Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndi ərazisindən yola düşdük. Sərt və çətin relyefə malik Murovun qarlı, buzlu yollarını keçərək “Ömər aşırımı” postuna çatdıq. Bu post 27 il ermənilərin nəzarəti altında olub. Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin yerləşdiyi mövqelərdən daha yüksəkdə və əlverişli mövqedə olduqları üçün ermənilər mütəmadi olaraq bu postdan Azərbaycana diversiya qrupları göndərir, hücumlar təşkil edirdilər.

Ermənistanın terrorçu diversiya qruplarının ərazilərimizə basqın cəhdlərinin qarşısını almaq məqsədi ilə əks-hücum həmlələrinə başlayan Azərbaycan Ordusunun hərbçiləri “Ömər aşırımı” postunu, ətraf əraziləri və başqa yüksəklikləri də işğaldan azad ediblər.

“Ömər aşırımı“ postunun da yerləşdiyi eyniadlı aşırımı keçdikdən sonra Kəlbəcərə doğru irəliləməyə başladıq. Yolboyu sərt aşırımlardan çətinliklə keçərək Kəlbəcərin Yanşaq kəndinə çatdıq. Xatırladaq ki, bu, Birinci Qarabağ müharibəsində doğma yurd-yuvalarından zorla çıxarılan, ac-susuz, əliyalın on minlərlə azərbaycanlının, gözlərinə qan dolmuş erməni cəlladlarından xilas olduğu yoludur.

Ətrafda dağıdılmış, yandırılmış evlər və hərbi kazarmalar, həmçinin sıradan çıxarılmış elektrik xətləri görünür.

Kəlbəcərin Vəng kəndinə qədər yolboyu erməni vəhşiliyini hər yerdə görmək mümkündür. Kəsilmiş ağaclar, məhv edilmiş yaşıllıqlar, yandırılmış evlər və digər tikililər, dağıdılmış körpülər erməni xislətinə xas olan bütün nümunələri əks etdirir.

Beləliklə, çatdıq Vəng kəndində yerləşən, Azərbaycanda yaşayan udinlərin qədim ziyarətgahı olan Xudavəng monastırına.

Xudavəng monastırı 27 illik işğaldan azad edilərək öz həqiqi sahiblərinə - Azərbaycanda yaşayan udinlərin ixtiyarına verilib. Burada udinlərlə yanaşı, erməni rahiblər də ibadət edirlər.

Ermənilərə xas olan yalançılıq və saxtakarlıqlar Xudavəng monastırında da özünü büruzə verir. Monastır işğal altında olan zaman onun əsas simvollarını dəyişən ermənilər dini abidənin onlara məxsus olduğunu iddia edirlər. Kəlbəcər işğal altında olduğu illərdə monastırda tikililərə müxtəlif üsullarla xaçlar, ermənicə yazılar yazılıb. Bu azmış kimi, ərazidəki albanlara (udinlərə) məxsus qəbirləri də dağıdaraq yox ediblər. Belə ki, bu qədim Alban məbəd kompleksini dünyaya güya qədimi erməni kilsəsi kimi tanıtdırmağa cəhd ediblər.

Bütün bunlara baxmayaraq, 27 il sonra Kəlbəcər işğaldan azad olunandan sonra monastır əsl sahiblərinə qaytarıldı.

Qeyd edək ki, Xudavəng monastırı İsa Məsihin apostolu Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb və Azərbaycan ərazisində ən böyük monastırdır.(Report)

Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlılarının müşahidə postlarında fasiləsiz olaraq atəşin dayandırılması rejiminə riayət edilməsi üçün vəziyyətə nəzarət və monitorinq aparılır. Atəşin dayandırılması rejiminə bütün təmas xətti boyu riayət olunur", - xəbərdə deyilir.

Qeyd edilir ki, Rusiya hərbçiləri vətəndaşların Dağlıq Qarabağa təhlükəsiz qayıdışını təmin edir, humanitar yardım göstərir, mülki infrastruktur obyektləri bərpa edirlər.

