![]() |
|
Dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşdə deyib.
Bildirilib ki, Kobaxidze nümayəndə heyəti ilə onları maraqlandıran bütün məsələlər, o cümlədən parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət və bu prosesin idarə olunması istiqamətində dövlət qurumlarının atdığı addımlar barədə ətraflı danışıb.(axar.az)
Rəsmi İrəvan görünür artıq öz xarici siyasət vektorunu müəyyən etməkdir.
"Ölkə.az" xəbər verir ki, bu sözləri ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasını yerli mediaya şərh edərkən deyib.
O bildirib ki, sənədin müddəalarında konkret olaraq nə nəzərdə tutulmasından asılı olmayaraq, Ermənistanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi faktdır və bu, yaxın gələcəkdə Ermənistanın siyasi xəttinə, eləcə də ümumilikdə Cənubi Qafqazda hökm sürən atmosferə təsir edəcək.
Rusiyalı ekspert iki halı xüsusi diqqətə çatdırıb: ABŞ-ın Ermənistana dəqiq təhlükəsizlik zəmanəti verməməsi və sənədin imzalanmasının, demək olar ki, Donald Trampın Ağ Evdə görünməsindən bir neçə gün əvvəl baş tutması.
Onun fikrincə, Tramp administrasiyası zamanı sənədin perspektivi sual altındadır - baxmayaraq ki, Nikol Paşinyan Trampın prezidentliyinin ilk dövründə Ermənistanda hakimiyyətə gəlib və Tramp tərəfindən dəstəklənib.
Tarasov xatırladıb ki, “Kölgə MKİ” hesab edilən “Stratfor” 2025-ci ildə Ermənistan üçün o qədər də əlverişli olmayan proqnoz verib və qeyd edib ki, Ermənistana ABŞ yardımı kəsilə bilər, çünki Tramp Azərbaycanla münasibətlərə üstünlük verə bilər.
O, sülh sazişinin də Konstitusiyadakı ərazi iddiaları səbəbindən çətinliklə üzləşəcəyini proqnozlaşdırıb.
Tarasov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan məqsədyönlü şəkildə Avroatlantik inteqrasiyaya doğru gedir, eyni zamanda Rusiyanı tərk edir:
“Azərbaycan isə Ermənistandan fərqli olaraq, daha balanslı siyasət aparır”.(axar.az)
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna lideri Volodimir Zelenski 100 illik tarixi tərəfdaşlıq sazişi imzalayıblar.
“Bu barədə Ukrayna KİV məlumat yayıb.
Sazişin məqsədi iki ölkə arasında təhlükəsizlik əlaqələrini dərinləşdirmək və münasibətləri gücləndirməkdir.
İmzadan sonra Zelenski jurnalistlərə “Bu gün həqiqətən tarixi gündür, münasibətlərimiz həmişəkindən daha sıxdır”, - bildirib.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən yeni genişmiqyaslı sanksiyalar paketinə qayıtmağı düşünür.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər artıq fevral ayında tətbiq oluna bilər və onun İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir.
Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağın zəruriliyi ilə bağlı ümumi konsensus var.(Report)
Aİ-yə üzvlük layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlər Ermənistan baş naziri Nikol Paşinyanı narahat edib.
“hraparak” xəbər verir ki, o, bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirə təşkil edib. Onlara Ermənistan iqtisadiyyatına gözlənilən güclü zərbəni aradan qaldırmağın yollarını göstərməyi təklif edib. Söyləyib ki, geri çəkilə bilməyəcəklər, AB layihəsinin qəbulundan imtina etmək mümkün deyil.
Nəşr yazır ki, Aİ-yə üzvlük layihəsi parlamentin bazar ertəsi başlayacaq ilk iclasının gündəliyinə daxil edilməyib. Hərçənd ötən ilin sonunda sessiyanın gündəliyində olub.
“Yeri gəlmişkən, hakim fraksiyada bu layihənin “təhlükəli nəticələri olan avantüra” kimi qəbul edilməsinin əleyhinə olan deputatların böyük bir qrupu var. Onu da demirəm ki, Dövlət Dumasında layihənin mətni zarafat predmetinə çevrilib, onlar Avropaya qoşulmağa can atanların savadsızlıq və dar düşüncə səviyyəsinə, sadəcə, heyran qalırlar”, - hraparak azır.
"Ermənistanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilk baxışdan mühüm mərhələ kimi görünə bilər. Lakin bu sənəd ikitərəfli irəliləyişin nəticəsi deyil, Paşinyan hökumətinin çatışmazlıqlarının əksidir".
Bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.
Sənədi şərh edən sabiq nazir deyib ki, sənədin imzalanma anı şübhəlidir: "Bayden administrasiyasının son günlərində onu imzalamaq tələsik və əsasən simvolik görünür, Ermənistanın çağırışlarını həll etmək üçün real öhdəlikdən məhrumdur.
