Dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 95 milyonu ötüb.

Bu barədə beynəlxalq təşkilatların, Amerikanın federal və yerli hakimiyyətinin informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, koronavirusun aşkarlandığı insanların ümumi sayı 95 003 533 nəfərə çatıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 23 928 643 insanda təhlükəli infeksiya aşkarlanıb.

Pandemiya ərzində dünyada 2 milyondan çox insan koronavirusdan ölüb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rusiya hərbi polisinin əlavə bölmələri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Haseke vilayətinə göndərilib.
Ölkə.Az xəbər verir ki, hərbi polis müşahidə məntəqələrinin mühafizəsini gücləndirəcək.

Ümumilikdə müşahidə məntəqələrinə 300-ə yaxın əlavə hərbi qulluqçu yerləşdiriləcək.

Qeyd edək ki, Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqindəki Haseke əyalətində birgə patrul xidməti həyata keçirirlər. Patrul marşrutlarını Rusiya və Türkiyə tərəfləri birgə tərtib edirlər. Hərbi mütəxəssislərin qarşılıqlı əlaqəsi tərcüməçilərin köməyi ilə həyata keçirilir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb.

Bu barədə onun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında bildirilir.

"Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun əhəmiyyətli işinə kömək etmək üçün Birləşmiş Ştatlar hökuməti bu gün 2019-cu ildə Çinin hökumət laboratoriyalarının fəaliyyəti haqqında yeni informasiyanı bölüşür", - bəyanatda deyilir.

Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyə isə yoluxub.

Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir.

Pandemiyanın başlanğıcından dünyada COVID-19-a 94 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 67 milyon pasiyent sağalıb, 2 milyondan çox insan ölüb.report

“Facebook” və “Instagram” ABŞ Prezidenti Donald Trampın hesablarını blokdan çıxarıb. 

Oxu.az xəbər verir ki, onun profilləri yenidən aktivləşdirilib.

KİV-də “Twitter”in qurucusu Cek Dorsinin Trampın sosial media hesabının uzun müddət bloklanacağı ilə bağlı açıqlaması yayılmışdı.

Bundan əvvəl “Twitter” və “Facebook” ABŞ prezidentini şiddətə təhrik etməkdə günahlandıraraq, onun hesablarını müddətsiz olaraq dondurmuşdular.

Digər az tanınan sosial şəbəkələr də onları təqib etmişdi.

Makron  Ərdoğana Türkcə məktub unvanladı. 
O, məktubunda Türkiyə ilə münasibətlərinin normallaşdırılması məqsədi ilə görüşmək niyyətində olduğunu dilə gətirib.
 
Politoloq Elxan Şahinoğlu Makronun Ərdoğana məktubu və bu əsasda Fransa-Türkiyə münasibətlərinin inkişaf dinamikasını şərh edib.
 
Politoloqun fikrincə, bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. “Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi”- o qeyd edib.
 
E.Şahinoğlu əlavə edib ki, məktub yazan Makron “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib:
“Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Fransa Rusiyadan artıq deyil. Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə düşmənçiliyin kimsəyə fayda gətirməyəcəyi anlamalıdır. Ərdoğan Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib”.
 
 Politoloq hesab edir ki, Makronun bu addımı ermənilərə ciddi bir şapalaq olacaq:
 
“Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq. Ermənilər bir müddət Makronun anti-Türkiyə və anti-Ərdoğan siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu. Münkündür ki, Makron bu səhvini də anlayaraq Bakı ilə dialoqa başlasın. Belə olarsa, Ermənistan hakimiyyəti və Fransadakı erməni lobbisi növbəti xəyal qırıqlığına uğrayacaq. Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı dövlətləri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək”.
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən peyvənd olunduğunu açıqlayıb.
 
Qafqazinfo xəbərinə görə, bu barədə teleqram kanalında məlumat verən Ərdoğan "Mən də peyvənd olundum”,- deyə qeyd edib.
 
