Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1
Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil

“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:

“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.

Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.

İsraildən Qolan təpələri ilə bağlı KRİTİK QƏRAR

İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Qolan təpələrinin işlənməsi planını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.

“Bu qərar Qolan təpələrinin məskunlaşmasını, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə kəndinin yaradılması və Qolan təpələrinin regional Şurasına yeni sakinlərin qəbulunda kömək edəcək Təşkilati İnkişaf Proqramını gücləndirir.”, - deyə məlumatda bildirilir.

Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Qolan təpələrinin əhalisini iki dəfə artırmaqdır.

Dekabrın 7-8-də İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Qolan təpələri xaricində Suriya sərhədini keçib. İDF müqavimətə rast gəlmədən Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirib. İsrail Hermon dağının cənub yamaclarını özünün suveren ərazisi hesab edir.

Dekabrın 9-da Netanyahu bildirib ki, Qolan təpələri əbədi olaraq İsrailin “ayrılmaz hissəsi” olaraq qalacaq. Onun sözlərinə görə, hazırda İsrailin bu əraziyə nəzarətinin vacibliyini “hamı anlayır”.

Bu halda prezidentliyə namizəd olacaq - Culani ŞƏRTİNİ AÇIQLADI

Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.

Bu barədə "Al Araby" telekanalı məlumat yayıb.

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, mən Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.

Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının güclənməsi səbəbindən daha da gərginləşib. Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirdilər. Eyni zamanda, ölkə ordusunun komandanlığı ölkə prezidenti Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib .

Hazırda Əsəd və ailə üzvləri Moskvadadır. Burada onlara sığınacaq verilib.(publika.az)

Ankara Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi

Türkiyə 12 ildən sonra Suriyadakı səfirliyini yenidən bərpa edib.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyənin Dəməşqdəki səfirliyi dekabrın 14-də fəaliyyətini bərpa edəcək. "Artıq səfir və səfirlik heyəti bu gün Dəməşqə yola düşüb", - nazir bildirib.

Xatırladaq ki, Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ilin martında fəaliyyətini dayandırıb.

Suriyanın parçalanma planı dövriyyədə: Druzlardan İsrailə çağırış

Əsəd rejiminin devrilməsindən sonra bəzi qüvvələr Suriyanın parçalanma planını həyata keçirməyə çalışır. Artıq bu planın reallaşması istiqamətində ilkin addımlar atılmağa başlanılıb. Bu planı həyata keçirmək üçün YPG/PKK terror təşkilatından, ölkənin cənubunda yaşayan druzlardan və Əsədin vətəni olan Lazkiyadəki Nusayrilərdən isifadə olunması nəzərdə tutulur.

"haber7" xəbər verir ki, Suriyanın müdafiə qüvvələrini bombardmanlarla iflic vəziyyətinə salan İsrail etnik qrupları təxribata çəkməyə can atır. "Bu məqsədlə Suriyanın cənubunda məskunlaşan bəzi druz yaşayış məntəqləri İsrailə birləşmək istədiklərini bildiriblər və bu məqsədlə israil ordusunu bu əraziləri ilhaq etməyə çağırıblar. Bundan əlavə, olaraq nusayrilərin hakim olduğu Latakiya və Tartusda Nusayri qiyamının infrastrukturu qurulur", - nəşr yazır.

Nəşrin yazdığına görə, nusayrilərin etirazlara başlamaq üçün ilk olaraq insanları Əsəd rejimini devirən qüvvələrin Latakiyada minlərlə ələvinin öldürüldüyü yalanı yayılır, məqsəd camaatı üsyana sövq etmək və beynəlxalq müdaxiləyə qapı açmaqdır. "Bununla yanaşı, druzlar, PKK/YPG və nusayrilər arasında ittifaq qurmaq istiqamətində addımlar atılır. Hətta bu məqsədlə Lazkiyədə yaşayan nusayrilər gizli silahlandırılır.
Bu yolla Suriyanın şərqində olduğu kimi qərbində də Cebel Aleviyyun (Ələvi dağı) PKK/YPG-yə bənzər bir Nusayri terror təşkilatı yaratmağa çalışırlar. Bununla da Suriya və Türkiyəni təhdid etməyi planlaşdırırlar", - nəşr yazıb.

Medvedev: Belə olarsa, Ukrayna dünya xəritəsindən silinəcək

Çin və Tayvan nümunələrindən istifadə edən kollektiv Qərb hazırda bu təcrübəni Ukraynada tətbiq edərək “parçala və idarə et” siyasətinə uyğun qaydada həyata keçirməkdədir.

Bu barədə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev “International Affairs” jurnalındakı məqaləsində qeyd olunub.

Medvedevin fikrincə, bu gün Ukrayna seçim qarşısındadır: "Ya Rusiya ilə birlikdə olmaq, ya da dünya xəritəsindən tamamilə yox olmaq.
Əgər qondarma Ukrayna aqressiv rusofob kursunu davam etdirsə, o, dünya xəritəsindən əbədi olaraq yox olacaq”, - Medvedev qeyd edib.

