![]() |
|
Türkiyədə avtomobil salonunun satıcısı COVID-19-a yoluxmuş bir nəfərdən tüpürcək alıb müdirinin çayına töküb.
“LADbible”in məlumatına görə, indi o, məhkəmə qarşısına çıxacaq.
Avtosalonun sahibi İbrahim Ünverdi, işçisi Ramazan Ç.-yə avtomobil sövdələşməsi üçün 215.000 türk lirəsi (51 600 AZN) verib. Lakin, ertəsi gün işçi ona zəng edib müqaviləni bağlamadığını və pulu öz kreditini ödəməyə sərf etdiyini deyib.
Digər işçilərin sözlərinə görə, Ramazan Ç. müdirini öldürmək istəyib. İddiaya görə o, koronavirus xəstəsindən 70 dollara tüpürcək alıb və Ünverdinin çayına qatıb. Lakin müdiri içmədiyi üçün, təhlükəli xəstəliyə yoluxmayıb.
Qaynarinfo xəbər verir ki, belə bir ehtimalla siyasi analitik Nazim Cəfərsoy çıxış edib. Onun sözlərinə görə, Rusiya Ermənistanda gedən siyasi prosesləri sivil məcradan çıxartmağa çalışır:
"Köçəryanın aktivləşməsi, Serj Sarkisyanın fəallığı, Paşinyanın növbədənkənar seçki keçirməyəcəyi xəbəri və Ermənstanda revanşist ritorikanın yüksəlməsi daxil siyasətdə çevriliş və ya suiqəsd ehtimalını gücləndirir. Ermənistan Qarabağ səbəbi ilə prezident Petrosyanı istefaya göndərmə və parlamentdə suiqəsd təcrübələri yaşamış ölkədir. Ancaq bu dəfə Köçəryanın arxasında olacağı bu cevrilişin Türkiyədəki 15 iyul çevrilşi kimi uğursuzluqla nəticələnmə ehtmalı da mövcuddur. Bu proseslərdə Kremlin mövqeyi əsas xarici amil olacaq”.
Politoloq Azər Qasımlının sözlərinə görə, Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün aktiv fəaliyyətə başlayıb:
"Ermənistanın keçmiş prezidenti Robert Köçəryan siyasətə döndüyünü və yalnız seçkilər vasitəsilə deyil, küçə təzyiqi nəticəsində də hakimiyyəti dəyişməyin məqbul olduğunu açıqlayıb. Bu açıqlamasını da Moskvaya səfərdən qayıdandan sonra verib. Əsas tezisi isə odur ki, "məxməri inqilab nəticəsində" "dövlət təcrübəsi olmayanlar" hakimiyyətə gələndə ölkəni idarə edə bilmir, xalqı fəlakətə sürükləyirlər. Onu da vurğulayıb ki, Paşinyanla Navalnı eyni adamlardır.
Köçəryanın tezisləri Putinin post-sovet məkanında təbliğ etdiyi əsas tezislərdir. SSRİ-dən çıxmış bütün avtoritar rejimlər və siyasətçilər də eyni tezisi təkrarlayırlar. Lakin insanlara, kütləyə bunun real həyatda acı nəticəsini göstərmək lazım idi. Putinin Qarabağ müharibəsi zamanı susmasının əsas səbəblərindən biri məhz küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyanı devirmək idi. 10 Noyabr sazişini ona imzalatdılar, sonra bu sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməsini gözlədilər, indi isə onu Putinin nəzarətində olan köhnə sovet partnomenklaturadan çıxan və avtoritar klubun nümayəndəsi Köçəryanla əvəz etmək istəyirlər.
Köçəryan hərbi cinayətkar və korrupsionerdir, lakin "dövlət təcrübəsi"ndən danışır. Putinin də, post-sovet məkanında hakimiyyəti zəbt etmiş digər avtoritarların da əsas təcrübəsi - korrupsiya, seçki saxtakarlığı və kütləvi manipulyasiyalardır. Bunlar olmasaydı, özlərinin dediyi kimi, küçədən kimsə hakimiyyətə gəlməyə çalışmazdı. Əslində sovetin partnomenklaturasından çıxan bu adamların hamısı elə vaxtilə sözün əsl mənasında "küçədən hakimiyyətə gələn adamlar"ın nəvələridir”.