Ankara Şəhər Xəstəxanasında heyəti ilə birlikdə peyvənd olunan dövlət başçısı xəstəxana çıxışında jurnalistlərə açıqlama verib: "Bizim peyvəndlər gələn kimi nazirimiz ilk peyvəndi özünün vurduracağını dedi və dünən peyvənd olundu. Başda siyasi liderlər olmaqla bütün millət vəkillərimiz bu kampaniyanı gücləndirmək üçün peyvəndlənmə nöqtələrində təşviqat aparsalar, bunun çox effektiv olacağına inanıram. 25, 30 milyon doza peyvənd gətiriləcək. Bu müddətdə ölənlərə Allahdan rəhmət diləyirəm”.
 
Ərdoğanın peyvənd olunduğu anın fotoları sosial mediada böyük marağa səbəb olub. İstifadəçilər peyvəndi vuran həkimi İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğluna bənzədiblər. İmamoğlu bir tvitter istifadəçisinin "İmamoğlumu?”- deyə sual verdiyi tvitinə "Xeyr, mən deyiləm”,- deyə gülən üzlü emoji ilə cavab verib. Ərdoğana peyvənd tətbiq edən həkimin daxili xəstəliklər üzrə mütəxəssis Dos. Dr. İhsan Ateş olduğu bildirilib.
 
Ərdoğanı xəstəxanada müşayiət edən səhiyyə naziri Fəxrəddin Qoca da bunları qeyd edib: "Bu epidemiyadan qurtulmanın ən vacib yolunun peyvənd olduğunu bilirik. Bu səbəbdən inanıram ki, bütün vətəndaşlarımız növbəsi çatanda peyvənd olunmalıdır”.
 

İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində azı 26 nəfər həlak olub, təxminən 600 nəfər yaralanıb.

Bu barədə NTV xəbər yayıb.

Zəlzələnin episentri Macene şəhərindən altı kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.

Azı 60 binaya zərər dəyib, yerli xəstəxana binası uçub.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, İndoneziya meteoroloqları sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.

Sosial şəbəkələrdə zəlzələnin nəticələri barədə kadrlar paylaşılır. Belə videoların birində binanın dağıntıları altında qalan uşağın yardım istədiyi görünür.

 

 
 
 
 
 
 
 
 
 
“Twitter” Rusiya istehsalı olan “Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.

“İnterfax” xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.

“Sputnik V”nin “@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, - İnvestisiyalar Fondunun yaydığı açıqlamada qeyd olunub.

Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün “Twitter”lə əlaqə qurmalarını xahiş edir.

Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən beş milyon artıb. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik epidemioloji bülleteninə əsasən xəbər verir ki, ölənlərin sayı 85 mindən çox artıb.

Bildirilir ki, 4-10 yanvar tarixlərində dünyada 4 953 758 yeni yoluxma və 85 436 ölüm halı qeydə alınıb.

Yeddi gün ərzində əvvəlki rekord 14-20 dekabr tarixlərində qeydə alınıb: 4 612 790 yoluxma.

Bülletendə qeyd edilir ki, keçən həftə yoluxma sayında artım tendensiyası yenidən yüksəlib. Yeni COVID-19-a yoluxma və ölüm sayı əvvəlki yeddi günlə müqayisədə müvafiq olaraq 20 və 11% artıb.

Amerika qitəsində 2,5 milyondan çox yoluxma (30% artım), 38 mindən çox ölüm (18% artım), Avropada 1,8 milyondan çox yoluxma, 36 mindən çoxu ölüm müəyyən edilib.

Yoluxmanın artması Qərbi Sakit Okean bölgəsində (36%), Afrikada (34%) və Şərqi Aralıq dənizi bölgəsində (11%) də qeyd olunub.

Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasının iclasını çağırmaqdan imtina edib.

Report xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Senat yanvarın 19-da Co Baydenin vəzifə səlahiyyətinin icrasına başlamasından bir gün əvvəl tətilə gedəcək.

Nəşr Makkonnelin nümayəndələrinə istinadən bildirib ki, o, "cümə günü və ümumiyyətlə 19 yanvara qədər" yuxarı palatanın üzvlərini yığmaqdan imtina edib. Beləliklə, demokratların planı Trampı səlahiyyətlərinin başa çatmasına qədər vəzifədən kənarlaşdırmamaqdan ibarətdir.

Xəbər lenti