Paşinyan Trampla dost olmağa can atır

Bu günlərdə mediada Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Makron və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla birlikdə gülümsədiyini əks etdirən foto yayılıb. Foto Parisdəki Notr-Dam kilsəsinin bərpadan sonra təntənəli açılış mərasimində çəkilib.

Bu barədə "Caliber"in "YouTube" kanalının növbəti süjetində deyilir.

"Mizan səhnəsi maraqlıdır. Makron himayədarcasına sağ əli ilə Ermənistanın baş nazirinin dirsəyindən tutur və bu ikisi bir-birinə yaxın dayanıb. Tramp onlardan demək olar ki, nəzərə çarpmayan məsafədə dayanıb. Ümumiyyətlə, kompozisiyanı aşağıdakı kimi nəzərdən keçirmək üçün ya psixoloq, ya da fizioqnom olmaq lazım deyil - Makron Paşinyanı irəli çəkir, daha doğrusu, Trampın sosial dairəsinə daxil etməyə çalışır.

Bununla belə, fotoşəkilin bizə təqdim etdiyi çoxsaylı faktlarla da təsdiqlənir ki, Paşinyan Ağ Evin gələcək sahibinin etimadını qazanmaq niyyətindədir və bunun üçün bütün imkanlardan istifadə edir. Bu məsələ olduqca çətin görünür, çünki Paşinyan və komandası Bayden administrasiyasını ürəkdən dəstəkləyib və ənənəvi olaraq, respublikaçılar demokratlar kimi erməni rəvayətləri ilə qidalanmağa meyilli deyillər. İndi Paşinyan heç nə olmamış kimi Trampın qanadının altına girməyə çalışır", - materialda qeyd olunub.

Daha ətraflı videoda:

İsrailin növbəti hədəfi bu ölkə olacaq - Netanyahu açıqladı

Suriyaya hücuma başlayan Netanyahu növbəti hədəfin İran olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, 51 ildən sonra Suriyanı işğal etməyə başlayan İranın İsrailin yeni hədəfi olacağı müzakirə olunarkən Netanyahu yaydığı video mesajla təhlükəli planını açıqlayıb.

Netanyahu İran oxunun İsrailin başlatdığı "zəncirvari reaksiya" səbəbindən dağıldığını bildirib.

Sözügedən videoda Netanyahu İranın "azad ola biləcəyinə" və "qlobal miqyasda sülh yarada biləcəyinə" ümid etdiyini bildirib:

"Sizin zalımlarınız Qəzzada HƏMAS-ı dəstəkləmək üçün milyardlar xərcləyiblər. Bu gün onların rejimi xarabadadır. Sizin zalımlarınız Livandadır" . Onun sözlərinə görə, İran "toz halına gəlməmişdən əvvəl Suriyadakı Əsəd rejimini dəstəkləmək üçün 30 milyard dollardan çox pul xərcləyib.

Qeyd edək ki, noyabrın 27-də çərşənbə günü Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar 61 illik Baas rejimini 12 gün ərzində heç bir münaqişəyə girmədən devirdilər.

Əsədin gizli bazası AŞKARLANDI: "Skad"ları görün harada SAXLAYIRMIŞ - VİDEO

Dəməşqin yaxınlığında yerləşən Əbu-əl-Atə dağı ətrafında döyüşçülər tərəfindən mühüm strateji əhəmiyyət kəsb edən yeraltı tikililər aşkarlanıb.

Musavat.com xəbər verir ki, aşkarlanan bazanın görüntüləri telegram kanallarında yayımlanıb.

Araşdırmalar zamanı məlum olub ki, bu qurğular Sovet istehsalı olan və "Skad" adı ilə tanınan 9K72 "Elbrus" operativ-taktik raket komplekslərinin saxlanılması və gizlədilməsi məqsədilə inşa edilib.

Qeyd etmək lazımdır ki, bu tip yeraltı tikililər əsasən hərbi əməliyyatlar zamanı raket sistemlərinin təhlükəsizliyini təmin etmək, onların düşmən tərəfindən aşkarlanmasının qarşısını almaq və qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi üçün istifadə olunur.

"Elbrus" raket kompleksi 1960-cı illərdə Sovet İttifaqında istehsal edilib və əsasən uzaqmənzilli hücumlar üçün nəzərdə tutulub.

 

 
 
 
 
 
 

 

blinkenle-muzakire-etdiyi-movzulari-aciqladi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçirilir.

Bu barədə məlumatı “CNN türk” yayıb.

Xatırladaq ki, E.Blinken dünən Ankaraya rəsmi səfər edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

***

Hakan Fidanla Entoni Blinken arasında görüş başa çatıb.

Türkiyəli nazir görüşdən sonra Blinkenlə müzakirə etdiyi mövzuları açıqlayıb.

Onun sözlərinə görə, tərəflər əsas olaraq Suriyada yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, müzakirə edilən mövzular arasında Qəzzadakı hazırkı vəziyyət də olub.

 

 

 

Xəbər lenti