Rus polisinin bu hərəkəti gündəm oldu  - VİDEO

Rusiyada alkoqollu sürücünün polisdən qaçma anları kameralara əks olunub.  

Yol-xeber.az Unikal.org-a istinadla xəbər verir ki, polisin dur əmrinə baxmayaraq hadisə yerindən qaçmağa çalışan sürücünü yol polisi  maşına atlayaraq dayandırıb. Polisin bu hərəkəti sosial mediada izləmə rekordu qırıb. 

 

Türkiyənin İzmir şəhərinin Karaburun rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Report xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 08:03-də Egey dənizinin sahilində qeydə alınıb.

Zəlzələnin ocağı 24,46 km dərinlikdə yerləşib.

Çinə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti COVID-19-un mənşəyinin müəyyənləşdirilməsi üçün Uhanın dəniz məhsulları bazarında tədqiqat aparıb.

Report xəbər verir ki, ekspertlər tədqiqat işlərinin üçüncü günü bazarda koronavirusun yayılmasının səbəblərini müəyyənləşdirməyə çalışırlar.

Nümayəndə heyəti həmçinin COVID-19-un erkən nümunələrinın yığıldığı muzeyə də baş çəkib.

Mütəxəssislər COVID-19-un mənşəyinin müəyyənləşdirillməsi məqsədilə Uhandakı "Szinintan" xəstəxanasında və Hubeydəki hospitalda da tədqiqatlar aparıblar.

ABŞ, Avstraliya, Almaniya, Yaponiya, Böyük Britaniya, Rusiya, Niderland, Qətər, Vyetnamdan olan ekspertlər və tədqiqatçılardan ibarət nümayəndə heyəti Uhana yanvarın 14-də xüsusi təyyarə ilə gəlib.

Somalinin paytaxtı Moqadişunun mərkəz küçələrindən birində baş verən partlayışdan sonra silahlı qarşıdurma olub.

Oxu.az xəbər verir ki, partlayış şəhərin KM4 küçəsində, “Afrika” hotelinin qarşısında, əsasən yüksək səviyyəli siyasətçilərin toplandığı yerdə baş verib.

Partlayışdan sonra “Əş-Şabab” terror təşkilatının üzvləri hotelin binasına daxil olub və təhlükəsizlik işçiləri ilə terrorçular arasında atışma baş verib.

Bölgəyə çox sayda təcili yardım maşını göndərilib.

Qeyd edək ki, “Əş-Şabab” terror təşkilatı Somalidə tez-tez təhlükəsizlik qüvvələrini və mülki yaşayış məntəqələrini hədəfə alan hücumlar təşkil edir.

İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirir.

Oxu.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin XİN nazirinin rəsmi “Twitter” səhifəsində yayımlanıb.

Qeyd olunur ki, Türkiyə və İran XİN başçıları regional və beynəlxalq əlaqələrlə bağlı məsələləri müzakirə edir.

Almaniyanın “Die Welt” qəzetinin onlayn platforması olan “welt.de” portalında Klemens Hirmke və Daniel-Dilan Bömerin müəllifliyi ilə “Mən qürurla geri dönəcəyəm” başlıqlı videoreportaj yerləşdirilib.

AZƏRTAC  xəbər verir ki, reportajda Azərbaycanın Tərtər rayonunun Şıxarx kəndi və ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərindəki vəziyyətdən bəhs olunur.

Bildirilir ki, Azərbaycanın Şıxarx kəndinin sakinləri bu kəndə 1993-cü ildə Dağlıq Qarabağdan qovulma nəticəsində köçüblər və hazırda qovulduqları ərazinin qonşuluğunda yaşayırlar. Kənd sakini Akif Əhmədov azərbaycanlıların kəndə köçməsindən sonra burada öz evlərini inşa etdiklərini bildirir. O, həmçinin son müharibə zamanı gözündən və əlindən qəlpə yarası alıb.

