ABŞ Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün deportasiyaları 100 gün müddətinə dayandıracaq.
 
“Report” xəbər verir ki, “Milli təhlükəsizlik, sərhəd təhlükəsizliyi və ictimai təhlükəsizliyin qorunmasına üstünlük verən miqrasiya qanunlarının ədalətli və effektiv şəkildə icra edilməsini təmin etmək üçün 22 yanvar 2021-ci il tarixindən etibarən 100 gün müddətinə deportasiya edilməli olan vətəndaşlığı olmayan şəxslərin ölkədən xaric edilməsi dayandırılacaq”, - bəyanatda deyilir.
 
Qeyd olunur ki, bu tədbir nazirliyə resursları ölkənin ən aktual problemlərinin həll edilməsinə, o cümlədən cənub-qərb sərhədində son bir əsrdə ictimai səhiyyə sahəsindəki ən böyük böhranın ən qızğın vaxtında operativ tapşırıqların yerinə yetirilməsinə yönəltməyə imkan verəcək.

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. 

Bu barədə  erməni mediası xəbər verib.

Belə ki, bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir, deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: "Günortadan sonra xarici işlər naziri Ara Ayvazyan bəyan edir: "Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq”.

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: "Əhalisinin 90% -dən çoxunun türk (azərbaycanlı) olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?”

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və xarici işlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir…”

Sitatın sonu.

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır…

(musavat.com)

ABŞ-ın yeni seçilən prezidenti Co Bayden Dövlət Departamenti, Maliyyə Nazirliyi və Ədliyyə Naziriliyinə müvəqqəti rəhbər təyin edib.
Report xəbər verir ki, bu barədə “Reuters”Ağ Evin yüksək çinli məmuruna istinadla xəbər verib.

Belə ki, müvəqqəti olaraq Birləşmiş Ştatların dövlət katibi Den Smit, Maliyyə naziri isə Endi Bokol olacaq. Ədliyyə sisteminə isə müəyyən müddətə Monti Uilkinson nəzarət edəcək.

Bayden öz növbəsində Entoni Blinkeni dövlət katibi, Canet Yelleni Maliyyə naziri, Merrika Qarlandı isə Ədliyyə naziri postuna namizədliyini irəli sürüb.

Erməni politoloq və vəkil Robert Makaryan iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasına güllə keçirməyən jiletdə gəlib.

Oxu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Qorxaq başçı parlamentin iclasında güllə keçirməyən jiletdə idi? Video görüntülərindən məlumdur ki, baş nazir vəzifəsini tutan şəxs köynəyinin altından nə isə geyinib. Bunu gözə çarpacaq dərəcədə dar köynək və pencəyi sübut edir. Qoyun, mütəxəssislər fikirlərini bildirsinlər”, - deyə R. Makaryan öz “Facebook” səhifəsində qeyd edib.  

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin inaqurasiya mərasimi maraqlı nüanslarla yadda qalıb.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton da iştirak edib. Lakin o, Baydenin çıxışına qulaq asan zaman yuxulayıb.

Daha sonra Amerikalı senator, prezidentlik yarışında iştirak edən Berni Sandersin geyimi və davranışları müzakirəyə səbəb olub. Belə ki, senator rəsmi geyimdə olmayıb, yatıb, daha sonra rəsmi mərasimə xas olmayan hərəkətlər edib. Belə ki, mərasimdə şəxsi telefonu ilə danışıb.

Xüsusilə senatorun əlcəkləri diqqət mərkəzində olub. Məlum olub ki, naxışlı əlcəkləri siyasətçi üçün müəllimə Cen Ellis tikib. Senator iki il əvvəl hədiyyə kimi aldığı əlcəkləri daim istifadə edir.

Qeyd edək ki, senator Berni Sanders Demokratik Partiyanın üzvü olmasa da, onun adından prezidentliyə namizədlik uğrunda mübarizə aparıb (ABŞ qanunları buna icazə verir). Demokratik Partiyanın praymerizində onun rəqibi hazırkı prezident Co Bayden olub.

 

 

 

 
 
 

Son sutka ərzində Qarabağa 175 erməni qaytarılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sutka ərzində rus sülhməramlıları Ermənistandan Qarabağa 175 nəfərin təhlükəsiz qayıdışını təmin edib. 2020-ci ilin 14 noyabrından bəri Qarabağa qaytarılan ermənilərin sayı 50.002 nəfərə çatıb”, - məlumatda qeyd olunub.

Ukraynanın Odessa şəhərinin sakinləri heyrət içində Qara dənizin “qaynamasını” müşahidə ediblər.

Oxu.az xəbər verir ki, görüntülərdə dənizin üzərindən qatı buğ çıxması əks olunub.

Nadir təbiət hadisəsi havanın və suyun temperaturunun kəskin düşməsi ilə izah edilib.

Məlumata görə, bu səhər dənizin suyunun temperaturu 6 dərəcə, havanın temperaturu isə mənfi 15 dərəcə olub.

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb".

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.

“Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, - o vurğulayıb.

“Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən söyləyib.

“Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. Ona görə də Yerevan və Bakının mövqeləri nəzərə alaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib”, - o vurğulayıb.

Ermənistanda yüzlərlə valideyninin Qarabağda itkin düşən övladları barədə xəbər gözlədiyi, minlərlə insanın isə ölənlər üçün gözyaşı tökdüyü bir vaxtda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan qızı Emilyaya təmtəraqlı toy etmək fikrinə düşüb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında paylaşım edilib.

“Ermənistan ağladığı vaxtda, David Tonoyan geyinib-keçinib və qızının toyuna hazırlaşır”

Tonoyanın qızının nişanı isə Ermənistanda müharibə ilə bağlı kəskin etirazların yaşandığı dövrə - 21 dekabra təsadüf edib. Bundan əlavə D.Tonoyanın bacısı qızlarından birinin dəbdəbəli nişan və toy mərasimi noyabrda, digərininki isə yenə dekabr ayında keçirilib.

Niyə də yox? Çox qısa zamanda uğursuz Ermənistan ordusunun keçmiş müdafiə naziri artıq ordunun moderləşdirilməsi və təchizatı, həmçinin qida təminatı ilə bağlı məsələlərdən özünə kifayət qədər sərvət toplaya bilib və istədiyi hər şeyi edə bilər. Kənardan elə təəssürat yaranır ki, müharibədə məğlubiyyətdən şoka düşən Ermənistan ictimaiyyəti özünün rüsvayçılığının əsas təşəbbüskarlarından biri olan bu şəxs barədə sadəcə unudub.

“Caliber” David Tonoyanın “karyera”sına da nəzər salıb və bir sıra maraqlı faktları sadalayıb. Videoda həmçinin David Tonoyanın demək olar ki, ordunun təchizatı və təminatı ilə bağlı bütün məsələləri öz yaxınlarının şirkətlərinə həvalə etdiyi və öz şəxsi sərvətini də bu yolla artırdığı vurğulanır.

Xəbər lenti