![]() |
|
ABŞ-da koronavirus pandemiyasının qarşısını almaq üçün davam etdirilən vaksinasiya çərçivəsində ağdərili amerikalıların qaradərililərə və latınlara nisbətən daha çox peyvənd olunduğu məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN televiziyasının apardığı araşdırmalardan sonra təqdim edilən hesabatda qeyd olunub. Belə ki, hesabatda nisbətin iki dəfə çox olduğu müəyyənləşib.
ABŞ-ın 14 əyalətini əhatə edən hesabatda ağdərililərin peyvəndlənməsinin 14 % təşkil etdiyi halda, qaradərililərdə bu nisbətin 1,9 %, latınlarda isə 1,8 % olduğu bəlli olub.
Bundan başqa, bildirilib ki, bəzi əyalətlərdə vaksinasiya sayı ölüm sayından daha aşağıdır.
Moskvada karantin rejimi yumşaldılıb. “Qafqazinfo” xəbər verir ki, şəhər meri Sergey Sobyanin bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, işçilərin ən azı 30%-nin distant rejimdə çalışması tələbi artıq məcburi deyil və tövsiyə xarakterli olacaq. Belə ki, işçiləri ofislərinə qaytarmaq və ya “uzaqda” saxlamaq konkret müəssisə və təşkilat rəhbərlərinin qərarına verilir.
İaşə müəssisələri, gecə klubları, barlar, diskotekalar, karaoke, boulinq, istirahət və əyləncə müəssisələrinin gecə saat 23.00-dan 6.00-dək işinə qoyulan məhdudiyyətlər də ləğv edilir. Eyni zamanda, bu müəssisələr ziyarətçilərin qəbulu və İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) tərəfindən müəyyən edilmiş sanitariya rejiminə riayət olunmasına dair tələblərə hələ də əməl etməlidirlər.
Moskva hökumətinə tabe olan universitetlərdə əlavə təhsil formatı barədə qərar Rusiya Təhsil və Elm Nazirliyi ilə razılaşdırılaraq 6 fevral 2021-ci il tarixinədək veriləcək.
Qeyd olunub ki, digər məhdudiyyətlərin ləğv olunacağı tarix və mərhələlər daha sonra açıqlanacaq.
"Ölkə.Az" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.
Qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, sənədin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.
Qeyd edək ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.
Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.
Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-ın səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib.
ABŞ-ın İndiana şattında baş verən atışma nəticəsində 5 nəfər ölüb.
NBC xəbər verir ki, İndianapolis şəhərində baş atışma nəticəsində polis ilk olaraq bir nəfərin, daha sonra isə digrə ölənlərin cəsədini tapıb. Ölənlər arasınd ahmilə qadında olub. Polislər hamilə qadını tapıb, xəstəxanaya çatdırsalar da, həkimlər nə qadını, nə də bətnindəki körpəni xilas edə bilməyib.
Şəhər meri Co Xoqset baş verənləri dəhşət adlandıraraq, bunu kütləvi ölüm cinayəti hadisəsi kimi xarakterizə edib.
Şəhərin polis rəisi isə hadisənin qurbanlaır arasındakı əlaqəni araşdırmaqla məşğuldur. Polis rəisi cinayətin təsadüfən baş vermədiyi qənaətində olsa da, hələlik motivləri barədə açıqlama vermirlər.
“The Washington Post xəbər verir ki, Tramp Respublikaçılar Partiyası ona rəbiq olanlara öz gücünü göstərmək aktiv fəaliyyətə göstərməyə başlayıb. Tramp bu istiqamətdə ilk addımını Arizona ştatında partiyanın Arizona üzrə lideri Kelli Varda tam dəstək verib. Belə ki, Tramp Kelli Vardın yenidən seçilməsinə dəstək verib. Trampın bu addımı prezidentlik dövründən sonra ilk qələbəsi kimi dəyərləndirilir.
Onu da qeyd edək ki, respublikaçılar elktoratı arasında Trampa 80 faizdən çox seçicinin dəstək verdiyi bildirilir.
Bundan əlavə olaraq Trampın Yurdseverlər Partiyası adı altında partiya yaratması respublikaçılar daxilində ona rəqib olanları ciddi narahat etməyə başlayıb.
İkinci Qarabağ müharibəsində iştirak etmiş ermənilər hökumət tərəfindən onlara verilməli olan pulun bu günə kimi ödənilməməsindən şikayətlənirlər.
"Biz ön cəbhədən ötən ilin 30 noyabrında qayıtdıq. Pul kompensasiyasının verilməsi üçün bu günə kimi müxtəlif orqanlara müraciət edirik, amma bizə heç kim cavab vermir. Dekabrın 30-da Nazirlər Kabinetinə, bundan iki gün əvvəl isə Müdafiə Nazirliyinə müraciət etdik. Daha əvvəl komandanlığımıza müraciət olundu, amma yenə dəqiq cavab verilmədi”, - deyə Ermənistan ordusundan tərxis edilmiş hərbi qulluqçu David Ovannisyan bildirib.