 

Digər kənd sakini Nəsibə Cabbarova ermənilər tərəfindən qovulan zaman bütün əmlaklarını tərk etdikləri ərazidə qoyub gəldiklərini və ermənilərin onların yurdunu zorla ələ keçirməyə cəhd etdiyini vurğulayır. O, həmçinin son müharibə zamanı ona məxsus evin ermənilərin raket hücumuna məruz qalmasından danışır.

Şıxarx kəndinin sakinləri vətənlərinin işğaldan azad olunmasını məmnunluqla vurğulayır, sevinclə artıq qaçqın olmadıqlarını və geri qayıdacaqlarını bildirir, habelə buna görə Azərbaycan ordusuna və prezidentinə təşəkkür edirlər.

Qeyd olunur ki, 2020-ci ilin payız aylarında baş vermiş müharibə zamanı Azərbaycan 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhəri də daxil olmaqla, bir sıra ərazilərini geri qaytarıb. Əlavə olunur ki, bir zamanlar Ağdamda 28 min əhali yaşayıb. 10 noyabr 2020-ci il tarixində əldə olunmuş razılaşmanın şərtlərinə əsasən ermənilər şəhəri tərk etməli olub. Hazırda ərazi sıx şəkildə minalanıb və oradakı binalar dağıdılıb. Vurğulanır ki, ərazinin minalardan təmizlənməsi bir neçə il davam edəcək.

Videoreportajda Ağdam şəhərinin keçmiş sakini Məlahət Quliyeva doğma şəhərinin əvvəlki vəziyyəti barədə məlumat verir. O, yurd-yuvalarından qovulan zaman yaxın qohumlarından dördünün itkin düşdüyünü, dördünü isə dəfn etdiklərini qeyd edib.

Bu gün Ermənista ordusuna dəyən ziyanı Azərbaycan və Türkiyə bizdən daha yaxşı bilir.
 
Bunu Ermənistanın sabiq prezidenti  Robert Köçəryan  erməni mediasına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ermənistan ordusuna vurulan ziyan Azərbaycan və Türkiyəyə çoxdan bəllidir. “Odur ki, hakimiyyətin əlimizdə  nə qalması barədə açıqlama verə bilməməsinin səbəbi də bəllidir. İtirdiklərimiz isə qarşı tərəfə sirr deyil”- Köçəryan  qeyd edib.
 
Köçəryan əlavə edib ki, itkinlərimizi bərpa etməliyik, amma bunu ordunu belə səylə məhv edən insanlar edə bilməyəcəklər. Köçəryan ölkə rəhbərliyinin ordunun itkilərinin miqyasını açıqlamamasını səhv hesab edir və bunu  cəmiyyətdən gizlətmək istəyini cəmiyyətə və vətəndaşlara istehza kimi qəbul edir.
 
 Köçəryan onu da bilidirib ki, yürüdülən səhv siyasət nəticəsində Ermənistanın Rusiyanın hərbi-siyasi müttəfiqliyindən protektantına çevrilib. “Bu gün general Rustamovun  təhlükəsizliyin təmin olunmasındakı rolu Ermənistanın Silahlı Qüvvələrinin Ali Baş Komandanınkındn daha çoxdur”.
Rusiya Xarici İşlər Naziriliyi ölkədəki ABŞ səfirliyinə etiraz notası təqdim edib.

Oxu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəddə rəsmi Moskvanın ABŞ rəqəmsal platformalarında Rusiyaya qarşı yalan məlumatların yayılmasına qarşı əks tədbirlər görə biləcəyi qeyd olunur.

“Amerika rəqəmsal platformalarında Rusiya barədə həqiqəti əks etdirməyən məlumatların kütləvi şəkildə yayılması müşahidə olunur. Bu məlumatların koordinasiyalı şəkidə yayılmasında ABŞ-ın Rusiyadakı səfirliyinin də əməyi var”, -deyə nazirliyin açıqlamıslnda bildirilib.

XİN hesab edir ki, Amerika sosial şəbəkələrinin cavabdeh şəxsləri yalan kontent yaymaqla, demokratik dəyərlər və beynəlxalq informasoya sistemini təhlükə altında qoyurlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Maskla telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.

“Danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

Oxu.az xəbər verir ki, eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.

Xəbər lenti