Avropa Birliyi Suriyaya qarşı sanksiyaları 2020-ci ilin iyununa qədər uzadıb.

Axar.az xəbər verir ki, bu məlumatı Avropa Birliyinin Şurası yayıb. Sanksiyaların saxlanılmasına səbəb Suriya hökumətinin vətəndaş cəmiyyətinə qarşı davamlı repressiyaları göstərilib.

Qeyd edək ki, hazırda AB-nin qara siyahısında 270 Suriya vətəndaşı və 70 Suriya şirkətinin adı yer alıb.

Mən əminəm ki, İran tezliklə danışıqlara başlamaq istəyəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Feyk xəbərli “Vaşinqton Post”, daha çox feyk xəbərli “Nyu York Tayms” yazır ki, mənim güclü Yaxın Şərq siyasətimlə bağlı daxili mübarizə gedir. Daxili mübarizə yoxdur. Müxtəlif fikirlər səsləndirilir və mən yekun qərar verirəm. Bu, olduqca sadə prosesdir. Müxtəlif tərəflər, siyasi baxışlar öyrənilir”, - deyə Ağ Ev rəhbəri bildirib.

"RAEX-Avropa" Azərbaycana milli və xarici valyutada "BB +" (hökumətin ödəmə qabiliyyətinin kifayət qədər səviyyəsi) suveren kredit reytinqini verib.

Trend-in verdiyi məlumata görə, reytinq üzrə proqnoz sabitdir, bu da o deməkdir ki, orta müddətdə reytinqin saxlanılması ehtimalı yüksəkdir.

Proqnoza görə, Azərbaycana verilmiş "BB +" suveren kredit reytinqləri, yığılmış milli ehtiyatların əhəmiyyətli miqdarında dəstəklənən güclü büdcə mövqeyinə görə kifayət qədər kredit qabiliyyətini əks etdirir.

Bundan əlavə, əlverişli neft qiymətləri ticarət balansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və yerli valyutanı sabitləşdirib.

"RAEX-Avropa"nın reytinq analitiki Elena Kolokolova bildirib ki, "Sabit" proqnozu reytinqin orta müddətdə eyni səviyyədə qalacağını ehtimal edir.


İsrail dindarları “Eurovison”a qarşı çıxdı

İsrailin ortodoksal ravvinləri “Eurovision” mahnı müsabiqəsinə qarşı çıxıblar.

“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, onların fikrincə, Təl-Əvivdə keçirilən yarışma yəhudilərin müqəddəs şabbat gününü təhqir edir.

Müsabiqənin finalı mayın 18-də gün batandan sonra başlamasına baxmayaraq, məşq və hazırlıqlar səhərdən start götürəcək. Buna görə də bəzi yəhudilər həmin gün işləməli olacaq. Bu isə dini qaydalara görə qəti qadağandır. Ravvinlər onu da bəyan ediblər ki, bu cür təhqir yəhudilərin müqəddəs torpaqda yaşamaları üçün təhlükədir.

“Jerusalem Post”un məlumatına görə, dindarların sözügedən bəyanatına İsrailin Baş naziri Benyamin Netanyahu münasibət bildirib. Dövlət rəsmisi qeyd edib ki, hakimiyyət şabbatı təhqir etmək fikrində olmayıb. Baş nazir bildirib ki, “Eurovision” beynəlxalq müsabiqədir və iştirakçıların çoxu əcnəbidir.  

 

 

 

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqda rus dilində çapdan çıxmış “Бессмертная смертная казнь” (“Ölümsüz ölüm cəzası”) adlı kitabı Türkiyədə türk dilində çap olunub.

Kult.az xəbər verir ki, türk dilinə tərcümə olunmuş əsərdə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016) adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.

Əvvəlki əsərlərdə İ.Rəhimov əsasən cəzanın, habelə ölüm cəzasının fəlsəfi mahiyyətindən bəhs etmişdisə, bu kitabda həmin məsələlər çoxfunksiyalı problem kimi nəzərdən keçirilir, tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji amillər konteksində tədqiq edilir.

Adından da göründüyü kimi, kitab bəşər tarixində qədim və mübahisəli cəza növü olan edam cəzasına həsr edilib. Müəllif oxucuya ölüm cəzası fenomeni ilə bağlı yalnız öz mühakimələri ilə deyil, həmçinin elmi ədəbiyyatlarda mövcud olan müxtəlif rəylərlə tanış olmaq imkanı verir. Belə yanaşma hər bir oxucuya aşağıdakı suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, olmasın?

Kitab ali məktəblərin tələbələri, doktorant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər, təcrübi işçilər, həmçinin filosoflar, tarixçilər, sosioloqlar, psixoloqlar, eyni zamanda cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Rusiya Prezidenti Vladimir Putin Soçidə Müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin səlahiyyətliləri ilə görüşüb.

