Rusiyanın Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğının söndürülməsi zamanı ölən 4 yanğınsöndürənin xatirəsinə Krasnoyarsk diyarında matəm elan edilib.

Report xəbər verir ki, bu barədə məlumatı diyarın başçısı Aleksandr Ussun Mətbuat xidməti yayıb.

O, fevralın 5-ni yanğınsöndürənlərin xatirəsinə matəm elan edib.

Qeyd edək ki, fevralın 3-də Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğın nəticəsində 4 yanğınsöndürən ölüb.

Ermənistanda son sutkada 147 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 568-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 3 107-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 045 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 637 aktiv koronavirus xəstəsi var.

Jurnalist Nairi Hoxikyan xarici ölkə vətəndaşı olan ermənilərin və muzdluların ikinci Qarabağ müharibəsində iştirakını təsdiqləyib.
Azvision.az xəbər verir ki, döyüşlərə könüllü kimi qoşulan erməni jurnalist xaricdəki soydaşlarının müharibədə iştirak etmək üçün rəsmi qurumlara müraciət etdiyini deyib.

"6 oktyabrda könüllü dəstəmizlə Qarabağda olarkən burada Fransa və Rusiyadan olan ermənilərlə qarşılaşdım. Oktyabrın 12-də dostum ABŞ-dan zəng edərək Qarabağa gəlmək üçün icazə istədini bildirdi. Krım Milli Məclisinin deputatı Armen Mardoyan müharibənin ikinci günündə 450 təcrübəli döyüşçünü Qarabağa göndərməyə hazır olduğunu elan edib. Aleksandr Boroda da öz növbəsində Qarabağa 7000 könüllü göndərməyə hazır olub", - deyə erməni jurnalist vurğulayıb.

Xatırladaq ki, Ermənistan tərəfi xarici vətəndaşların Qarabağdakı döyüşlərdə iştirakını inkar etsə də, müharibə zamanı Azərbaycan Ordusu tərəfindən xeyli sayda muzdlu döyüşçü məhv edilib. Onların arasında müxtəlif ölkələrin vətəndaşlarına rast gəlinib.

Hətta Fransa ermənilərindən birinin döyüş vaxtı Qarabağda çəkdiyi video geniş müzakirələrə səbəb olmuşdu. O, erməni hərbçilər arasında döyüş ruhunun aşağı olmasından şikayətlənirdi.

Ermənistanda son sutkada 190 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 421-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 096-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 777 nəfərdir. İndiyədək 158 693 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 855 aktiv koronavirus xəstəsi var.

Türkiyədə tələbələrə dəstək aksiyası keçirən 104 nəfər saxlanıldı

Fevralın 2-də AKP siyasi partiyasının üzvü Prof. Dr. Melih Bulunun Boğaziçi Universitetinə rektor təyin edilməsinə etiraz edənlərə dəstək olmaq üçün Kadıköydə toplanan qrupa polis müdaxilə edib, Kadıköy, Sarıyer və Beşiktaş rayonlarında ümumilikdə 104 nəfər nəzarətə alınıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tələbələr daxil olmaqla bir qrup şəxs saat 18:00 radələrində Kadıköy İskele Meydanında toplaşmağa başlayıb.

Polis qüvvələri ilk öncə Kadıköy Rayon Rəhbərliyinin bölgədəki bütün qapalı və açıq məkanlarda hər cür yığıncaq və nümayişlərin qadağan edilməsinə dair qərarına uyğun olaraq, iştirakçıları dağıtmaq barədə xəbərdar edib. Qrupun xəbardarlığa əməl etməməsi polisin müdaxiləsi ilə nəticələnib.

Nümayişçilərdən bəziləri yan küçələrə qaçarkən, polis Kadıköy Meydanına gedən bütün küçələrdə tədbir alıb. İstanbul Polisinin açıqlamasında Kadıköydəki nümayişlər zamanı 93 nəfərin və Beşiktaş və Sarıyerdə görülən təhlükəsizlik tədbirləri zamanı Kadıköydəki nümayişlərdə iştirak etmək istəyən daha 11 nəfərin saxlanıldığı qeyd edilib.