O, qeyd edib ki, əsgər yoldaşları ilə Müdafiə Nazirliyinə gedib. “Bizi polkovnik Ara Arakelyan qəbul etdi, söz verdi ki, 30 dekabra qədər bütün ödənişlər ediləcək, amma bu olmadı. Mən yenidən Arakelyanla əlaqə saxladım, o bildirdi ki, problemdən xəbərdardır və bu barədə kimə lazımdırsa məlumat verib. Polkovnik dedi ki, məsələ hansısa sənədlərlə əlaqədardır”.
Ordudan tərxis edilənlər Ermənistanın baş nazirinin köməkçisi Nairi Sarkisyanla da əlaqə saxlayıblar. Nairi Sarkisyan bildirib ki, onların məsələsinin qısa zamanda həlli Yeni il bayramına görə baş tutmayacaq, hökumət bu məsələ ilə iş günləri başlanan kimi məşğul olacaq.
Yeni ilin birinci iş günündə ordudan tərxis edilən ermənilər general-mayor Vardan Avetisyanla görüşüblər. General-mayor bildirib ki, müvafiq komissiya bu məsələ ilə məşğul olur, məsələ növbəti həftə həllini tapacaq. Lakin erməni əsgərlərinə bu günə kimi pul verilməyib.
Bu barədə o, özünün tvitterdəki səhifəsində məlumat yayıb.
O, birinci dozanı aldığını qeyd edib və COVID-19 preparatının yaradıcılarına təşəkkür edib.
"Üstünlüklərdən biri budur ki, sənin 65 yaşın var, mən COVID-19-a qarşı vaksin hüququna malikəm. Bu həftə birinci dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və öndə olan həkimlərə, hansılar ki, bizi bu ana gətirib çıxardılar – təşəkkürlər", - Qeyts tvitterdə yazıb.
Milyarder məhz hansı vaksinin dozasını aldığını açıqlamayıb.
Bayden-Harris rəhbərliyi Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək.
Bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib.
"Bu yaxınlarda Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqədar olaraq rəhbərliyimiz Azərbaycana olan təhlükəsizlik yardımımızı nəzərdən keçirəcək”, – Blinken bildirib.
Amerikanın Erməni Milli Komitəsi açıqlayıb ki, ABŞ, həmçinin, Ermənistana da eyni yardımı göstərmək niyyətindədir.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesin ABŞ-ın ATƏT-in Minsk qrupu prosesindəki iştirakı ilə bağlı sualına cavab olaraq, Blinken "prezident dedi ki, Amerika Birləşmiş Ştatları avropalı müttəfiqləri ilə işləyərək münaqişəyə davamlı həll yolu tapmaq üçün diplomatik səylərə rəhbərlik etməli və əzablara son qoymaq üçün beynəlxalq humanitar yardım göstərməlidir. Təsdiqlənərsə, ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyan və müharibənin yenidən başlamasının qarşısını alan axtarışını gücləndirəcəyəm. Buraya ABŞ-ın həmsədri olduğu Minsk qrupu vasitəsilə əlaqələrimizi gücləndirmək və üçüncü şəxslərin bundan sonrakı müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik işlər də daxildir” sözlərini deyib. (publika.az)
ABŞ-ın yeni Prezidenti Co Baydenin Rusiyaya nüvə silahı müqaviləsini 5 il uzatmağı təklif edəcəyi məlum olub.
Rusiya və NATO-nu məmnun edəcək təklifi Ağ Ev də təsdiqləyib.
Ağ Ev sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında yeni administrasiyanın Rusiya ilə bağlı siyasəti barədə vacib açıqlamalarla çıxış edib. O bildirib ki, müddəti fevral ayında başa çatacaq “Yeni strateji silahları azaltma anlaşması”nın (“New START”) beş il uzadılması planlaşdırılır.
Onun sözlərinə görə, Bayden bu qərarı ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun hesab edir: “New START” Rusiyanın nüvə gücünü məhdudlaşdıran tək anlaşmadır”.
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq hər iki ölkəyə “New START”ı uzatmağı təklif etmişdi. Buna görə qərarın NATO-nu da məmnun edəcəyi bildirilir.
Xatırladaq ki, müqavilə 5 fevral 2010-cu ildə Rusiyanın sabiq Prezidenti Dmitri Medvedev və ABŞ-ın eks- Prezidenti Barak Obama arasında imzalanıb. Müqavilənin əsas şərti nüvə başlıqlarının sayını 1550-dək endirməkdir.
Türkiyədə zəlzələ qeydə alınıb.
Məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, yeraltı təkanlar Muş rayonunda, yerli vaxtla saat 06:49-da, 3,7 bal maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 7,64 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar sakinlər arasında təlaşa səbəb olub. Dağıntı və ya tələfat qeydə alınmayıb.