenti Donald Trampın İranla bağlı planı Ermənistan üçün də ağır nəticələrə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.

“Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolz İranla bağlı qərar vermək vaxtının çatdığını açıqlayıb. Uolza görə, İran Netanyahu və İsrailin atdığı addımlar sayəsində çətin vəziyyətdədir. Bu təhdid Ermənistanın ABŞ, İranın isə Rusiya ilə müqavilə imzaladığı vaxta gəlir. Regionda vəziyyətin kəskin şəkildə gərginləşməsi, hətta Amerika rəsmisinin müharibəyə sirli eyham vurması ağır nəticələrə səbəb ola bilər, ilk növbədə, hadisələrin mərkəzində olan Ermənistan üçün. Nikol Paşinyan bu faktı başa düşürmü?”, - erməni nəşri bildirir.

Xəbər lenti