Sülhməramlılar təlimlər zamanı mühafizə və müşahidə postlarının müdafiəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

"Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə postları hərbi qulluqçuların atıcı silahlardan və qəlpələrdən müdafiəsi, həmçinin yaxınlıqdakı ərazilərin tam müşahidəsi üçün nəzərdə tutulmuş blokpost istehkam tikintiləri ilə təchiz edilib”, - deyə məlumatda bildirilir.

Qazaxıstanda parlament seçkilərində hakim partiya liderlik edir

Qazaxıstanda ilkin “exit- poll” nəticələrinə əsasən, Nur Otan partiyası ən çox səs toplayan partiya olub.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hakim Nur Otan partiyası 71,97 faiz səslə liderlik edir.

Qazaxıstanın ilk prezidenti və Nur Otan partiyasının sədri Nursultan Nazarbayev artıq partiyadaşlarını qələbə münasibətilə təbrik edib.

““Exit- poll” nəticələri qazaxıstanlıların gələcəyi partiyamızla əlaqələndirdiyini göstərir”,- deyə Nazarbayev qeyd edib.

Seçkilərdə ikinci yeri 10,18 faiz səslə Demokratik Partiya “Ak Zol” (“İşıqlı Yol”), üçüncü yeri 9,03 faiz səslə “Qazaxıstan Xalq Partiyası” qazanıb.

Bununla, ilkin məlumatlara görə, parlament seçkilərində iştirak edən beş partiyadan üçü qanunverici orqana daxil ola biləcək.

Qazaxıstan MSK-nın məlumatına görə, 2021-ci il parlament seçkilərində iştirak nisbəti 63,3 faiz təşkil edib. Komissiya ilkin nəticələri bu gün günortadan sonra açıqlayacağını bildirib.

Nazirlər Kabinetinin daha sonra yeni seçilmiş parlamentdən əvvəl istefası və beynəlxalq müşahidəçilərin - ATƏT / DTİHB missiyası və MDB missiyasının seçkilərin monitorinqi ilə bağlı yekun açıqlama ilə bağlı mətbuat konfransları keçirəcəyi gözlənilir.

“Twitter” ABŞ prezidenti Donald Trampın hesabını daimi olaraq dondurub.

Bununla bağlı Twitter şirkəti bəyanat yayıb.

“Ölkə.Az” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, şirkətin yaydığı bəyanatda Trampın Twitterdə yazdığı son yazılar diqqətlə araşdırıldıqdan sonra belə bir qərar verilib. “Donald Trampın son tvitləri diqqətlə öyrənildi. Bəlli oldu ki, onun paylaşmaları zorakılığa yol açmaq riskləri yaradır və ondan sonra hesabının birdəfəlik bağlanması barədə qərar verdik”- bəyanatda qeyd olunur.

Türkiyənin yeni peyki “Türksat 5A” ABŞ-ın Florida əyalətindəki Kanaveral kosmodromundan kosmosa buraxılıb.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Məlumatda bildirilib ki, peyk Türkiyə vaxtı ilə saat 05:15-də “Falcon 9” raketi ilə kosmik fəzaya çıxarılıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, nazir müavini Ömər Fatih Sayan, “Türksat AŞ” baş direktoru Cenk Şen Kanaveral kosmodromunda raketin buraxılma anını canlı olaraq izləyiblər.

Nazir Karaismailoğlu “Türksat 5A” peykindən ilk siqnalın alındığını bildirib.

"Anna Akopyan əri, Ermənistanın Baş naziri Nikol Paşinyandan daha vacib və əhəmiyyətli bir amildir".

Qaynarinfo xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan deyib.


Onun sözlərinə görə, de-yure dövlət başçısı vəzifəsini tutan şəxs əvvəllər, komanda məntəqəsində olan həyat yoldaşını oraya generallara mənəvi dəstək göstərmək üçün ezam etdiyini bildirmişdi.


"Elə yalnız bu məqamın özü hüquqi qiymətləndirmə tələb edir, çünki onun həyat yoldaşı komanda məntəqəsində olmaq hüququna malik deyildi", - Kazinyan vurğulayıb.


Partiya sədri hesab edir ki, Anna Akopyan mütləq dindirilməlidir:

"Çünki Qarabağ müharibəsində erməni tərəfinin məğlub edilməsində onun gizli rolu olub”.