Publika.az xəbər verir ki, prezident görüşdə Rusiya ordusunun ən müasir təchizatlara malik olması ilə bağlı tapşırıqlar verib.

Putin bütün ordunun uzaqmənzilli S-400 və qısamənzilli “Pantsir-S” kimi havadan müdafiə sistemləri ilə təchiz edilməsini istəyib.

“Ordunun müasirləşdirilməsi məsələsində son illərdi əhəmiyyətli irəliləyiş əldə etdik. Rusiya Strateji Raket Qüvvələrinin modern silah səviyyəsi 82%-ə çatıb. Dünyada və bölgəmizdə qlobal təhlükəsizliyə təhdid rolunu oynayan hərbi və siyasi hadisələr yaşanmaqdadır. Ən əhəmiyyətlisi, ABŞ-ın Qısa və Ortamənzilli Raketlərin Ləğvi haqqında razılşamadan çıxmasıdır. Bu proseslər çərçivəsində yenilikçi texnologiyalarla silah sistemlərimizi inkişaf etdirmək lazımdır. Rusiya ordusu Suriyada müharibə şəraitindədir. Rusiyanın təyyarə əleyhinə raket sistemləri hər zaman daha təhlükəsiz olub. Bu səbəbdən, Rusiya Hərbi Hava Qüvvələrini bu sistemlərlə təmin etmək vacibdir”, - Putin bildirib.

Əsəd rejiminin İdlibdəki hücumları Soçi memorandumunun açıq şəkildə pozulmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, bu hücumlar Astana formatının ruhuna ziddir:

“Konstitusiya Komitəsi məsələsində razılaşmaya yaxınıq”.

Bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər.

Axar.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mayın 14-də keçirilən mətbuat konfransında deyib.

“Nazirlik ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışır. Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. Nazirlik ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq. Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər. Bir neçə il əvvəlki, köhnə məlumatları yayır, nazirliyi günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışırlar. Nazirlik sağlam və şəffaf fəaliyyətini davam etdirir. Bir daha əminliklə bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsində, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır”, - deyə mətbuat katibi bildirib.

İ.İbrahimova qeyd edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağac əkilməsi buna əyani sübutdur.

Onun sözlərinə görə, yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır. Bu, dərhal nazirlik tərəfindən adekvat reaksiya ilə qarşılanır.

Nazirliyin mətbuat katibi bildirib ki, belə vəziyyətlərə ictimaiyyət nümayəndələrinin biganə yanaşmaması, onlara dəstək vermələri, kütləvi informasiya vasitələri nümayəndələrinin diqqət göstərmələri sevindirici haldır.


DOST mərkəzində işin təşkili məndə olduqca xoş təəssürat yaratdı. Bununla belə mərkəzin fəaliyyətində ciddi çatışmazlıq gördüm.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Feysbuk səhifəsində açdığı canlı yayım zamanı yeni istifadəyə verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzi ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, mərkəzin hansı formada fəaliyyət göstərdiyini öyrənmək üçün adi vətəndaş kimi ora yollanıb:

“Mərkəzdə hər şey olduqca yüksək səviyyədədir. İşçilərin peşəkarlığı və işə hazırlığı hiss olunurdu. Könüllülərin də öz işlərinə yaxşı yiyələndikləri nəzərə çarpırdı. Mərkəzin ilk iş günü mən ora getdim və artıq 36 adama xidmət göstərilmişdi.

DOST mərkəzində işin yüksək səviyyədə təşkil edildiyi hiss olunur. Ancaq bildirməliyəm ki, mərkəzin fəaliyyətində ciddi çatışmazlıqlar da var”.

A.Mirzəzadə çatışmazlıqların nədən ibarət olduğunu bildirməyib. Lakin bu barədə aidiyyəti quruma məlumat verdiyini qeyd edib:

“Mən bu çatışmazlığın nədən ibarət olduğunu hələlik demək istəmirəm. İstədiyim sadəcə budur ki, bu mərkəz cəmiyyətə, vətəndaşa həqiqətən dost olsun. Gördüyüm çatışmazlıq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına bildirdim və qeyd etdim ki, həmin çatışmazlıq aradan qaldırılsa, daha gözəl olar. Ümid edirəm ki, mənim müraciətim nəzərə alınacaq.

Cənab Prezidentin onların qarşısında qoyduğu vəzifəni yüksək səviyyədə yerinə yetirməsini istəyirəm. DOST mərkəzinin də ən az ASAN xidmət kimi sevilən və yüksək səviyyədə xidmət verən bir qurum olmasını arzu edirəm.

Mən həmçinin onu da bildirmək istəyirəm ki, DOST mərkəzinin yaranması yeni Azərbaycan brendinin meydana gəlməsi deməkdir. Yəni artıq bununla vətəndaşlarla dövlət arasında məmurun iştirakı aradan götürülür”.

Xəbər lenti