Nigeriyanın Abuca şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 11 nəfər həlak olub.
Bu barədə “Daily Post” nəşri məlumat yayıb.
Oxu.az verdiyi məlumata görə, yanacaq daşıyan maşının sürücüsü yük avtomobili ilə toqquşmadan yayınmaq üçün sərt manevr edib.
Nəticədə yanacaq daşıyan avtomobil aşıb və yanacaq yola tökülüb.
Yerli sakinlər yanacaq daşıyan maşının ətrafına toplaşaraq sızan yanacağı qablara yığmağa başlayıb.
Bu zaman güclü partlayış baş verib və yaxınlıqda olan 11 nəfər yanaraq hadisə yerində həlak olub.
Daha 10 nəfər müxtəlif yanıq xəsarətləri alıb.
Rusiyada koronavirusa yoluxanların sayı 3,98 milyonu keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 15 916 nəfər virusa yoluxub, 407 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 983 197 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 77 068 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 472 091 şəxs virusdan sağalıb, 434 038 nəfərin müalicəsi isə davam edir.
“Report” məlumatına görə, tədqiqat “JAMA Psychiatry” jurnalında dərc edilib.
Bu nəticələrin əsasını Nyu-Yorkda koronavirusa yoluxan 7 348 xəstənin tibbi qeydləri təşkil edib. Onlardan 75-i şizofreniya, 564 nəfəri affektiv pozğunluq, 360 xəstə narahatlıqdan əziyyət çəkirmiş. Diaqnoz qoyulduqdan sonra 45 gün ərzində 864 xəstə dünyasını dəyişib.
Əlavə tibbi risk faktorları, yaş, cinsiyyət və digər nəticələr dəqiqləşdirdikdən sonra məlum olub ki, şizofreniya diaqnozu koronavirusa yoluxanlar arasında ölüm riskini artırır.
Sfera.az xəbər verir ki, İctimai Rəy Fondunun keçirdiyi rəy sorğusuna əsasən bu nəticə əldə edilib.
Rəyi soruşulanların 54 faizi Vladimir Putinə etimad etdiyini, 34 faizi etibar etmədiyini, respondentlərin 12 faizi isə suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.
Sorğunu "FOMnibus” yanvarın 29-dan 31-dək, 18 və ondan yuxarı yaşda olan 3 min respondent arasında, 207 yaşayış məntəqəsində, Rusiyanın 73 bölgəsində yaşayış yeri üzrə müsahibə üsulu ilə keçirib.
“Report” xəbər verir ki, bu barədə Rusiyadan Ermənistana deportasiya edilmiş ermənilərdən biri "Zvartnos" aeroportunda bildirib.
"Biz pulumuzu xərclədik və işlərimizin dalınca getmək istəyirik. Aeroportdan heç bir cavab yoxdur", - o əlavə edib.
Aeroportda gecələyən digər erməni qeyd edib ki, onları gözləməyə çağırırlar. "Nə vaxta qədər gözləmək olar? Biz uşaq deyilik ki, oyuncaqlar versinlər, burada oturtsunlar, oynayaq və gözləyək", - o vurğulayıb. Rusiyadan deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, məsələ həll edilməlidir.
"Tələbimiz deportasiya qərarının ləğv olunması, biletlərin bərpasıdır ki, orada problemlərimiz yaranmasın", - o deyib. Qeyd edib ki, Rusiyada onlara saxta sənədə görə deportasiya edildiklərini bildiriblər.
“Məsələmiz həll olunmayınca gözləyəcəyik. Heç birimiz buradan getməyəcək, burada gecələyəcəyik", - o qeyd edib.
Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.
Onlar aeroportda gecələyirlər.
“Anadolu Agentliyi”ndən verilən xəbərə əsasən, bu barədə məlumat nazirliyin “Twitter” səhifəsində paylaşılıb.
Nazrilikdən verilən açıqlamada həmçinin, hərbi təlimlərin 4-20 fevral aralığında keçiriləcəyi və iki ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyətin inkişafı məqsədi daşıdığı qeyd olunub.
Məlumat üçün bildirək ki, Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin ortaq təlimləri 1988-ci ildən etibarən mütəmadi qaydada keçirilir. Təlimlər Türkiyədə təşkil olunduqda “Cinnah təlimləri”, Pakistanda keçirildikdə isə “Atatürk təlimləri” adlandırılır.