Türkiyə kosmosa yeni peyk buraxdı

Türkiyənin yeni peyki “Türksat 5A” ABŞ-ın Florida əyalətindəki Kanaveral kosmodromundan kosmosa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, peyk Türkiyə vaxtı ilə saat 05:15də “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi ilə kosmik fəzaya çıxarılıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, nazir müavini Ömər Fatih Sayan, “Türksat AŞ” baş direktoru Cenk Şen Kanaveral kosmodromunda raketin buraxılma anını canlı olaraq izləyiblər. Nazir Karaismailoğlu “Türksat 5A” peykindən ilk siqnalın alındığını bildirib.

“Türksat 5B” peykinin iyun ayında fəzaya buraxılacağı planlaşdırılır.

“Facebook”un qurucusu Mark Zukerberq ABŞ Prezidenti Donald Trampın sosial media hesablarının bağlanmasına münasibət bildirib.

M.Zukerberq məsələyə öz “Facebook” səhifəsində aydınlıq gətirib.

O, qeyd edib ki, Donald Tramp öz vəzifə səlahiyyətlərinin qanuni yolla seçilmiş yeni prezident Co Baydenə keçməsinə mane olmaq istəyir.

M.Zukerberq yazıb ki, seçkilərin nəticələrinin Konqres tərəfindən təsdiqlənməsindən sonra bütün ölkə üçün prioritet andiçmə mərasimindən sonra 13 gün ərzində hakimiyyətin müəyyən olunmuş demokratik normalara uyğun olaraq dinc yolla yeni seçilmiş prezidentə keçidini təmin etmək olmalıdır.

M.Zukerberq əlavə edib ki, son bir neçə ildə Prezident Donald Trampın öz sosial şəbəkə platformasından istifadəsinə icazə verilib.

“Facebook”un qurucusu vurğulayıb ki, ictimaiyyətin siyasi məlumatlara, hətta mübahisəli siyasi mesajlarla tanış olmaq hüququna malik olduğuna inanırlar, ancaq mövcud kontekst demokratik yolla seçilmiş hökumətə qarşı üsyan qaldırmaq üçün istifadə edilir və bu, yolverilməzdir.

M.Zukerberq əlavə edib ki, D.Trampın “Facebook” və “Instagram” hesablarındakı qadağa ən azı hakimiyyətin dinc keçidi başa çatana qədər davam edəcək.

ABŞ-da etirazlar dalğası böyüyür.

"Report" xəbər verir ki, paytaxt Vaşinqtonda yaşananlara cavab olaraq Nyu-York şəhərində bir qrup nümayişçi Tayms Meydanından Tramp otelinə doğru hərəkət edərək etiraz aksiyası keçiriblər.

“Tramp günahkardır”, “Trampı Ağ Evdən qovun” şüarları səsləndirən nümayişçilər iki həftədən az müddətdə vəzifəsini tərk etməsi gözlənilən preziden Donald Trampı istefaya səsləyiblər.

Nümayişçi qrupa Nyu-York polisi müdaxilə edib. Polisə məhəl qoymayan nümayişiçlərdən bir neçəsi həbs olunub. Nyu-York polisi gözlənilən aksiyaların qarşısını almaq üçün Tayms Meydanına çıxan mərkəzi yolları bağlayıb.

 
 
 
 

ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib.

 “Report” xəbər verir ki, Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar.

Məlumata görə, Los-Ancelesdə də prezident seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı keçirilən mitinqin gedişatında polislə kütləvi toqquşmalar olub. Yayılan kadrlarda Trampın tərəfdarlarının asayiş keşikçiləri və demokratları dəstəkləyən vətəndaşlarla toqquşmaları yer alıb.

Bütün bunlar seçkilərdə ənənəvi olaraq Demokratlar Partiyasını dəstəkləyən Kaliforniyada olub.

Eyni zamanda ABŞ polisi Keyt-stritdə Donald Trampın mehmanxanasının qarşısında atışma haqqında da bildirib.

Hadisənin təfərrüatları araşdırılır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

"Fox News" teleşirkəti eyni zamanda "Trump Hotel"in yaxınlığında bir nəfərin hücuma məruz qaldığını xəbər verib. Məlumata görə, o, xəsarət alıb.

Xəbər lenti