Gələcək əməkdaşlıq üçün aydın yol xəritəsini təqdim etməkdənsə, Xartiya daha çox Ermənistanın təhlükəsizlik və suverenlik problemlərinin qaranlıq qiymətləndirilməsi, demokratiya və idarəçilik problemlərinin səssiz təsviridir.
Sənəd ABŞ-nin Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini tanımaqla yanaşı, Ermənistanın təhlükəsizliyini gücləndirmək üçün yeni öhdəliklər və ya təminatlar müəyyən etmir".
Oskanyanın sözlərinə görə, sənəddəki narahatedici digər məqam ondan ibarətdir ki, ABŞ Ermənistanın geosiyasi vəziyyətinin mürəkkəbliyini həqiqətən dərk edir, yoxsa yox.
O əlavə edib ki, sənəd, əslində, Ermənistanın regional müttəfiqlərinin narahatlığına səbəb olacaq: "Rusiya kimi ənənəvi tərəfdaşlıqdan uzaqlaşma və onsuz da kövrək olan geosiyasi vəziyyətdə gərginliyin daha da artması kimi şərh edilə bilər".
Oskanyan onu da qeyd edib ki, sənədin ən mübahisəli tərəfi onun icrası məsələsidir. "Yoxsa bu Xartiya pozulmuş vədlərin daha bir simvoluna çevrilə bilər".
Oskanyan sonda bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası Paşinyan hökumətinin danışdığı diplomatik qələbədən çox uzaqdır: "Bu, sadəcə olaraq, Ermənistanın zəifliklərinin, idarəçilikdəki çatışmazlıqların və regional çağırışların ayıq qiymətləndirilməsidir”.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsini alqışlayıb.
Ölkə.Az xəbər verir ki, Donald Tramp bununla bağlı açıqlama yayıb: "Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub (Qəzzada atəşkəs). Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm".
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS-la əldə olunana razılşamaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək göstərdiyi dəstəyə görə, ona təşəkkürünü bildirib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir ABŞ-nin yeni seçilmiş prezidenti Trampa Qəzzada saxlanılan yəhudi girovların azad edilməsində göstərdiyi köməyə və İsrailə onlarla girov və onların ailələrinin iztirablarına son qoymasına kömək etdiyinə görə təşəkkür edib", - məlumatda deyilir.
Netanyahu eyni zamanda ABŞ-nin hazırkı prezidenti Co Baydenə telefonla zəng edərək, ona girovlarla bağlı razılaşmanı təşviq etdiyinə görə təşəkkür edib.
İsraillə HƏMAS arasında Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minəcək.
Bu barədə Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani paytaxt Dohada keçirdiyi mətbuat konfransında HƏMAS ilə İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşması danışıqları haqqında məlumat verib.
Əl Tani bildirib ki, Qəzzada məhbus mübadiləsi, davamlı əmin-amanlığın bərpası və daimi atəşkəs haqqında razılaşma əldə olunub.
O bəyan edib ki, Qəzzada atəşkəs razılaşmasının icrasına yanvarın 19-da başlanılacaq.
Razılaşmanın ilk mərhələsinin 42 gün davam edəcəyini qeyd edən Əl Tani, HƏMAS-ın birinci mərhələdə 33 israilli məhbusu azad edəcəyini, bunun müqabilində bəzi fələstinli məhbusların da azad ediləcəyini bildirib.
Əl Tani qeyd edib ki, vasitəçilər əsir və məhbusların siyahılarının mübadiləsini və mübadilə prosesini təhlükəsiz və rəvan şəkildə təmin etmək üçün münaqişənin hər iki tərəfi ilə daimi təmasda olacaqlar.
Qətər, Misir və ABŞ-dən olan qrupların atəşkəs razılaşmasının icrasını izləmək üçün çalışacağını bildirən Əl Tani, bu çərçivədə razılaşmanın icrasını izləmək və mümkün pozuntuları qeydə almaq üçün mexanizmlərin yaradılacağını bildirib.
Sözügedən razılaşma İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına başlatdığı və 467 gün davam edən və 156 mindən çox ölü və yaralı ilə nəticələnən hücumlardan sonra baş verib.
İsraillə HƏMAS arasında tarixi atəşkəsdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan fələstinlilər, o cümlədən Qüdsdə insanlar Məscidi Əqsa ətrafa toplanaraq bu anlaşmanı alqışlayıblar.
Anlaşmadan sonra HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye Türkiyə, Cənubi Afrika, Əlcəzair, Misir, Qətər, Rusiya, Çin və Fələstinin haqlarını və Qəzzada məzlumları dəstəkləyərək şərəfli mövqe sərgiləyən bütün ölkələrə təşəkkür edib.
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılaşma ilə bağlı açıqlama verib: “Biz Fələstin Müqavimət Hərəkatı Həmas ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə yekunlaşmasını alqışlayırıq. Ümid edirik ki, razılaşma bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə Fələstinli qardaşlarımıza faydalı olacaq və daimi sülh və sabitliyə qapı açacaq".