Xatırladaq ki, ötən gün səhər saatlarında İstanbulda Boğaziçi Universitetində tələbələr arasında davam edən etirazlar zamanı 159 nəfər polis tərəfindən saxlanılmışdı.

ABŞ Konqresinin Nümayəndələr palatasının ittihamçıları senatorlardan Donald Trampın seçkili vəzifələrdə çalışmaq hüququndan məhrum olunmasını xahiş ediblər.

Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Oxu.az xəbər verir ki, ittihamçıların senatorlara mürəciətində Trampın yeritdiyi daxili və xarici siyasət “tarixdə görünməmiş satqınlıq” kimi dəyərləndirilib.

“Tpamp seçki prosesinin bilavasitə özünü şübhə altına alan bir şəxsdir. Hesab edirik ki, bu prosesi onun mənfi təsirindən və nümunəsindən qorumaq lazımdır”, - deyə müraciətdə bildirilib.

Davam etməkdə olan koronavirus mutasiyaları epidemiya narahatlığını artırır.

Mutasiyaya uğramış virusla bağlı açıqlamalar bu narahatlığın əbəs yerə olmadığını göstərir.

Koronavirusun mübarizlərindən olan Pier Luici Bartoletti Britaniya ştammına qarşı tibbi  maskaların heç bir işə yaramadığını deyib.

Bartoletti qeyd edib ki, yeni mutasiyalardan qorunmaq üçün ancaq FFP2 və FFP3 maskalarından istifadə ilə mümkündür.

Mütəxəssis virusun qapalı yerlərdə maskadan nüfuz edə bildiyini və ölümcül olmadığını vurğulayıb:

“Daha ölümcül olmasa da, daha çox yoluxucudur. Yeni mutasiya gənclərə də təsir edir. Tez adaptasiya olduğu üçün daha sürətlə xəstələnməyə səbəb olduğu üçün diqqətli olmalıyıq. Tədbirlər bütün dünyada daha da artırılmalıdır”.

Navalnının məhkəməsi keçirilən ərazidə bir neçə nəfər saxlanılıb

Hüquq-mühafizə orqanları Moskvada Preobrazhenskaya Meydanı metrostansiyasının yaxınlığında və bu gün müxalif bloqqer Aleksey Navalnının gətirildiyi Moskva Şəhər Məhkəməsinə gedən yolda bir neçə şəxsi nəzarətə alıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ən az dörd nəfərin saxlanıldığı bildirilib.

Gücləndirilmiş polis və Milli Qvardiya dəstələri məhkəmə binasında növbətçi vəziyyətindədir. Məhkəmə binasına yaxınlaşmaq demək olar ki, mümkün deyil - yalnız akkreditə olunmuş jurnalistlərə, məhkəmə prosesinin iştirakçılarına və səfirlik maşınlarına giriş icazəsi verilir. Məhkəmə binasına ən yaxın olan həyətlərə girişlər də bağlanıb, polis yalnız bina sakinlərini içəri buraxır.

Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı bu gün şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib.

Çində saxta peyvənd istehsal edən cinayətkar qrup tutulub.

"Ölkə.Az" xəbər verir ki, 3000-dən çox saxta koronavirus peyvəndinin hazırlanmasında iştirak edən 80-dən çox şəxs həbs olunub.

Dəstə üzvlərinin keçən ilin sentyabr ayından etibarən saxta peyvənd sataraq böyük gəlir əldə etdiklərini müəyyənləşdirilib.

Qeyd edək ki, Çində  “Sinovac” və “Sinopharm” peyvəndlərindən istifadə edilir.

Türkiyə əvvəlcədən Qarabağ münaqişəsinin diplomatik yolla həllinə çağırırdı, ancaq xarici oyunçular Ermənistanı dəstəkləməyə davam edərək rəsmi Ankaranın mövqeyi ilə razılaşmırdılar.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan sülh təşəbbüslərinin müvəffəqiyyətsizliyi fonunda aktiv hərəkətə keçməyə və özünə aid olanı qaytarmağa məcbur idi.

"Azərbaycan hüquqla ona aid olanı qaytardı, tarixi ərazilərini qaytardı", - Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb.

Xəbər lenti