Los Anceles və ətrafdakı əraziləri məhv edən dəhşətli qış yanğınları ekstremal quraqlıq və son dərəcə yaş şəraitlər arasındakı sürətli dəyişikliklərin birbaşa nəticəsidir. Bu sürətli keçidlər alimlərin "hidroiqlim qamçısı" adlandırdığı bir fenomenin artmaqda olduğunu göstərir.
Qaynarinfo xəbər verir ki, 200-dən çox elmi məqalənin təhlilinə əsaslanan araşdırma atmosferin daha çox nəm saxlama qabiliyyəti qazandığı üçün bu fenomenin daha tez-tez baş verdiyini ortaya qoyur. İqlim 3 dərəcə istiləşməyə doğru irəlilədikcə, bu növ sel və yanğınlarla nəticələnən dalğalanmaların tezliyinin iki dəfə artması gözlənilir.
Fəlakətdən əvvəl xəbərdarlıq edən tədqiqat
Kaliforniya Universitetindən iqlimşünas Daniel Sveyn bu yaxınlarda yayımlanan bir araşdırmada Kaliforniyadakı yaş və quru şərait arasındakı anormal keçid nümunəsinin "hidroiqlim qamçısı"nın konkret nəticələrini göstərmək üçün istifadə edildiyini açıqlayıb.
"Araşdırmamızda əldə olunan nəticələr, bu həftə baş verənlərlə qorxunc dərəcədə üst-üstə düşür", deyə Kaliforniya Universitetinin iqlimşünası bildirib.
Atmosferin "süngər effekti"
Araşdırmaya görə, atmosfer istiləşdikcə suyu toplamaq, saxlamaq və sərbəst buraxmaq qabiliyyəti artır. XIX əsrdən bu yana aparılan tədqiqatlar göstərir ki, hər bir dərəcə istiləşmə, atmosferin bu qabiliyyətini 7 faiz artırır. Bu, ümumi yağıntı miqdarının dəyişməməsinə baxmayaraq, ekosistemin daha quru olmasına səbəb olur.
Yağıntılar bitkilərin sürətlə böyüməsini təmin edir, lakin sonradan həmin bitkilər sürətlə quruyur və yanğınlar üçün ideal şərait yaranır. Sveyn qeyd edir ki, Kaliforniyadakı "qamçı" dövrü yanğın riskini ikiqat artırıb: əvvəlcə quru ot və kolluqların sürətli böyüməsinə səbəb olub, daha sonra isə istilik və quraqlıq nəticəsində onları həddindən artıq qurudub.
Qığılcım kifayətdir...
Belə şəraitdə dağıdıcı yanğınların başlaması üçün yalnız bir qığılcım kifayətdir. Çox vaxt bu qığılcım təbiət tərəfindən təmin edilir. Məsələn, qlobal istiləşmənin hər bir dərəcə artımı ildırım tezliyini 12 faiz artırır. Bu, Avstraliyada 2019-cu ildə baş verən böyük yanğınların əsas səbəblərindən biri olmuşdu.
Eyni zamanda, quru və yaş dövrlər arasındakı keçidlərin zamanlaması da fəlakətlərə yol açır. Məhz bu amil Los Ancelesdəki təhlükəli vəziyyəti daha da artırıb. Sveyn izah edir ki, iqlim dəyişikliyi ekstremal quru bitki örtüyü şəraiti ilə küləkli hava hadisələrinin üst-üstə düşmə tezliyini artırır. Bu, Cənubi Kaliforniya yanğınlarının iqlim dəyişikliyi ilə əsas əlaqəsini təşkil edir.
Cənubi Afrikadakı misal
"Hidroiqlim qamçısı"nnı yaratdığı fəlakətlər yalnız Kaliforniya ilə məhdudlaşmır. Məsələn, 2023-cü ildə Cənubi Afrikada quraqlıqdan yaş şəraitə keçid minlərlə hektar məhsulun məhv olması və 2 milyon insanın evindən didərgin düşməsi ilə nəticələnmişdi.
Somali, Efiopiya və Keniya kimi ölkələrdə baş verən güclü yağışlar isə torpağın suyu udma qabiliyyətinin azalması səbəbindən böyük daşqınlara yol açmışdı.
Həll yolu: fosil yanacaq emissiyalarının azaldılması
Tədqiqatçılar xəbərdarlıq edir ki, hidroiqlim şallaqlarının artması və müxtəlif bölgələrdə daha güclü formada ortaya çıxması insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin nəticəsidir. Onlar bunun qarşısını almağın yeganə yolunun fosil yanacaq emissiyalarını azaltmaqdan keçdiyini bildirir.
Emissiyaların azaldılması sahəsində gecikmə, insan həyatını itirmək və dünyanın müxtəlif yerlərində yanğınlarla üzləşmək kimi ağır nəticələrlə müşayiət olunur.
Artıq bu dəhşətli təsirlər Qərb dünyasının ən məşhur şəhərlərindən birinin külə dönmüş qalıqlarında öz izini buraxıb...